İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə48/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 110
1995-ci il sentyabr ayının 29-da “Azərbaycan Respublikasında 1995-
1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təs-
diq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı fərman 
imzalandı. Bu fərmanın birinci bölməsində “Özəlləşdirilməsi qadağan olunan 
müəssisə  və obyektlərin siyahısı” verilmişdir. Bu bölmənin 3-cü bəndində 
göstərilir: “Azərbaycan xalqının tarixi və  mədəni irs obyektləri (nadir 
mədəniyyət və  təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika ob-
yektləri, o cümlədən, dövlət muzeylərində, arxivlərdə  və kitabxanalarda 
saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr var)”. 
Fərmandan aydın olur ki, kitabxanalarda saxlanılan sərvətlərin, onların 
binasının və sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu fərmanın imzalan-
ması kitabxanaların qorunub saxlanmasına şərait yaratdı. Kitabxanalar müstə-
qil dövlətimizin  əsas atributlarından biri kimi dövlət müəssisəsi statusuna 
malik oldu. 
1993-1999-cu illər Azərbaycanda kitabxana işinin tarixinə kitabxa-
naların qorunub saxlanılması  uğrunda mübarizə illəri kimi daxil olmuşdur. 
Məhz bu illərdə    Heydər  Əliyevin bilavasitə  rəhbərliyi və qayğısı sahəsində 
kitabxanalar ləğv edilməkdən xilas oldular, kitabxanaların qorunub saxlanıl-
ması  uğrunda dövlət mübarizəyə başladı. Bütün mədəniyyət ocaqlarının, o 
cümlədən kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər 
üçün istifadə olunması prezident fərmanı ilə qadağan edildi. 
1996-cı ildə Azərbaycan Nazirlər Kabineti “Kitabxana işi haqqında” qə-
rar qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrini qoruyub saxlamaq və əhaliyə 
xidmət işini yaxşılaşdırmaq üçün Azərbaycan Mədəniyyət Nazirliyinin qar-
şısında ciddi vəzifələr qoyulmuşdu. Qərarın keçid dövründə kitabxanaların 
qorunub saxlanılmasına xeyli kömək göstərdiyini söyləsək, səhv etmiş 
olmarıq. 
Bu dövrdə dövlətin kitabxana sahəsində apardığı siyasətin mühüm 
sahələrindən birini kitabxanaların maliyyələşdirilməsi tuturdu. Ölkədə hökm 
sürən maliyyə böhranına baxmayaraq, dövlət kitabxanaların saxlanılmasına və 
kitabxana işçilərinin  əmək haqqının verilməsinə ayrılan vəsaiti qoruyub 
saxlaya bildi. Doğrudur, 1990-cı illərin ilk dövründə kitabxana fondunu kom-
plektləşdirmək və  yeni kitablar almaq üçün vəsaitin ayrılmaması kitabxana 
işinə çox mənfi təsir etdi. Kitabxanalar öz oxucularının müəyyən hissəsini 
itirdi.  Əhaliyə kitabxana xidməti acınacaqlı  vəziyyətə düşdü. Ancaq 1990-cı 
illərin ikinci yarısından kitabxanalar mövcud şəraiti qiymətləndirməyə, çətin 
vəziyyətdən çıxmağa başladılar. Nəticə etibarilə kitabxanalar yerli büdcələrin, 
icra başçılarının ayırdığı  vəsait, ayrı-ayrı xeyirxah kitab müəlliflərinin 
bəxşişləri, xeyriyyəçilərin köməyi və xarici qeyri-hökumət təşkilatlarının 
ayırdığı qrantlar hesabına yeni kitablar əldə etməyə nail oldular. 1998-ci ildən 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 111
başlayaraq dövlət büdcəsində kitabxanalara yeni kitablar almaq üçün vəsaitin 
nəzərdə tutulması  və onun ilbəil artırılması  əhaliyə kitabxana xidmətinin 
təşkili işini xeyli yaxşılaşdırdı. Çətinliklə  və  zəif də olsa ayrı-ayrı nazir-
liklərin, idarə  və müəssisələrin kitabxanalarında informasiya texnologiyası 
artmağa, kitabxanalar tədricən kompüterləşdirilməyə, respublikamızın bir çox 
elmi kitabxanaları internetə qoşulmağa başladılar. 
Keçid dövründə kitabxanaların qarşısında çox mühüm və mahiyyətcə 
tamamilə yeni vəzifələr qoyulmuşdu. Bu vəzifələr sırasında kitabxana işinin 
demokratikləşməsi, milliləşməsi və azərbaycançılıq kimi böyük elmi-nəzəri 
və ideoloji əhəmiyyətə malik olan vəzifələr ön plana çəkilməli idi. Kitab-
xanalar qısa müddət içərisində müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm-
lənməsinə, dövlətin daxili və xarici siyasətinin təbliğinə, erməni faşizminə 
qarşı insanların səfərbər edilməsi ideyalarının təbliğinə başladılar. Dövlətçili-
yimizin möhkəmləndirilməsi, milli ideologiyanın yaranması  və  təbliği 
kitabxana işinin əsas mahiyyətini təşkil edirdi. Kitabxana fondunun təkmilləş-
məsində,  ədəbiyyatın təbliğində milli ədəbiyyat fondunun yenidən təşkili
tarixi soykökümüzə, adət-ənənələrimizə qayıdış ön plana çəkilirdi. Xalqımızın 
azərbaycançılıq, vətənpərvərlik, respublikamızda yaşayan bütün millətlərin, 
xalqların dostluq və qardaşlıq ruhunda tərbiyə edilməsinə xüsusi diqqət 
yetirilirdi. 
Müstəqillik illərində Azərbaycan Mədəniyyət Nazirliyi kitabxana işinin 
yaxşılaşdırılması sahəsində xeyli iş görmüşdür. Kitabxanaların fondu ideoloji 
cəhətdən lazımsız olan ədəbiyyatdan: marksizm-leninizm klassiklərinin əsər-
lərindən, Sov. İKP tarixinə dair  əsərlərdən, siyasi makulaturadan azad edildi. 
Kitabxanaların milli ədəbiyyatla təmin edilməsi üçün şərait yarandı. Hər cür 
çətinliyə baxmayaraq, xidmət işində  yeni iş forma və üsullarından istifadə 
edilməklə oxucuların sayı azalmaqdan qorundu. Doğrudur, kitabxanalara yeni 
ədəbiyyat alınmadığından oxucuların buraya gəlişi məhdudlaşırdı, bu da 
özünü kitabxanalarda kitab dövriyyəsinin azalmasında göstərirdi. 
Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsində  əsas yeri rayon mər-
kəzləşdirilmiş kitabxana sistemləri (MKS-lər) tuturdu. Zamanın sınağından 
keçmiş bu sistem müstəqillik illərində  də özünü tamamilə doğrultdu, kənd 
yerlərində Azərbaycan mədəniyyətinin dayaq bazası kimi kənd  əhalisinə 
kitabxana xidmətinin təşkilini uğurla apara bildi. Xüsusilə keçid dövrünün 
çətinliyi  şəraitində  kənd kitabxanalarını qoruyub saxlamaq və yeri gəldikcə 
onların işini yaxşılaşdırmaq mümkün oldu. 
1990-cı ildə respublikamızda 68 mərkəzləşdirilmiş sistem və onların 
4605 filialı var idi. Bu kitabxanaların fondunda 45,3 milyon kitab saxlanılırdı. 
Kitabxanalar 6386 min oxucuya xidmət edirdi. Ölkəmizdə baş verən böyük 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə