İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 30
kitabxana  beynəlxalq kitab mübadiləsi yolu ilə  cəmi 145 nüsxə  ədəbiyyat 
almış və bir nüsxə də kitab göndərməmişdirsə, 
[
3, 7
]
 2006-cı ildə Milli Kitab-
xana beynəlxalq kitab mübadiləsi yolu ilə  1296 nüsxə kitab almış  və 900 
nüsxə kitab göndərmişdir 
[
4, 5
]

Bu gün Azərbaycan Milli Kitabxanası elmimizin, mədəniyyətimizin və 
iqtisadiyyatımızın inkişafında mühüm və aparıcı rol oynayan elmi mərkəzə 
çevrilmişdir. Ölkə çap məhsulatının arxiv fondunun yaradılması  və etibarlı 
mühafizəsinin təmin olunması istiqamətində apardığı məqsədyönlü işlər onun 
bu şərəfli missiyanı bacarıqla yerinə yetirməsinə əyani sübutdur.   
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A. Heydər Əliyev və kitabxana işi. - B., 2006. 
2.
 
Ì.Ô.Àõóíäîâ àäûíà Ìèëëè Êèòàáõàíàíûí 1995-úè èë ùåñàáàòû. 
3.
 
M.F.Axundov adına Milli Kitabxananın 2000-ci il hesabatı. 
4.
 
M.F.Axundov adına Milli Kitabxananın 2006-cı il hesabatı. 
5.
 
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 4, m. 298-299. 
6.
 
M.F.Axundov adına Milli Kitabxananın 2007-ci il hesabatı. 
7.
 
M.F.Axundov adına Milli Kitabxananın 2008-ci il hesabatı. 
8.
 
Azərbaycan, 2008, 18 noyabr. 
 
НАЦИОНАЛЬНАЯ БИБЛИОТЕКА ИМЕНИ  
М.Ф.АХУНДОВА В НЕЗАВИСИМЫЕ ГОДЫ 
                                               
К.М.ТАХИРОВ 
 
РЕЗЮМЕ 
 
В  статье  идет  речь  о  новом  подходе  к  библиотечной  работе  в 
свете  требований  информационного  общества  конца  ХХ – начала  ХХI 
века,  автоматизации  библиотечного  процесса,  первых  ступенях  раз-
вития  интернет-службы  для  полноценного  обслуживания  читателей 
Азербайджанской  Национальной  Библиотеки  им.  М.Ф.Ахундова.  Также 
подробно  освещается  работа  библиотеки  в  годы  независимости  Азер-
байджанской Республики, ее роль в общественной жизни страны, в рас-
ширении  международных  библиотечных  связей,  проведении  различных 
культурных мероприятий международного уровня. 
Отдельно  говорится  о  возрастающей  успешной  деятельности 
библиотеки и о той значительной роли, которую сыграл в ее усовершен-


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 31
ствовании  общенациональный  лидер  азербайджанского  народа  Гейдар 
Алиев.     
                             
AZERBAIJAN NATIONAL LIBRARY NAMED AFTER 
M.F.AKHUNDOV IN THE YEARS OF INDEPENDENCE 
 
K.M.TAHIROV 
                                
                              SUMMARY 
                            
This article is about the reconstruction works held in the National 
Library at first period according to the demands of informed society, the 
automation of library processes and the offering the Internet use to the 
readers at the end of the XX century and beginning of the XXI century. Also 
here is spoken about the works made in the directions of the total recon-
struction of the library activities in the years of independence, expansion of 
library’s international relations and international scale ceremonies held in 
the library. 
In article especially emphasized great leader of Azerbaijan nation 
Heydar Aliyev’s  unexampled services for the perfection of the library 
activities. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 32
MÜSTƏQİLLİK DÖVRÜNDƏ MƏRKƏZİ ELMİ  
KİTABXANANIN FONDLARININ FORMALAŞMASI: 
İNKİŞAFI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ TENDENSİYALARI 
(tədqiqat materialları əsasında) 
 
A.İ.ƏLİYEVA-KƏNGƏRLİ 
Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanası 
 
Müstəqillik tarixən heç də bütün millətlərə nəsib olmur. Azərbaycan isə 
qədim dövlətçilik ənənələri olan bir ölkədir. Ona görə də müstəqil dövlətçiliyin 
bərpa olunması Azərbaycan xalqı üçün çox qiymətlidir. 
Müstəqillik  əldə edildikdən sonra Azərbaycanda milli-mədəni və tarixi 
ənənələrə, ümumbəşəri dəyərlərə söykənən yeni dövlət, həqiqi demokratik cə-
miyyətin qurulması prosesi başlanmışdır. İctimai-siyasi həyatın, iqtisadiyyatın, 
maddi və  mənəvi mədəniyyətin bütün sahələrində böyük quruculuq işləri 
aparılmışdır. Bu quruculuq proseslərində elmi potensialdan səmərəli istifadə 
etmək və onu ictimai tərəqqinin mühüm hərəkətverici qüvvələrindən birinə 
çevirmək qarşıda duran vəzifələrdən ən önəmlisidir. 
Əlbəttə ki, biz bütün dünya alimlərinin birgə səyi nəticəsində yaradılan və 
inkişaf etdirilən, bütün sahələri əhatə edən bir elmdən bəhs edirik. Hər bir ölkə 
elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun 
olaraq qoşulmalıdır. 
Azərbaycan elminin tarixi böyükdür. Əsrlərdən-əsrlərə Azərbaycanın elm 
adamları ixtiralar etmiş, dünya elminə böyük tövhələr vermiş, Azərbaycanın 
elm səviyyəsini yüksəklərə qaldırmışlar. XX əsrin  əvvəllərindən Azərbaycan 
elminin inkişafı yeni vüsət almışdır. Elmi müəssisələr yaradıldıqdan sonra elm 
inkişaf etmişdir. Elmin inkişafında xüsusilə Milli Elmlər Akademiyasının bö-
yük rolu olmuşdur. Xalqımızın ümummilli lideri Heydər  Əliyev demişdir: 
«Elmlər Akademiyası Azərbaycan elmini inkişaf etdirib, xalqımızın elm, bilik 
səviyyəsini yüksəklərə qaldırıb, Azərbaycan elmini dünyaya tanıtdırıb və dünya 
elminə öz tövhəsini vermişdir». 
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) elm, 
informasiya, mədəniyyət müəssisəsi kimi elmin inkişafına böyük təkan verən və 
mənəvi potensialın inkişafına xidmət göstərən bir sosial institutdur. Kitabxana 
xidmətinin vəzifəsi – dünya ədəbiyyatı nümunələrinin etibarlı  şəkildə toplan-
ması, qorunması, yüksək səviyyədə oxuculara təqdim edilməsidir. Zəngin elmi-
bəşəri informasiya sərvətlərinin gələcək nəsillərə ötürülməsində, yüzlərlə elmi 
kadrların yetişdirilməsində, Azərbaycan elminin inkişafında MEK-in xüsusi 
rolu vardır. H.Əliyev bir daha bu fikri təsdiqləmişdir: «Kitabxana xalq, millət, 
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə