İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 92
texnika və texnologiyalardan istifadəyə  zərurət yaranmışdır.  İnformatikanın 
kitabxanaçılıq təhsilində vacib yer tutması da bu zərurətdən doğmuşdur. 
XX  əsrin  əvvəllərinə  qədərki dövrdə istər Azərbaycanda, istərsə  də 
xarici ölkələrdə ali kitabxanaçılıq təhsili verən qurumların olması bizə məlum 
deyil. Bu dövrə qədər əsasən humanitar təhsil almış şəxslər (məs.: filoloqlar, 
tarixçilər, pedaqoqlar və başq.) kitabxanalarda işləmiş  və  şəxsi təcrübə 
toplayaraq kitabxana işini inkişaf etdirmişlər. Həmin dövrə qədər əqli əməyin 
xüsusi çəkisi nisbətən az olduğuna görə  sənəd-informasiya artımında və 
tələbatında sürətlənmə  və mürəkkəbləşmə  zəif olmuşdur. Buna görə  də o 
dövrün kitabxanaçı kadrları informasiya axınını idarə etmək, fondyaratma və 
oxuculara xidmət işlərinin öhdəsindən gəlirdilər. 
XX  əsrin ikinci onilliyindən başlayaraq bir sıra ölkələrdə, o cümlədən 
Rusiyada kitabxanaçılıq kursları yaradılmışdı. Oktyabr inqilabından sonra 
kitabxanaçılıq məktəbləri (siyasi-maarif məktəbləri) və ali kitabxanaçılıq 
təhsili verən mədəniyyət institutları təşkil edildi.  
Azərbaycan Respublikasında ali təhsilli kitabxanaçı – biblioqraf kadrlar 
II Dünya müharibəsindən bir neçə il sonra, yəni 1947-ci ildə hazırlanmağa 
başlamışdır. Bu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filo-
logiya fakültəsində kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk yaradıcısı 
və  təşkilatçısı hazırda da fəaliyyət göstərən görkəmli kitabxanaşünas –alim, 
tarix elmləri doktoru, prof.A.A.Xələfovdur. Bu məqalənin müəllifi də daxil 
olmaqla, respublikada elə bir kitabxanaşünas-alim və kitabxanaçı tapmaq 
olmaz ki, o, prof.A.A.Xələfovun təhsil, elm və  tərbiyə «bulağından» su 
içməmiş olsun. Bizim hər birimiz təhsilimiz və indiki fəaliyyətimiz üçün ona 
borcluyuq.  
II dünya müharibəsindən sonrakı illərdə dağılmış iqtisadiyyatı bərpa və 
inkişaf etdirmək üçün elm və texnikanın sürətli inkişafını təmin etmək, dünya 
elmi-texniki nailiyyətlərini sovet iqtisadiyyatında istifadə etmək zərurəti 
yaranmışdı. SSRİ-nin bütün elmi və iqtisadi potensialı deyilən istiqamətə yö-
nəlmişdi. Bununla əlaqədar olaraq elmi-tədqiqat idarələri, layihə – konstruktor 
təşkilatları, elmi-istehsalat birlikləri, zavod və fabriklər yaradılır, texniki-peşə 
məktəbləri, texnikum və institutlar təşkil edilirdi. Bütün bunlar getdikcə əqli 
əməyin xüsusi çəkisini əvvəlki illərə nisbətən daha sürətlə artırırdı, informa-
siya axınını getdikcə sürətləndirirdi, kitabxana-informasiya təminatının key-
fiyyətcə yüksəldilməsinə  və operativləşdirilməsinə  zəruri ehtiyac yaradırdı. 
Əsasən humanitar yönümdə  fəaliyyət göstərmiş kitabxanaçı kadrlar və 
kitabxanalar  əl  əməyinə  əsaslanan üsul və vasitələrlə bu ehtiyacı ödəməyə 
hazır deyildi. Əlbəttə, bu dövrdə hesablama texnikasının seriya və kütləvi 
istehsalı  təşkil edilmişdi. I nəsil EHM-lər, maşın perfokartları (45 və 80 
sütunlu) və perfolentləri, 35 və 70 mm-lik maqnit lentləri istehsal edilirdi. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 93
Bəzi tədqiqatçılar deyilən texnikanın vaxtında alınmamasının günahını kitab-
xanaların özündə görür, hətta onu «qızıl torbaya» bəzədərək kitabxanaların 
qapısı  ağzına qoyulduğunu və onu aşağı götürməmələri ilə izah edirlər. 
Əslində isə belə deyil. Kitabxanaçılar yeni yaranan informasiya texnikasını 
görməyə bilməzdi. Çünki o dövrdə  həmin texnikaya dair yüzlərlə, minlərlə 
adda  ədəbiyyat həm xarici ölkələrdən, həm də ölkədən kitabxanalara kom-
plektləşdirilirdi. Əsas məsələ ondan ibarət idi ki, I nəslə mənsub olan hesab-
lama texnikası çox baha idi. Onu hətta orta səviyyəli istehsalat müəssisələri də 
ala bilmirdi. Kitabxanaların isə bu texnikanı nə almağa pulları, nə də istifadə 
etməyə ixtisaslı kadrları yox idi. Əmək haqqı ən aşağı səviyyədə olduğundan 
o dövrdə az tapılan hesablama texnikası sahəsindəki mütəxəssisləri də 
kitabxanalara işə  cəlb etmək mümkün deyildi. Məhz bu səbəblərə görə 
kitabxanalar «qızıl torbanı» götürə bilmədilər. Deyilən fikirlərə başqa bir 
sübut bu dövrdə böyük maliyyə imkanları olan Konqress Kitabxanasının 
MARC elektron kataloqlaşdırma texnologiyasını  işləyib tətbiq etməsi, ABŞ 
Milli Tibb Kitabxanasının MEDLARS sistemini yaratması idi. Çünki onların 
maliyyə imkanları vardı. 
Deyilən fikrə sübut olaraq başqa bir faktı da qeyd etmək olar. Ölkənin 
sahəvi kitabxanaları müxtəlif nazirlik, komitə  və baş idarələrə tabe idi. 
Onların çoxunda da elektron texnika yox idi. Buna görə də onlar öz hesablama 
xarakterli məsələlərini kollektiv istifadə  məqsədilə  təşkil edilmiş hesablama 
mərkəzlərindən maşın vaxtını pula alaraq, paket rejimində  həll edirdilər. Bir 
cəhəti də qeyd etməliyəm ki, I və II nəsil EHM-lər kitabxana – informasiya 
proseslərinin bir çox mərhələlərini (məs.: Kataloqlaşdırma) həll etməyə qabil 
deyildi. Çünki onların yaddaş tutumu az, etibarlılığı və operativliyi isə aşağı 
səviyyədə idi. 
Beləliklə, həm ixtisaslı kadr tərkibinə, həm maliyyə imkanlarına, həm də 
nazirlik və idarə rəhbərlərinin kitabxanalara laqeyd münasibətlərinə görə XX 
əsrin 60-cı illərinə qədər SSRİ-nin heç bir kitabxanasında o dövr üçün yararlı 
hesablama texnikası vasitələri olmamışdır. Lakin elmi-texniki tərəqqi və 
ondan doğan informasiya artımı getdikcə sürətlənirdi. Bu obyektiv prosesə 
uyğun olaraq xüsusilə alim və mütəxəssislərin informasiya təminatını dolğun 
və operativ təşkil etmək lazım gəlirdi. Obyektiv səbəblərə görə kitabxanalar 
nisbətən qısa müddətdə baş vermiş bu informasiya təminatı problemlərini həll 
etməyə hazır deyildilər. 
XX  əsrin ikinci yarısında bir qrup aparıcı sovet alimləri deyilən prob-
lemləri həll etmək üçün xüsusi informasiya mərkəzlərinin yaradılması təklifi 
ilə SSRİ Nazirlər Sovetinə müraciət etdilər. Bu müraciət Nazirlər Soveti 
tərəfindən nəzərə alındı  və 1952-ci ildə Ümumittifaq Elmi və Texniki 
informasiya  İnstitutu (VİNİTİ) yaradıldı. Bu institutun qarşısında bir sıra 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə