İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 100
6.
 
Rüstəmov  Ə.M. Respublika soraq – informasiya fondlarının avto-
matlaşdırılması. Monoqrafiya. – Bakı: Azərnəşr, 1991. – 237 s. 
 
ПРЕПОДОВАНИЕ ОТРАСЛЕВОЙ ИНФОРМАТИКИ В 
БИБЛИОТЕЧНО-НФОРМАЦИОННОМ ФАКУЛЬТЕТЕ 
БАКИНСКОГО ГОСУДАРСТВЕННОГО УНИВЕРСИТЕТА 
(история и современное состаяние) 
 
А.М.РУСТАМОВ 
 
Р Е З Ю М Е  
 
В  статье  излагаются  становления  и  формирования  библио-
течно-информационного  образования  в  Бакинском  Государственном 
Университете. 70-х годов ХХ столетия в университете  началось пре-
подавание  информационных  дисциплин.  В  последуюших  годах  эти  дис-
циплины  формировалась  библиотечное  информатика.  В  ностоящее 
время в библиотечно-информационном факультете преподаются около 
восьми  предметов  по  библиотечной  информатике.  Показаны  взаи-
мосвязи этих дисциплин. 
 
THE STUDY OF DİSCİPLİNARY İNFORMATİCS AT THE  
FACULTY OF LİBRARY – İNFORMATİON OF  
BAKU STATE UNİVERSİTY 
 
A.M.RUSTAMOV 
 
SUMMARY 
 
The article presents the establishment and formation of library – 
informational education at Baku State University. The study of informative 
disciplines was set up at the university in the 70s of the XX century. The 
following years these disciplines were formed as library information. 
Presently, about 8 subjects on library informatics are taught at the faculty of 
Library – Information. The interrelations of these disciplines are elucidated in 
the article 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 101
 
ƏCNƏBİ MÜƏLLİFLƏR ELEKTRON  
KİTABXANALAR HAQQINDA  
 
N.N.İSMAYILOVA 
Bakı Dövlət Universiteti 
 
Müasir dövrdə  sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid 
bir çox xüsusiyyətləri ilə xarakterizə olunur. Bu xüsusiyyətlərdən biri də 
informasiya və biliyin inkişafın əsas faktorlarından birinə və strukturlaşdırıcı 
sosial faktora çevrilməsidir. Məhz informasiya və biliyin təsiri altında iqtisadi 
fəaliyyətin formaları  və sosial münasibətlər dəyişir. Gələcəyin bu strateji 
resursunun qorunması, inkişafı  və rasional istifadəsi istənilən cəmiyyət və 
dövlət üçün böyük əhəmiyyətə malikdir. Bəşəriyyətin inkişafının bugünkü 
mərhələsinin fərqləndirici xüsusiyyəti bilik və informasiyanın təkcə  ənənəvi 
çap formasında deyil, həm də elektron (rəqəmli) formada təqdim olunmasıdır. 
Bu isə öz növbəsində informasiyanı başqa yeni formada yaratmağa, mühafizə 
və istifadə etməyə imkan verir. Üstəlik, informasiya kommunikasiya 
texnologiyalarının inkişafı nəticəsində müasir informasiya resurslarının böyük 
əksəriyyəti dərhal elektron formada yaradılır [1]. 
Elm, mədəniyyət və  təhsilin informasiya ilə  təminatının daha pers-
pektivli üsullarından biri elektron kitabxanalardan istifadə olunmasıdır. 
Elektron (rəqəmli) kitabxanaların formalaşdırılmasına dünyanın inkişaf etmiş 
ölkələrində XX əsrin 90-cı illərinin ortalarında başlanmış və bu proses hazırda 
geniş yayılmışdır. Bir çox kitabxanalarda çap və digər fiziki daşıyıcılardan 
elektron resurslara sürətli keçid baş verir. Bununla belə,  ənənəvi fondları  və 
elektron xidməti ilə seçilən hibrid kitabxanalar üstün mövqeyini qoru-
maqdadır.
 
Elmi  ədəbiyyatda elektron kitabxanalara müxtəlif təriflər verilsə  də, 
hələlik hamı  tərəfindən qəbul edilmiş vahid tərif yoxdur. Bir çox hallarda 
elektron kitabxana deyərkən “rəqəmli, kompüter və  şəbəkə texnologiyası 
əsasında təqdim olunan, kitabxanaların  ənənəvi funksiya və xidmətlərini 
təkrarlayan bir və ya daha çox xidmətlər başa düşülür” [2, 884]. S.Şvarts qeyd 
edir ki, rəqəmli kitabxana sadəcə resurslar, onları idarə edən texniki vasitələr 
və proqram təminatı deyil, həmçinin istifadəçilər üçün xidmətlər toplusudur 
[3, 22]. 
Kitabxana işi mütəxəssisləri və alimlər elektron resurslardan istifa-
dənin bir çox üstünlüklərini vurğulayırlar: informasiya mənbələrinin müxtəlif 
formatları vahid şərtlər altında qorunur; ayrı-ayrı informasiya daşıyıcıları, 
onları qoruyan institutlar və müxtəlif repozitari növləri arasındakı  sərhədlər 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 102
aradan qalxır; kitablar, əlyazmalar, jurnallar və digər məhsullar istifadəçilərin 
eyni maşınlarla işlədiyi bit və baytlar formasında təqdim olunur; onların 
hamısına şəbəkədən daxil olmaq olar. 
Elektron kitabxanaların yaradılmasının  əsas məqsədləri informasiya xid-
mətinin keyfiyyətinin yüksəldilməsi, informasiya xidmətləri nomenklatura-
sının, istənilən növ və mövzulu informasiyadan istifadənin  genişləndirilməsi
elektron resurslara keçid zamanı istifadəçilərin sayının artırılmasıdır. Sonuncu 
aşağıdakı üsullar vasitəsilə həyata keçirilir: 
-
 
İstənilən növ informasiyayadan istifadənin təmin olunması; 
-
 
Müxtəlif kolleksiya və fondlarda olan materiallara, o cümlədən  
aztirajlı  və unikal nəşrlərə növ və mövzu məhdudiyyəti olmadan, milli 
sərhədlər və müəssisə  mənsubiyyəti nəzərə alınmadan istifadənin təmin 
olunması; 
-
 
İnformasiya ötürücüləri və alıcılarının dairəsinin (o cümlədən kitabxana 
cəmiyyətindən kənarda) genişləndirilməsi; 
-
 
Fiziki və ya sosial əngəlli istifadəçilərin informasiya almasına məh-
dudiyyətlərin aradan qaldırılması; 
-
 
İnformasiyanın istənilən yerə, o cümlədən iş masasına və ya evə 
çatdırılması imkanlarının genişləndirilməsi; 
-
 
İnformasiyaya müraciət və onun alınma vaxtına məhdudiyyətlərin ləğvi 
hər gün sutkada 24 saat iş. 
Kitabxanaçılıq təcrübəsində elektron kitabxanaların bir neçə növünə 
təsadüf olunur: 
-
 
müxtəlif istifadəçi qrupları (məsələn, uşaqlar və ya  sonuncu kurs 
tələbələri) üçün nəzərdə tutulanlar; 
-
 
coğrafi prinsipə (ayrı-ayrı əyalətlər, şəhərlər, kəndlər və s.) əsaslananlar; 
-
 
sahəvi xarakterli (məs.: tibbi, riyazi və s.); 
-
 
konkret məzmun tipi ilə bağlı (məsələn, dissertasiyalar, səs yazıları  və 
s.) [4]. 
Elektron kitabxanaların potensialı böyükdür. Zaman keçdikcə o, bir-biri 
ilə əlaqəli olan dünyanın bütün kitabxanalarını əhatə edə bilər. Öz imkanlarını 
reallaşdırmaq üçün rəqəmli kitabxanalar ənənəvi kitabxanaların çap fondlarına 
nisbətən istifadəçilərin daha asan və sürətlə daxil ola biləcəyi geniş fondlar 
yaratmalıdırlar. 
Elektron kitabxanalar aşağıda sadalayacağımız  əsas tələblərə cavab 
verməlidir: 
-
 
Elmi-tədqiqat, təhsil və ünsiyyət üçün tam və mükəmməl ehtiyatlar  
fonduna malik olmalıdır; 
-
 
Bu fondu istifadəçilərin bütün qruplarına (həm gənc, həm də təcrübəli  
istifadəçilərə) istifadə etməlidir; 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə