İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 103
-
 
Fondu peşəkarlar idarə etməli, onlar öz vəzifələrinə dünyanın  
intellektual və mədəni irsinin bələdçisi kimi yanaşmalıdırlar [5]. 
Bu vəzifələri həyata keçirmək üçün kitabxanaların fundamental 
transformasiyası zəruridir. 
Elektron kitabxanaların komplektləşdirilməsi 
Elektron kitabxanaların komplektləşdirilməsinin  əsas problemləri sıra-
sına bunlar da aid edilir: 
a) Komplektləşmənin funksiyasına elektron mühitin təsiri. 
Mütəxəssislər diqqəti son illər elektron materialların buraxılışının sürətlə 
artmasına yönəldirlər. Belə ki, 2005-ci ildən bu yana ABŞ-da 2-3 milyard 
dollarlıq elektron kitab satılıb, onların oxucularının sayı isə 26 milyon nəfərə 
çatıb [2]. ABŞ-ın Elmi Kitabxanalar Assosiasiyasının məlumatına görə, 2001-
ci ildə bu qurumun üzvləri elektron materialların əldə edilməsi üçün 132 mln. 
dollardan çox və ya komplektləşmə üçün öz büdcələrinin 16 %-ni sərf 
etmişlər [5]. 
ABŞ  mətbuatı  ənənəvi nəşriyyat işinin böhranından bəhs edir. Bu, 
özünü satış və tirajın kəskin aşağı düşməsində göstərir. Kardinal dəyişikliklər 
əsasən elektron jurnalların buraxılışı işi ilə əlaqədardır: bir çox naşirlər sürətlə 
çap və elektron versiyaların paralel buraxılışına, bəziləri isə bütünlüklə 
elektron formata keçirlər. Bununla belə, bir sıra ölkələrdə kağız nəşrlərin 
buraxılışı  hələ  də yüksək səviyyədə qalmaqdadır və kitabxana oxucularının 
əksəriyyəti məhz çap formalarına müraciət edirlər. Nəticədə informasiya 
mühitinin indiki inkişaf mərhələsində kitabxanalar hələlik hibrid dövründə 
qalmaqdadırlar və bu balanslaşdırma hələ bir neçə il davam edəcək. 
Elektron kitabxanaların formalaşması komplektləşmə ilə  əlaqədar pro-
seslərin dəyişməsinə  gətirib çıxarır: materialların sifarişi və ödənişi elektron 
formada həyata keçirilir, elektron resursların keyfiyyətinə  nəzarət metodları 
işlənib hazırlanır. Göstərilən məsələlər İFLA fondlarının komplektləşməsi və 
inkişafı bölməsinin diqqət mərkəzindədir; o cümlədən fondların inkişaf 
siyasəti haqqında elektron mühitdə informasiya yerləşdirilməsi, yeni şərtlərdə 
fondların inkişafı  və komplektləşməsi  şöbələrinin təşkilati strukturunun 
dəyişdirilməsi üzrə seminarlar keçirilir. 
b) Elektron resurslara məcburi nüsxə haqqında qanunvericiliyin 
genişləndirilməsi. 
Məcburi nüsxə haqqında qanunvericiliyin müasirləşdirilməsi üzrə işlər 
davam etdirilir. Məqsəd onun elektron resurslarda yayılmasıdır. 2003-cü ildə 
Böyük Britaniyada uzun illər aparılan işdən sonra “Məcburi nüsxənin kitab-
xanalara çatdırılması haqqında” qanun qəbul edildi. 1 fevral 2004-cü ildən 
qüvvəyə minən qanuna əsasən, Böyük Britaniyada məcburi nüsxənin 
çatdırılması öhdəliyi çap məhsulunu nəşr etmiş  şəxsin üzərinə qoyulurdu. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 104
İstisna yalnız səs yazılarına və filmlərə aiddir – onlar əvvəllər olduğu kimi
könüllü razılıq  əsasında çatdırılacaq. Qanun nazirə muxtar və onlayn nəşr-
lərin, həmçinin işə başlamaq üçün zəruri olan müvafiq kompüter proqram-
larının çatdırılması qaydalarını müəyyənləşdirmək səlahiyyəti verirdi. Nazir 
həmçinin Böyük Britaniyada çap olunmuş  işlərin tanınması qaydalarını 
müəyyənləşdirir. 
“Məcburi nüsxənin kitabxanalara çatdırılması haqqında” 2003-cü il 
qanunu “Müəllif hüquqları və patentlər haqqında” qanuna (1988) və “Müəllif 
hüquqları  və verilənlər bazası ilə  əlaqədar hüquqlar haqqında” Qaydalara 
(1997) dəyişikliklər edilməsinə  səbəb oldu. Bu dəyişikliklər kitabxanalara 
internetdən material toplamaq hüququ verdi. 
2003-cü il qanununun qəbul edilməsi  ərəfəsində yaradılmış  Məcburi 
nüsxə üzrə İctimai Komitə üç istiqamətdə fəaliyyət göstərir: avtonom elektron 
nəşrlərin çatdırılması üzrə təkliflər hazırlayır; Böyük Britaniyanın naşirləri və 
kitabxanaları üçün məqbul olan onlayn nəşrlər məfhumunu təyin edir; aka-
demik elmi nəşrlərin könüllü çatdırılması sxemini hazırlayır. Komitə  həm-
çinin Böyük Britaniyanın veb-arxivləşməsini həyata keçirən Konsorsiumun 
fəaliyyətinin monitorinqini aparır. 
Britaniyalı mütəxəssislər 2003-cü il qanununu rəqəmsal mühitin 
problemlərinin qanunvericilik həlli sahəsində tarixi hadisə sayırlar. Artıq 
Böyük Britaniyanın nəşr olunmuş milli irsinin formatından asılı olmayaraq 
toplanması və əbədi qorunması üçün aydın “yol xəritəsi” mövcuddur [6]. 
c) Rəqəmsallaşdırma: prinsipləri və təşkili. 
Dünyanın qiymətli və nadir materiallara malik bir çox milli və  nəhəng 
elmi kitabxanaları bu materialların qorunması  və onlara çıxışın genişlən-
dirilməsi üçün irimiqyaslı  rəqəmsallaşdırma proqramları  həyata keçirirlər. 
Amma rəqəmsallaşdırma çox zəhmət tələb edən və bahalı  iş olduğundan, 
kommersiya təşkilatlarından asılı vəziyyət yaradır. 
Rəqəmsallaşdırma prinsiplərini təyin edərkən kitabxanalar missiya və 
vəzifələri əsas götürürlər. Bunlar milli və bəşəri, dil və mövzu prinsipləri də 
ola bilər. Bu
  iş  o  qədər  çox  vəsait  və  vaxt  tələb  edir  ki,  artıq  Avropa  kitab-
xanaları pula və vaxta qənaət yolları axtarırlar. Daha radikal qərar bu işə görə 
məsuliyyətin kitabxanalar arasında bölüşdürülməsi olardı. 
d) Elektron nəşrlərin qorunması. 
Elmi  biliklərin  qorunması  kitabxanaların  ənənəvi  funksiyası  olmuşdur. 
Çap mühitində naşirlər öz işlərinin qorunması sarıdan narahat deyildilər - bu 
işi  kitabxanalar  görürdü.  Elektron  mühitdə  qoruma  funksiyası  tədricən 
naşirlərə keçir. Əcnəbi mütəxəssislərin fikrincə, kitabxanalar öz missiyalarını 
bərpa etməli və qorumalıdırlar. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə