İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 80
işçilərin  və oxucuların çox saylı suallarına cavab verilmişdir. Bu layihə çər-
çivəsində 1100 adda elektron jurnalların pulsuz istifadəsi mümkün olmuşdur. 
2006-cı ildə Elmi Kitabxana üçün alınmış 110 kitab təsnif və  təsvir 
olunaraq elektron və çap formasında kataloqlara daxil edilmişdir. Bu ildə, 
həmçinin BDU-nun nəşriyyatında çap olunan 4 adda 15 nüsxə “Bakı  xəbər-
lər”i jurnalı mübadilə yolu ilə Amerikanın Konqres kitabxanasına göndəril-
mişdir.  İl  ərzində internetlə 1700 oxucuya jurnalların elektron forması ilə 
xidmət göstərilmişdir. Eyni zamanda çap formasında olan xarici ədəbiyyatla 
855 oxucuya xidmət olunmuşdur. Bu ildə bölmənin 2555 oxucusu olmuşdur 
ki, onların istifadəsinə 21000 adda elektron jurnal verilmişdir.  
2007-ci ildə Beynəlxalq kitab mübadiləsi bölməsi öz fəaliyyətini da-
vam etdirmiş və noyabr ayının  8-dən 11-ə kimi Belqrad şəhərində eİFL.net-in 
baş  məclisinin keçirdiyi seminarın iştirakçısı olmuşlar. Seminarda bölmənin 
əməkdaşları beynəlxalq miqyasda əməli təcrübə  əldə etmiş  və birbaşa işlə-
dikləri elektron nəşriyyatların nümayəndələri ilə görüşüb danışıqlar apar-
mışlar. Bu ilin noyabr ayının 24-də BDU-nun Elmi kitabxanasında eİFL.net-in 
baş məclisinin seminarına həsr olunmuş seminar keçirilmişdir. Seminara kon-
sorsiumun üzvləri dəvət edilmiş, görüləcək işlər və layihələr müzakirə olun-
muşdur. Noyabr ayının 28-də isə Azərbaycan Pedaqoji Dillər Universitetinin 
nəzdində olan Amerika mərkəzində praktik konfrans keçirilmiş  və burada 
əyani olaraq EBSCO məlumat bazasında olunan dəyişikliklər və yeniliklər 
nümayiş etdirilmiş, pulsuz istifadəsi mümkün olan bazaların web saytları 
açıqlanmış və bu bazalarda axtarışlar aparılmışdır.  
 
2006-cı ildə icrasına başlanmış 2 layihə üzrə  iş 2007-ci ildə davam 
etdirilmiş və hər iki layihə ilə bağlı xeyli işlər görülmüşdür. Həmçinin İNTAS 
proqramı  çərçivəsində Almaniyanın Hanover Universiteti ilə birgə layihə 
əsasında 2007-ci ildə 1100 adda elektron jurnaldan pulsuz istifadə edilmişdir. 
Həmçinin çap olan ədəbiyyatla bu ildə 1200 oxucuya xidmət göstərilmiş, 
hədiyyə yolu və JOURNAL DONATİON PROGRAM vasitəsi ilə 69 adda 
(259 nüsxə) jurnal alınaraq fonda daxil edilmişdir. 
   
 2008-ci 
ildə Beynəlxalq kitab mübadiləsi bölməsi beynəlxalq səviy-
yədə aprelin 28-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət gös-
tərən Amerika mərkəzində Az.KİK “müəllif hüququ” mövzusunda seminar 
keçirilmişdir.  Əlavə olaraq dekabrın 31-də BDU-nun Elmi kitabxanasının 
Beynəlxalq informasiya mübadiləsi bölümündə “Open Access - materialların 
açıq istifadəsi üçün yerləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. 2008-
ci il noyabr ayının 8-dən 9-na qədər Bolqarıstanın Sofiya şəhərində eİFL.net-
in baş  məclisinin növbəti seminarı keçirilmiş  və bu seminarda Elmi kitab-
xananın  əməkdaşları da iştirak etmişlər. Seminarda eİFL.net-in beynəlxalq 
konsorsiumun 2009-2011-ci illər üçün strateji planı müzakirə olunmuş və çox 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 81
saylı təqdimatlar həyata keçirilmişdir. Bu tədbirlə əlaqədar Elmi kitabxanada 
noyabr ayının 21-də ayrıca seminar təşkil edilmiş  və burada Az.KİK-in 
üzvləri beynəlxalq eİFL.net-in konsorsiumda baş verən dəyişikliklər və 
yeniliklərlə tanış olmuşlar.     
 
 
 
 
 
Beynəlxalq  İnformasiya Mübadiləsi bölməsi 2009-cu ildə 38 ölkənin 
55 aparıcı universitetləri və elmi müəssisələri ilə  əlaqə saxlamış  və çoxlu 
sayda xarici nəşrlər alaraq fonda daxil edilmişdir. Bu ildə Azərbaycan Dillər 
Universitetində elektron kitabxanalarda müəllif hüquqlarının qorunması 
maarifləndirmə istiqamətində, Qafqaz Universitetində  eİFL.net tərəfindən 
təqdim olunan beynəlxalq layihələrin müzakirəsi istiqamətində, M.F.Axundov 
adına Milli Kitabxanada və Azərbaycan Tibb Universitetində, Sumqayıt 
Dövlət Universitetində EBSCKO məlumat bazasında axtarış və kitabxana sa-
həsində inovasiyalar haqqında təqdimat xarakterli seminarlarm keçirilmişdir. 
2009-cu il noyabr ayının 11-dən 14-nə  qədər Türkiyənin Elaziq 
şəhərində Firat Universiteti, TUBİTAR (Türkiyənin Elmi və Texnoloji 
Araşdırmalar Mərkəzi) və ULAKBİM-in  (Türkiyənin Akademik Şəbəkə  və 
İnformasiya Mərkəzi) birgə keçirilmiş “Qafqaz ölkələri, Türk Cümhuriy-
yətləri və Türkiyə Universitetləri” arasında keçirilən konfransada BDU-nu 
Elmi kitabxana təmsil etmişdir. Konfransın əsas məqsədi elm və texnologiya 
sahəsindəki yenilikləri və beynəlxalq əlaqələri inkişaf etdirmək, universitetlər 
arasında informasiyanı paylamaq, toplu elektron kataloqunu yaratmaq, uzaq 
məsafəli təhsildə universitetlər arasında  əməkdaşlığı yaratmaqdan ibarət 
olmuşdur. Bu ildə Misirin İsgəndəriyyə kitabxanasında eİFL.net-in Baş 
Məclisinin keçirtdiyi seminarda da Elmi kitabxananın əməkdaşları fəal iştirak 
etmişlər. Seminarda eİFL.net beynəlxalq konsorsiumun 2009-2013-cü illər 
üçün strateji planı müzakirə olunmuş  və bir sıra təqdimatlar keçirilmişdir. 
2009-cu ildə BDU-nun Elmi kitabxanasında müasir dövrün tələbi olan infor-
masiya texnologiyalarını  təhsilə  tətbiq edərək online mənbələrinin (elektron 
elmi jurnallar) istifadəsi və yayımının yüksək səviyyədə  təşkili və müəllif 
hüquqları qorunaraq universitet müəllimləri tərəfindən təqdim olunmuş 
elektron versiyada olan tədris və elmi materiallarının açıq elektron sənədlər 
arxivinin (Open-Access) yaradılması layihəsi üzrə çox mühüm işlər görülmüş 
və layihənin reallaşması 2010-cu il üçün nəzərdə tutulmuşdur. Müəlliflər 
tərəfindən təqdim olunmuş elektron şəkildə olan materiallar açıq elektron 
sənədlər arxivində yerləşdirilir və internet vasitəsilə  dünyanın hər yerində 
istifadəçilər tərəfindən elektron materiallardan istifadə etmək imkanı yaradılır. 
Ikinci layihə isə beynəlxalq “Union Cataloq” adlanan kataloqda kitabxananın 
elektron kataloqunun daxil olmasıdır. Hər iki layihə  çərçivəsində xeyli işlər 
görülmüş və bu sahədə işlər davam etdirilir. Nəticə olaraq qeyd edilməlidir ki, 
Elmi Kitabxananın Beynəlxalq Kitab Mübadiləsi bölməsi öz fəaliyyətini 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə