İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 74
versiteti, Polşanın Loolz Universiteti ilə beynəlxalq  əlaqələr saxlanılmışdır. 
Poçt qiymətlərinin qalxması ilə əlaqədar bu ildə beynəlxalq kitab mübadiləsi 
vasitəsilə xaricə çox az miqdarda kitab və jurnal göndərilmişdir. İl ərzində 7 
nüsxə Amerikaya, 1 nüsxə İrana, 1 nüsxə Bolqarıstana, 7 nüsxə Almaniyaya, 
3 nüsxə Çexslovakiyaya kitab və jurnal göndərilmişdir. Beynəlxalq mübadilə 
fondu ilə kitabxanaya 1992-ci ildə 322 ədəbiyyat daxil olmuşdusa, 1993-cü 
ildə isə 460 ədəbiyyat alınmışdır. Elmi kitabxanaya daim xarici ölkələrdən 
qonaqlar gəlir. ABŞ-ın, İran İslam Respublikasının, Türkiyənin təhsil nazirlik-
lərinin  əməkdaşları, elm xadimləri, universitet rektorları elmi kitabxananın 
zəngin və “Nadir və qiymətli kitablar” fondu ilə tanış olmuşlar. 
 1994-cü 
ildə kitabxana 224 kitab, 276 jurnal, 54 qəzet almış, 15 öl-
kənin 34 elmi təşkilatı ilə əlaqə saxlamışdır. Bunlara misal olaraq Türkiyənin 
Qazi və Bilkent Universitetləri, Amerikanın Harvard və Konqres kitabxanaları 
fərqlənirlər. Amerika və Fransa səfirlikləri kitabxanaya xeyli ədəbiyyat hədiy-
yə etmişlər. Alman bilik cəmiyyətinə isə 6 adda jurnal göndərilmişdir. 1994-
cü ildə Fransada uzun müddət işləmiş madam F.Forneye Fransa səfirliyinin 
mədəniyyət işləri üzrə müavini Şevalye ilə birlikdə Elmi kitabxanada olmuş 
“Nadir və qiymətli kitablar” fondu ilə tanış olmuşlar.    
1995-ci ildə kitabxana beynəlxalq kitab mübadiləsi vasitəsilə 310 adda 
ədəbiyyat almışdır. Bu ildə Türkiyə Cümhuriyyətinin prezidenti S.Dəmirəl və 
başbakan Tansu Çillər Universitetdə olmuş və onlara BDU-nun fəxri doktoru 
adı verilmişdir. Elmi kitabxananın beynəlxalq  əlaqələri 1995-ci ildə iqtisadi 
vəziyyətlə  əlaqədar bir qədər zəifləmiş  və poçt xidmətlərinin kəskin  şəkildə 
artması ilə  əlaqədar tələb olunan materialın alınmasında və göndərilməsində 
böyük çətinliklər olmuşdur. 
 
      
 1996-cı ildə Avropa Şurasının 3 nümayəndəsi universitetə  gəlmiş  və 
elmi kitabxanada olmuşlar. Həmçinin kitabxana YUNESKO-nun fəaliyyətini 
əks etdirən sərgilər təşkil etmiş, Özbəkistan prezidenti İ.Kərimovun Univer-
sitetə gəlişi ilə əlaqədar Elmi Kitabxana tərəfindən “Özbəkistan müstəqilliyinə 
doğru” sərgisi keçirilmişdir.   
 
 
 
 
 
1997-сi ildə beynılxalq mübadilə vasitəsilə kitabxanaya 423 nüsxə 
ədəbiyyat daxil olmuşdur. Bu ildə Türkiyə Cümhuriyyətinin təhsil naziri Meh-
met Sağlam və onunla birlikdə  gələn işçi qüvvəsi, Pakistan respublikasının, 
Kiprin təhsil nazirliyinin nümayəndələri BDU-ya  gəlmiş  və kitabxana ilə 
tanış olmuşlar. BDU-nun Elmi kitabxanasına gələn Fransa milli kitabxana-
sının məsul işçisi mr.Traval beynəlxalq mübadilə bölümü ilə tanış olmuş  və 
kitabxanaya 33 nüsxə  ədəbiyyat bağışlamışdır. Sentyabr ayında Bilkent uni-
versiteti kitabxanasının direktoru Filiz xanım kitabxana da olmuş  və kitab-
xananın iş fəaliyyəti ilə tanış olmuşdur. 1997-ci ildə Çin səfirliyi öz büdcələri 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 75
hesabına Elmi kitabxana üçün 1 adda, 2 nüsxədən ibarət rus dilində “Kitay” 
adlı jurnala abunə yazdırmışdır. 
 
 
 
 
 
1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” adlı keçirilən simpozium-
da kitabxananın direktoru  Sara xanım iştirak etmiş və operativ işi sayəsində 
müxtəlif  xarici səfirliklər, cəmiyyətlər və  şəxslərlə  əlaqə yaradaraq onlar 
tərəfindən kitabxanaya xeyli ədəbiyyat almışdır.   
 
 
 
Elmi kitabxana 1999-cu ildə ABŞ, Türkiyə, Almaniya, İngiltərə, 
Yaponiya, Çin, Fransa və digər ölkələrdən çoxlu miqdarda kitab və jurnallar 
almışdır. Respublikamızda fəaliyyət göstərən Almaniya, İngiltərə, Fransa, 
Yəhudi səfirlikləri ilə əlaqədar genişləndirilmişdir. 
   
 “Açıq Cəmiyyət” İnstitutu ilə 3 proqram: “Law Books Donation Proq-
ram”, “Journal Donation Proqram” və “Science Journal Donation Proqram”-ı   
əsasında müqavilələr bağlanılmışdır. Bu proqramlar əsasında 1999-cü ildə 446 
nüsxə jurnal, “Puşkin kitabxanası” proqramı ilə çoxlu sayda ədəbiyyat  alın-
mışdır. 
1999-cu ildə kitabxanaya mübadilə yolu ilə 137 jurnal, 35 qəzet daxil 
olmuşdur. Həmçinin ABŞ-dan kompyuter ixtisası üzrə 56 nüsxə kitab 
alınmışdır. Bölmədə mövcud olan “Toefl” ilə tələbələrin məşğul olması üçün 
hər cür şərait yaradılmışdır. Belə ki, 1999-cu ildə 810 oxucuya bu sahədə 
xidmət göstərilmişdir.  
Müasir dövrü elm və texnikanın inkişafından kənarda təsəvvür etmək 
qeyri mümkündür. XXI əsrə qədəm qoyan BDU-nun Elmi kitabxanası da öz 
işini müasir dövrün əsas tələblərindən olan avtomatlaşdırma prosesində qur-
mağa çalışır və bu prosesi müəyyənləşdirilmiş proqram əsasında aparır. 2000-
ci ildən Elmi kitabxanadan elektron kataloqların yaradılması  işinə başlan-
mışdır. Məlumdur ki, bu çətin və məsuliyyətli proseslə əlaqədar kitabxanada 
çox işlər görülüb və hal-hazırda görülməkdədir. Qazanılmış qrantlar əsasında 
müxtəlif elektron avadanlıqları alınmışdır. Bu elektron aparatlarında işləmək 
təcrübəsi qazanmaq məqsədilə Elmi kitabxananın əməkdaşları vaxtaşırı olaraq 
Amerika səfirliyi nəzdində olan Kitabxanaçılar üçün Treyninq Mərkəzi və 
İnformasiya Mənbələri (İRTCL) tərəfindən təşkil olunmuş kompüter və ingilis 
dili kurslarına göndərilmişdir. Eyni zamanda avtomatlaşdırma sistemində  iş 
təcrübəsini öyrənmək məqsədilə Elmi kitabxananın 2 əməkdaşı Moskva və 
Krım şəhərlərində işgüzar səfərlərdə olmuşlar. 2000-ci ildə qazanılmış qrant-
lar əsasında və tərəfli razılaşmalara görə əvvəllər kitabxana tərəfindən alınan 
çox saylı jurnalları 2001-ci il və sonrakı illər üçün online sistemində almağa 
nail olmuşdur. Elmi kitabxana 2000-ci ildə ABŞ, Türkiyə, Almaniya, İngil-
tərə,  İran  İslam Respublikası  və s. ölkələrdən çoxlu miqdarda kitab və 
jurnallar alaraq fonda daxil etmişdir. Bölmə  şəhərimizdə olan bir sıra 
səfirliklərə və cəmiyyətlərlə əlaqələrini davam etdirmiş. Amerika, Almaniya, 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə