İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 20
yat orada öz əksini tapır. Burada Azərbaycan, rus və digər xarici dillərdə olan 
bütün nəşrlər  əhatə olunur. Materiallar elm sahələri üzrə qruplaşdırılır və 
oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə  hər bir kitabın  şifrələri də 
verilir. 
Hazırda Milli Kitabxanaya daxil olan dövrü mətbuatın  əksəriyyətinin 
məzmunu açılır və orada gedən bütün vacib materialların analitik təsvirləri 
analitik elektron məlumat bazasında
 
öz əksini tapır. Bütün bunlar Azərbaycan 
mətbuatının elektron məlumat bazasının yaradılması  işinə xidmət edir və 
gələcəkdə fundamental milli biblioqrafiya vasitələrinin tərtibi və  nəşri üçün 
əlverişli zəmin yaradılması üçün əsas olacaqdır. 
Müasir dövr informasiya cəmiyyəti kimi xarakterizə olunur və sirr de-
yil ki, bu gün oxucular məhz yeni informasiya ardınca kitabxanalara müraciət 
edirlər. 
İnformasiyanın, kompüterin insanların məişətinə daxil olduğu, onların 
gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda, oxucuların za-
man və məkan problemi olmadan lazımi informasiyanı əldə etməsinə, müasir 
tipli informasiya  texnologiyalarından istifadə etməklə bilavasitə iş və yaşayış 
yerlərindən dünyanın ən zəngin informasiya mənbələrinə daxil olaraq lazımi 
informasiyaları operativ şəkildə almalarına  şərait yaratmaq istiqamətində 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında son illər  ərzində 
məqsədyönlü işlər görülür. Bütün bu işlərin nəticəsi otaraq Milli Kitabxananın 
veb saytının, elektron kataloqunun və elektron kitabxanasının yaradılması 
təmin edilib və oxucuların istifadəsinə verilib, kitabxanada məsafədən virtual 
kitab sifarişi sistemi tətbiq edilib, kitabxanalara virtual metodik xidmət 
metodundan istifadə olunur. 
Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yeni-
lik onun lokal kompüter şəbəkəsinə daxil olan kitabxanaların oxucularına ki-
tabxanaçıların sifarişi  əsasında milli kitabxananın fondunda olan kitabların 
müəyyən hissələrinin elektron çatdırılması sisteminin tətbiqindən ibarətdir. 
Belə ki, Əhmədli massivində yaşayan hər bir oxucu Xətai rayon Mərkəzi 
kitabxanasına müraciət edərək Milli Kitabxananın fondunda olan hər bir 
kitabın müəyyən hissələrinin elektron variantını alıb oxuya biləcəkdir. Həmin 
materialların adi printerlə çap 
 
olunaraq kitabxanada saxlanılması isə onlardan 
digər oxucuların da təkrar istifadə edə bilmələrinə imkan yaradır.   
Artıq bu gün kitabxanamızın oxucuları və eləcə də dünya miqyasında 
Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron 
kataloqu vasitəsilə zaman və məkan problemi olmadan milli kitabxananın nə-
inki kataloq və fondlarına daxil olaraq ondan sərbəst istifadə edə bilirlər, hətta 
onun tammətnli elektron məlumat bazalarından da bəhrələnirlər. Kitabxananın 
elektron kataloqunda 1990-2008-ci illəri  əhatə edən 65 200 adda 207 800 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 21
nüsxədən artıq kitab öz əksini tapmışdır 
[
7, 7
].
 Maraqlı haldır ki, kitabxananın 
saytına xarici ölkələrdən oxucular daha çox müraciət edirlər. Bu gün oxucular 
və respublikanın ən ucqar kəndində belə INTERNET-ə çıxışı olan hər bir və-
təndaş nəinki Milli Kitabxananın fond və kataloqlarında, hətta ABŞ-ın Kon-
qres Kitabxanasının və Rusiya Dövlət Milli Kitabxanasının (keçmiş Lenin ki-
tabxanası) fond və kataloqlarında da birbaşa axtarış aparmaq imkanına 
malikdir.  
Bu ilin mayından Azərbaycan Milli Kitabxanasının elektron məlumat 
bazası Avropa Elektron Kitabxanasına daxil edilmişdir. Yəni kitabxananın 
oxucuları Avropanın 47 kitabxanasının fondlarında və kataloqlarında birbaşa 
axtarış aparmaq imkanı əldə ediblər. Eyni zamanda 47 Avropa ölkəsinin milli 
kitabxanasının oxucuları da Azərbaycan kitabxanasının fond və kataloqların-
dan istifadə etmək imkanı  qazanıblar.  Bu da Azərbaycan həqiqətlərinin dün-
yaya çatdırılmasında mühüm bir vasitədir. Artıq bu gün kitabxanaya gələn 
oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və kartotekalarda saatlarla axtarış 
aparmaq əvəzinə, kitab verilişi məntəqəsində quraşdırılan kompüterlərə yaxın-
laşaraq 2-3 dəqiqə ərzində Milli Kitabxananın elektron kataloqunda olan istə-
dikləri kitabı tapa bilir və sifariş edirlər. Oxucular elektron kataloqa o dərə-
cədə öyrəşiblər ki, bəzən köhnə ənənəvi kataloqda axtarış aparmağa tənbəllik 
edirlər.  
Keçən ilin  mart ayından Milli Kitabxanada oxuculara virtual kitab si-
farişi imkanı da yaradılmışdır. Yəni internetə çıxışı olan hər bir oxucu yaşayış 
və yaxud iş yerindən kitabxananın saytındakı “virtual xidmət” bölməsinə girə-
rək istənilən kitabı sifariş edə bilər və dərhal ona həmin kitabın kitabxanada 
olub-olmaması barədə məlumat verilir, lazım gəldikdə onu sifariş edir və artıq 
oxucu kitabxanaya gələrkən kitab rəfdə onu gözləyir. Beləliklə kitabı kata-
loqda axtarmaq və sifariş edib bir saat gözləməyə ehtiyac qalmır. Əgər oxu-
cunun istədiyi kitab kitabxanada yoxdursa, heç vaxt itirib gəlməyə ehtiyac 
qalmır. Bu müddət ərzində 260 nəfər oxucu yüzlərlə kitab sifariş etmişdir.
 
 Bu 
prosesin davamı olaraq ötən ilin dekabrından virtual qaydada kitabın bir 
hissəsinin Milli kitabxananın lokal şəbəkəsinə daxil olan digər kitabxanaların  
elektron ünvanına göndərilməsi xidməti də həyata keçirilir. 
Gələn ildən oxucuların qeydiyyatı  və kitab verilişi proseslərinin də 
kompüterlər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Əlbəttə, bütün bun-
lar yeni avadanlıqların alınıb quraşdırılması ilə bağlıdır. 
Milli Kitabxanada dünyanın ən böyük və zəngin kitabxanalarında daha 
çox tətbiq olunan VTLS-VIRTUA sistemi üzrə  həyata keçirilən kitabxana 
proseslərinin avtomatlaşdırılması, oxucu sorğularının virtual rejimdə ödənil-
məsinə və ödənilən arayışların tam şəkildə məlumat bazasında saxlanmasına 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə