İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 89
böyük bir müntəxabatını hazırlamışdır. Ə.Divayev Alpamış dastanın qarakal-
paq versiyasını, “İdiqe – batır”, Kazanın işğalından bəhs edən “Şora – batır” 
və XIX əsrə aid olan digər əsərləri hazırlayıb çap etdirmişdi (6, 14)   
Rus tədqiqatçıları Qazax folkloru və ədəbiyyatı ilə daha erkən və geniş 
maraqlanmağa başlamışlar. Müəyyən olunmuşdur ki, Puşkin qazax folkloru 
ilə maraqlanmış və onun yazıları içərisində “Kozı – Korpeş və Bayan – Sulu” 
epik dastanının yazılmış adı müəyyən edilmişdi. Ehtimal olunur ki, Puşkin 
1833-cü ildə Orenburq səfərində bu əsərlə tanış olur (6, 135) 1812-ci ildə adı 
çəkilən bu dastanı Timofey Belyayev Kazaxıstanın “Romeya və Cülyetta”sı 
adlandırmışdır.  
1820-ci ildə Q.İ.Spaskinin tərcüməsi ilə  “İdeqe”  əsəri rus dilində 
“Sibir xəbərləri” məcmuəsində çap edilir.  
Qazax eposunda qəhrəmanlıq dastanları ilə yanaşı tarixi dastanlarda 
geniş yayılmışdır ki, bunlara “Kombard – Batır” və  məhəbbət dastanları 
“Kozu - Korpeş”, “Kız - Jibek” dastanları aiddir. Silsilə dastanlardan “Qırx 
bahadur” eposu 1942 – ci ildə yazıya köçürülmüşdür. 
Mərkəzi Asiya və Sibirin görkəmli tədqiqatçısı Q.N.Potanin (1835 – 
1920) folklor abidələrini öyrənərək onu dünya folklor sujetlərini müqayisə 
etmiş  və  qərbi avropa və Rusiya eposunun mənbəyinin  şərqə  məxsus 
olduğunu iddia etmişdir. 
Türkologiyanın Rusiyada görkəmli nümayəndələri prof. P.M.Meleran-
ski (1868 - 1906), onun tələbəsi akademik A.N.Samoyloviç (1880 - 1938), 
Türkmən eposunun ilk tədqiqatçısı İ.A.Belyayev də bu istiqamətdə xeyli işlər 
görmüşlər. Macar tədqiqatçısı Qerman Vamberi (1831 – 1913) 1863 – cü ildə 
dərviş paltarı geyinərək orta asiya və Çin türküstanını gəzmiş, XVI – XVII ərs 
türk qəhrəmanlıq dastanlarını öyrənərək alman dilində “Yusif və  Əhməd” 
dastanını çap etdirmişdir (6, 13)      
Rusiyada türk xalqlarının şifahi xalq yaradıcılığının sistemli öyrənilməsi 
V.V.Radlovun (1837 - 1918) adı ilə əlaqələndirilir. (6. 12 səh.)  Əlbəttə türko-
loqların tədqiqat arealı rusiya imperiyası daxilində məhdudlaşır və tədqiqatçılar 
xalqların mifoloji təfəkküründə ümumi olanı deyil, fərqləndirici xüsusiyyətləri
ayıran elementləri axtarıb aramaqda daha çox maraqlı olmuşdular. 
Radrovun şagirdi Nikolay Federoviç Katanov (1862 - 1922) milliyyət-
cə xakas olmuş və V.M.Jirmunskinin qeyd etdiyi kimi öz xalqının ilk savadlı 
dastan söyləyəni olmuşdur. O, Peterburq universitetinin türkologiya fakul-
təsini bitirmiş və sonralar Kazan universitetinin professoru olmuşdur.   
Bu gün elmi dövriyyədə olan Türkiyyəli tədqiqatçıların əsərləri Azər-
baycan alimlərinin bu sahədə apardıqları araşdırmalar, eləcə  də sovet it-
tifaqından qalmış elmi irsi ümumiləşdirilərək fundamental biblioqrafik vəsai-


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 90
tin  əldə olunması mümkündür. O zaman qədim və orta əsr türk xalqlarının 
yazılı və şifahi ədəbiyyatının zəngin repertuarı qarşıya çıxardı.     
 
ƏDƏBİYYAT 
 
1.
 
Qədim türk ədəbiyyatı.-  Bakı Çaşıoğlu, 2006.- 200 s. 
2.
 
Türk xalqlarının nəsri antalogiyası.- B. Çaşoğlu, 2007.- 288 s. 
3.
 
Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış.- B., 2009.- 184 s. 
4.
 
Hakim Müstədrik. Cild 4. s.422 
5.
 
M.Fətullah Gülən. Sonsuz Nur.- İzmir, 1997 
6.
 
В.М.Жирмунский, Тюркский героический эпос.- Ленинград. 1974. 
7.
 
История письма.- М.,Экcмо, 2002.- 400 с. 
 
МИФЫ И ЛЕГЕНДЫ ТЮРКСКИХ НАРОДОВ В  
КНИЖНОЙ И БИБЛИОТЕЧНОЙ КУЛЬТУРЕ 
 
П.Ф.КАЗЫМИ 
 
РЕЗЮМЕ 
                                                                                     
В  книжной  и  библиотечной  культуре  Тюркских  народов  мифы  и 
легенды занимают особое место. Национально – историческая память 
народа  является  самым  древней  библиотекой  сохранившей  это  насле-
дие,  большой  частью  которой  были  записаны  и  переписаны  последние 
века. В данной статье сделана попытка обобщения репертуара легенд и 
мифологии  Тюркских  народов  и  выявления  общих  интеграционных 
элементов в истории культуры.     
 
MYTHS AND LEGENDS OF THE TURKISH PEOPLES IN  
THE BOOK AND LIBRARY CULTURES 
 
P.F.KAZIMİ 
 
SUMMARY 
 
In the book and library culture of the Turkish people myths and 
legends take a particular place. National historical memory is the most 
ancient library which kept this heritage were recorded and rerecorded during 
the last centuries. In this article is made attempt generalization of repertory 
legends and myths of the Turkish people and exposure common integration 
elements in the history of culture.     


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 91
 
BAKI DÖVLƏT UNIVERSITETININ  
KITABXANAÇILIQ-INFORMASIYA FAKÜLTƏSINDƏ  
SAHƏVI INFORMATIKANIN TƏDRISI  
(tarixi və müasir vəziyyəti) 
 
 
Ə.M.RÜSTƏMOV 
Bakı Dövlət Universiteti 
 
İstər kontinental, istərsə  də milli-mədəni inkişaf baxımından kitabxa-
naların çoxfunksiyalı sosial-informasiya sistemi kimi tarixi inkişafına dair 
xeyli miqdar kitab və  məqalələr yazılmışdır. Bu əsərlərdə kitabxanaların 
müxtəlif tarixi dövrlərdə  fəaliyyəti öz əksini tapmışdır. Burada həmçinin 
kitabxanaçılıq təhsilinin  əlaqədar dövrə uyğun xüsusiyyətləri və  məzmunu 
təsvir edilmişdir. Lakin kitabxanaçılıq təhsilində informatikanın tədrisi məsə-
ləsinə xüsusi olaraq toxunulmamışdır. Çünki onun çox da uzun tarixi keçmişi 
yoxdur. 
Məlumdur ki, cəmiyyətin bütün fəaliyyət sahələri və istiqamətləri 
informasiya mübadiləsinə  əsaslanır. Mübadilə mexanizminin əsas mahiyyəti 
isə yazılı və qismən şifahi formada yaradılan informasiya mənbələrinin müx-
təlif kanallarla alınması və verilməsindən ibarətdir. Cəmiyyət inkişaf etdikcə 
informasiya mənbələrinin növləri də, tipləri də, məzmunu da, onların 
mübadilə mexanizmi də mürəkkəbləşmiş  və sürətlənmişdir. Bu uzun tarixi 
prosesdə kitabxanalar sosial-mədəni və iqtisadi inkişafın sənəd-informasiya 
toplayıcısı, mühafizəedici və təminatçısı kimi çox müqəddəs və eyni zamanda 
mürəkkəb missiyanı yerinə yetirmişdir. 
Dünya sənəd - informasiya axınının tarixən getdikcə sürətlənməsi, 
məzmunca mürəkkəblənməsi, artım tempi baxımından insanın fiziki istifadə 
imkanlarını  dəfələrlə ötüb keçməsi kitabxanaların qarşısında yeni-yeni, daha 
mürəkkəb problemlər qoymuşdur. Onlar bir tərəfdən, artan sənəd-informasiya 
mənbələrini məqsədli və istiqamətli  şəkildə toplamağın, mühafizə etməyin, 
çoxaspektli emalının və axtarışının metod, üsul və vasitələrini yaratmaq, digər 
tərəfdən, cəmiyyətin davamlı olaraq artan və mürəkkəbləşən informasiya 
tələbatını mövcud tarixi səviyyə baxımından ödəmək problemi ilə  həmişə 
qarşılaşmışlar. Bu problemlərin həlli tarixi inkişaf prosesində getdikcə daha 
çox maddi və maliyyə resurslarının cəlb edilməsinə,  əl  əməyinin və vaxt 
itkisinin getdikcə artırılmasına zərurət yaratmışdır. Deyilən problemlər XX 
əsrdə özünü daha qabarıq  şəkildə göstərmişdir. Məhz bu əsrdə informasiya 
emalı  və mühafizəsi texnologiyaları  və texniki vasitələri yaradılmışdır. 
Kitabxanalar öz fəaliyyətlərini daha səmərəli və operativ təşkil etmək üçün bu 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə