KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
120
KİTABXANALARDA İSTİFADƏ EDİLƏN MÜASİR
AUDİOVİZUAL İNFORMASİYA DAŞIYICILARI
S.İ.МЯММЯДОВА
Bakı Dövlət Universiteti
Son 50 il ərzində dünyada
baş verən bir cox hadisələr, elmi-texniki
inqilablar ənənəvi informasiyanı elektron sənədləşmə ilə kölgədə qoymuşdur.
Demək olar ki, vaxtilə kitab, qəzet, jurnal kimi əsas kağız informasiya daşı-
yıcıları yayılmanın ləng olması baxımından indi öz aktuallıqlarını bir qədər
itirmişdir. Müasir informasiyalaşmış cəmiyyətə kecid şəraitində yüz min tiraj-
larla cap olunan bu kağız məmulatlarının effektiv təsir imkanları cox azdır. Bu
informasiya vasitələri yalnız məhdud sahələrə yayımlanmaqla yanaşı, əsasən
ölkədaxili ücün nəzərdə tutulmuşdur. Digər yerli xarakterli radio,
televiziya
kimi informasiya vasitələri isə yalnız daxili istehlakciya yönəlmişdir ki, bunun
da cəkisi cüzidir. Kompüter texnologiyasının geniş şəkildə inkişafı, xüsusilə
qlobal informasiya səbəkələrinin yaradılması (xüsusilə İNTERNET) elektron
informasiya sahəsində ciddi dəyişikliklər etdi. Qeyd edək ki, bu kimi
problemləri nəzərə alan bir cox ölkələr artıq kağız məmulatlarının
elektron
variantlarını yaratmışlar və bu sahədə demək olar ki, cox ciddi işlər gedir. İndi
məhz qlobal şəbəkələr vasitəsilə yayımlanan informasiya informasiyalaşmış
cəmiyyətin əsasını təşkil edir. Elektron sənəd sahəsi yalnız sosial-iqtisadi
islahatlarla deyil, eyni zamanda informasiya texnologiyasının inkişafı ilə sıx
bağlıdır. Müasir infomasiyalaşmış cəmiyyətdə kompüter texnologiyaları və
vasitələri eyni zamanda digər qanuni normalar əsasında informasiyanın top-
lanması, işlənməsi, axtarışı və ötürülməsi, onun mühafizəsinin təhlükəsizliyi,
bazara cıxışı, informasiyanın lazımı vaxtda, forma və daşıyıcıda, psixoloji və
arqonomik şərtlər nəzərə alınaraq əks etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Hal-hazırda informasiyanın sənədləşməsi (elektron versiya, elektron sənəd)
informasiyanı müəyyən edilmiş daşıyıcıda yazmaq,
ona təşkilati forma ver-
mək, saxta olub-olmadiğını müəyyənləşdirmək, axtarış və istifadə məqsədilə
identifikasiya etməyə və s. imkan verir. Bundan cıxış edərək qeyd edə bilərik
ki, sənədin öyrənilməsi və informasiyanın əks etdirilməsi böyük elmi və
təcrübi əhəmiyyət daşıyır. Dünya informasiya resurslarına cıxış, elektron
sənədləşməyə kecid, sənədin qorunması və ötürülməsi və s. informasiyanın
təşkilinin yeni üsulları və ona cıxış informasiyalaşmış cəmiyyətdə kitabxa-
naların qarşısında yeni elmi və təcrübi problemlərin həlli zərurətini qoyur.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
121
Qeyd etdiyimiz kimi dünyada baş veren elmi texniki inqilab elektron
sənədləşmənin yaranmasına əsas verdi. Elektron sənədləşmənin xüsusiyyəti
insanın elektron sənədi daşıyıcıda əks olunduğu fiziki
formada olduğu kimi
qəbul edə bilməməsidir. Baxmayaraq ki, ədəbiyyatda və təcrübi fəaliyyətdə
“elektron sənəd” termini geniş istifadə olunur onun təyinatı hələ müəyyən-
ləşdirilməyib. Bununla belə bəzi müəlliflər hesab edirlər ki, “elektron sənəd”-
bu sənəd daşıyıcı elektron sahəsi-maqnit diski, maqnit lenti, kompakt disk və
s. ibarətdir. Elektron sənəd anlayışını 3 mühüm tərkibə ayırmaq olar: fiksə
olunmuş informasiya, daşıyıcı, mövcud sənədin təyinatını müəyyənləşdirən
eyniləşdirmə şərti.
Sənəd termininin qanuni traktovkası informasiyanın yazılı formada
saxlanması ilə bağlıdır. (Lat.”documentium”- sənəd, sübut deməkdir). Həqi-
qətən ənənəvi kağız
sənədlərinin məzmunu, tərkibi sənədin maddi daşınma
forması ilə sıx bağlıdır. Aydındır ki, sənəd informasiya daşıyıcıları texniki
inkişafın tempinə uyğun olaraq dəyişir.Yeni informasiya texnologiyalarının
inkişafı nəticəsində prinsipcə kağızdan fərqlənən elektron sənəd informasiya
daşıyıcısı yaranır. İnsanlar elektron sənədi yalnız xüsusi proqram vasitələri və
texnoloji prosedur, əməliyyatların vasitəsilə qəbul edə bilər. Sənədləşmiş
informasiyanın maddi daşıyıcılarının inkişafı cox uzun ömürlü olması və kicik
fiziki ölcüdə böyük informasiya tutumu ilə ölcülür.
Hamıya məlumdur ki, insanlar ətraf aləmi 80 %
gözləri ilə, qalan 20%
isə eşitmə orqanları ilə qavrayır. Eşitmə orqanları vasitəsilə ilə insan 10% nitq
informasiyası, 25% görmə (vizual) təsviri informasiyanı yadda saxlayır. Odur
ki, bizim qavradiğımız bu informasiyalar sənəd şəklində audio, video və
texniki sənədlərə ayrılırlar.
Audiovideotexniki sənədlər-texniki vasitələrlə əks etdirilən mətn, səsli,
təsviri və ya təsviri-səsli informasiyalardan ibarət sənəddir. Audiovizual infor-
masiaya vasitələri əyaniliyin şifahi və təsviri forması imkanlarını genişlən-
dirir, qavrama və dərk etməni rassional və məqsədyönlü element edir.
Labüd
kompüterləşmə erası audiovideotexniki
vasitələrə münasibəti,
onların ənənəvi şəkildə başa düşülməsini kifayət qədər dəyişmişdir. Müasir
audiovizual daşıyıcılar kompüter texnologiyasından istifadəyə əsaslanır. Bu
texnologiyalar təbii ki özü ilə yeni terminlərin də yaranmasına səbəb oldu.
Hansı ki, bu terminlər hələ dəqiq və bir məna əldə etməyib. Belə ki, ”mul-
timedia” termini 1980-cı illərin ortalarında sənəd kimi başa düşülürdü (2, s.6).
Eyni vaxtda bir və ya daha cox daşıyıcıdan məsələn, mətn və audiovizual
materiallar-ibarət sənəd sonralar 1980-cı illərin sonlarında kompüter vasitəsilə
sintez olunmuş informasiya daşıyıcıları belə adlandırıldı. Multimedia termini
adı altında audiovizual sənədlər başa düşülür.