İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   46   47   48   49   50   51   52   53   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 117
Elektron kataloq – maşınlaoxunan formada reallaşdırılan kitabxana 
kataloqudur. (QOST 7.26.80) 
Elektron kataloq – kataloq funksiyalarını  da  icra  edən biblioqrafik 
məlumat bazasıdır. 
Elektron kataloq – avtomatlaşdırılmış kitabxana-niformasiya sistemi və 
ya onun altsistemidir. 
Elektron kataloq – onlayn kataloqdur. 
Bu təriflərin hər biri mübahisəlidir. Lakin yuxarıda deyilən QOST 
7.76.96-da verilən tərif mütəxəssislərin çoxu tərəfindən qəbul edilir. Yalnız 
ingilisdilli ölkələrdə deyil həmçinin əksər Qərbi Avropa ölkələrində elektron 
kataloqun digər adı OPAC (Online Public Access Cataloq) kimi ifadə edilir. 
Amerikan ixtisas ədəbiyyatında OPAC dedikdə real rejimdə işləyən paylayıcı 
(şəbəkə) və kütləvi istifadəyə imkan verən kataloq nəzərdə tutulur. Elektron 
kataloqu məlumat bazasından fərqləndirmək lazımdır. Yuxarıda adını  çək-
diyimiz 7.76.96 nömrəli terminoloji standartda məlumat bazasına belə  tərif 
verilir: “Müəyyən edilmiş  məqsədə kifayət dərəcədə cavab verən, maşınla-
oxunan formada təqdim edilən, informasiyanın avtomatlaşdırılmış emalına 
imkan verən məlumat naboru”. Məlum olduğu kimi kataloq kartoçkalarında 
yazılan, əl üsulu ilə istifadə edilən belə məlumat naboru maşın yaddaşına (sərt 
diskə), yaxud yığcam diskə (CD) keçirilərək istifadə üçün müəyyən sistemə 
salınarsa, onu “biblioqrafik məlumat bazası” adlandırırlar.
 
Elektron kataloq ənənəvi kataloqların təqdim etdiyi bütün xidmət 
növlərini əhatə etməklə, əlavə axtarış imkanları da yaratmalıdır. Əgər xidmət 
imkanları  ənənəvi kataloqa nisbətən azdırsa, belə kataloq səmərəli deyildir. 
Elektron kataloq yüksək axtarış operativliyinə  və uzaq məsafədən axtarış 
imkanlarına malik olmalıdır. Elektron kataloqun vacib cəhətlərindən biri 
oxucuya verilən biblioqrafik yazıların monitorda asanlıqla oxunmasını təmin 
etmək, müəyyən sənədə aid olan biblioqrafik yazıda həmin sənədin neçə 
nüsxədə olduğunu, hansı fondda mühafizə edildiyini, kitabxanalararası abono-
mentlə verilməsi mümkünlüyünü, elektron variantının olub-olmamasını, sənə-
din elektron göndəriş vasitəsilə verilməsi mümkünlüyü və bu halda qiymətini 
bildirməkdir. Bir sıra iri kitabxanaların elektron kataloqları uzaq məsafədən 
müraciət rejimində müəyyən biblioqrafik yazının aid olduğu ilkin sənədli 
avtomatik olaraq əlaqədar elektron kitabxanadan seçir və istifadəçi kredit kartı 
ilə müəyyən məbləğ ödədikdən sonra həmin sənədi elektron poçt yolu ilə 
istifadçiyə göndərir. 
Elektron kataloqlaşdırma texnologiyasının yaradılması ideyası XX əsrin 
60-cı illərindən başlanıb.  İdeyanın nəzəri  əsaslandırılması ABŞın Konqres 
Kitabxanasının o dövrdəki direktoru L.Avrama məxsusdur. Bir neçə il sonra, 
yəni 60-cı illərin birinci yarısında AACR1 kataloqlaşdırma qaydaları əsasında 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 118
MARC (Machine Reodable Catalog) adlanan biblioqrafik yazı formatı ya-
radılmışdır. İlk illərdə MARC formatı biblioqrafik yazıların kitabxanalar ara-
sında mübadiləsi üçün nəzərdə tutulurdu, yəni ənənəvi kitabxana kataloqlarını 
əvəz etmək məqsədilə yaradılmışdı. Sadəcə olaraq cari ədəbiyyatın biblio-
qrafik yazılara mövqeli yazı sistemi əsasında maqnit lentlərə keçirildi və 
Konqres Kitabxanasının müqavilə bağladığı digər kitabxanalara poçt vasi-
təsilə göndərildi. Bu proses o dövrdə hesablama tenikasının və kommuni-
kasiya vasitələrinin aşağı inkişaf səviyyəsi ilə izah edilir. 
Elektron kataloqlaşdırma sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsi 
XX  əsrin 60-cı illərinin sonlarından başlanır. Bu dövrdə elektron kataloq-
laşdırma formatı (MARC) təkmilləşdirildi, milli maşın formatları yaradıldı və 
ənənəvi kataloqun elektron kataloqla əvəz edilməsi prosesi başlandı. 
70-ci illərin birinci yarısında fərdi kompüterlərin, telerabitə qurğularının 
və onlara uyğun olan standart proqram təminatı sisteminin yaradılması bütün 
inkişaf etmiş ölkələrdə elektron kataloqların vahid qaydada işlənməsinə  və 
mübadiləsinə  şərait yaratdı. İnternetin və onun ilk baza servisi olan elektron 
poçtun tətbiqi elektron poçtun tətbiqi elektron informasiya mübadiləsinə 
əlverişli şərait yaratmış oldu. 
XX  əsrin 80-cı illərində informasiya texnologiyalarında sistem ya-
naşması işləmələrdə hakim mövqe qazandı, yeni sistem arxitekturaları, əmə-
liyyat sistemləri, baza və  tətbiq proqram paketləri, məlumat bazalarının, 
inteqral informasiya sistemlərinin şəbəkə modelləri işlənib hazırlandı. 
Bununla  əlaqədar olaraq ənənəvi kataloqlar elektron kataloqlarla əvəz 
edildi. Yeni kataloqlaşdırma formatları, o cümlədən UNİMARC yaradıldı. 
Elektron kataloqlaşdırma sahəsində müasir mərhələ bütün dünyada 90-cı 
illərin əvvəllərindən başlanmışdır. Bu dövr böyük tutumlu yaddaşa malik olan 
fərdi kompüterlərin, süperkompüterlərin, optik və lazer disklərin, sürətli ötür-
mə imkanlarına malik olan kommunikasiya avadanlıqlarının yaradılması  və 
tətbiqi ilə bağlıdır. Son 10-15 ili əhatə edən bu dövrdə elektron kataloqlaş-
dırma texnologiyası avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri 
(AKİS) və  şəbəkə mühiti (internet) ilə tam inteqrasiya edilmişdir. Elektron 
kataloqlaşdırma, onlayn rejimli məlumat bazalarının və elektron kitabxa-
naların ən aktual fəaliyyət istiqamətləri getdikcə aparıcı mövqe qazanır.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A.A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il Elm 
və Təhsilin xidmətində. - B., 2009. -208 s. 
2.
 
Bakı Dövlət Universiteti Elmi Kitabxanasının 2005-2009-cu il 
hesabatları 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə