İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   2   3   4   5   6   7   8   9   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 
8
informasiya proqramlarının tətbiqi və s. məsələlərin öyrənilməsinə  və tövsi-
yələr hazırlanmasına diqqət yetirəcək. 
- Jurnal respublikamızın bütün regionlarında, Bakı  şəhərində  və digər 
mərkəzi  şəhərlərdə  əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində yeni 
iş metod və formalarının öyrənilməsinə  və yayılmasına, mərkəzləşdirilmiş 
kitabxana sistemlərinin  əhaliyə kitabxana-informasiya xidməti sahəsində baş 
verən yeni iş prosesinin qiymətləndirilməsinə və ümumiləşdirilməsinə, elmi-
nəzəri nəticələr çıxarılmasına da geniş yer ayıracaq. 
- Jurnal respublikamızda qəbul edilən “Biliklər iqtisadiyyatının Azər-
baycan modelinin konsepsiyası”nın həyata keçirilməsində, onun nəzəri as-
pektlərinin və  əsas anlayışlarının izahına ciddi diqqət yetirəcək, bu sahədə 
kitabxana işinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi problemləri ön 
plana çəkiləcək. 
- Jurnal həmçinin kitabxanaşünaslıq və informasiyanın ayrı-ayrı sahə-
lərinin; kitabxana işinin tarixinin, kitabxanaşünaslığın elmi-nəzəri və meto-
doloji məsələlərinin, kitabxana fondu və kataloq sisteminin, oxuculara xidmət 
işinin, kitabxana iqtisadiyyatının, kitabxanaların elmi-metodik təminatının və 
kitabxana informatikasının aktual problemlərinin öyrənilməsinə xüsusi diqqət 
yetirəcək, bu sahəyə dair aparılan elmi araşdırmaların nəticələrini dərc edəcək. 
- Jurnal öz qarşısında müstəqil Azərbaycan Respublikasının elmi-mə-
dəni həyatında yaxından iştirak etmək, milli kitabxanaşünaslığımızı yeni elmi-
nəzəri və metodoloji ideyalarla zənginləşdirmək kimi şərəfli vəzifə qoymuş-
dur.  
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 
9
 
 
İNFORMASİYA CƏMİYYƏTİ VƏ KİTABXANAŞÜNASLIĞIN 
MÜASİR PROBLEMLƏRİ 
 
A.A. XƏLƏFOV 
Bakı Dövlət Universiteti 
 
Müstəqil, suveren Azərbaycan dövləti özünün çiçəklənmə dövrünü ya-
şayır. Son dövrdə ölkəmizdə iqtisadiyyat, siyasət, elm, təhsil, mədəni quru-
culuq, sosial tərəqqi, o cümlədən doğma vətən torpağını erməni faşistlərindən 
azad etmək üçün xalqımıza, dövlətimizə  ən çox gərək olan ordu quruculuğu 
sahəsində böyük nailiyyətlər qazanılmışdır. 
Eyni zamanda dərin ardıcıl təhsil islahatları keçirilmiş, Təhsil Qanunu 
qəbul edilmişdir. Vətən elminin inkişafı üçün elmin perspektiv inkişaf strate-
giyası  qəbul edilmiş, elm və  təhsilin inkişaf etdirilməsi üçün böyük pers-
pektivlər açılmışdır. 
Respublilkamızda müstəqillik illərində humanitar elmlərin mühüm 
tərkib hissələrindən biri olan kitabxanaşünaslıq elminin inkişafı sahəsində də 
böyük tərəqqi və yeniliklər baş vermiş, kitabxanaşünaslığın mühüm problem-
lərinə dair geniş elmi tədqiqatlar aparılmış, elmi məqalələr, monoqrafiyalar, 
dərsliklər, dərs vəsaitləri nəşr edilmişdir. Sovetlər Birliyi zamanı respubli-
kamızda ali və orta ixtisas kitabxanaçılıq müəssisələrində bir dənə  də milli 
dərslik olmadığı halda hazırda onlarla milli dərslik və dərs vəsaitləri meydana 
gəlmişdir. Elmi dərəcəsi olan milli kadrların sayı 3 dəfədən çox artmışdır. 
Hazırda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində 
və respublikamızın elmi kitabxanalarında 10 nəfərə yaxın elmlər doktoru və 
30-a qədər elmlər namizədi çalışır. Bakı Dövlət Universitetində  və AMEA–
nın Mərkəzi Elmi Kitabxanasında 20 nəfərdən artıq doktorant və dissertant 
elmi tədqiqat işi aparır. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində 30 
nəfərə  qədər magistr təhsil alır. Magistrlər kitabxanaşünaslıq və informasi-
yanın aktual problemlərinin araşdırılmasında yaxından iştirak edirlər. Böyük 
elmi və praktik əhəmiyyətə malik olan magistr dissertasiyaları yazılan zaman 
əldə edilən nəticələri, təklif edilən nəzəri fikirləri çap etmək, onları kitab-
xanaların təcrübəsinə tətbiq etmək zərurəti meydana çıxır.   
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kafedralarında çox 
güclü elmi potensiala malik alimlər - fəlsəfə doktorları  və elmlər doktorları 
fəaliyyət göstərir. Bu alimlər bir qayda olaraq BDU-nun elmi tədqiqat planına 
müvafiq müasir dövr kitabxana quruculuğunun aktual problemlərinə dair 
araşdırmalar aparırlar. Belə  tədqiqatların çap edilməsi, respublikamızın çox-


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 10
saylı kitabxana ictimaiyyətinə çatdırılması böyük elmi-nəzəri və praktik 
əhəmiyyət kəsb edir, əldə edilən elmi nəticələrin kitabxana praktikasına tədbiq 
edilməsinə şərait yaradır. 
Müstəqillik illərində bir sıra kitabxanalar elmi status almış, geniş elmi 
tədqiqat işləri aparmağa başlamışdılar. Belə kitabxanalara misal olaraq 
M.F.Axundov adına Milli Kitabxananı, AMEA-nın Mərkəzi Elmi Kitabxana-
sını, Prezident Kitabxanasını, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasını 
və s. sahəvi kitabxanaları göstərmək olar. Bu kitabxanaların elmi-metodik və 
informasiya  şöbələrində onlarla elmi əməkdaş çalışır. Bu kitabxanalarda ki-
tabxanaşünaslığın və informasiyanın aktual problemlərinə dair ciddi araşdır-
malar aparılır, olduqca böyük elmi-nəzəri və praktik əhəmiyyətə malik olan 
nəticələr  əldə edilir. Bu baxımdan böyük elmi  kollektivlərin və ayrı-ayrı 
tədqiqatçıların əldə etdiyi nəticələrin çapı da böyük aktuallıq kəsb edir. 
Bütün bu göstərdiklərimizlə yanaşı informasiya cəmiyyəti kitabxanaşü-
naslıq elmləri qarşısında daha ciddi problemlər qoymuşdur. Təəssüf ki, 
informasiya cəmiyyətinin inkişafında mühüm rol oynayan informatika elminin 
bəzi nümayəndələri, informasiya texnologiyasına, kompüterə, informasiya-
laşdırma prosesinə, internetə, məlumatın elektron daşıyıcılarına aludə olaraq, 
elektron kitabxanaların yaradılmasını mühüm amil hesab edərək,  ənənəvi 
kitabxanaçılığın əhəmiyyətini azaltmağa meyl göstərirlər. Bizcə, belə meylləri 
təhlil etmək, onun mənfi və müsbət cəhətlərini göstərmək, perspektivlərini 
müəyyənləşdirmək və kitabxana işində elektron vəsaitlərdən istifadə etmək 
işini araşdırmaq, klassik kitabxanaçılıqla yeni kitabxanaçılığın inteqrasiyası 
prosesini ön plana çəkmək zərurəti meydana çıxır. Hər  şeydən öncə infor-
masiya cəmiyyətinin mahiyyətini dərk etmək, onun inkişaf istiqamətlərini, 
məqsəd və  vəzifələrini müəyyənləşdirərkən belə bir inkaredilməz həqiqət 
ortaya çıxır ki, informasiya cəmiyyəti kitabxanasız keçinə bilməz. Oxucuların 
informasiya tələbatının ödənilməsi bilavasitə maddiləşmiş biliyə, həqiqi bili-
yə, yəni kitaba əsaslanmalıdır. Kitablar isə kitabxanalarda toplanmışdır. 
Deməli, obrazlı şəkildə desək, kitabxanalar informasiya cəmiyyətinin döyünən 
ürəyidir. Bu ürək nə qədər sağlam olsa, ritmik döyünsə, informasiya cəmiyyəti 
bir o qədər sürətli inkişaf edən, böyük nemət olan biliyin idarə olunmasında 
daha yaxından iştirak edə bilər. Bütün bunlar isə ən böyük sosial funksiyalar: 
biliklə insan arasında etibarlı və əbədi körpü olan, biliyin idarə olunmasında 
və kitabın cəmiyyət üzvlərinə çatdırılmasında etibarlı vasitə olan, cəmiyyətin 
informasiya fəaliyyətini təmin edən kitabxanaların missiyasıdır. 
Beləliklə, kompüter texnologiyalarının nailiyyətlərinə  və qlobal infor-
masiya şəbəkələrinin inkişafına əsaslanan “informasiya cəmiyyəti” və xüsusən 
daha geniş  əhatəli sosial, etik və siyasi parametrləri  əhatə edən “biliklər 
cəmiyyəti” kitabxanasız keçinə bilməz. Məhz buna görədir ki, YUNESKO-


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə