KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
112
iqtisadi, siyasi çətinliklərə baxmayaraq bu kitabxanalar qorunub saxlanılmaqla
əhaliyə xidmət işini müvəffəqiyyətlə davam etdirmişlər [3, 76].
Bu çətin şəraitdə Mədəniyyət Nazirliyinin
respublika əhəmiyyətli kitab-
xanaları – M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, F.B.Köçərli
adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanası oxuculara kitabxana xidmətini təşkil etməklə yanaşı, dövlətin
kitabxana siyasətinin hazırlanması və həyata keçirilməsində, kitabxanaların
metodik təminatında yaxından iştirak etmişlər.
Respublikamızda ən böyük kitabxana şəbəkəsinə malik olan Mədə-
niyyət Nazirliyi kitabxana işi sahəsində dövlət siyasətinin formalaşmasında
yaxından iştirak etməklə kitabxana sisteminə elmi-metodik təminatın təşki-
lində mühüm işlər görür. Hazırda Mədəniyyət Nazirliyi sistemində 1 milli ki-
tabxana, 3 respublika əhəmiyyətli sahəvi kitabxana, 74 şəhər
və mərkəzi ra-
yon kitabxanası, 3744 kənd kitabxanası fəaliyyət göstərir. Orta hesabla əhali-
nin hər 700 nəfərinə bir stasionar kitabxana düşür. Kitabxanaların fondunda
35,9 milyon nüsxə kitab (sənəd) toplanmışdır. Bir il ərzində kitabxanalara
121,76 nüsxə kitab, 22 min nüsxə audiovizual sənəd daxil olmuşdur. Bu ədə-
biyyatın 101,18 nüsxəsini Azərbaycan dilində ədəbiyyat təşkil etmişdir [2,
122].
Bu rəqəmlərdən göründüyü kimi, iqtisadi
çətinliyə baxmayaraq kitab-
xanaların fəaliyyətini davam etdirməsi üçün dövlət əlindən gələni etmişdir. Bu
kitabxanalar il ərzində 2804,07 min oxucuya xidmət göstərmişdir. Fərəh-
ləndirici haldır ki, oxucular içərisində uşaqlar və gənclər əhəmiyyətli yer
tuturlar. Bu da kütləvi kitabxanaların təhsil prosesində iştirak etməsini ön
plana çəkir. Azərbaycan şəraitində, xüsusilə kəndlərdə uşaq kitabxanaları və
məktəb kitabxanaları olmadığını nəzərə alsaq, kənd kitabxanalarının
məktəblər üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi göz önünə gələr.
Digər tərəfdən, hazırda respublikamızın kitabxanalarında təxminən 30
minə qədər kitabxana işçisi çalışır. Bunlardan 8167 nəfəri Mədəniyyət
Nazirliyinin kitabxana sistemində işləyir. Onların 1552 nəfəri ali təhsilli, 1204
nəfəri
ali ixtisas təhsilli, 3273 nəfəri isə orta və orta ixtisas təhsilli işçilərdir.
Bu rəqəmlərdən göründüyü kimi, respublika kitabxanalarının ali peşə təhsilli
işçilərə böyük ehtiyacı və tələbatı vardır.
Məlum olduğu kimi, respublikada keçid dövründə kütləvi kitabxa-
naların sayı qorunub saxlanmışdır. Bəzi illərdə müəyyən azalmalar olmuşdur
ki, bu da kiçik kütləvi kitabxanaların böyük kitabxanalarla birləşməsi pro-
sesində baş vermişdir. Bilavasitə xalqa xidmət edən kütləvi kitabxana şəbə-
kəsinin qorunub saxlanması, şəbəkəni saxlamaq üçün ayrılan
dövlət vəsaitinin
dayandırılmaması müstəqil Azərbaycan dövlətinin milli mədəniyyətə,
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
113
kitabçılığa, kitabxana işinə böyük diqqət və qayğısının nəticəsi idi. Halbuki
digər MDB dövlətlərində kütləvi kitabxanaların çoxu bağlanmışdır.
Beləliklə, müstəqillik dövründə baş verən hadisələr dövlətimizə kitab-
xana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi üçün şərait
yaratdı.
Müstəqil, suveren, dünyəvi, demokratik, hüquqi Azərbaycan dövləti-
nin kitabxana işi sahəsində siyasəti formalaşmağa və cəmiyyətdə özünə yer
tutmağa başladı.
Qeyd etmək lazimdir ki, bəhs edilən illərdə dövlət dövlət kütləvi kitab-
xanaları şəbəkəsində baş vermiş mütərəqqi dəyişikliklərə baxmayaraq bu
aparıcı kitabxana sistemində əhaliyə kitabxana-biblioqrafiya
və informasiya
xidməti sahəsində hələ də ciddi problemlər, həll edilməmiş, təşkilati və meto-
dik məsələlər bir sira çətinliklər və noqsanlar qalmaqdadir. Bu problemləri
belə ümumiləşdirmək olar:
– Dövlət kütləvi kitabxanalar şəbəkəsinə onlarin xidmət etdiyi ərazilərin
sakinlərinin kitabxana xidməti ilə əhatə edilməsi müxtəlif şəhər və rayonlarda
qənaətbəxş deyil. bir neçə ərazi istisna olmaqla əksər
rayonlarda bu göstərici
40%-dən yuxarı deyil. Bir sira mks-də isə bu göstərici 15-20 % təşkil edir.
Belə vəziyyətin bir səbəbi müvafiq MKS-lərin vahid fondunun yeni ədəbiy-
yatla zəif komplektləşdirilməsidirsə, digər səbəbi isə həmin kitabxanalarda,
bu işin lazimi səviyyədə təşkil edilməməsidir. Hazirda dövlət kütləvi kitab-
xanalar şəbəkəsinin və xüsusən kənd kitabxanalarinin yalniz 12-15%-nin oxu
zalı vardır.
– Bir çox MKS-lərin, o cümlədən Dəvəçi,
Daşkəsən, Lerik, Imişli,
Xaçmaz, Qəbələ, Kürdəmir, Zaqatala, Şəki, ümumilikdə isə MKS-lərin
təqribən 40 faizi ağir bina şəraitində fəaliyyət göstərir. Kənd əhalisinə xidmət
edən dövlət kitabxanalarinin təqribən 12 faizi şəxsi evlərdə yerləşir.
– MKS-lərin xüsusi kitabxana avadanlığı, kitab rəfləri, kataloq qutuları,
sərgi vitrinləri, eləcə də kitabxana texnikası ilə təchiz
edilməsi qənaətbəxş
deyildir. Əksər kitabxanalarda kataloq kartoçkaları, uçot kitabları, digər
normativ sənədlər yox dərəcəsindədir.
– Kitabxanaların yeni ədəbiyyatla komplektləşdirilməsi planlı və
sistemli şəkildə aparılmır, profillilik prinsipi unudulmuşdur. Əksər MKS-lərin
vahid fondunun tematik-tipoloji planı yoxdur.
– Respublika Kitabxana Kollektorunun fəaliyyəti yararsız olub MKS-
lərin komplektləşdirilməsinin müasir tələblərinə cavab vermir.
– Son 1-2 il ərzində respublika Mədəniyyət Nazirliyində bu sahədə baş
vermiş canlanmaya baxmayaraq MKS-lərin idarə edilməsində və xüsusən
onların metodik təminatinda ciddi nöqsanlar hələ də özünü göstərməkdədir.
MKS-lərə dünya kitabxanaçılıq təcrübəsində baş verən yeniliklər, müxtəlif
innovasiyalar operativ şəkildə çatdırılmır. MKS-lərin əksəriyyəti Azərbaycan