İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 94
mürəkkəb vəzifələr qoyuldu: SSRİ-də informasiya mərkəzləri  şəbəkəsinin 
yaradılması layihəsini işləmək və bu şəbəkəyə elmi rəhbərlik etmək; təbiət və 
texnika elmləri sahəsində dünya cari informasiya axınının təhlili, sintezi və 
seçilməsi  əsasında həftəlik, dekadalıq və aylıq referativ jurnallar və siqnal 
informasiyaları hazırlayıb nəşr etmək; elmi-texniki informasiya proseslərinin 
avtomatlaşdırılması sahəsində elmi-tədqiqat işi aparmaq və s. 
VİNİTİ-də qısa vaxtda təbiətşünaslıq və texnika elmlərinin müxtəlif sa-
hələri üzrə şöbələr, texniki-iqtisadi təhlil, riyazi təminat, elektron texnikasının 
tətbiqi, elmi-texniki tərcümə (30-a qədər işlək dildən rus dilinə  tərcümə) və 
digər  şöbələr təşkil edilmişdi.  Əsas fəaliyyəti sahəsi avtomatlaşdırma 
vasitələri bazasında elmin və texnikanın müxtəlif sahələri üzrə dünya cari 
informasiyalarını seçmə üsulu ilə toplayıb referativ jurnallar nəşr etmək və o 
dövrdə «elmi-texniki informasiya» adlandırılan «informatika» sahəsində elmi-
tədqiqatlar və işləmələr (razrabotka) aparmaqdan ibarət idi». 
SSRİ-nin nəhəng və  şaxələnmiş iqtisadiyyatının informasiya təminatı 
VİNİTİ-nin imkanları xaricində idi. Buna görə  də 50-ci illərin ortalarından 
başlayaraq bütün iqtisadi nazirliklərində, komitə  və baş idarələrində infor-
masiya institutları,  əsasən sənaye yönümlü müəssisə  və idarələrdə isə elmi-
texniki informasiya şöbələri yaradıldı. İnformasiya orqanlarının təşkili prosesi 
60-cı illərin sonlarına kimi davam etdi və bütün fəaliyyət sahələrini əhatə etdi. 
Belə ki, bu illərdə ictimai elmlər, bəzi vacib sənəd növləri (patent, standart, 
sənaye kataloqları və s.) üzrə informasiya mərkəzləri və şöbələri təşkil edildi, 
ayrı-ayrı informasiya prosesləri üzrə avtomatlaşdırılmış sistemlər yaradıldı, bu 
sahədə elmi jurnallar və  məcmuələr nəşrə başladı.  İnformatikanın ilk 
rüşeymləri məhz bu dövrdə yaradılmışdır. 
Təbii ki, retrospektiv informasiyaları istifadə etmədən yalnız cari infor-
masiyalar əsasında elmi-tədqiqatları və istehsalat fəaliyyətini inkişaf etdirmək 
mümkün deyildi. Retrospektiv informasiyalar isə kitabxanalarda toplanmışdı. 
Buna görə də Nazirlər Sovetinin qərarı ilə sahəvi kitabxanalar müstəqil dəstə 
kimi dövlət elmi-texniki informasiya sisteminin tərkibinə daxil edildi.  
Artıq XX əsrin 60-cı illərinin sonlarından ölkənin ixtisaslaşdırılmış, 
daha güclü EHM-lərin III nəsli və kommunikasiya avadanlıqları ilə  təchiz 
edilmiş informasiya mərkəzləri  şəbəkəsi formalaşdırıldı, avtomatlaşdırılmış 
elmi-texniki informasiya sistemləri, standart proqram təminatı vasitələri 
yaradıldı. Məhz 60-cı illərin sonlarında «İnformatika» termini sovet elmi 
mətbuatında rəsmi olaraq qəbul edildi. Həmin illərdə «İnformatika» referativ 
jurnalı və «Osnovı informatiki» adlı tədris xarakterli monoqrafiya nəşr edildi.  
XX  əsrin 60-cı illərinin sonlarında SSRİ-yə  zərərli bir tendensiya 
müşahidə edilməyə başladı.  İnformasiya mərkəzlərində  işləyən bəzi mütə-
xəsislər kitabxana işini köhnəlmiş hesab edirdi, kitabxanaların informasiya 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 95
mərkəzləri ilə, kitabxanaçının mühəndislərlə əvəz ediləcəyini əsaslandırmağa 
çalışırdılar. Hətta, «kitabsız kitabxana» yaratmaq ideyası irəli sürülmüşdür. 
SSRİ-nin xüsusilə biblioqrafiya sahəsində çalışan mütəxəssisləri bu fikri 
təkzib edərək kitabxanaların pedaqoji, mədəni- maarif, informasiya funk-
siyaları daşıdığını, bütün əhali kütləsinə xidmət baxımından informasiya 
orqanlarından fərqləndiyini sübut etməyə çalışırdılar. 
Sonrakı tarixi inkişaf hər şeyi öz yerinə qoydu. «Kitabsız kitabxana»da 
(elektron kitabxanalar) yaradıldı, kitabxanalarda mühəndis – texniki xarakterli 
prosesləri müvəffəqiyyətlə icra edən yüksək ixtisasla kitabxanaçı kadrlar da 
yetişdi.  Əksinə yeni metod, üsul və texnologiyalarla daha da zənginləşdi. 
Burada tarixi baxımdan bir qədər irəliyə gedərək deməliyik ki, XX əsr kitab-
xanaları sosial informatikanın nəzəri və  təcrübi elmi arsenalına  əhəmiyyətli 
töhfələr vermişlər. Hazırda internet texnologiyalarında tətbiq edilən biblio-
qrafik yazı standartlarını, koordinat indeksləşdirmə metodunu, müxtəlif növ 
elektron nəşrlər sistemini, elektron kataloqlaşdırma metodlarını  və onlarla 
digər nailiyyətləri sosial informatikanın deyil, kitabxanaşünaslığın və 
biblioqrafiyaşünaslığın ünvanına yazmaq lazımdır. Bütün bunlar həm də onu 
göstərir ki, müasir baxımdan kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, qismən 
kitabşünaslıq və sosial informatika necə deyərlər, qardaş elmlərdir, onlar 
arasında qəti sərhəd çəkmək mümkün deyil. 
Sosial informatika bir elm kimi tarixən sonralar formalaşdığından və 
müasir dövrdə sahəvi informatika elmlərinə bölündüyündən təbii ki, daha 
qədim tarixi keçmişə malik kitabxanaşünaslıq və xüsusilə biblioqrafi-
yaşünaslıq elmlərinin nəzəri və  təcrübi elmi arsenalından istifadə etmişdir. 
Hələ formalaşdığı dövrdən indiyə  qədər sosial informatika elmlərinin  əsas 
yaradıcıları olan informasiya mərkəzlərinin bütün tətbiqi xarakterli fəaliyyət 
sahələri biblioqrafik fəaliyyətdən ibarətdir. Bu fəaliyyətə yalnız avtomatlaş-
dırma metodları, vasitələri və texnologiyaları  əlavə edilmişdir. Məsələn, 
referativ jurnallar, siqnal informasiyaları, sənəd-məlumat bazaları, deskriptor 
sistemləri və digər avtomatlaşdırılmış axtarış vasitələri strukturu və mahiyyəti 
etibarilə biblioqrafiyaşünaslığın  ənənəvi metod və üsullarına  əsaslanır.  İlk 
formalaşdığı dövrdən informasiya mərkəzlərinin  əksər avtomatlaşdırılmış 
elmi-texniki informasiya sistemlərinin sənəd bazalı  əlaqədar kitabxanalara 
əsaslanırdı. Bu sistemlər «insan-maşın» xarakterli sistemlər olduğundan 
onların informasiya təminatı kitabxanalar tərəfindən aparılırdı. O, dövrdə 
geniş yayılmış informasiyanın seçilmiş paylanmasının avtomatlaşdırılmış 
sistemi bu fikrin təsdiqinə sübut ola bilər. 
SSRİ kitabxanalarında avtomatlaşdırma metodları  və texnologiyaları 
istiqamətində ilk addım XX əsrin 70-ci illərinin əvvəllərindən atılmışdır. Bu 
dövrdə bir sıra ittifaq səviyyəli kitabxanalarda güclü hesablama mərkəzləri 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə