KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
24
qiymətli kitabın və 60-dan artıq dövrü mətbuat materialının mikrofilmləri
hazırlanaraq oxucuların
istifadəsinə verilmişdir, onların orginalları isə kon-
servasiya olunaraq gələcək nəsillər üçün saxlanılır.
M.F.Axundov adına Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyi-
nin vəsaiti hesabına nəşr olunmuş və alınmış kitabların da şəhər və kənd ki-
tabxanalarına göndərilməsi ilə məşğul olur. Belə ki, nazirliyin mərkəzləşdiril-
miş vəsaiti hesabına tariximiz, mədəniyyətimiz, incəsənətimiz, elmimiz üçün
mühüm əhəmiyyət kəsb edən kitablar sifarişlə çap
olunaraq Milli Kitabxana-
nın ölkədaxili kitab mübadiləsi şöbəsi vasitəsilə şəhər, rayon və kənd
kitabxanalarına, eləcə də beynəlxalq kitab mübadiləsi şöbəsi vasitəsilə dünya
kitabxanalarına göndərilir.
2008-ci il ərzində bu yolla ölkə və dünya kitabxanalarına 45610
nüsxə
latın qrafikası ilə çap olunmuş yeni kitab göndərilib
[
7, 9
]
. Azərbaycan həqi-
qətlərinin bütün dünyaya yayılmasında mühüm əhəmiyyət
kəsb edən Mədə-
niyyət və Turizm Nazirliyinin çap etdirdiyi belə kitabların sırasında Ə.Ələk-
bərlinin 5 xarici dildə çap olunmuş “Qərbi Azərbaycanın tarixi abidələri”,
H.Məmmədovanın “Xocalı-şahidlər və şəhidlər” (rus və ingilis dillərində),
“Azərbaycan milli geyimləri”, “Azərbaycan kinosunun tarixi” ikicildliyi,
“Azərbaycan teatrının tarixindən”, “Molla Nəsrəddin” jurnalının latın qrafi-
kası ilə çap olunmuş tam mətni, “Mədəniyyət” fotoalbomu (ingilis və azər-
baycan dillərində), ayrı-ayrı mədəniyyət və incəsənət xadimlərinə həsr
olunmuş kitablar, fotoalbomlar və s. var. Hazırda nazirlikdə Qarabağ məsələsi
ilə əlaqədar 10-dan çox adda kitabın bir neçə xarici dillərə tərcümə olunaraq
dünya kitabxanalarına göndərilməsi istiqamətində ciddi işlər görülür.
Milli Kitabxananın strukturu da tamamilə yenidən qurulub. Mədə-
niyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan
yeni strukturda müasir
dövrün tələbləri ilə səsləşən bir sıra yeni şöbələr “Elektron informasiya xid-
məti”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasi və infor-
masiya texnologiyaları”, “Elektron resurslarının yaradılması”, “Kitabxana-
çıların təlim və tədris mərkəzi”, “Kitabxana siyasəti və metodiki rəhbərlik”,
“Analitik elektron məlumat bazasının yaradılması”, “Elektron dissertasiya
fondunun təşkili və ondan istifadə” şöbələri və bir sıra yeni bölmələr ya-
radılıb.
Milli Kitabxana bütün idarə və sistemlərin kitabxanalarına virtual
rejimdə metodik xidmət göstərir. Belə ki, kitabxananın saytında “Virtual me-
todik xidmət” bölməsi yaradılmışdır və ölkənin istənilən
nöqtəsindən hər bir
kitabxana işçisi müxtəlif sorğularını sayt vasitəsilə Milli Kitabxanaya ün-
vanlayır və bir saat, yaxud yarım saat, yarım gün ərzində öz sorğularına cavab
ala bilirlər.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
25
2008-ci il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası üçün çox
əhəmiyyətli olmuşdur və bu il kitabxananın tarixinə möhtəşəm yubiley ili
kimi daxil olmuşdur. Özünün 70, 75 və 80 illik yubileylərini lazımi səviyyədə
keçirmək imkanı olmayan Milli Kitabxana məhz bu səbəbdən yaradılmasının
85 illik yubileyini yüksək səviyyədə qeyd etməyə çalışmışdır.
Milli mədəniyyətimizin və mənəvi dəyərlərimizin mühafizəsinə xüsusi
qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının hədsiz
diqqəti sayəsində Milli Kitabxananın 85 illik yubileyi xüsusilə təmtəraqlı
keçmişdir. Hörmətli Prezidentimizin yubiley iştirakçılarına və qonaqlara ün-
vanladığı təbrik məktubu xüsusilə əhəmiyyətli olmuşdur.
Burada Dövləti-
mizin başçısı elmimizin və mədəniyyətimizin inkişafında Milli Kitabxananın
rolunu yüksək qiymətləndirərək onun hər bir azərbaycanlı, hər bir alim, hər
bir ziyalı üçün qürur yeri olduğunu qeyd edərək kollektivin bütün üzvlərinə
uğurlar arzulamışdır. Prezidentimizin bu müraciəti yubiley təntənələrinin
bütün iştirakçıları, o cümlədən xarici qonaqlar tərəfindən Milli Kitabxananın
fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi qəbul olunmuşdur.
Eyni zamanda dövlət başçısının 17 noyabr 2008-ci il tarixli sərəncam-
ları ilə Milli Kitabxananın inkişafında xüsusi xidmətləri olan,
uzun müddət
oxuculara xidmət işində fəal iştirak edən 11 nəfər işçiyə ölkənin yüksək
mükafatlarının – fəxri adların və medalların verilməsi də yubiley təntənələrinə
xüsusi rövnəq vermiş oldu, təntənələri daha da canlandırdı
[
8
]
. Bütün bunlar
Milli Kitabxananın 85 illik yubiley təntənələrini Azərbaycanın kitabxana
tarixində görünməmiş bir
hadisəyə, onun şanlı səhifəsinə çevirmiş oldu.
Milli Kitabxananın 85 illik yubileyi təntənələrini tarixə çevirən amil-
lərdən biri də yubiley günlərində eyni zamanda iki beynəlxalq konfransın–
Türkdilli Ölkələrin Milli Kitabxanaları direktorlarının II konfransının və
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaşlıq təşki-
latının X ümumi iclasının Bakı şəhərində keçirilməsindən ibarət idi.
Heç təsadüfi deyildir ki, Prezidenti İlham Əliyev cənabları hər iki bey-
nəlxalq konfransın iştirakçılarına göndərdiyi müraciətdə milli kitabxanaları
xalqların, mədəniyyətlərin və nəhayət ölkələrin inteqrasiyasında əhəmiyyətli
rol oynadıqlarını qeyd etmiş, kitabxanalararası əlaqələrin möhkəmlənməsinə,
bu əlaqələrin əsas istiqamətlərinin müəyyən olunmasına öz töhfəsini ve-
rəcəkdir.
Yubiley tədbirlərinin və hər iki beynəlxalq konfransın keçirilməsinin
ən mühüm cəhətlərindən biri də bu tədbirlərdə dünyanın 18 ölkəsindən 30-a
yaxın xarici qonağın – Türkiyə, Rusiya, Ukrayna,
Slovakiya, Estoniya, Lat-
viya, Qazaxıstan, Belorus, Qırğızıstan və digər ölkələrin milli kitabxana di-
rektorlarının və professional beynəlxalq kitabxana təşkilatlarının rəhbərlərinin
iştirak etməsindən ibarət idi
[
7, 9
]
.