İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   46   47   48   49   50   51   52   53   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 122
 
 
Müasir  audiovideotexniki vasitələr, videoyazı və müxtəlif səsli multi-
media daşıyıcıları kompakt disklərdir(CD).Yuxarıda qeyd etdiyimiz kimi 
1980-cı illərdə bir-birinin ardınca baş verən texniki inqilablar kitabxanaları 
yeni informasiya texnologiyalarından istifadəyə gətirib cıxartdı. Belə ki yeni 
multimedia sənədləri, maqnit disklər(disketlər), optik, lazerli disklər və s. 
yarandı. Bu müxtəlif audiovizual  sənədləri saxlamaq ücün kitabxana fon-
dunun  əsas hissələrini  əks etdirən xüsusi fondlar yaradırlar. Onlar xüsusi 
texniki vasitələrlə əks etdirilən səsli, təsviri və ya təsviri-səsli informasiyaları 
özündə toplayan sənədlərdən ibarət olur. Audiovizual informasiya daşıyıcı-
larının xüsusi saxlanma yeri kitabxanalarda aşağıdakı adları daşıyır: artteka və 
izoteka-incəsənət  əsərləri fondu, fonoteka və sonoteka-səsli sənəd fondu, 
diateka-vizual sənəd fondu, fototeka-fotomateriallar fondu, filmoteka və ya 
kinoteka-kino materiallar toplusu, mediateka-kağız daşıyıcıları,  şəkil, 
fonoqramma, diafilm, video, kinofilm, elektron daşıyıcılar və multimedia və s. 
Onların vəzifəsi oxucuların sorğu və tələbatlarını maksimum dərəcədə təmin 
etmək, insanlarda yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, boş vaxtlarının 
səmərəli təşkili, informasiya və kütləvi işlərin həyata kecirilməsidir. 
Kitabxanalarda istifadə edilən audiovizual sənədlər illər nəticəsində aşağıdakı 
təsnifata ayrılmışdır: Xarici görünüş  əlamətlərinə görə vizual (təsviri  əks 
etdirən), audio (səsli), audiovizual (həm səsli, həm görüntülü). 
Kompüterlər kitabxanaların məlumat bazasından informasiya axtarışı 
vasitəsi kimi və kitabxana fondunu tam və operativ şəkildə formalaşdırmaq, 
kitabxana xidməti istiqamətində müxtəlif kitabxanaların məlumat bazalarını 
əlaqələndirmək, kitabxana proseslərinin avtomatlaşdırılması vasitəsi kimi öz 
təsdiqini tapdı.Müasir dövrün ən aktual problemlərindən biri olan elektron 
kitabxanaların təşkilində də müasir audiovizual informasiya  daşıyıcılarından  
genis istifadə olunur. Belə ki elektron kitabxanaların informasiya ehtiyatı 
rəqəmli formada hazırlanmış müxtəlif formatlı  sənədlərdən ibarətdir.
  [
1,176
]
 
Bunlara da bildiyimiz kimi kompakt (CD), optik disklər, audio-video disklər 
və s. daxildir. Bu plastik  və aliminium disklər lazer şüası vasitəsilə infor-
masiyanın yazılması  və  əks etdirilməsinə  əsaslanır. Bu diskləri optik lazer 
disklər də adlandırırlar. Hal-hazırda optik lazer disklər rəqəm üsulu ilə yazıl-
mış daha etibarlı maddi sənəd informasiya daşıyıcılarıdır. Optik sənəd 
informasiyanın müxtəlif üsulla yazılması  və daşınma materialına  əsaslanır. 
İnformasiyanın bu növ daşıyıcılarının mühüm keyfiyyəti onun birinci növbədə 
universallığı, vahid rəqəmli informasiyanın istənilən formada səsli, mətn, 
qrafiki, video-saxlanması  və yazılması imkanlarından ibarətdir.  İkinci növ-
bədə optik sənəd vahid optik daşıyıcıda verilənlər bazası  şəklində infor-
masiyanın saxlanması  və    təşkilinə imkan verir. Ücüncü növbədə  bu sənəd 
verilənlər bazasına cıxışı  təmin edən inteqrasiyalı informasiya şəbəkələrinin 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 123
yaradılmasına imkan yaradır. Optik sənəd - eyni vaxtda kitab, diafilm və  vi-
deofilm, audioyazı  və s. özündə  cəmləşdirən sənədin inteqral formasıdır 
[
7, 
50
]
. Optik sənəd böyük həcmli informasiyanı özündə uzun müddət saxlamaq 
ücün daha əlverişlidir. Optik sənədlərin ən əlverişli forması lazer şüası ilə əks 
olunan, yazılan və sayılan informasiya maddi daşıyıcı-kampakt disklər, optik 
sənədlərdir. Kompakt disklər- üzərinə qoruyucu lak cəkilmiş nazik qatlı alimi-
niumla örtülmüş, 1,2 mm. qalınlıqda polikarbonatdan  hazırlanmışdır. Optik, 
maqnitoptik və rəqəmli kompakt disklər istifadə texnologiyasına görə 3 əsas 
sinifə ayrılırlar: 
1.Pozulması mümkün olmayan  bir dəfə yazmaq və bir nece dəfə 
oxutmağa imkan verən disklər. (CD-R;CD-WORM--Write-Once, Read -
Many) 
  
 
2.Reversiv  (hərəkət istiqamətini dəyişə bilən) optik disklər-Bir nece 
dəfə yazmağa,oxutmağa və siqnalları silməyə imkan verən. (CD-RW,CD-E) 
Bunlar daha cox unversal  disklərdir. 
3.Rəqəmli unversal videodisklər- 17 Qbayta kimi böyük tutumlu 
DWD-ROM, DWD-RAM, DWD-R tipli 
            Bəs CD-lər hansı üstün keyfiyyətlərə malikdir? 
 
 
CD-ROM  hər  şeydən  əvvəl cap vasitəsi-kompakt, kütləvi istehsal və 
yayılma baxımından sərfəli, enerji və resursqoruyucudur. Həm personal kom-
püterlərdə, həm də şəbəkədə istifadə oluna bilər.Təcrübi cəhətdən səhvlərdən 
xalidir. Onlar müxtəlif formada informasiya saxlaya bilir, mətn, şəkil, musiqi, 
nitq, video, proqram məhsulu. Bir diskdə 8 tip məlumat birlikdə saxlanıla və 
ya yazıla bilər. Həmcinin CD-lərə  təhsil, öyrədici və  əks etdirici proqramlar 
da yazılır. Bu baxımdan CD-lərin kitabxana işində istifadəsi cox əlverişlidir. 
Milyondan artıq biblioqrafik təsvirdən ibarət məlumat bazasının bir diskə 
yazılması və axtarışı oxucuların informasiya təminatını ödəməyə imkan verir. 
Kompakt disklər mürəkkəb proqram təminatının yayılmasında mükəmməl 
vasitədir. Onlar müxtəlif siyahılar, katoloq, lüğət və ensklopediyaların qorun-
masında əvəzedilməzdir. Cünki multimdeia informasiya daşıyıcılarına böyük 
həcmdə müxtəlif təşkilati informasiya yerləşməlidir. CD-ROM kağız daşı-
yıcılardan, mikrofilm və ya maqnit daşıyıcılardan fərqli olaraq daha 
uzunömürlüdür. CD-lər kompakt, yüngül, dözümlü və dağılmazdır.
     
 
Beləliklə deyə bilərik ki, informasiya texnologiyalarının kitabxana işi 
sahəsinə  tətbiqi istiqamətində ötən onilliyin  ən  əlamətdar, mühüm hadisəsi 
CD-ROM disklərin yaranması oldu. Onlar yeni növ  sənəd daşıyıcısı forması 
olmaqla yanaşı oxuculara kitabxana-informasiya xidmətinin, kitabxana fond-
larının formalaşmasının yeni ideologiyasını yaratdı. Bir sözlə faktiki olaraq 
elektron kitabxanaların yaranması fenomeninin əsasını qoydu.  


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə