İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 82
müasir dövrün tələblərinə uyğun qurmağa çalışır və buna əsasən nail olurlar. 
Bu isə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun kitabxanaya gös-
tərdiyi yüksək qayğının təzahürü kimi qiymətləndirilməlidir.  Şübhəsiz ki, 
burada Elmi kitabxananın direktoru Sara İbrahimova və Mübadilə  şöbəsinin 
müdiri Cəmilə Yusifovanın  əməyi də qeyd edilməlidir. Dövlətimiz kitab-
xananın direktoru S. İbrahimovanın  əməyini yüksək qiymətləndirərək ona 
“Əməkdar mədəniyyət işçisi” fəxri adı vermişdir.  
 
 
 
 
                                               
ƏDƏBİYYAT 
 
 
1.
 
Məhərrəmov A.M. Bakı Dövlət Universiteti.-B., 2009.-688 s. 
2.
 
Xələfov A.A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il Elm 
və Təhsilin xidmətində.- B., 2009. -208 s. 
3.
 
İsmayılov X.İ Kitabxana İnformasiya sahəsində Beynəlxalq əlaqələr 
/Azərbaycan və Litva Konsorsiumlarının əməkdaşlığı.-B., 2005.-S.9-19. 
4.
 
Yusifova C. Litva Kitabxana Konsorsiumun təcrübəsi / Azərbaycan 
və Litva Konsorsiumlarının əməkdaşlığı.-B., 2005.-s.27-32. 
5.
 
Zayrseva T. Litva və Azərbaycan kitabxanaları informasiya birliyi 
yolunda /Azərbaycan və Litva Konsorsiumlarının  əməkdaşlığı.-B., 2005.- 
s.50-63 
6.
 
Bakı Dövlət Universiteti Elmi Kitabxanasının 1991-2009-cu il 
hesabatları. 
 
МЕЖДУНАРОДНЫЕ ОТНОШЕНИЯ НАУЧНЫЙ БИБЛИОТЕКИ 
БАКИНСКОГО  ГОСУДАРСТВЕННОГО  УНИВЕРСИТЕТА 
 
М.A. МАМЕДОВ, ДЖ.Н.ЮСИФОВА 
 
РЕЗЮМЕ 
 
В  статье  проанализированы  состояния  и  организация  между-
народного  отнашения  Научной  Библиотеки  Бакинского  Государствен-
ного  Университета  в  годы  независимости.  Здесь  же  выявлена  роль 
международного книгообмена в обслуживании широких кругов Читате-
лей – пользователей документально – информационной базы библиотек 
с помошью интернета с разными библиотеками стран мира. 
                                                                              


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 83
THE INTERNATIONAL RELATIONS OF SCIENTIFIC  
LIBRARY OF BAKU STATE UNIVERSITY  
IN THE YEARS OF INDEPENDENCE 
 
M.A.MAMMADOV, J.N.YUSIFOVA 
 
SUMMARY 
 
In the article the international relations of scientific library of Baku 
State University in sovereignty years have  been investigated. In the article the 
importance of international book exchange in library service has been 
explained and in this area the activities of scientific library has been 
investigated.  
 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 84
 
 
KİTAB VƏ KİTABXANA MƏDƏNİYYƏTİNDƏ 
 TÜRK XALQLARININ DASTAN VƏ ƏSATIRLƏRİ 
 
P.F.KAZIMİ 
Bakı Dövlət Universiteti 
 
 Peyğəmbərin bir hədisi  şərifində deyilir: “Qostəntəniyyə  əlbəttə bir 
gün fəth olunacaqdır. Onu fəth edən əsgər nə gözəl əsgər, onu fəth edən sər-
kərdə nə gözəl sərkərdədir” [4, 422].Türk xalqı gözəl əsgər və sərkərdələri ilə 
yanaşı eləcə  də dünyanın mədəni tarixini yaradanlardır. Bu xalqın  ən qədim 
yazıları müqəddəs yazılar,  ən qədim kitabxanaları insanların milli - tarixi 
yaddaşı olmuşdur.  
Yazının yaranması, tətbiqi və təkamülünün son 5000 ildə keçdiyi tarixi 
yol əsas verir ki, onu aşağıdakı kimi təsnifləşdirək.  
1.
 
Antik yazının təkamülü və formalaşan qrafik strukturuna əsaslanan  
əlifbalar. 
2.
 
Milli və dini qrupların özlərini təcrid etmək məqsədilə tərtib  
etdikləri müstəqil əlifbalar. 
3.
 
Böyük əraziləri və xalqları əhatə edə biləcək universal əlifbalar. 
4.
 
Kriptoqrafik məqsədli tərtib olunan əlifbalar. 
Türk xalqları  ən qədim dövrlərdən başlayaraq bu əlifba sistemlərinin 
hər dörd istiqamətində özünü sınamış, insan cəmiyyətinin kamil əlifba 
axtarışında mürəkkəb tarixi təcrübəni yaşamışdı. 
Qeyd etdiyimiz kimi, ilk kitabxanalarımız xalqın milli – tarixi yaddaşı 
olmuşdur.  İslamaqədər mədəniyyətimizin böyük bir hissəsi məhz bu 
kitabxananın vasitəsilə qorunub saxlanılmışdır.  
Görkəmli alim Nizami Cəfərov qədim türk ədəbi yaradıcılığını epos, 
poetik və  nəsr yaradıcılığına bölür. İlk yazılı abidələr olaraq Göytürk nəsri
Tonikik kitabəsi, Gültiqin kitabəsi, Bilgə Xaqan kitabəsi, Türk Maniçi nəsri
Xuastuanift, Türk buddist nəsri, Altun Yaruk yazılarını göstərir. Tədqiqatçı 
geniş mövzu əhatəsi olan poetik irslə yanaşı  İslama qədər qədim türk das-
tanlarından aşağıdakıları göstərir. 
1.
 
Dünyanın yaranması haqqında  
2.
 
Türklərin törəyişi haqqında (Boz qurd dastanı)  
3.
 
Oğuz Kağan dastanı 
4.
 
Siyenpi dastanı 
5.
 
Alp Ər Tonqa dastanı 
6.
 
Şu dastanı 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə