İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 40
 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR 
İDARƏSİNİN PREZİDENT KİTABXANASI BUGÜN. 
 
M.H.ƏHMƏDOV 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin  
Prezident Kitabxanasi 
 
Prezident Kitabxanası 2003-cü ildə Azərbaycan xalqının ümummilli li-
deri Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin iki ən qədim kitabxanasının 
- Mərkəzi  Şəhər kitabxanasının (keçmiş Lenin adına kitabxana) və Azər-
baycan Respublikası Prezidenti İşlər  İdarəsi Təsərrüfat  şöbəsinin nəzdində 
olan kitabxananın (keçmiş Siyasi Maarif Evinin kitabxanası) bazasında 
yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il 
tarixli Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Pre-
zidentinin  İşlər  İdarəsinin  şöbəsi statusu verilmişdir.  Əməkdaşlarının hamısı 
dövlət qulluqçusudur. 
Kitabxananın əsas vəzifəsi Azərbaycan Respublikası Prezidentinin Ad-
ministrasiyasının,  İşlər  İdarəsinin, mərkəzi və yerli icra orqanlarının  əmək-
daşlarına, eləcə  də geniş oxucu kütləsinə kitabxana biblioqrafiya və infor-
masiya xidməti göstərmək, onların kitablara, dövri nəşrlərə  və kitabxana 
fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəməkdir. 
Kitabxananın fəaliyyətinin  əsas istiqamətləri  kitablar və digər sənəd 
növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları 
mühafizə etmək, həmin fondları özündə  əks etdirən mükəmməl  ənənəvi və 
elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu 
daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə ver-
məkdən ibarətdir. 
Kitabxananın fondunda XVI - XIX əsrlərdə  və XX əsrin  əvvəllərində 
nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. 
Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statis-
tikaya, tarixə,  ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil 
edir.  
2009-cu ildə “Kitab abidələri haqqında”  əsasnəməyə uyğun olaraq 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən res-
publikada olan nadir və unikal nüsxələrin dövlət reyestri tərtib edilmişdir. Bu 
reyestrə  əsasən məlum olmuşdur ki, respublikamızda  ən çox kitab abidəsi 
(1088 adda) Prezident Kitabxanasında saxlanılır. Respublikamızda  ən qədim 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 41
kitab abidəsi hesab olunan 1591-ci ildə italyan dilində nəşr olunan “Historia di 
Parma” kitabı da Prezident Kitabxanasının fondunda saxlanılır. 
Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə 
çap edilən 300 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Ki-
tabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi 
diqqət yetirilir. 
Kitabxana proseslərinin avtomatlaşdırılması sistemi. Kitabxanada 
müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitab-
xanada lokal kompüter şəbəkəsi yaradılmış,  İnternetə  çıxış  təmin edilmişdir. 
Portativ kompüterləri olan oxucular kitabxananın oxu zalından İnternetə sim-
siz  əlaqə sistemi ilə  də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avto-
matlaşdırılma Sisteminin son versiyasının (İRBİS 64) tam komplekti tətbiq 
edilmişdir. Bu sistem fondun komplektləşməsindən tutmuş, kitab verilişinədək 
bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Sistem həm də 
oxuculara kitabxanada hazırlanmış tammətnli verilənlər bazasından istifadə 
etməyə imkan verir. Bundan əlavə, hər bir İnternet istifadəçisi kitabxananın 
Web səhifəsi vasitəsi ilə onun elektron kataloqundan və digər elektron re-
surslarından istifadə edə bilər. 
Soraq - biblioqrafiya aparatı  və biblioqrafik xidmət.   Kitabxanada 
Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatı əks etdirən əlifba və sistemli 
kataloq tərtib edilmişdir. 2003-cü ildən etibarən kitabxananın aldığı bütün 
kitablar haqqında məlumat elektron kataloqa (EK) daxil edilir. 2004-cü ildən 
isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik 
təsvirləri də EK-nın tərkibindəki ayrı bir verilənlər bazasına daxil edilir. 
Kitabxanada müxtəlif təyinatlı biblioqrafik vəsaitlər də  tərtib və  nəşr edilir. 
EK-dan və biblioqrafik vəsaitlərin elektron variantlarından həm də Kitabxa-
nanın Web səhifəsi ilə  də istifadə etmək olar. Kitabxana öz istifadəçilərinə 
tam həcmdə soraq-biblioqrafiya və biblioqrafik informasiya xidməti göstərir. 
Xüsusi oxucu qruplarına elektron poçt (E-mail) vasitəsilə  də biblioqrafik 
informasiya xidməti göstərilir. Kitabxanada ənənəvi kitabxana-biblioqrafiya 
xidmətləri ilə yanaşı,  İnternetdən istifadə, müxtəlif təqdimatlar və  mətbuat 
konfranslarının keçirilməsi, skaner, surətçıxarma, laminasiya və s. əlavə 
xidmətlərdən də istifadə etmək olar. 
Elektron biblioqrafik nəşrlər.  2003-cü ildən etibarən kitabxananın 
fonduna daxil olan kitablar və dövri mətbuat nəşrləri əsasında aşağıdakı cari 
elektron biblioqrafik göstəricilər tərtib və nəşr edilir: 
 
Azərbaycan Respublikasının Prezidenti: Gündəlik fəaliyyətin xronikası  
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin imzaladığı 
qanun, fərman və sərəncamların biblioqrafiyası  
 
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları  


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə