İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 26
Bakıda keçirilən Türkdilli ölkələrin Milli Kitabxanaları direktorlarının 
II konfransında Türkdilli ölkələrin milli kitabxanalarının toplu elektron ka-
taloqunun tərtibi, vahid portalın təşkili,  Türkdilli ölkələrin milli kitabxana-
larında mühafizə olunan əlyazmalarının kataloqunun nəşri və tammətnli 
elektron versiyasının yaradılması məsələləri müzakirə olunmuşdur. 
 “Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaş-
lıq təşkilatının X ümumi iclasında isə regional korporativ elektron kataloqların 
və tammətnli elektron resursların, analitik elektron məlumat bazalarının 
yaradılması, birgə regional kitabxana layihələrinin həyata keçirilməsi və s. 
məsələlər müzakirə olunmuşdur. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Kitabxanasının  hər iki kon-
fransda müzakirə olunan məsələlərdə fəal iştirakı qloballaşan informasiya cə-
miyyəti quruculuğu şəraitində bütün iş proseslərinin müasir dövrün tələblərinə 
uyğun yenidən qurulması  və modernləşdirilməsi istiqamətində  əhəmiyyətli 
addımların atılmasında, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqində 
geniş imkanlar açacaqdır.     
Əvvəlcə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı 
önünə  və  Şəhidlər Xiyabanına  əklil və gül dəstələri qoymuşlar. Daha sonra 
qonaqlar Milli Kitabxanaya gəlmiş, kitabxana ilə yaxından tanış olmuşlar. 
 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab 
Əbülfəs Qarayevin və yubileyə dəvət almış qonaqların  iştirakı ilə Milli Kitab-
xanada 8 adda -  “Heydər  Əliyev Milli Kitabxanamızda”, “Tariximizdən 
səhifələr”, “Azərbaycan xarici mətbuatda”, “Musiqi tariximizin qızıl fon-
dundan”, “85 il xalqın xidmətində”, “Kitabxanamızın inciləri”, “Azərbaycanın 
kitab abidələri”, “Əməkdaşlarımızın yubiley töhfələri” sərgilərinin açılışı ol-
muşdur 
[
7
]
. Sərgilər qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Kitab-
xananın işçilərinin  əl işlərindən ibarət “Əməkdaşlarımızın yubiley töhfələri” 
sərgisinin eksponatları qonaqlar tərəfindən xüsusi maraq və diqqətlə qar-
şılanmışdır. 
 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab 
Əbülfəs Qarayev Milli Kitabxananın 85 illik yubiley tədbirlərinə  gəlmiş qo-
naqları “Xarici ədəbiyyat zalı”nda qəbul etmişdir. O, Milli Kitabxananın tari-
xində yubiley mərasiminin ilk dəfə belə  təntənəli keçirildiyini, digər öl-
kələrdən bu qədər qonağın iştirak etdiyini xüsusi vurğulamışdır. 
 
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-Kommersiya Əməkdaş-
lıq Təşkilatının (BAE) prezidenti, Belorus Milli Kitabxanasının direktoru Ro-
man Motulski, Türkiyə Milli Kitabxanasının direktoru Tüncel  Acar, Qa-
zaxıstan Milli Akademiya kitabxanasının baş direktoru Roza Berdiqaliyeva, 
Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova öz çıxışların-
da  yubiley tədbirlərinin belə yüksək səviyyədə qeyd edilməsi üçün cənab 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 27
nazirə  təşəkkürlərini bildirib, bu təcrübədən   yararlanacaqlarını qeyd etmiş-
dilər.  
2009-cu ildə Bakı  şəhərinin  İslam mədəniyyətinin paytaxtı elan 
edilməsi ötən ili xüsusilə yaddaqalan etmiş, mədəniyyət tariximizin şərəfli 
səhifəsinə çevirmişdir. “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009”  tədbirlər 
çərçivəsində Milli Kitabxanada aprel ayının 20-21-də  İqtisadi  Əməkdaşlıq 
Təşkilatına (İƏT) üzv ölkələrin  Milli Kitabxanalarının direktorları Şurasının 
II Konfransı keçirilmişdır. Konfransda Azərbaycan, Türkiyə,  İran, Pakistan, 
Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan ölkələrinin 
Milli Kitabxana direktorları  və  İƏT Mədəniyyət  İnstitutunun nümayəndələri 
iştirak etmişdir. Bakı konfransının  əsas məramlarından biri bu təşkilatın 
nizamnaməsinin  qəbulundan  ibarət  olmuşdur.  
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab 
Əbülfəs Qarayev  İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şu-
rasının II Konfransını açaraq 2009-cu ildə Bakı  şəhərinin  İslam mədə-
niyyətinin paytaxtı elan olunmasından, bu münasibətlə ölkədə keçirilən və 
planlaşdırılan möhtəşəm tədbirlərdən danışmışdır. Bakı  şəhərinin son illərdə 
dünya  əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilməsini Azərbaycan 
Respublikasının Prezidenti cənab  İlham  Əliyevin apardığı  uğurlu siyasətin 
nəticəsi və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO  və İSESKO-nun 
xoşməramlı  səfiri Mehriban xanım  Əliyevanın mənəvi dəyərlərimizin təbliği 
istiqamətində  həyata keçirdiyi məqsədyönlü tədbirlərin tərkib hissəsi 
olduğuna diqqəti çəkmiş, 9 İslam ölkəsinin milli kitabxanasının direktorlarının 
Bakıda toplaşmasında iştirakını  mühüm hadisə hesab etmişdir.  
 Tədbir çərçivəsində Milli Kitabxananın sərgi zalında “İslam mədə-
niyyəti kitab səhifələrində” adlı geniş beynəlxalq kitab sərgisinin açılışı  mə-
rasimi də olmuşdur. Qonaqların, Milli Məclisin üzvlərinin, görkəmli ziya-
lıların və  əksər  İslam ölkələrinin Bakıdakı  səfirlərinin iştirakilə açılışı keçi-
rilən sərginin ekspozisiyasında 9 ölkənin Milli Kitabxanalarının fondlarından 
600-ədək kitab nümayiş olunmuşdur və  sərginin sonunda həmin kitablar 
Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur.  
Bakı konfransında  İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direk-
torlar  Şurasının nizamnaməsi qəbul olunmuş, Azərbaycan Milli Kitabxa-
nasının direktoru təşklatın sədri,  İran  İslam Respublikasının Milli Kitabxana 
və Arxiv təşkilatının direktoru Əli Əkbər Aşari isə Baş direktoru seçilmişlər. 
Konfransın işində İƏT-ə üzv ölkələrdən 16 xarici qonaq iştirak etmişdir. 
13-15 iyul 2009-cu il tarixində Milli Kitabxanada İSESKO, Azər-
baycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və 
Azərbaycan Milli Elmər Akademiyası ilə birgə  Bakı-İslam mədəniyyətinin 
paytaxtı – 2009” tədbirlər çərçivəsində “Asiyada İslam Tibbi əlyazmalarının 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə