İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   2   3   4   5   6   7   8   9   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 13
və elektron jurnalların miqdarı artır. Tammətnli elektron nəşrlərə abunələrin 
genişlənməsi ənənəvi abunələri üstələyir və ona qalib gəlir. Gələcək elektron 
kitabxanaların əsasını təşkil edən bu ünsürlər getdikcə daha geniş meydan alır, 
sonra  ənənəvi kitabxanalara “Mən sənin gələcəyinəm” deyir. Ancaq bu de-
diklərimiz və müasir dövrdə kitabxanaçılıq aləmində baş verən proseslər hec 
də göründüyü kimi deyil və mikrodaşıyıcılar, nə audio-video kasetlər, qram-
mofon valları, nə  də CD-ROM-lar kitabxanaların bir institut kimi mövcud-
luğunu  şübhə altına ala bilməz. Tarixə  nəzər salaq: 5 min ildən artıq tarixi 
olan  ənənəvi kitabxanalar bütün zamanlarda və dövrlərdə  bəşəriyyətə  uğurla 
xidmət edib, təkmilləşərək, yeniləşərək zəmanəmizə  qədər gəlib çıxmışdır. 
Məhz buna görə  də  kitabxanaların gələcəyinə  nəzər salarkən, kitabxana 
quruculuğunun gələcəyini proqnozlaşdırarkən keçmişi dərindən öyrənilməli, 
kitabxanaların 5 min illik təcrübəsi nəzərə alınmalıdır. 
Beləliklə, elektron daşıyıcıların inkişafı  ənənəvi kitabxanaların yaşa-
masına, fəaliyyət göstərməsinə, cəmiyyətin informasiya tələbatının ödənilmə-
sində onların roluna heç bir xələl gətirmir,  əksinə, onun daha da təkmilləş-
məsinə, oxuculara xidmət işinin daha səmərəli təşkilinə, operativliyinə kömək 
edir.  İnformasiya cəmiyyətində kitabxana işi sahəsində sürətlə baş verən bu 
inqilabi dəyişikliklər, onların dərindən öyrənilməsi, ümumiləşdirmələr aparıl-
ması kitabxanaşünaslıq elmləri qarşısında olduqca mühüm vəzifələr qoyur. 
Məhz kitabxanaşünaslıq kitabxana işinin yeni şəraitə uyğunlaşmasına, infor-
masiya elmi ilə inteqrasiyasına dair araşdırmalar aparmalı kitabxanalarımızı 
elmi-nəzəri müddəalarla silahlandırmalıdırlar. 
Yadda saxlamaq lazımdır ki, axtarış  məharətinin bütün növlərini məhz 
kitabxanalarda təkmilləşdirmək mümkündür. Bu baxımdan görkəmli Ameri-
kan kitabxanaşünası Cessi Şiranın kitabxanaların gələcəyə yönəlmiş fəaliyyəti 
haqqında sözləri olduqca maraqlıdır. O yazır: “Fundamental sosial tələbatı 
təmin etməkdən ötrü cəmiyyətin yaratdığı kitabxana sivilizasiyanın nəhəng 
abidələri icərisində demək olar ki, yeganə abidədir ki, indi əvvəlkindən daha 
yüksəkdə durur və zülmətə qarşı  çıxır. Onlar belə bir fikrin universal təsdi-
qidir ki, insan varlığının ulu sənədli sübutları yaşamaqda davam edir və bizə 
çox şey söyləyir, həm də hər biri ayrı-ayrılıqda yox, hamısı birlikdə və onlar 
buna ehtiyacı olan hər bir kəsin üzünə acıq olmalıdır”. 
 
ƏDƏBİYYAT 
 
1.
 
 Xələfov A.A. Kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla 
davam edir. - B., 2010.- 186 s. 
2.
 
Kitabxanalar biliklər cəmiyyətində  (İkidilli Azərbaycan-Rusiya 
layihəsi). - B., 2006. - 516 s. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 14
3.
 
Библиотеки в обществе знаний (Двухязычный азербайджанско- 
российский проект). -  Б., 2006. - 516 с. 
4.
 
Шрайберг Я.Я. Библиотеки элэктронная информация и меняю-
щееся обшество в информационном веке.- М., 2006.- 35 с. 
5.
 
Xələfov A.A. Kitabxanaşünaslığa giriş. - B., 2001. - 398 s. 
 
ИНФОРМАЦИОННОЕ ОБЩЕСТВО И СОВРЕМЕННЫЕ 
ПРОБЛЕМЫ БИБЛИОТЕКОВЕДЕНИЯ 
 
А.А.ХАЛАФОВ 
 
РЕЗЮМЕ 
 
 
В статье рассмотрена актуальные проблемы библиотековедение в 
годы  независимости  Азербайджана.  Информатизация  традиционных 
библиотек  и  важность  обеспечение  современным  библиотечно-инфор-
мационной  технологиями  библиотек  является  основными  проблемы 
библиотековедения и информатизации обшества.  
                                                       
MODERN PROBLEMS OF INFORMATION SECIETY  
AND LIBRARY SCIENCE  
 
A.A.KHALAFOV 
 
SUMMARY 
 
 
In the article is given about the actual problems of the library science 
library science during the independence years. The main problems of the lib-
rary science and information is to secure the library information technology. 
                                                                


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 15
 
 
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ  
KİTABXANASI MÜSTƏQİLLİK İLLƏRİNDƏ 
 
K.M. TAHİROV 
M.F.Axundov adına Azərbaycan Milli  Kitabxanası 
 
M.F.Axundov adına Milli Kitabxana Azərbaycanın müstəqilliyi illərin-
də özünün inkişafının ən yüksək pilləsinə qədəm qoymuşdur. Azərbaycan xal-
qının ümummilli lideri, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada 
başlanan möhtəşəm yenidənqurma prosesi Milli Kitabxananın fəaliyyətində də 
özünü biruzə vermişdir. Kitabxanada yeni iş üsulları, yeni iş metodları tətbiq 
olunmağa başlamış, mütərəqqi formalardan istifadə edilmişdir. 
İlk növbədə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri 
əks etdirən kitabların təqdimat mərasimlərini qeyd etmək olar. Bu mərasim-
lərdə  mərhum prezidentimiz Azərbaycan xalqının ümummilli lideri, ulu 
öndərimiz Milli Kitabxananın fəaliyyətini və orada çalışan insanların əməyini 
yüksək qiymətləndirmişdir: “Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. 
Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və 
ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və eh-
tiramımı bildirmək istəyirəm” 
[
1, 239
]
.
 
Ulu öndərimizin 1995-ci ildə Milli Kitabxanada “Vətənə, Dövlətə, 
Xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirakı kitabxananın hə-
yatında böyük bir hadisəyə çevrilmişdi. Bu mərasimdə iştirak edən ulu öndər 
Milli Kitabxananın fondunun xarici dillərdə ədəbiyyatla komplektləşdirilməsi 
üçün hər il əlavə 5 min ABŞ dolları vəsait ayrılması barədə göstəriş vermişdir.  
1995-1997-ci illərdə ulu öndər Heydər  Əliyev M.F.Axundov adına 
Milli Kitabxanada 4 dəfə olmuşdur və onun kitabxanaya hər gəlişi bu elm 
məbədinə yeni bir abu-hava, təkmilləşmə gətirmişdir. 
Milli Kitabxanada çıxışı zamanı “Kitabxana xalq, millət üçün, cə-
miyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” deyən
 
ulu 
öndər Milli Kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxədən artıq qiymətli 
kitab bağışlamışdır 
[
1, 239
]
.
 
Ulu öndərin bu hədiyyəsi Milli Kitabxanaya öz 
şəxsi kitabxanalarından qiymətli kitab kolleksiyaları  hədiyyə olunması kimi 
gözəl bir ənənəyə başlanğıc vermiş oldu. Bundan dərhal sonra Baş Nazirin 
müavini, xalq yazıçısı Elçin Əfəndiyev, görkəmli akademikimiz Ziya Bün-
yadov və başqa ziyalılarımız Milli Kitabxanaya qiymətli kitab kolleksiyaları 
bağışladılar.
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə