KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
122
Müasir
audiovideotexniki vasitələr, videoyazı və müxtəlif səsli multi-
media daşıyıcıları kompakt disklərdir(CD).Yuxarıda qeyd etdiyimiz kimi
1980-cı illərdə bir-birinin ardınca baş verən texniki inqilablar kitabxanaları
yeni informasiya texnologiyalarından istifadəyə gətirib cıxartdı. Belə ki yeni
multimedia sənədləri, maqnit disklər(disketlər), optik, lazerli disklər və s.
yarandı. Bu müxtəlif audiovizual sənədləri saxlamaq ücün kitabxana fon-
dunun əsas hissələrini əks etdirən xüsusi fondlar yaradırlar.
Onlar xüsusi
texniki vasitələrlə əks etdirilən səsli, təsviri və ya təsviri-səsli informasiyaları
özündə toplayan sənədlərdən ibarət olur. Audiovizual informasiya daşıyıcı-
larının xüsusi saxlanma yeri kitabxanalarda aşağıdakı adları daşıyır: artteka və
izoteka-incəsənət əsərləri fondu, fonoteka və sonoteka-səsli sənəd fondu,
diateka-vizual sənəd fondu,
fototeka-fotomateriallar fondu, filmoteka və ya
kinoteka-kino materiallar toplusu, mediateka-kağız daşıyıcıları, şəkil,
fonoqramma, diafilm, video, kinofilm, elektron daşıyıcılar və multimedia və s.
Onların vəzifəsi oxucuların sorğu və tələbatlarını maksimum dərəcədə təmin
etmək, insanlarda yaradıcılıq qabiliyyətinin
inkişaf etdirilməsi, boş vaxtlarının
səmərəli təşkili, informasiya və kütləvi işlərin həyata kecirilməsidir.
Kitabxanalarda istifadə edilən audiovizual sənədlər illər nəticəsində aşağıdakı
təsnifata ayrılmışdır: Xarici görünüş əlamətlərinə görə vizual (təsviri əks
etdirən), audio (səsli), audiovizual (həm səsli, həm görüntülü).
Kompüterlər kitabxanaların məlumat bazasından informasiya axtarışı
vasitəsi kimi və kitabxana fondunu tam və operativ şəkildə formalaşdırmaq,
kitabxana xidməti istiqamətində müxtəlif kitabxanaların məlumat bazalarını
əlaqələndirmək, kitabxana proseslərinin avtomatlaşdırılması vasitəsi kimi öz
təsdiqini tapdı.Müasir dövrün ən aktual problemlərindən biri olan elektron
kitabxanaların təşkilində də müasir audiovizual informasiya daşıyıcılarından
genis istifadə olunur. Belə ki elektron kitabxanaların informasiya ehtiyatı
rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir.
[
1,176
]
Bunlara da bildiyimiz kimi kompakt (CD), optik disklər, audio-video disklər
və s. daxildir. Bu plastik və aliminium disklər lazer şüası vasitəsilə infor-
masiyanın yazılması və əks etdirilməsinə əsaslanır.
Bu diskləri optik lazer
disklər də adlandırırlar. Hal-hazırda optik lazer disklər rəqəm üsulu ilə yazıl-
mış daha etibarlı maddi sənəd informasiya daşıyıcılarıdır. Optik sənəd
informasiyanın müxtəlif üsulla yazılması və daşınma materialına əsaslanır.
İnformasiyanın bu növ daşıyıcılarının mühüm keyfiyyəti onun birinci növbədə
universallığı, vahid rəqəmli informasiyanın istənilən formada səsli, mətn,
qrafiki, video-saxlanması və yazılması imkanlarından ibarətdir. İkinci növ-
bədə optik sənəd vahid optik daşıyıcıda verilənlər bazası şəklində infor-
masiyanın saxlanması və təşkilinə imkan verir. Ücüncü növbədə bu sənəd
verilənlər bazasına cıxışı təmin edən inteqrasiyalı informasiya şəbəkələrinin
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
123
yaradılmasına imkan yaradır. Optik
sənəd - eyni vaxtda kitab, diafilm və vi-
deofilm, audioyazı və s. özündə cəmləşdirən sənədin inteqral formasıdır
[
7,
50
]
. Optik sənəd böyük həcmli informasiyanı özündə uzun müddət saxlamaq
ücün daha əlverişlidir. Optik sənədlərin ən əlverişli forması lazer şüası ilə əks
olunan, yazılan və sayılan informasiya maddi daşıyıcı-kampakt disklər, optik
sənədlərdir. Kompakt disklər- üzərinə qoruyucu lak cəkilmiş nazik qatlı alimi-
niumla örtülmüş, 1,2 mm. qalınlıqda polikarbonatdan hazırlanmışdır. Optik,
maqnitoptik və rəqəmli kompakt disklər istifadə texnologiyasına görə 3 əsas
sinifə ayrılırlar:
1.Pozulması mümkün olmayan bir dəfə yazmaq və bir nece dəfə
oxutmağa imkan verən disklər. (CD-R;CD-WORM--Write-Once, Read -
Many)
2.Reversiv (hərəkət istiqamətini dəyişə bilən)
optik disklər-Bir nece
dəfə yazmağa,oxutmağa və siqnalları silməyə imkan verən. (CD-RW,CD-E)
Bunlar daha cox unversal disklərdir.
3.Rəqəmli unversal videodisklər- 17 Qbayta kimi böyük tutumlu
DWD-ROM, DWD-RAM, DWD-R tipli
Bəs CD-lər hansı üstün keyfiyyətlərə malikdir?
CD-ROM hər şeydən əvvəl cap vasitəsi-kompakt, kütləvi istehsal və
yayılma baxımından sərfəli, enerji və resursqoruyucudur.
Həm personal kom-
püterlərdə, həm də şəbəkədə istifadə oluna bilər.Təcrübi cəhətdən səhvlərdən
xalidir. Onlar müxtəlif formada informasiya saxlaya bilir, mətn, şəkil, musiqi,
nitq, video, proqram məhsulu. Bir diskdə 8 tip məlumat birlikdə saxlanıla və
ya yazıla bilər. Həmcinin CD-lərə təhsil, öyrədici və əks etdirici proqramlar
da yazılır. Bu baxımdan CD-lərin kitabxana işində istifadəsi cox əlverişlidir.
Milyondan artıq biblioqrafik təsvirdən ibarət məlumat bazasının
bir diskə
yazılması və axtarışı oxucuların informasiya təminatını ödəməyə imkan verir.
Kompakt disklər mürəkkəb proqram təminatının yayılmasında mükəmməl
vasitədir. Onlar müxtəlif siyahılar, katoloq, lüğət və ensklopediyaların qorun-
masında əvəzedilməzdir. Cünki multimdeia informasiya daşıyıcılarına böyük
həcmdə müxtəlif təşkilati informasiya yerləşməlidir. CD-ROM kağız daşı-
yıcılardan, mikrofilm və ya maqnit daşıyıcılardan fərqli olaraq daha
uzunömürlüdür. CD-lər kompakt, yüngül, dözümlü və dağılmazdır.
Beləliklə deyə bilərik ki, informasiya texnologiyalarının kitabxana işi
sahəsinə tətbiqi istiqamətində ötən onilliyin
ən əlamətdar, mühüm hadisəsi
CD-ROM disklərin yaranması oldu. Onlar yeni növ sənəd daşıyıcısı forması
olmaqla yanaşı oxuculara kitabxana-informasiya xidmətinin, kitabxana fond-
larının formalaşmasının yeni ideologiyasını yaratdı. Bir sözlə faktiki olaraq
elektron kitabxanaların yaranması fenomeninin əsasını qoydu.