KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
110
1995-ci il sentyabr ayının 29-da “Azərbaycan Respublikasında 1995-
1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının təs-
diq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı fərman
imzalandı. Bu fərmanın birinci bölməsində “Özəlləşdirilməsi
qadağan olunan
müəssisə və obyektlərin siyahısı” verilmişdir. Bu bölmənin 3-cü bəndində
göstərilir: “Azərbaycan xalqının tarixi və mədəni irs obyektləri (nadir
mədəniyyət və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika ob-
yektləri, o cümlədən,
dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda
saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr var)”.
Fərmandan aydın olur ki, kitabxanalarda saxlanılan sərvətlərin, onların
binasının və sahələrinin özəlləşdirilməsi qadağan edilir. Bu fərmanın imzalan-
ması kitabxanaların qorunub saxlanmasına şərait yaratdı. Kitabxanalar müstə-
qil dövlətimizin əsas atributlarından biri kimi dövlət müəssisəsi statusuna
malik oldu.
1993-1999-cu illər Azərbaycanda kitabxana
işinin tarixinə kitabxa-
naların qorunub saxlanılması uğrunda mübarizə illəri kimi daxil olmuşdur.
Məhz bu illərdə Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı sahəsində
kitabxanalar ləğv edilməkdən xilas oldular, kitabxanaların qorunub saxlanıl-
ması uğrunda dövlət mübarizəyə başladı. Bütün mədəniyyət ocaqlarının, o
cümlədən kitabxanaların özəlləşdirilməsi, onların binalarının başqa məqsədlər
üçün istifadə olunması prezident fərmanı ilə qadağan edildi.
1996-cı ildə Azərbaycan Nazirlər Kabineti “Kitabxana işi haqqında” qə-
rar qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrini qoruyub saxlamaq və əhaliyə
xidmət işini yaxşılaşdırmaq üçün Azərbaycan Mədəniyyət Nazirliyinin qar-
şısında ciddi vəzifələr qoyulmuşdu. Qərarın keçid dövründə kitabxanaların
qorunub saxlanılmasına xeyli
kömək göstərdiyini söyləsək, səhv etmiş
olmarıq.
Bu dövrdə dövlətin kitabxana sahəsində apardığı siyasətin mühüm
sahələrindən birini kitabxanaların maliyyələşdirilməsi tuturdu. Ölkədə hökm
sürən maliyyə böhranına baxmayaraq, dövlət kitabxanaların saxlanılmasına və
kitabxana işçilərinin əmək haqqının verilməsinə ayrılan vəsaiti qoruyub
saxlaya bildi. Doğrudur, 1990-cı illərin ilk dövründə kitabxana
fondunu kom-
plektləşdirmək və yeni kitablar almaq üçün vəsaitin ayrılmaması kitabxana
işinə çox mənfi təsir etdi. Kitabxanalar öz oxucularının müəyyən hissəsini
itirdi. Əhaliyə kitabxana xidməti acınacaqlı vəziyyətə düşdü. Ancaq 1990-cı
illərin ikinci yarısından kitabxanalar mövcud şəraiti qiymətləndirməyə, çətin
vəziyyətdən çıxmağa başladılar. Nəticə etibarilə kitabxanalar yerli büdcələrin,
icra başçılarının ayırdığı vəsait, ayrı-ayrı xeyirxah kitab müəlliflərinin
bəxşişləri, xeyriyyəçilərin köməyi və xarici qeyri-hökumət təşkilatlarının
ayırdığı qrantlar hesabına yeni kitablar əldə etməyə nail oldular. 1998-ci ildən
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
111
başlayaraq dövlət büdcəsində kitabxanalara yeni kitablar almaq üçün vəsaitin
nəzərdə tutulması və onun ilbəil artırılması əhaliyə kitabxana
xidmətinin
təşkili işini xeyli yaxşılaşdırdı. Çətinliklə və zəif də olsa ayrı-ayrı nazir-
liklərin, idarə və müəssisələrin kitabxanalarında informasiya texnologiyası
artmağa, kitabxanalar tədricən kompüterləşdirilməyə, respublikamızın bir çox
elmi kitabxanaları internetə qoşulmağa başladılar.
Keçid dövründə kitabxanaların qarşısında çox mühüm və mahiyyətcə
tamamilə yeni vəzifələr qoyulmuşdu. Bu vəzifələr sırasında kitabxana işinin
demokratikləşməsi, milliləşməsi və azərbaycançılıq kimi böyük elmi-nəzəri
və ideoloji əhəmiyyətə malik olan vəzifələr ön plana çəkilməli idi. Kitab-
xanalar qısa müddət içərisində müstəqil Azərbaycan
dövlətçiliyinin möhkəm-
lənməsinə, dövlətin daxili və xarici siyasətinin təbliğinə, erməni faşizminə
qarşı insanların səfərbər edilməsi ideyalarının təbliğinə başladılar. Dövlətçili-
yimizin möhkəmləndirilməsi, milli ideologiyanın yaranması və təbliği
kitabxana işinin əsas mahiyyətini təşkil edirdi. Kitabxana fondunun təkmilləş-
məsində, ədəbiyyatın təbliğində milli ədəbiyyat
fondunun yenidən təşkili,
tarixi soykökümüzə, adət-ənənələrimizə qayıdış ön plana çəkilirdi. Xalqımızın
azərbaycançılıq, vətənpərvərlik, respublikamızda yaşayan bütün millətlərin,
xalqların dostluq və qardaşlıq ruhunda tərbiyə edilməsinə xüsusi diqqət
yetirilirdi.
Müstəqillik illərində Azərbaycan Mədəniyyət Nazirliyi kitabxana işinin
yaxşılaşdırılması sahəsində xeyli iş görmüşdür. Kitabxanaların
fondu ideoloji
cəhətdən lazımsız olan ədəbiyyatdan: marksizm-leninizm klassiklərinin əsər-
lərindən, Sov. İKP tarixinə dair əsərlərdən, siyasi makulaturadan azad edildi.
Kitabxanaların milli ədəbiyyatla təmin edilməsi üçün şərait yarandı. Hər cür
çətinliyə baxmayaraq, xidmət işində yeni iş forma və üsullarından istifadə
edilməklə oxucuların sayı azalmaqdan qorundu. Doğrudur, kitabxanalara yeni
ədəbiyyat alınmadığından oxucuların buraya gəlişi məhdudlaşırdı, bu da
özünü kitabxanalarda kitab dövriyyəsinin azalmasında göstərirdi.
Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsində əsas
yeri rayon mər-
kəzləşdirilmiş kitabxana sistemləri (MKS-lər) tuturdu. Zamanın sınağından
keçmiş bu sistem müstəqillik illərində də özünü tamamilə doğrultdu, kənd
yerlərində Azərbaycan mədəniyyətinin dayaq bazası kimi kənd əhalisinə
kitabxana xidmətinin təşkilini uğurla apara bildi. Xüsusilə keçid dövrünün
çətinliyi şəraitində kənd kitabxanalarını qoruyub saxlamaq və yeri gəldikcə
onların işini yaxşılaşdırmaq mümkün oldu.
1990-cı ildə respublikamızda 68 mərkəzləşdirilmiş sistem və onların
4605 filialı var idi. Bu kitabxanaların fondunda 45,3 milyon kitab saxlanılırdı.
Kitabxanalar 6386 min oxucuya xidmət edirdi. Ölkəmizdə baş verən böyük