İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   46   47   48   49   50   51   52   53   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 112
iqtisadi, siyasi çətinliklərə baxmayaraq bu kitabxanalar qorunub saxlanılmaqla 
əhaliyə xidmət işini müvəffəqiyyətlə davam etdirmişlər [3, 76].  
Bu çətin şəraitdə Mədəniyyət Nazirliyinin respublika əhəmiyyətli kitab-
xanaları – M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, F.B.Köçərli 
adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər 
Kitabxanası oxuculara kitabxana xidmətini təşkil etməklə yanaşı, dövlətin 
kitabxana siyasətinin hazırlanması  və  həyata keçirilməsində, kitabxanaların 
metodik təminatında yaxından iştirak etmişlər. 
Respublikamızda  ən böyük kitabxana şəbəkəsinə malik olan Mədə-
niyyət Nazirliyi kitabxana işi sahəsində dövlət siyasətinin formalaşmasında 
yaxından iştirak etməklə kitabxana sisteminə elmi-metodik təminatın təşki-
lində mühüm işlər görür. Hazırda Mədəniyyət Nazirliyi sistemində 1 milli ki-
tabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər və  mərkəzi ra-
yon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərir. Orta hesabla əhali-
nin hər 700 nəfərinə bir stasionar kitabxana düşür. Kitabxanaların fondunda 
35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdır. Bir il ərzində kitabxanalara 
121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual sənəd daxil olmuşdur. Bu ədə-
biyyatın 101,18 nüsxəsini Azərbaycan dilində  ədəbiyyat təşkil etmişdir [2, 
122]. 
Bu rəqəmlərdən göründüyü kimi, iqtisadi çətinliyə baxmayaraq kitab-
xanaların fəaliyyətini davam etdirməsi üçün dövlət əlindən gələni etmişdir. Bu 
kitabxanalar il ərzində 2804,07 min oxucuya xidmət göstərmişdir. Fərəh-
ləndirici haldır ki, oxucular içərisində  uşaqlar və  gənclər  əhəmiyyətli yer 
tuturlar. Bu da kütləvi kitabxanaların təhsil prosesində  iştirak etməsini ön 
plana çəkir. Azərbaycan  şəraitində, xüsusilə  kəndlərdə  uşaq kitabxanaları  və 
məktəb kitabxanaları olmadığını  nəzərə alsaq, kənd kitabxanalarının 
məktəblər üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi göz önünə gələr. 
Digər tərəfdən, hazırda respublikamızın kitabxanalarında təxminən 30 
minə  qədər kitabxana işçisi çalışır. Bunlardan 8167 nəfəri Mədəniyyət 
Nazirliyinin kitabxana sistemində işləyir. Onların 1552 nəfəri ali təhsilli, 1204 
nəfəri ali ixtisas təhsilli, 3273 nəfəri isə orta və orta ixtisas təhsilli işçilərdir. 
Bu rəqəmlərdən göründüyü kimi, respublika kitabxanalarının ali peşə təhsilli 
işçilərə böyük ehtiyacı və tələbatı vardır.  
Məlum olduğu kimi, respublikada keçid dövründə kütləvi kitabxa-
naların sayı qorunub saxlanmışdır. Bəzi illərdə müəyyən azalmalar olmuşdur 
ki, bu da kiçik kütləvi kitabxanaların böyük kitabxanalarla birləşməsi pro-
sesində baş vermişdir. Bilavasitə xalqa xidmət edən kütləvi kitabxana şəbə-
kəsinin qorunub saxlanması, şəbəkəni saxlamaq üçün ayrılan dövlət vəsaitinin 
dayandırılmaması müstəqil Azərbaycan dövlətinin milli mədəniyyətə, 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 113
kitabçılığa, kitabxana işinə  böyük diqqət və qayğısının nəticəsi idi. Halbuki 
digər MDB dövlətlərində kütləvi kitabxanaların çoxu bağlanmışdır.  
Beləliklə, müstəqillik dövründə baş verən hadisələr dövlətimizə kitab-
xana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi üçün şərait 
yaratdı. Müstəqil, suveren, dünyəvi, demokratik, hüquqi Azərbaycan dövləti-
nin kitabxana işi sahəsində siyasəti formalaşmağa və  cəmiyyətdə özünə yer 
tutmağa başladı. 
Qeyd etmək lazimdir ki, bəhs edilən illərdə dövlət dövlət kütləvi kitab-
xanaları  şəbəkəsində baş vermiş mütərəqqi dəyişikliklərə baxmayaraq bu 
aparıcı kitabxana sistemində  əhaliyə kitabxana-biblioqrafiya və informasiya 
xidməti sahəsində hələ də ciddi problemlər, həll edilməmiş, təşkilati və meto-
dik məsələlər bir sira çətinliklər və noqsanlar qalmaqdadir. Bu problemləri 
belə ümumiləşdirmək olar: 
– Dövlət kütləvi kitabxanalar şəbəkəsinə onlarin xidmət etdiyi ərazilərin 
sakinlərinin kitabxana xidməti ilə əhatə edilməsi müxtəlif şəhər və rayonlarda 
qənaətbəxş deyil. bir neçə ərazi istisna olmaqla əksər rayonlarda bu göstərici 
40%-dən yuxarı  deyil. Bir sira mks-də isə bu göstərici 15-20 % təşkil edir. 
Belə  vəziyyətin bir səbəbi müvafiq MKS-lərin vahid fondunun yeni ədəbiy-
yatla zəif  komplektləşdirilməsidirsə, digər səbəbi isə  həmin kitabxanalarda, 
bu işin lazimi səviyyədə  təşkil edilməməsidir. Hazirda dövlət kütləvi kitab-
xanalar şəbəkəsinin və xüsusən kənd kitabxanalarinin yalniz 12-15%-nin oxu 
zalı vardır. 
– Bir çox MKS-lərin, o cümlədən Dəvəçi, Daşkəsən, Lerik, Imişli, 
Xaçmaz, Qəbələ, Kürdəmir, Zaqatala, Şəki, ümumilikdə isə MKS-lərin 
təqribən 40 faizi ağir bina şəraitində fəaliyyət göstərir. Kənd əhalisinə xidmət 
edən dövlət kitabxanalarinin təqribən 12 faizi şəxsi evlərdə yerləşir. 
– MKS-lərin xüsusi kitabxana avadanlığı, kitab rəfləri, kataloq qutuları, 
sərgi vitrinləri, eləcə  də kitabxana texnikası ilə  təchiz edilməsi qənaətbəxş 
deyildir.  Əksər kitabxanalarda kataloq kartoçkaları, uçot kitabları, digər 
normativ sənədlər yox dərəcəsindədir. 
– Kitabxanaların yeni ədəbiyyatla komplektləşdirilməsi planlı  və 
sistemli şəkildə aparılmır, profillilik prinsipi unudulmuşdur. Əksər MKS-lərin 
vahid fondunun tematik-tipoloji planı yoxdur. 
– Respublika Kitabxana Kollektorunun fəaliyyəti yararsız olub MKS-
lərin komplektləşdirilməsinin müasir tələblərinə  cavab vermir. 
– Son 1-2  il ərzində respublika Mədəniyyət Nazirliyində bu sahədə baş 
vermiş canlanmaya baxmayaraq MKS-lərin idarə edilməsində  və xüsusən 
onların metodik təminatinda ciddi nöqsanlar hələ  də özünü göstərməkdədir. 
MKS-lərə dünya kitabxanaçılıq təcrübəsində baş verən yeniliklər, müxtəlif 
innovasiyalar operativ şəkildə çatdırılmır. MKS-lərin  əksəriyyəti Azərbaycan 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə