İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 71
Bir cəhəti qeyd etmək lazımdır ki, elmin məhsuldar qüvvəyə çevrilməsi 
üçün hər bir mütəxəssisin öz ixtisas və peşəsinin elmi məzmununu dərk etməsi, 
əməli fəaliyyətində nəzəriyyə ilə praktikanın əlaqəsinin tətbiqi vacibdir. Bu işin 
təşkilində isə kitabxanalar həlledici rol oynaya bilir. Öz peşəsinə dair 
ədəbiyyata müntəzəm surətdə müraciət etmək bütün oxucular üçün xarakterik 
xüsusiyyətdir. Yəni hər bir gənc oxucu öz ixtisas peşəsinə dair yeniliklərdən xə-
bər tutmaq, əlaqədar ixtisaslar haqqında müəyyən təsəvvür əldə etmək istəyir. 
Uşaq və  gənclərin müxtəlif oxucu qruplarının peşə mütaliəsi üzrə 
sorğularını ödəmək sahəsində kitabxanaların əsas vəzifəsi ölkədə və eləcə də 
dünyada elmi və texniki tərəqqinin nailiyyətləri və perspektivləri yeni 
peşələrin mənimsənilməsi elmi axtarış və istehsalat prosesində meydana çıxan 
konkret informasiya sorğularının ödənilməsi müsir informasiyalaşdırılmış 
cəmiyyətin təlabatına uyğun qurmaqdan ibarətdir. 
Beləliklə, uşaq və  gənclərə xidmət edən kitabxanalar Azərbaycan 
Respublikasında dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, uşaq və 
gəncləri gələcək dövlət idarəciliyində aparıcı yerlərdən birini tutan qüvvəyə 
çevirmək və onların sosial-iqtisadi peşə və məişət problemlərinin həllini təmin 
etməyə çalışmalıdır. “Azərbaycan gəncliyinin dövlət proramı” gənclərin 
hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək 
üçün sosial-iqtisadi və təşkilati-hüquqi şərait yaratmışdır.     
 
ƏDƏBİYYAT  
 
1.Xələfov A.A. İnformasiya cəmiyyəti və kitabxana işi // Bakı 
Universiteti: Humanitar elmlər siyahısı.- B.: 2004.- № 3.- s. 316-327 
2.Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik (üç cilddə) h. 1-2.- B., 
2001.- 400 s. 
3.Rzayev S.M. Kitabxana xidməti: Dərslik. - B.: Turan evi, 2009.- 337 s. 
4.Rüstəmov F.A, Dadaşova T.Y. Ali məktəb pedaqogikası: Dərslik. - B: 
Nurlan, 2007.- 568 s. 
 
РОЛЬ БИБЛИОТЕК В ПРОФЕССОНЛЬНОЙ ОРИЕНТАЦИИ 
ДЕТЕЙ И ЮНЕШЕСТВО 
 
Э.Ю.АХМЕДОВ 
 
РЕЗЮМЕ 
 
В  статье  определена  роль  библиотек  в  профессонльной  ориен-
тации детей и юнешества.                   
                 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 72
THE ROLE OF LIBRARIES IN THE PROFESSIONAL 
ORIENTATION OF CHILDREN AND YOUTH   
 
E.Y.AHMADOV  
 
SUMMARY 
 
The article deternunes the role of libraries in the professional 
orientation of young and children. 
                                                                                         


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 73
 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ BDU-NUN  ELMİ 
KİTABXANASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ 
 
M.Ə.MƏMMƏDOV, C.N.YUSIFOVA 
Bakı Dövlət Universiteti 
 
 
Bakı Dövlət Universitetinin  Elmi Kitabxanası respublikamızda yaradıl-
mış ilk ali məktəb kitabxanasıdır. Kitabxana 1919-cu ildə universitetlə bir-
likdə yaradılmış və hazırda kitabxana işi sahəsində çox böyük təcrübəyə ma-
likdir. Kitabxana yarandığı gündən xarici ölkələrlə beynəlxalq kitab müba-
diləsinə və kitabxanalararası beynəlxalq əlaqələrə üstünlük vermiş və bu xid-
mət növü həmişə diqqət mərkəzində olmuşdur. Kitabxana beynəlxalq 
əlaqələrini əsasən keçmiş sosialist ölkələrlə qurmağa çalışmışdır. Lakin 1983-
cü ildən kitabxana kapitalist ölkələrlə  də  əlaqələr yaratmağa başlamışdır. 
Buna səbəb keçmiş SSRİ  Mədəniyyət Nazirliyinin və Elmlər Akademiyası 
Rəyasət heyətinin 16 aprel 1983-cü ildə qəbul etdikləri “Kapitalist ölkələri ilə 
kitabxanaların, elmi müəssisələrin və  təşkilatların müntəzəm olaraq çap 
əsərlərin mübadiləsinə hüquq verilməsi” adlı qərar olmuşdur. Bu qərara əsa-
sən  tədris müəssisələrin elmi kitabxanalarına  “ictimaiyyət və təbiət elmləri” 
üzrə çap əsərlərin mübadiləsinə icazə verilmişdir. 1990-cı ilə qədər mübadilə 
işi  Moskva Dövlət Texniki Kitabxanasının nəzarəti ilə fəaliyyət göstərmişdir. 
Müstəqilliyimiz əldə olunandan sonra BDU-nun Beynəlxalq Kitab Mübadiləsi 
bölməsi sərbəst fəaliyyət göstərməyə başlamışdır. Bölüm bu illər ərzində bir 
sıra xarici ölkələrin aparıcı universitetləri ilə  əlaqə saxlamış  və çoxlu sayda 
xarici  ədəbiyyat alınaraq Elmi Kitabxananın fonduna daxil edilmişdir. Bu 
ölkələrdən ABŞ, Türkiyə, Almaniya, Yaponiya, Koreya və b. göstərmək olar. 
Elmi kitabxana son illərdə Bakıda yerləşən bir sıra xarici ölkə 
səfirliklərlə əlaqə yaratmış, Almaniya, Amerika, İngiltərə, Koreya səfirliklərin 
köməyi ilə bir çox xarici jurnallara abunə yazılmış  və çap formasında çoxlu 
miqdarda kitab və jurnal alınmış  və hazırda da bu iş davam etdirilir. Buna 
nümunə olaraq Almaniya səfirliyinin köməyi ilə alınan “Almaniya” və Fransa 
səfirliyinin köməkliyi ilə alınan “La Recherche” jurnallarını göstərmək olar.
 Kitabxana 
Açıq Cəmiyyət  İnstitutu Yardım Fondu ilə “Journal Do-
nation Proqram”, “Science Journal Donation Proqram” və “Law Books 
Donation Proqram” ilə bağlanan müqavilələr  əsasında çoxlu sayda çap 
məhsulları almış və oxucuların istifadəsinə vermişdir.    
 1993-cü 
ildə kitabxana 18 xarici ölkənin 34 kitabxanası ilə  əlaqə 
saxlamış və 123 kitab , 235 jurnal və 36 qəzet almışdır. Türkiyənin Qazi Uni-
versiteti,  İsrailin Beynəlxalq  Əlaqələr Cəmiyyəti, Yaponiyanın Kiotto Uni-


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə