İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 64
fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam 
həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşma-
sına, milli və dünyəvi dəyərlərə  əsaslanan vətəndaş  təfəkkürünün formalaş-
masına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiy-
yət, dövlət və  ətraf mühit qarşısında hüquq və  vəzifələrinin müəyyən 
edilməsinə imkan yaradır.”[1,...] 
Böyük razılıq hissi yaradan cəhət odur ki, bizim Təhsil Qanunumuzda 
yuxarıda deyildiyi kimi uşaqların və  gənclərin inkişafı ilə  əlaqədar qarşıya 
qoyulan vəzifələr  İFLA-nın adı  çəkilən Baş konfransında irəli sürülən  
vəzifələrlə həmahəng səslənir. 
Bu cəhətdən uşaqların və  gənclərin təhsili və  tərbiyəsi ilə  əlaqədar 
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində  məktəblərlə  bərabər uşaq, 
məktəb və  gənclər kitabxanaları  səfərbər olunmalıdır. Çünki bu işdə onların 
böyük imkanları vardır. Məhz kitabxanaların köməyi ilə  uşaqlar və  gənclər 
millətin mənəvi inkişaf mənbələrini özündə  əks etdirən kitablara müraciət 
etməklə özlərinin intellektual imkanlarını formalaşdırırlar. Təsadüfi deyildir 
ki, “İnkişaf etmiş ölkələrdə uşaqlar və gənclərlə iş aparan, onların mütaliəsinə 
rəhbərlik edən kitabxanaçılar, böyük peşəkarlığı ilə seçilən sosial mütəxəs-
sislər qrupu kimi qəbul edilir.” [2] 
Məlum həqiqətdir ki, öz peşəkarlığı ilə seçilən həmin sosial mütəxəs-
sislər qrupu müvafiq təhsil müəssisələrində yüksək ixtisas biliyinə yiyələnə 
bilmiş, kitabxanalarda uşaqlarla və gənclərlə işləməyin elmi-nəzəri əsaslarını 
məhz həmin təhsil müəssisələrində oxunan mühazirələrin köməyi ilə mənim-
səmişlər. 
İqtisadiyyat və təhsil, eləcə də elmi potensial baxımından inkişaf etmiş 
ölkələrdə  uşaqların və  gənclərin mütaliəsinin elmi əsaslar üzrə  təşkilinə, 
uşaqların və  gənclərin mütaliəsinə pedaqoji baxımdan rəhbərlik etməyi, bu 
mütaliəni istiqamətləndirməyi və inkişaf etdirməyi bacaran ixtisaslaşmış 
mütəxəssis kitabxanaçılar hazırlanmasına ciddi əhəmiyyət verildiyi, bu sahədə 
silsilə fənlər keçirildiyi bir zamanda, respublikamızda ali təhsilli kitabxanaçı 
hazırlayan yeganə fakültəmizdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır. 
Beləki, bu fənnə ayrılan saatların miqdarı da azdır. 
Adı  çəkilən fənnin “Uşaqların və  gənclərin mütaliəsinə  rəhbərlik” adı 
altında keçirilməsinin elmi cəhətdən başqa  əsasları da vardır. Məlumdur ki, 
uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik işi yalnız kitabxanalarda deyil, 
onların kiçik yaşlarından başlayaraq məktəbi bitirənə  qədər birinci növbədə 
ailədə, sonra məktəbdə  və kitabxanalarda həyata keçirilir. Yuxarıda adını 
çəkdiyimiz fənn üzrə oxunan mühazirələrin məzmunu da uşaq və  gənclərin 
mütaliəsinə rəhbərliklə  əlaqədar həmin üçlüyün - ailə, məktəb və kitabxana-
ların özünəməxsus əlbir fəaliyyətinin şərhinə yönəldilir.  


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 65
Amerika Birləşmiş  Ştatlarında uşaqların və  gənclərin mütaliəsinə 
rəhbərlik işi ilə  əlaqədar ailə, məktəb və kitabxanaların  əlbir fəaliyyəti  üzrə 
model fəaliyyət göstərir ki, həmin model bir sıra Avropa ölkələrində  və 
Yaponiyada da tətbiq edilməyə başlamışdır. 
Bu modelə  əsasən Amerikada uşaqlar 4 yaşından valideynlərinin  şəx-
siyyət vəsiqəsi ilə kitabxanalara oxucu kimi qəbul edilir. Onlara oxucu 
vəsiqəsi verilir. Həmin vəsiqələr ölkədə “uşaqlar üçün mühüm hədiyyə” kimi 
qiymətləndirilir. Dörd yaşlı  uşaqlar altı yaşına qədər gələcəyin məktəblisi 
kimi hazırlanır. Valideynlərin və yeri gəldikcə müvafiq müəllimlərin də 
iştirakı ilə kitabxanaçılar uşaqlara oxumaq, yazmaq və kitablarla davranmaq 
vərdişləri aşılayırlar. Altı yaşında hər bir uşağın məktəbə  şagird kimi qəbul 
edilməsi üçün oxucusu olduğu kitabxanadan rəsmi sənəd qəbul edilir. 
Əlbəttə, bu sahədə qarşıya qoyulan vəzifələrin lazımınca yerinə yetiril-
məsi işində kitabxanaların imkanları böyükdür. Belə ki, kitabxanalarda 
uşaqların mütaliə xüsusiyyətlərini yaxşı bilən, onların mütaliəsini pedoqoji 
baxımdan istiqamətləndirən və mütaliə maraqlarını inkişaf etdirməyi bacaran 
mütəxəssis kitabxanaçılar çalışır, eyni zamanda kitabxanalarda məktəblinin 
hər üç yaş qrupu üzrə mütaliə sorğularını ödəməyə imkan verən müvafiq kitab 
fondu və məlumat aparatı mövcuddur. 
Madam ki, inkişafı gələcəyə yönəlmiş uşaqların və gənclərin intellektual 
tələbatını inkişaf etdirmək və ödəmək, onların mütaliə marağını genişlən-
dirmək imkanı daha çox kitabxanaçıların fəlaiyyəti ilə bağlıdır, onda başqa 
ölkələrdə olduğu kimi bizim respublikamızda da uşaq və  gənc oxucularla 
işləməyi bacaran mütəxəssis kitabxanaçı kadrların hazırlanması diqqət 
mərkəzində olmalıdır.  
Bu təkliflər onunla izah edilir ki, məktəblilərin hər üç yaş qrupuna daxil 
olan – yəni kiçik məktəbyaşlılar (I-IV siniflər), orta məktəbyaşlılar – yeni-
yetmələr (V-IX siniflər) və böyük məktəbyaşlılar – ilk gənclik (X-XI siniflər) 
mütaliə təcrübəsi olmayan ən çətin oxucu qruplarıdır. 
Onların mütaliə maraqları  hələ formalaşmadığı üçün kitabxanaya 
müəyyən sorğu ilə deyil, əsasən qeyri-müəyyən sorğu ilə gəlirlər. “nəyi oxu-
maq, necə oxumaq və oxumaq istədiklərini necə əldə etmək” sualı qarşısında 
aciz qaldıqları üçün onlar savadlı, pedoqoji bacarığı olan məsləhətçiyə ehtiyac 
duyurlar. Onların qeyri-müəyyən sorğularını müəyyən sorğuya çevirmək, 
müəyyənləşən sorğunu tam və dolğun ödəmək, həm də yalnız ödəmək deyil, 
hər bir məktəbli oxucuda yeni-yeni sorğular yaratmaq kitabxanaçıların peşə 
borcudur. Kitabxanaçıların bu sahədə  səmərəli fəaliyyəti sözün həqiqi 
mənasında millətin gələcək taleyi üçün olduqca xeyirxah əməldir.  
Uşaqların və bütövlükdə  cəmiyyətin gələcəyi ilə  əlaqədar həyata keçi-
rilməli olan bu tədbirlərin mahiyyətini dərindən açmaq istəyən professor 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə