İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 85
7.
 
Ərkənəkon dastanı 
8.
 
Koç dastanı 
 Böyük  coğrafi arealda yaşayan türk xalqlarının bu günə  qədər dünya 
kitabxanalarında qorunub saxlanılmış yazılı və şifahi elmi - ədəbi irsi müxtəlif 
alimlərin tətqiqatında öz geniş əksini tapır. Türk xalqlarının ümumiyyətlə, bu 
arealda isə xüsusilə geniş yayılmış folklor nümunələri olmuşdur ki, böyük 
tarixi dövrdə bu etnosun özünü ifadə forması kimi təzahür edir.  
 Türk  xalqlarının qədim dastanlarından biri də “Dədə Qorqud” 
dastanıdır.                
Rəvayətə görə əfsanəvi Oğuz xanın 6 oğlu olmuş və onlar Günəş, Ay, 
Ulduz, Göy, Dağ, Dəniz adlanmışlar. Onların da hər birinin 4 oğlu olmuşdur. 
Oğuz xanın 24 nəvəsi ilə də Oğuz tayfalarının sayı müəyyənləşir  (6, 525)  
K.İnostransev qeyd edir ki, XV əsrin II yarısında Osmanlı feodalları 
arasında oğuznamələr çox yayılmışdır və II Bayazidin iki oğluna Qorqud 
(1460) və Oğuz xan (1470) adı verməsi bunun nəticəsidir (6, 528) 
V.Bortolda görə  Dədə Qorqud dastanın dövrü I Bayazidin hakimiy-
yətindən (1389 – 1402) sonrakı dövrə aid edilə bilər. II Murad (1421 – 1451) 
üçün  Əli Yazıçıoğlu tərəfindən yazılmış  Səlcuq tarixi əsərindən də  bəzi 
oxşarlıqlara  əsaslanaraq V.Qordiyevski əsassız nəticələr  əldə edir. (6, 527) 
XVI  əsr türk tarixçisi Ədirnəli Ruhi, XVII əsr alimi Münədcimbaşı öz tarix 
əsərində (1676) Qorqud ata haqqında məlumat verir (6, 527)   
Türkiyədə  Dədə Qorqud dastanının öyrənilməsində Türkiyyənin 
görkəmli alimləri Abdulla İnan, Əli Riza Yalman, Fuad Köprülü, Pertef Naili 
Baratov böyük əmək sərf etmişlər. Berlin dövlət kitabxanasında yerləşən 
Drezden əlyazmasının surəti əsasında 1916-cı ildə İstanbulda Kilisli Müəllim 
Rifət tərəfindən “Dədə Qorqud”-un tam mətni  ərəb  əlifbasında çap 
etdirilmişdir. 1938-ci ildə Orxan Şaiq Gökyay tərəfindən latın əlifbasında çap 
etdirir. (6. 521 səh.) 
1815-ci ildə Alman şərqşünası Dis “Dədə Qorqud” dastanının Drezden 
nüsxəsindən bir boyu ayıraraq onu alman dilində  tərcümə ilə birlikdə çap 
etdirmişdi. Başqa bir alman alimi Teodar Neldeqe (1833 – 1930) “Dədə 
Qorqud” – un Drezden nüsxəsinin tam surətini çıxarmış və onun tam mətnini 
alman dilinə tərcümə etməyə səy göstərmişdir. Bu işin son dərəcə çətin olma-
sının və o dövrdə türk dilinin öyrənilmə səviyyəsinin aşağı olması ilə əlaqədar 
olaraq T.Neldeqe 1892-ci ildə bitirmədiyi materialları V.V.Bartolda, 1891 – 
1892-ci illərdə  hələ  tələbə olan gənc mütəxəsisə  təqdim edir. 1922 – ci ildə 
dünya  ədəbiyyatı seriyasında çap etdirmək məqsədi ilə V.V.Bartold “Dədə 
Qorqud”-un Drezden əlyazmasının tam mətnini tərcümə edərək çapa təqdim 
etdi. Təəsüf ki, nəşriyyatın bağlanması ilə bu kitabın çapı alimin sağlığında 
işıq üzü görmədi. SSRİ EA-nın arxivində saxlanılan alimin əlyazması  əsa-


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 86
sında 1950-ci ildə görkəmli Azərbaycan alimləri H.Araslı  və M.Təhmasibin 
redaktəsi ilə çap edildi (6, 519 – 520)  
“Dədə Qorqud” dastanın Drezden nüsxəsinin son səhifələrindən 
birində “Osman paşa - 993” (1585-ci il) yazısı olması kitabın yazıya köçü-
rülməsi tarixini müəyyənləşdirməyə ehtimallar verir. Vatikan nüsxəsinin 
1591-ci ildə Qahirədə, 1615 – 1616-cı illərdə Qüdsdə olması haqqında 
əlyazmanın üzərində qeydlər var. Lakin ən qədim qeyd Sənullahin ölüm ili 
956 (1549 - 1550)-ci il qeyd olunur. E.Rossi əlyazmanı XVI əsrin ortalarına, 
V.Bortold isə XV əsrin əvvəllərinə aid edir (6, 519 – 527)    
Tədqiqatçı V.M.Jirmunski türk xalqları folklorunun tədqiqatları  çər-
çivəsində qazax dastan və rəvayətlərini ümumiləşdirərək qeyd edir ki, XV – 
XVI  əsrləri  əhatə edən və bu günə  qədər qorunub saxlanılmış qazax qəhrə-
manlıq və tarixi dastanlarından  əvvəl bu xalqın qıpçaq kökünə bağlı eposu 
olmuşdur ki, bu əlamətlər müasir dastanlarda öz elementlərini qoruyub 
saxlamışdır. Qazax yazılı  və  şifahi abidələrinin Başqırd, tatar, qırğız və 
türkmən xalqları ilə tarixi inteqrasiyası tədqiqatçının diqqətindən yayınmış və 
ya tədqiqatçı bu məsələyə yer ayırmamışdır. Bədii təfəkkürün həm yazılı, həm 
də  şifahi formalarda ifadəsində, sujetlərdə, tarixi və mifoloji qəhrəmanların 
adında, toponimlərdə bir çox oxşarlıq və eyniliyi müşayət etmək olar.  
SSRİ  ərazisində yaşamış türk xalqları içərisində  “İdiqe” haqqında 
dastan orta əsrlərdən müasir dövrümüzə  qədər çox yayılmış  və  şöhrət tap-
mışdır. Qara dəniz sahilindən, Krım və ön Qafqaz çölləri, aşağı Volqa sa-
hilindən Urala qədər, oradan da Aral vadisi və cənubi sibirə qədər ərazidə ya-
şamış türk xalqları arasında geniş yayılmışdır. Müxtəlif dövrlərdə qazaxlarda 
və qarakalpaklarda köçəri özbəklərdə, noğaylarda, türkmənlərdə, başqırlarda, 
krım türklərində, sibir türkləri və dağ altaylılarında yazıya köçürülmüşdür.  
1820-ci ildə Q.İ.Spaski tərəfindən Qazax variantının rus dilinə  tərcü-
məsi sibir xəbərlərində çap edildi. 1830-cu ildə A.Xodzko tərəfindən Həş-
tərxan şəhərində noğay variantı yazıya köçürüldü və  “İranın xalq poeziyası” 
adı ilə ingilis dilində çap edildi. 1841 – 1842-ci ildə Çokan Valixanov tə-
rəfindən qazax variantının tam mətni çap olundu. 
1866 – 1872-ci ildə V.V.Radlov tərəfindən Omsk tatarlarının və Altay 
teleutlarının versiyası yazıya köçürüldü. 1896-cı ildə krım tatarlarının “İdiqe” 
haqqında dastanı yazıya köçürüldü. 1903-cü ildə P.M.Melioranski tərəfindən 
yazıya köçürülmüş karakalpak versiyası, yalnız 1917-ci ildə  Aşqabad  şəhə-
rində çap edildi.  
1957-ci ildə Türkiyə  tədqiqatçısı  Səadət Çağatay “İdiqe” haqqında 
dastanı krım tatarı olmuş bir mühacirin ifasından yazıya köçürmüş  və An-
karada onun Alman dilinə tərcüməsi ilə birlikdə çap edmişdir. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə