İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 98
əsas mövzular «Kitabxanaçılıq informatikası» fənnlər kompleksinin elmi və 
tədris problematikasına aiddir. Bu problematikaya uyğun olaraq bir sıra 
fənnlər xüsusilə son illərdən fakültənin tədris planına daxil edilmişdir. Məsə-
lən, «Elektron kataloqlar», «Elektron kitabxanalar», «Biblioqrafik yazı 
formatları», «Avtomatlaşdırılmış  təsnifləndirmə metodlara» və s. Yaxın 
perspektivdə bir sıra digər fənnlərin tədrisə daxil edilməsi nəzərdə tutulur. 
Məsələn, «Elektron fondlar», «Sənəd-məlumat bazaları», «İntelektual 
kitabxana informasiya sistemləri» və s. 
Perspektiv inkişaf baxımından bizcə iki vacib məsələni həll etmək 
lazımdır. Birincisi məsələ fakültədə avtomatlaşdırılmış kitabxana – infor-
masiya texnologiyaları üzrə ayrıca şöbənin və kafedranın yaradılmasıdır. Bu 
məsələnin həllinə  zərurət  əvvələn, ondan irəli gəlir ki, respublika kitabxana-
larında avtomatlaşdırma prosesləri günbəgün genişlənir və sürətlənir və 
ixtisaslı kadrlara ehtiyac artır; ikincisi, tədris planında müəyyən edilmiş 
ümumi saat balansı kitabxanaçılıq informatikası yönümlü fənnlərin tam 
kompleksdə tədrisə daxil edilməsinə imkan vermir. Ayrıca şöbə və tədris planı 
yaradılmalıdır. Nəzərə almalıyıq ki, həm ənənəvi, həm də avtomatlaşdırılmış 
kitabxana – informasiya prosesləri vəhdəti təşkil edir, biri digərinin üzərində 
qurulur.  Ənənəvi fənnlərin hər birinin avtomatlaşdırılmış kitabxana – 
informasiya prosesləri baxımından necə deyərlər, paralleli, üst qatı vardır. 
Onların hər ikisini öyrətmək lazımdır. Lakin bu baxımdan respublikada bəzi 
fənnlər üzrə ixtisaslı müəllim kadrları tapmaq çətindir. Bizcə belə fənnlər üzrə 
fakültənin tələbələrindən  əlaqədar xarici universitetlərə göndərməklə kadr 
hazırlamaq olar.  
İkinci vacib məsələ  tədris planını  təkmilləşdirməkdən ibarətdir. Bizcə 
təkmilləşdirmə iki istiqamətdə aparıla bilər: 1) Ənənəvi fənnlərin yeni para-
lelləri kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq elmlərinin məntiqi – 
məzmun pillələrinə uyğun olaraq kurslar üzrə paylanmalıdır. Məsələn, kitab-
xanaçılıq informatikanın kompleksində fənnlərin kurslar üzrə məntiqi – məz-
mun pillələri belədir: «Kitabxanaçılıq informatikası» (ümumi kurs), «Kitab-
xana işinin riyazi metodları», «Avtomatlaşdırılmış kitabxana-informasiya 
sistemlərinin proqram-texniki təminatı», «AKİS-lərin layihələndirilməsi» və 
onların işçi yerləri»nə uyğun fənnlər – «Sənəd/məlumat bazaları», «Elektron 
fondlar», «Elektron kataloqlar», «Elektron xidmət» və s.  
Magistraturaya təhsil pilləsində həmin fənnlərin ümumi məntiqi davamı 
olan daha mürəkkəb fənnlər tədris edilməlidir. Bunlar «Elektron kitab-
xanalar», «İntelektual kitabxana – informasiya sistemləri», «Bilik bazaları» və 
s.-dir; 2) xüsusilə bakalavr təhsil pilləsində bir-birini müəyyən qədər təkrar 
edən fənnlər yox deyildir. Bunlar fakültədə çoxlarına məlumdur və biz buraya 
onları desək bir dəfə düşdüyümüz haqsız tənqidə bir daha məruz qalmış 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 99
olarıq. 
XX əsrin ikinci yarısına qədərki dövrdə ənənəvi kitabxana – informasiya 
texnologiyaları demək olar ki, dəyişməz qalmışdır. Bu proses təhsil siste-
mində  də özünü göstərmişdir. Lakin həmin dövrdən sonrakı illərdə  həm 
kitabxana istehsalatı, həm də  təhsili dinamik xarakter almışdır. Bunun əsas 
səbəbi avtomatlaşdırılmış informasiya metodlarının və vasitələrinin tətbiqi ilə 
bağlıdır. Yeni informasiya texnologiyalarının getdikcə daha da sürətlənən 
inkişafı kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində elmi-tədqiqat-
ların məzmunca dərinləşdirilməsinə  və bir sıra hallarda işləmə (razrabotka) 
səviyyəsinə keçməsinə  səbəb olmuşdur. XXI əsrin kitabxanalarını XX əsr 
kitabxanaları ilə bütün parametrlərinə görə müqayisə etmək çətindir.  İndi 
kitabxana-informasiya fəaliyyətində inqilabi dəyişikliklər baş verir, yeni-yeni 
metodlar, vasitələr və texnologiyalar işlənib tətbiq edilir. Yaxın perspektivdə 
intellektual informasiya texnologiyalarına, semantik şəbəkələrə və bilik baza-
larına keçidlə  əlaqədar olaraq kitabxanalar qarşısında çox mürəkkəb prob-
lemlərin yaranacağı şübhəsizdir. Kitabxanaçılıq təhsili də bu problemləri həll 
etməyə qabil olan kadr hazırlığına indidən tədbirlər görməlidir. Deyilənlər 
informasiya cəmiyyətinin yaxın perspektivinin konturlarıdır. Bir məsələ 
aydındır ki, cəmiyyətin informasiyalaşdırılması getdikcə daha çox dərəcədə 
kitabxanaların informasiya cəmiyyətinə inteqrasiya səviyyəsindən asılı 
vəziyyətə düşəcəkdir. Nə indi, nə  gələcəkdə heç bir informasiya sistemi, o 
cümlədən, cəmiyyətin informasiya tullantılarının «zibil qutusuna» çevrilmiş 
internet də, yeni texnologiyalarla kamil silahlanmış kitabxanaları  əvəz edə 
bilməz. Bu tezisi az-çox düşüncəsi və savadı olan hər kəsə sübut etmək olar. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. Bakı: 
Maarif, 1987 – 132 s. 
2.
 
Xələfov A.A. Azərbaycanda ali kitabxanaçılıq təhsili. Bakı: BDU, 
1998. – 130 s. 
3.
 
Xələfov A.A. XXI əsrin  əvvəllərində Azərbaycanda kitabxana işinin 
əsas inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar). - Bakı, 2006. – 
106 s. 
4.
 
Rüstəmov  Ə.M. Kitabxanaçılıq fakültəsində informatikanın tədrisinin 
bəzi məsələləri // Azərbaycanda kitabxanaçı kadrların hazırlanması: Tematik 
məcmuə – Bakı, 1987. – s.32-37. 
5.
 
Rüstəmov  Ə.M.  İnformatikanın sahəvi strukturu və kitabxanaşünaslıq 
elmləri ilə qarşılıqlı  əlaqələrinin bəzi məsələləri // Elmi əsərlərin mövzu 
məcmuəsi. – Bakı, 1998. - №1. – s.41-56. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə