KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
124
Artıq 1992-1995-ci illərdə CD-ROM-un kitabxana işinə tətbiqi prosesi
başlandı (2,s.14). CD-ROM-bu yenilik kitabxanalar ücün yeni perspektivli
texnologiya idi. Qeyri şərtsiz olaraq CD-ROM texnologiya kitabxanaların
həyatında bir cox dəyişikliklər etdi. Oxucular böyük informasiya və şəbəkə
azadlığı əldə etdilər, kitabxanalar özlərinin cari texnologiyalarına CD-ROM-u
tətbiq etməyə başladılar.
Bəs CD-ROM kitabxanalara nə verdi?
1.Öz oxucularına müxtəlif informasiya məhsulları ilə biblioqrafik,
referativ, faktoqrafik və cürbəcür informasiya resursları və məlumat bazaları
ilə xidmət etmək imkanı;
2.Hətta internet epoxasına qədər onlayn cıxışla, kağızla, mikrofor-
malarla, maqnit lentləri və disklərlə müqayisədə yüksək üstünluklərə, böyük
imkanlara malik, cox da bahalı olmayan kompleks enerji və resurs qoruyucu
infomasiya vasitələrindən istifadə etmək imkanı;
3.CD-ROM Networking sisteminin köməyilə bir necə istifadəciyə eyni vaxtda
bir CD-ROM-la bir sənədə cıxış imkanı;
4.Elektron nəşrlər-sənədlərin yeni növü -1990-cı illərin sonlarında
daha cox rast gəlinən: ensklopediyalar, göstəricilər, sorğu kitabcaları, nəhayət
tam mətnli nəşrlər.
Kompakt disklər (onları həm də lazer, optik disklər, CD də
adlandırırlar) ilk dəfə musiqi yazmaq ücün işlənib hazırlanmışdır. Lakin artıq
1984-1985-ci illərdə nəinki ilk oyunlar və ya texniki katoloqlar (“Perqamon”
şirkəti Boinq təyyarələri ücün təlimat) hətta ilk CD-ROM verilənlər bazası da
işləndi. Belə tanınmış ümumdünya məlumat bazası Elmi İnformasiya İnstitutu
(Filadelfiya, ABŞ) tərəfindən buraxılmışdır
[
9, 45
]
. CD-ROM texnologiya-
sının yaranması ilə kitabxanalar yüksək informasiya texnologiyalarının tətbiqi
sahəsində daha bir pillə irəli addım atmış oldular.
1992-ci ildə kitabxana məlumat bazaları və katoloqları ücün CD-R
(CD-Recordable) texnologiyası–CD-ROM-a informasiya yazılması texnologi-
yası yarandı. Qərb kitabxanalarında CD-ROM-un meydana cıxması 1985-
1989-cu illəri əhatə edir
[
5,42
]
. Belə ki, CD-ROM yavaş-yavaş, lakin haqlı
olaraq Onlayn cıxışı sıxışdırıb cıxartdı. Cünki o daha az etibarlı və bahalı idi.
Eyni zamanda axı İnternet yox idi və onlayn seans telefon kanalları və paket
komutasiya vasitəsilə həyata kecirilirdi.
CD-lərin kicik ölcülü, böyük tutum, etibarlılıq və uzunömürlülüyü
sayəsində xarici yaddaş qurğuları keyfiyyətcə müvəffəqiyyətlə dəyişir. Bir
cox Avropa ölkələrində 1980-cı illərin ortalarında elmi və xüsusi kitabxanalar
öz oxucularına CD təqdim etməyə başladılar
[
8,50
]
.Əvvəllər onlar sorğu və
biblioqrafik məlumat bazalarından ibarət idi.Sonralar ora xüsusi rəsmi nəşrlər,
daha sonralar isə tam mətnli jurnallar və elmi hesabatlar da əlavə edildi.CD-
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
125
lərin geniş şəkildə elmi və xüsusi kitabxanalarda tətbiqi, şəbəkə versiyasının
yaranması 1991-ci illərə təsadüf edir
[
4,10
]
. Multimedia CD-lər daha gec
ensklopediyalar, dərsliklər, xüsusi soraq nəşrləri və s. formasında gəldi. CD-
lər oxuculara xidmət işi təcrübəsinə daxil olmağa başladı. 1995-ci ildə ABŞ-ın
26% elmi və akademik kitabxanalarında, lokal CD-şəbəkələr isə 75% univer-
sitet kitabxanalarında istifadə olunurdu.
Qeyd edək ki, dünyada audiovizual sənədlər bazarı və sənədlərlə xid-
mət və eyni zamanda CD-ROM texnologiyası əsasında məlumat bazası bazarı
kifayət qədər rəngarəng və böyükdür. Nomenklatura və tiraj genişlənməsi
dəyişməz tendensiya daşıyır və yaxın zamanlarda kifayət qədər daha da
böyüyəcək, artacaqdır. Belə ki, bir cox milli kitabxanalar artıq özlərinin müs-
təqil olaraq fondlarını əks etdirən kompakt disklərini yaratmağa başlayıblar.
Buna misal Almaniya, İngiltərə, Fransa, İspaniya və s. ölkələri göstərmək olar
[
3,9
]
. Təbii ki, bunun ücün ölkə kitabxanaları öz siyasətlərini işləyib
hazırlamalıdırlar. Lakin bir cox qeyd etdiyimiz xarici ölkələrdən fərqli olaraq
təəssüf ki, bu sahəyə respublikamızda cox az diqqət yetirilir. Audiovizual
sənədlər, onların saxlanması və istifadəsi sahəsində kitabxana siyasəti hələ
müəyyən edilməmişdir. Bizdə yeni audiovizual daşıyıcılar bazarı və onların
tərkibi, xidməti haqqında kitabxanalara məlumat verən elə bir təşkilat da
yoxdur.
Hal
hazırda optik (lazerli) disklər rəqəmli üsulla yazılmış daha etibarlı
informasiya daşıyıcılarıdır. Bunlarla yanaşı elm və texnologiya inkişaf et-
dikcə yeni nanotexnologiya vasitəsilə atom və molekulla işləyə biləcək daha
yığcam informasiya daşıyıcılarının yaradılmasına başlanmışdır. Atomlardan
toplanmış elementlər qablaşdırmasının qalınlığı müasir mikroelektronikadan
1000 dəfələrlə böyükdür
[
6,12
]
. Nəticədə nanotexnologiya əsasında hazırlan-
mış bir kompakt disk yüzlərlə lazerli diski əvəz edə bilər. Beləliklə sənəd-
informasiya sahəsinə optik texnologiyanın tətbiqini sənədləşmiş informasi-
yanın yayılması, saxlanması, qorunması erasının başlanğıcı hesab etmək olar.
ƏDƏBİYYAT
1. Xələfov A., Qurbanov A. Kitabxanaların kompüterləşdirilməsinin
əsasları: Dərslik.-B.:BUN, 2007.-200 s.
2. Булычева О.С. Использование компактного оптического диска
CD-ROM в справочно-библиографической работе// Науч. и техн. б-ки.-
1991.-№9.-С.3-8.
3. Гениева Е. Вторжение электронных изданий: Плюсы и ми-
нусы// Библиотека.- 1997.- №8.- С.14-16.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
126
4. Доброва В.А. Проблемы формирования фондов аудиовизуаль-
ных документов в библиотеках // Библиотеки стран в новых социально-
экономических условиях: Сб. науч. тр. /РГБ.-М., 1994.- С.92-103.
5. Майстрович Т.В. Возможности использования оптических
компакт-дисков в библиотеках// Науч. и техн. б-ки.-1997.-№5.-С.9-14.
6. Маркис Д. Основы CD-ROM // Науч. и техн. б-ки.-1995.-
№10/11.-С.39-46.
7. Меняев М.Ф., Земсков А.И., Денисов Б.В. Оптические диски в
библиотечной технологии// Науч. и техн. б-ки.-1997.-№3.-С.3-15.
8. Милованова Л. Интерактивные компакт-диски // Библиотека.-
1992.-№9-10.- С. 48-51.
9. Позо Лео Ф. Основы технологии CD-ROM// Науч. и техн. б-
ки.-1994.-№8.-С.33-50.
ИСПОЛЬЗОВАНИЕ СОВРЕМЕННЫЕ АУДИОВИЗУАЛЬНЫЕ
ИНФОРМАЦИОННЫЕ НОСИТЕЛИ В БИБЛИОТЕКАХ
С.И.МАМЕДОВА
РЕЗЮМЕ
В статье освящаeтся использование новых аудиоавизуальных
информационных носителей в библиотеках в период информационного
общества. А также, широко обьясняется электронная документация,
значение новых аудиоаизуальных информационных носителей. Особое
внимание уделяется на компактный оптический диск CD-ROM, его
использование, значение, история создания и типы.
MODERN AUDIOVISUAL INFORMATION
MEDIA USED IN LIBRARIES
S.I.MAMMADOVA
SUMMARY
The article is deducated to the modern audiovision information
carriers of uses in a library in modern information society. The electronic
documentation and value of modern information carriers are explained in this
article.The special attention is given optical disks, its uses in libraries, the
important advantages, types, history of creations.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
127
YAŞLILARIN FASİLƏSİZ TƏHSİLİNİN TƏŞKİLİNDƏ
KİTABXANALARIN ROLU VƏ İŞTİRAKI
A.S.HÜSEYNOVA
Bakı Dövlət Universiteti
Cəmiyyətin inkişafının hazırkı vəziyyətı, sosial-iqtisadi şəraiti ümu-
milikdə təhsil sisteminin qarşısında xüsusi tələblər qoyur. Biliklərin sürətlə
köhnəlməsi hər bir şəxsin bilik potensialının daima yüksəldilməsini tələb edir.
Məhz bu mənada bütün ömür boyu təhsil almaq ideyası xüsusi aktuallıq kəsb
edir. Onun həyata keçirilməsi fasiləsiz təhsil sisteminin yaranması və
inkişafinda özunu ifadə edir
Təhsildə fasiləsizlik insanın bütün ömür boyu tam, əhatəli, zamanın
tempinə uyğun individuallaşmiş və təkmilləşdirilmiş təhsilidir və inkişaf
səviyyəsindən asılı olamayaraq hər bir ölkə üçün aktualdır. Məsələn, müasir
Avropada elm və texnologiya elə sürətlə inkişaf edir ki, məlumatların hər il
orta hesabla 20%-i aktuallığını itirir və beləliklə də 5-8 il ərzində peşələrin
məzmunu tamamilə köhnəlir. Təsadüfi deyil ki, məşğulluq üzrə Avropa
strategiyası çərçivəsində ömür boyu təhsil biliklər və bacarıqların, peşə
səriştəsinin artırılması məqsədi ilə və daimi əsaslarla aparılan hərtərəfli təlim
fəaliyyəti kimi müəyyən edilmişdir. Bu kimi sənədlərin sayı çoxdur - Fasiləsiz
Təhsil haqqında Avropa Memorandumu, Hamburq Bəyannaməsi, Dakar
Bəyannaməsi, Sofiya Bəyannaməsi və s.
Qeyd olunanların Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələr üçün
aktuallığı daha böyükdür. Avropada Ömür Boyu Təhsilin qarşısında duran
vəzifə, sadə dillə desək, vətəndaşın bilik və bacarıqlarının 3-5 il ərzində
yeniləşən texnologiyaya uyğunlaşdırmaqdırsa, Azərbaycanda uzun müddətli
dövr ərzində mövcud olmuş planlı iqtisadiyyat şəraitində və totalitar ideoloji
mühitdə qazanılmış ixtisasların və əldə edilmiş peşə vərdişlərinin müasir
dövrün tələblərinə uyğunlaşmanı təmin etməkdir. Təkcə bir faktı göstərmək
kifayətdir ki, hazırda ölkədə mövcud olan əməkqabiliyyətli əhalinin təqribən
60-70%-i inzibati-amirlik münasibətləri sistemində təhsil almış və ya
çalışmışdır. O dövrdə bir dəfə əldə edilmiş ixtisas insanın ömrü boyu işlə tə-
min olunmasına imkan verirdi. Lakin indi bazar iqtisadiyyatı şəraitində tex-
nologiyaların sürətlə dəyişməsi çevik və dinamik şəkildə peşə və ixtisasların
artırılmasını, yeni ixtisaslara yiyələnməni tələb edir. Aparılan tədqiqatlar
göstərir ki, ölkədə mövcud işsizlik problemi təkcə iş yerlərinin olmaması
səbəbində deyil, işsiz və işaxtaranların peşə-ixtisas təhsilinin və vərdişlərinin
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
128
müasir əmək bazarına cavab verməməsi səbəbindəndir. Məhz bu faktlar
Azərbaycanda yaşlıların təhsilini aktual edir.
Yaşlıların təhsili – fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla,
vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uy-
ğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata
keçirilən təhsil prosesidir. Yaşlıların təhsili ilə ənənəvi təhsilin arasında
müəyyən fərqlər mövcuddur. Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət
üçün layiqli vətəndaş və iqtisadiyyat üçün lazımi kadr hazırlamaqdırsa,
konkret olaraq yaşlıların təhsilinin vəzifəsi isə artıq ənənəvi təhsil sistemindən
çıxmış vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişik-
liklərə uyğunlaşmasını və fəal iştirakını təmin etməkdir.
Yaşlı təhsilalan – cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyi-
şikliklərə uyğunlaşmaq məqsədilə, andraqoji (andraqogika-yaşlıların təsili
aqqında elm sahəsidir) prinsiplər əsasında təhsil almaqla, bilik, bacarıq və
şəxsi keyfiyyətlərinin, əmək vərdişləri və peşə bacarıqlarının inkişaf etdiril-
məsinə və təkmilləşdirilməsinə olan etiyaclarını ödəmək istəyən şəxsdir.
Yaşlıların təhsili prosesində kontingentə aşağıdakı sosial-demoqrafik
qruplar aid edilə bilər:
əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və
yeniliklərlə əlaqədar ixtisasartırmaya və ixtisasdəyişməyə cəlb edilən
peşəkar əmək sahəsi işçiləri;
şəxsi təsərrüfatla və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar;
məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;
uzunmüddətli fasilədən sonra, o cümlədən analıq məzuniyyətindən
sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;
müstəqil həyata yeni başlamış yaşlı mütəxəssislər;
peşəsi olmayanlar;
yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan
işsizlər;
hərbi xidmətdən təxris olunanlar;
məcburi köçkünlər və qaçqınlar;
adi şəraitdə tədris materiallarını qavraya bilməyən və sağlamlığı
məhdud olan şəxslər;
müxtəlif səbəblərdən yeni sosial-mədəni şəraitə uyğunlaşmağa məcbur
olan şəxslər;
şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini
genişləndirmək arzusunda olan şəxslər və s.
Azərbaycanda yaşlıların təhsili problemini aktual edən bir sıra səbəblər
vardır:
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
129
-
Ölkədə mövcud olan işsizlik problemi təkcə iş yerlərinin olmaması
səbəbindən deyil, eyni zamanda işsiz və işaxtaran vətəndaşların peşə-ixtisas
təhsilinin və əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab
verməməsi;
-
Bir milyona qədər qaçqın və məcburi köçkünlərin öz doğma yurd-
yuvalarını itirmələri ilə yanaşı, mövcud iş yerlərini də itirmələri;
-
Ölkədə həyata keçirilən idarəetmə prosesində iştirak edən çoxsaylı
məmurlar ordusunun nəzəri biliklərinin və praktiki bacarıqlarının müasir
dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsi problemi;
-
Ölkədə informasiya texnologiyalarının tətbiqi sferalarının genişlən-
dirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilir. Bu isə informasiya
texnologiyalarının yeni tətbiq olunduğu müəssisə və təşkilatların əməkdaş-
larının bu istiqamətdə bacarıqlarının artırılmasına yönəldilmiş təlimlərin
keçirilməsisi zəruri edir.
-
Ölkədə ciddi ekoloji problemlərin mövcud olmasının müqabilində
əhalinin bu istiqamətdə maarifləndirilməsu səviyyəsi aşağıdır. Bu isə həmin
istiqamət üzrə yaşlıların təhsili prosesini zəruri edir.
-
Ölkənin ənənəvi təhsil sistemində aparılan islahatlar başa çatma-
dığından təhsil sistemində hazırlığı ilə və əmək bazarının tələbləri arasında
ciddi uyğunsuzluqlar hələ də mövcuddur. Buna görə də hətta yenicə hazır-
lanmış kadrların da əmək bazarında rəqabət qabiliyyətli olmaları üçün, onların
çevik və qısamüddətli əlavə təhsilə ehtiyacları vardır ki, bu da yaşlıların
təsilini aktual edən daha bir səbəbdir.
-
Ölkə əhalisinin demokratik vətəndaş quruculuğu istiqamətində
ciddi maariflənməyə ehtiyacı vardır ki, bu istiqamətdə yaşlıların təhsili prosesi
hələ uzun müddət aktual olaraq qalacaq və s.
Yaşlıların fasiləsiz təhsil prosesinin təşkil edən müəssisələr icərisində ən
aparıcı yeri kitabxanalar tutur. Müasir şəraitdə cəmiyyət həyatının bütün
sahələrində olduğu kimi kitabxanalarda da əsaslı dəyişikliklər baş vermək-
dədir. Bazar iqtisadiyyatı şəraitində kitabxanaların yeni iqtisadi mexanizmə
uyğunlaşması ən aktual problemlərdəndir. Müasir dövrdə geniş oxucu kütlə-
lərinin dünyagörüşünün düzgün istiqamətləndirilməsi, təhsil səviyyəsinin
yüksəldilməsi, mütaliə mədəniyyəti vərdişlərinə yiyələnməsi üçün kitabxana-
ların fəaliyyətinin fasiləsizliyi təmin olunmalıdır. Qeyd etmək lazımdır ki,
Amerika kitabxanaşünasları fasiləsiz təhsil sistemini yaşlılar üçün kütləvi
kitabxana xidmətinin əsası olaraq qiymətləndirirlər. Şəxsitəhsil mütaliənin
fasiləsiz təhsilə kömək edən mürəkkəb formasıdır. Qeyd etmək lazımdır ki,
informasiya texnologiyalarının inkişaf etdiyi, kompüter telekommunikasiya
vasitələrinin kütləvi xarakter daşıdığı müasir dövrümüzdə dünya əhalisi
içərisində məhz yaşlı nəsl daha çox mütaliə etməyə maraq göstərir. Onlar
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
130
cəmiyyət həyatının hadisələrində şüurlu və fəal iştirak etmək üçün daha çox
şəxsitəhsillə məşğul olurlar. Şəxsitəhsil eyni zamanda biliklərə yiyələnməyin
əsas yollarından biridir. Şəxsitəhsil elmi nailiyyətlərin geniş xalq kütlələrinin
sərvətinə çevrilməsinə kömək edir. Kitabxana işinin düzgün və geniş təşkili
olmadan şəxsitəhsil işi inkişaf edə bilməz. Kitabxanalar yalnız şəxsitəhsilə
maraq göstərən oxucuları deyil, bütün oxucuları şəxsitəhsilə cəlb etməlidir.
Çünki kitabxana xidmətinin düzgün təşkili olmadan çəxsi təhsil işi inkişaf edə
bilməz. Şəxsitəhsil elmi nailiyyətlərin geniş xalq kütlələrinin sərvətinə çev-
rilməsinə yardım edir. Müasir həyatın hadisələrində şüurlu və fəal şəkildə
iştirak etmək yalnız şəxsitəhsillə mümkündür. Bu işdə kitabxanaların səmərəli
fəaliyyəti mühüm rol oynaya bilər.
ƏDƏBİYYAT
1.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik H.1-2.B., 2001- 400 s.
2.
Baxşəliyev V. İ. Yaşlıların təhsili zamanın tələbidir // Təhsil.- dekabr
2004
3.
Yaşlıların təhsilinə dail Hamburq konfransı.-1997.
4. Осипова И. Библиотека и образование: К постановке проблемы//
Библиотековедение.- 1999.-№1.-С. 22-28
5. Проблемы непрерывного образования взрослых: Сб. науч. тр.- Л.,
1979.- 77 с.
6. Збаровская Н. В Формирование информационно-образовательной
среды современных библиотек //Библиотековедение.- 2006.- №4.-C.50-54
РОЛЬ И УЧАСТИЕ БИБЛИОТЕК
В НЕПРЕРЫВНОМ ОБУЧЕНИИ ВЗРОЗЛЫХ
А.С.ГУСЕЙНОВА
РЕЗЮМЕ
В статье раскрыта суть актуальности образования взрослых
как составной части системы непрерывного образования. Также от-
мечается роль и значение библиотек в образовании взрослых в общества
знаний.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
131
THE ROLE AND PARTICIPATION OF LİBRARİES İN THE
ORQANİZATİON OF THE ADULTS CONTİNUOUS EDUCATİON
A.S.HUSEYNOVA
SUMMARY
The a article is dedicated to the essence of the urgency of the edu-
cation adults as component of continuous education system. The role and
importanse of libraries in the adults in the knovledge society are elucidated as
well of adult knowledge in societies.
Document Outline - titul-1
- KİTABXANAŞÜNASLIQ-1
Dostları ilə paylaş: |