İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   46   47   48   49   50   51   52   53   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 114
və rus dillərində  nəşr edilən ixtisas ədəbiyyatini, o cümlədən dövri mətbuat 
orqanlarini almırlar. 
– 80-ci illərin sonu və 90-ci illərin  əvvəllərində respublikanın sosial-
iqtisadi həyatındakı ciddi problemlərlə  əlaqədar kitabxanaların kadr poten-
sialında yaranmış ciddi boşluqlar hələ  də aradan qaldırılmamış,  əksər MKS-
lərdə yüksək ixtisasli kitabxanaçı kadrlar çatışmır. Kənd dövlət kütləvi 
kitabxanalar  şəbəkəsinin  əməkdaşlarının  əksəriyyətinin yalnız ümumorta 
təhsili vardır. 
– Son illər Mədəniyyət Nazirliyi, metodik mərkəzlər, ictimai birliklər
bir sıra xarici təşkilatlar: ABŞ  səfirliyi, Avrasiya fondu, Soros fondu və s. 
təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə baxmayaraq kitabxana 
işçilərinin fasiləsiz təhsili sistemli xarakter almamışdır. 
– Respublika daxilində kitabxanalararası  əlaqələr, dövlət kütləvi 
kitabxanalar şəbəkəsinin digər kitabxana şəbəkələri ilə, həmçinin beynəlxalq 
kitabxana təşkilatları ilə əlaqələri olduqca zəifdir. 
– Kitabxana işçilərinin sosial müdafiəsi ilə  əlaqədar müvafiq icra 
hakimiyyəti orqanlari tərəfindən “Kitabxana işi haqqinda” Azərbaycan Res-
publikasının Qanununda nəzərdə tutulmuş  əmək haqlarına  əlavələr, müxtəlif 
mükafat və kompensasiyalar, digər maddi və mənəvi stimullaşdırma tədbirləri 
həyata keçirilmir. 
Müstəqil Azərbaycan dövlətinin kitabxana işi sahəsində siyasəti forma-
laşmışdır. Bu siyasət dünyanın qabaqcıl ölkələrinin kitabxana siyasətindən, 
ümumbəşəri dəyərlərdən bəhrələnən, müasir dövrün mahiyyətcə yeni olan 
ideyaları ilə silahlanan, gələcəyə baxan, perspektiv inkişafı təmin edə bilən bir 
siyasətdir. Kitabxana işi haqqında dövlət siyasətini formalaşdırmaq üçün yeni 
təfəkkür tərzi ilə düşünən insanların dünya baxışını analiz və sintez əsasında 
nəzərdən keçirib təhlil etmək, xalqımızın mədəniyyət, kitab və kitabxana ta-
rixi ənənələrindən istifadə etmək, milli mentalitetimizə, soykökümüzə uyğun 
ənənələri ortaya çıxarıb ümumiləşdirmək əsasında hazırlamaq zəruridir.  Belə 
siyasət keçmişi nəzərə almaqla müasirliyin bütün mütərəqqi tələblərini təmin 
edir, gələcək istiqamətləri müvəffəqiyyətlə müəyyənləşdirir. 
Müasir  şəraitdə kitabxana işi sahəsində dövlət siyasətini müəyyən-
ləşdirərkən respublikamızda əldə edilmiş müstəqilliyin xalqımıza bəxş etdiyi 
milli dövlətçiliyimizin, milli ideologiyamızın, azadlıq və demokratiyanın nai-
liyyətini son  illərdə ölkənin həyatında baş verən iqtisadi, sosial, mədəni və 
təhsil sahəsindəki dəyişiklikləri, milli soykökümüzə qayıtmağımızı, milli 
mentalitetimizin möhkəmləndirilməsini, ümumiyyətlə, müstəqil, suveren 
Azərbaycan cəmiyyətində baş verən bütün dəyişikliklərin inkişaf qanunauy-
ğunluqlarını  nəzərə almaq lazımdır. Dövlət tərəfindən hazırlanan kitabxana 
siyasəti respublika miqyasında aparılan kitabxana işinin  əsasını  təşkil 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 115
etdiyindən kitabxana işinə dair hazırlanan bütün sənədlər bu ana sənədə, 
Azərbaycan dövlətinin kitabxana işi sahəsində siyasətinə əsaslanmalıdır. 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycanda kitabxana işinin mərkəzləşdirilməsi məsələləri: Elmi 
əsərlərin tematik məcmuəsi.  – Bakı: Bakı Universiteti Nəşriyyatı, 1986.- 80 s. 
2. Xələfov A.A. Heydər  Əliyev və Azərbaycanda kitabxana işi. – Bakı: 
Azərnəşr, 2006, 312 s.– 
3. Xələfov A.A.Kitabxanaşünaslığa giriş. 2 cilddə. I-II hissələr. – Bakı, 
2001. – 276 s.; III hissə (Kitabxana işi haqqında təlim). – Bakı, 2003. – 400 s. 
4. Xələfov A.A. Müasir kitabxanaların sosial funksiyaları // Kitab-
xanaşünaslıq və biblioqrafiya: Elmi və təcrübi –jurnal, 1999, №2, s.3-32. 
5. İsmayılov X.İ. Azərbaycan Respublikasında kitabxana işinin metodik 
təminat sisteminin inkişaf tarixi (1918-2000): Monoqrafiya. – B., 2000, 440 s. 
 
ХАРАКТЕРИСТИКА РАЗВИТИЯ ЦЕНТРАЛИЗОВАННЫХ 
БИБЛИОТЕЧНЫХ СИСТЕМ АЗЕРБАЙДЖАНА 
НА СОВРЕМЕННОМ ЭТАПЕ 
 
С.А.ХАЛАФОВА 
 
РЕЗЮМЕ 
 
Данная  статья  посвящена  одной  из  актуальных  и  малоизученных 
проблем  отечественного  библиотековедения – развития  сети  государ-
ственных  массовых  библиотек  в  Азербайджанской  Республики  в  годы 
независимости.  Здесь  исследуется  деятельность  централизованных 
библиотечных систем в республике. 
 
DEVELOPMENT  TENDENCIES OF CENTRALIZED LIBRARY 
SYSTEMS IN AZERBAIJAN IN THE MODERN CONDITIONS 
 
S.A.KHALAFOVA 
 
SUMMARY 
 
This article is dedicatedto one of the important and less studied prob-
lems of national library science called network development of the State mass 
libraries in Azerbaijan in 1993-1999 s. In the article the activaty of the 
centralized library systems  of the Republic are being analyzed. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 116
 
ELEKTRON KATALOQ VƏ ONUN KİTABXANALARDA  
TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ 
 
Y.A.MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti 
 
Cəmiyyətimizin informasiya mərkəzlərindən olan kitabxanalarımız ya-
randığı ilk gündən oxucuların informasiya təlabatını ödəmək məqsədi ilə 
inkişafa meylli olmuş  və kitabxana sahəsində  tətbiq edilən bütün yenilikləri 
qəbul etmişdir. Müasir dövrdə kitabxanalarda yeni informasiya texnalogiya-
larının tətbiqinə geniş yer verilmişdir. Oxucuların informasiya təlabatını uzaq 
məsafədən ödəmək məqsədilə respublikamızın bir çox kitabxanasında artıq 
elektron kataloqdan istifadə edilir. Bu da kitabxanaların cəmiyyətdə imicinin 
daha da yüksəlməsinə  və istifadəçi sayının artmasına  şərait yaradır.  İndi bu 
inkişafa şərait yaradan elektron kataloq haqqında qısa da olsa məlumat verək.  
 1996-cı ildən MDB ölkələrində qüvvədə olan 7.76.96 nömrəli dövlət-
lərarası terminoloji standartın 8.19-cu bəndində elektron kataloqa belə  tərif 
verilir: “Elektron kataloq – real vaxt rejimində işləyən və oxucuların istifadə-
sinə verilən maşınlaoxunan kataloqdur”. Bu tərifin ardınca elektron kataloqun 
ingilis-amerikan ədəbiyyatında qarşılığının ən çox işlənən variantı da verilir. 
“On-line public access catalogue, OPAC”. Maraqlıdır ki, ingilis dilli ixtisas 
ədəbiyyatında “elektron kataloq” termininin qarşılığı “elektronics cataloq” 
kimi işlənir. MDB ölkələrindən fərqli olaraq, ABŞ-da “elektron kataloq” 
termini müxtəlif mənalarda işlənir: “Maşınlaoxunan kataloq” (Machine-
reodable catalog) maşınlaoxunan formada biblioqrafik yazıları mühafizə edir. 
“Maşınlaoxunan kataloq” elektron kataloqa verilən ümumi addadır. “On-line 
catalog” – daimi mühafizə edilən, biblioqarfik yazılar müntəzəm olaraq əlavə 
edilən və birbaşa istifadəyə, çıxışa imkan verən kataloqdur. Rusdilli ədəbiy-
yatda belə kataloqu real vaxt rejmində işləyən kataloq (Каталог работающий 
в  реалъном  масштабе  времени) adlandırılır. Belə kataloqu dialoq, yaxud 
interaktiv rejimdə  işləyən kataloq adlandırmaq bir qədər dəqiq deyil. Çünki 
yığcam diskdə (CD) olan “On-line catalog”a (yəni rabitə xidmətindən kənar 
olan kataloq) istifadəçiyə dialoq rejmində  işləməyə imkan verən proqrama 
malik ola bilər. 
Qeyd edilənlə yanaşı, son illərin rus ədəbiyyatında elektron kataloqa 
müxtəlif izahlar və təriflər verilir. 
Elektron kataloq elektron kartateka kimi dörd komponentdən ibarətdir: 
proqram (əsas), terminoloji (mühit), informasiya (interfeys), operat (xüsusi).  


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə