İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 76
İngiltərə, Fransa səfirliklərinin köməyi ilə bir çox xarici kitab və jurnallara 
abunə yazılmışdır.  
2000-ci ildə “Açıq Cəmiyyət  İnstitutu” Yardım Fondu tərəfindən 
keçirilən  ən yaxşı “Web-page” müsabiqəsində Elmi kitabxana iştirak edərək 
qrantlar qazanılmışdır. Həmçinin 9-14 oktyabr 2000-ci ildə Moskva şəhərində 
keçirilən hüquq kitabxanaçıları üçün seminarda iştirak edərək qrant qaza-
nılmışdır. Amerikanın Çikaqo Universiteti ilə 2001-ci il üçün Online vasi-
təsilə 2: “Astronomical” və “Astrophysical” jurnallarını almaq üçün müqavilə 
əldə olunmuşdur.  
 
 
Elmi kitabxana bu ildə ABŞ, Türkiyə, Almaniya, Fransa və s. 
ölkələrdən çoxlu miqdarda kitab və jurnallar almışdır.    
 2001-ci 
ildə “Açıq Cəmiyyət  İnistitutu” Yardım Fondu ilə dörd 
proqram  əsasında müqavilələr bağlanmış  və bu ildə onlar tərəfindən çoxlu 
sayda  ədəbiyyat alınmışdır. “Law Books Donation Proqram”, “Journal 
Donation Proqram” və “Science Journal Donation Proqram”-ları vasitəsilə 
2001-ci ildə 494 sayda jurnal, “Puşkin kitabxanası” proqramı ilə 190 sayda 
kitab alınmışdır. 2000-ci il oktyarb ayının 9-dan 14-ə kimi Moskva şəhərinin 
“Xarici ədəbiyyat” kitabxanasında keçirilən hüquq kitabxanaçıları üçün təşkil 
olunmuş konfransda bölmənin müdiri Cəmilə Yusifova iştirak etmiş    və bu 
ezamiyyə xərcləri SOROS fondu tərəfindən maliyyələşdirilmişdir. Seminarda 
Cəmilə xanım konfransın hüquq kitabxanaçısı sertifikatını almışdır. Kon-
fransın mövzusuna əsasən 2000-ci ildə layihə yazılmış  və “Açıq Cəmiyyət 
İnistitutu” Yardım Fonduna təqdim olunmuşdur. 2001-ci ildə isə bu layihə 
yenidən nəzərdən keçirilmiş  və onun əsasında Hüquq İnformasiya Mərkəzi 
yaradılmışdır. Kitabxan 2001-ci ilin axırında EBSCO elektron nəşriyyatının 
bəzi jurnallarının pulsuz istifadəsinə icazə almış və 2002-ci il üçün isə həmin 
nəşriyyatın 3500 adda jurnalları ilə işləmək üçün icazəsin alınmasına da nail 
olmuşdur.  Əvəzində BDU tərəfindən həmin nəşriyyata 2000 ABŞ dolları 
həcmində pul köçürülmüşdür. EIFL proqramı ilə işləmək üçün AÇİ tərəfindən 
keçirilmiş treyninqdə bölmənin  əməkdaşları  iştirak etmiş  və proqramla işlə-
mək üçün bütün hazırlıqlar görülmüşdür. Bu ildə    Beynəlxalq kitab müba-
diləsi bölməsində xarici Universitetlərdən alınmış 40 adda, 87 ədəd disket 
olmuşdur.    
2001-ci ildə bölmənin 525 oxucusu olmuşdur. Mübadilə yolu ilə bu il 
263 nüsxə jurnal alınmışdır. Journal Donation Proqram vasitəsilə Avropa 
dillərindən alınan jurnalların sayı 494 nüsxə olmuşdur.  
Bunlardan:  
 
İngilis dilində ----------------------- 486 nüsxə 
 
 
 Alman 
dilində ---------------------- 4 nüsxə   
 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 77
 Türk 
dilində ------------------------ 4 nüsxə   
 
 
 Avropa 
dillərində alınan kitablar 378 nüsxə olmuşdur.  
Bunlardan: 
   
İngilis dilində ----------------------- 338 nüsxə 
 
 
 Alman 
dilində ---------------------- 1 nüsxə   
 
 
 Türk 
dilində ------------------------ 39 nüsxə  
 
2002-ci ildə  İNTERNET-də BDU-nun saytında Elmi Kitabxananın  
“Web səhifəsi” açılmışdır. Bu isə Elmi Kitabxananın dünya kitabxanaları 
səviyyəsinə çıxışı və əlaqələrin genişlənməsi deməkdir. Bu ildə mübadilə yolu 
ilə xaricə 119 nüsxə  ədəbiyyat göndərilmişdir, onlardan 30 nüsxə  ədəbiyyat 
Kiyev Dövlət Universitetinə, 89 nüsxə  ədəbiyyat isə Respublika ali məktəb 
kitabxanalarına göndərilmişdir. Bu ildə Elmi Kitabxana 131 nüsxə ədəbiyyat 
almışdır ki, onlardan 78 nüsxə kitab, 53 nüsxə jurnal olmuşdur. Bu ildə 
beynəlxalq kitabxana mübadiləsi 18 ölkənin 50 universiteti ilə aparılmışdır. 
Tempus Tacis proqramı ilə bağlanmış müqavilə əsasında kitabxananın 2 nəfər 
əməkdaşı 2002-ci il noyabrın 9-dan 30-dək Fransanın Lion şəhərinə “Kitab-
xanaların avtomatlaşdırılması, elektron kataloqların yaradılması” ilə əlaqədar 
təcrübə mübadiləsi keçmək üçün  3 həftəlik ezamiyyədə olmuşlar. Bu 
proqramda məqsəd BDU-nun idarə olunmasının yeniləşməsi və müasirləşməsi 
üçün GİFAM mərkəzi yaratmaq olmuşdur. 
    
2003-cü ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi Kitabxa-
nasının nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu yaradılmış 
(AzKİK) və 2004-cü ilin fevralında fəaliyyətə başlamışdır. Konsorsiumun 
məqsədi təhsil və  tədqiqat üçün əsas amil olan və  cəmiyyətin inkişafına 
birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsini təmin etmək, 
təlimlər keçirmək və yerli elektron mənbələrin gücləndirilməsindən ibarətdir. 
Respublikada fəaliyyət göstərən kitabxanaların informasiya və proqram 
təminatı konsorsiumun əsas iş prinsipidir. Bu təşəbbüs ölkəmizin  ən aparıcı 
universitetləri – Bakı Dövlət Universiteti, Tibb Universiteti və  Xəzər Uni-
versiteti tərəfindən həyata keçirilərək Açıq Cəmiyyət  İnistitutu tərəfindən 
dəstəklənmişdir. 
 
 
 
 
 
 
 
 Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu EIFL.net Beynəlxalq 
Konsorsiumun üzvüdür. Bu konsorsium 55-dən artıq üzvü olan ölkələrdə 
kitabxana istifadəçilərinə informasiya əldə etməyə geniş imkan yaratmaq üçün 
danışıqlar aparır, dəstəkləyir və hüquqlarını qoruyur. AzKİK-in artıq on doq-
quz üzvü var. Bunlardan on iki təşkilat abunə haqqını keçirməklə konsor-
siumun üzvləridirlər, digər üzvləri isə pulsuz konsorsiuma təklif olunan 
məlumat bazalarından istifadə edərək gələcəkdə bu bazalarla işləyərək 
elektron resurslarla işləmək təcrübəsinə yiyələnir və konsorsiuma abunə 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə