İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 66
A.A.Xələfov yazır: “El arasında belə bir kəlam var: “Uşaqlar bizim gələcəyi-
mizdir.” Sual olunur: bu gələcəyə erkən yaşda kim təhsil və  tərbiyə ver-
məlidir? Kim onu cəmiyyətə layiq bir insan kimi formalaşdırmalıdır? Əlbəttə 
bu  şərəfli vəzifə yaşlı  nəslin: ataların, anaların, babaların, müəllimlərin, 
kitabxanaçıların, bütün ziyalıların öhdəsinə düşür...  Əgər bu gün yaşlı  nəsil 
mütaliə etməzsə,...kitabın gücünə bütün biliklərin mənbəyi, mənəviyyatın 
daşıyıcısı olmasına inanmazsa, özü mütaliə etməzsə gənc nəslin tərbiyəsində 
şübhəsiz ki, yaxından iştirak edə bilməyəcək. Beləliklə mütaliədən uzaqlaş-
mağa can atan nəsil yetişməyə başlayacaq ki, bu da millətin faciəsidir”. [3] 
Bütün bu fikirlər həqiqətin səsidir. Məlumdur ki, insanların maddi 
tələbatının ödənilməsində  təbii sərvətlər – neft, qaz, dəmir, kömür və başqa 
sərvətlər mühüm rol oynayır. Lakin bu sərvətlər zaman keçdikcə tükənməyə 
doğru gedir. Ona görə də müəyyən dövrdən sonra insanlar yalnız intellektinin 
hesabına, elmin məhsuldar qüvvəyə çevrilməsinin hesabına yaşamalı olacaq-
dır. Necə ki, Yaponiya xalqı Sakit okeanın təlatümləri içərisində olduqca 
məhdud təbii sərvətlərə malik dörd min adadan ibarət  ərazidə yaşamasına 
baxmayaraq, intellektual imkanın, elmi təfəkkürün hesabına istehsal etdiyi 
məhsullarla dünya bazarında liderlik edir, iqtisadi inkişaf baxımından ön 
sıralarda gedir.  
Yaponiya gələcəkdə  də bu imkanı saxlamaq üçün gələcəyin intellekt 
daşıyıcıları olan uşaqların və  gənclərin təhsilinə  və  tərbiyəsinə, xüsusilə 
mütaliələrinə ciddi qayğı göstərmək baxımından nümunəvi ölkə hesab olunur. 
Təsadüfi deyildir ki, tanınmış rus kitabxanaşünası L. B. Xavkina hələ 1923-cü 
ildə “Krasnaya bibliotekar” jurnalındakı məqaləsində Yaponiyanın kitabxana 
həyatının xarakteristikasını vermiş, bu ölkədə uşaqların mütaliəsinə necə ciddi 
münasibət bəsləndiyini xüsusi şərh etmiş, professor Q. A. İvanova isə həmin 
ölkədə olarkən apardığı araşdırmalara  əsasən qeyd edir ki, “Yaponiyada 
uşaqların oxucu kimi tərbiyə olunmasına millətin tale yüklü problemi kimi 
baxılır.” Bu da faktdır ki, İFLA-nın 52-ci sessiyasında Y.Nakatonun “Yaponi-
yanın uşaq kitabxanaları: tərəqqi və problemlər” mövzusunda məruzəsi xüsusi 
maraq kəsb etmişdir. 
Bütün bunlar, uşaqların və gənclərin mütaliə təminatının bəşəri problem 
olduğunu təsdiq edən faktlardır. 
 
ƏDƏBİYYAT 
 
1.  Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu// Xalq 
qəzeti.- 2009.- 8 sentyabr. 
2. Иванова Г. А., Чудинова В.Ф. Библиотечная работа с детьми за 
рубежом.- М. 1999, ст. 119. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 67
3. Xələfov A. Azərbaycan mədəniyyətinin qızıl fondu// Kitabxana az.- 
2009.- S.13. 
 
ОБЕСПЕЧЕНИЕ ЧТЕНИЯ ДЕТЕЙ  И МОЛОДЕЖИ 
ОБЩЕЧЕЛОВЕЧНЫЕ ПРОБЛЕМЫ 
 
С.М.РЗАЕВ 
 
РЕЗЮМЕ 
 
В  статье  было  анализирована  проблема  читательский  интерес 
детей и молодежи
 
THE PROVISION OF THE READING OF THE YOUTH AND 
CHILDREN IS A PANHUMAN PROBLEM 
 
S.M.RZAYEV 
 
SUMMARY 
 
The article researches and analyzes the supervision on the reading of 
the youth and children. The author states that the right organization of the 
work is of great importance for the future of both the nation and the society. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 68
 
UŞAQ VƏ GƏNCLƏRIN PEŞƏ ORİYENTASİYASINDA 
KİTABXANALARIN ROLU 
 
E.Y.ƏHMƏDOV 
Bakı Dövlət Universiteti 
 
İnformasiyalaşdırılmış cəmiyyət kitabxana müəssisələrinin fəaliyyətində 
modernləşdirilmiş  iş metodlarının tətbiqini tələb edir. Təbii ki, cəmiyyətin 
inkişaf dinamikası ona xas olan bütün fəaliyyət obyektlərinin modernləşdiril-
məsi səviyyəsi ilə müəyyənləşdirilir. Tədris müəssisələrinin özündə  təhsil 
islahatları ilə bağlı gedən proseslər, kitabxana işində demokratikləşdirmə  və 
avtomatlaşdırılma, onların fəaliyyətinə  təsir edir bu və ya digər formada 
fəaliyyət sferasını dəyişir. Belə bir şəraitdə bilavasitə cəmiyyətin informasiya-
laşdırılmasında yaxından iştirak edən onun informasiya təminatını ödəyən, 
həmişə  tərəqqiyə, öyrənməyə, biliyə, inkişafa can atan insanın informasiya 
daşıyıcıları ilə əlaqəsi və ünsiyyətlərini təmin edən, bu mühüm işdə informa-
siyanın nəhəng okeanından faydalanmaqda ona  kömək edən  şəxsə böyük 
ehtiyac duyulmaqdadır. Bu şəxs kimdir? Onun cəmiyyətdəki mövqeyi nədən 
ibarətdir? Bu şəxs müasir dünyanın kitabxanalarını yaradan, onun fondunu 
formalaşdıran zəngin fonddan düzgün bəhrələnməyi bacaran, bu zəngin sər-
vətin oxuculara çatdırılmasını mürəkkəb psixoloji, texniki forma və üsullarını 
hazırlayan şəxsiyyətin yetkinləşməsində yaxından iştirak edən kitabxanalardır. 
Kitabxanaçı yüzlərlə peşəyə maraq yaratma qabiliyyətinə malik olan bir ülvi 
peşə sahibidir. 
Respublika kitabxanalarında oxucu kontingentinə nəzər saldıqca müəy-
yən edə bilərik ki, uşaq və gənclər üstünlük təşkil edir. Buna təsir edən bir sıra 
amillər mövcuddur. Bəllidir ki, uşaq oxucuların  əksəriyyəti məktəblilərdir.. 
Onların oxucu qismində kitabxanaya müraciəti məktəb proqramlarının yerinə 
yetirilməsi ilə bağlı həmçinin şəxsi maraqla bağlı olur. Gənclər, oxucu qrupu 
da təxminən eyni istiqamətdə müraciət edirlər. Belə ki, gənc oxucuların 
əksəriyyəti ali və orta ixtisas məktəbinin tələbələri, müxtəlif kollec, texniki və 
peşə  təmayüllü məktəblərin  şagirdləri və qismən də heç bir təhsil alma-
yanlardır. Nəzərə almaq lazımdır ki, uşaq oxucularının dörd qrupu məlumdur. 
Kitabxana xidmətində meyar kimi oxucu qrupları və tərbiyə sistemi əsas rol 
oynayır. Gənc oxucular isə hələ ki, yaş qrupları üzrə müəyyənləşdirilmir. Yəni 
onlar konkret olaraq uşaq oxucusundan fərqli olaraq qruplara bölünmür və 
stabil olaraq gənc oxucu və ya gənclər formasında təzahür edir. Qeyd etdiyi-
miz kimi gənc oxucuların tipologiyasını ali təhsil alanlar, orta ixtisas təhsili 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə