İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 87
Bu dastanın hal – hazırda çap edilmiş 30-dan artıq versiyası möv-
cuddur (6, 354) 
Sovet illərində xalq aşığı Saqınbay Orozbakovun ifasından yazıya 
köçürülmüş “Manas” dastanı 250 000 misra şerlə ifadə olunan möhtəşəm bir 
eposdur.  Şahnamədən 2 dəfə, Homerin İleadasından 16 dəfə böyükdür. 
Dastanın əsas hissəsi qədər də onun ikinci və üçüncü hissələri (“Semetey” və 
“Seytek”) Manasın oğlu və nəvəsi haqqında dastanlar təşkil edir (6, 25) 
1940 – 1945-ci illərdə Manas dastanının müxtəlif epizodlarının çap 
edilməsinə baxmayaraq əsərin tam versiyası yox idi. 1958 – 1960 – cı illərdə 
500 000  misralıq  əsəri ixtisar edərək 80 000 misradan ibarət ixtisar edilmiş 
versiyasını 4 cilddə ilk dəfə Qırqızıstan elmlər akademiyası çap etdirdi.  
Manas eposunun ilk yazılı nümunəsi Qazax etnoqraf alimi Çokan 
Vəlixanov 1806-cı il yazıya köçürdüyü nüsxədir (6, 25) Əlbəttə bu qorunub 
saxlanılmış nüsxə hesab edilə bilər. Ç.Valixanov qeyd edir ki, Manas bütün qırğız 
mifologiyasının, nağıllarının rəvayətlərinin toplanmış ensklopediyasıdır (6, 25)    
Özbək “Alpamış” dastanının klassik variantını özbək alimi Fazil 
Yoldaşov (1873 – 1953) 1928-ci ildə yazıya köçürmüşdür. Bu dastan 14 000 
sətrdən ibarətdir. 1939-cu ildə onun tam variantı X.Əlimcanovun redaktəsi ilə 
çap edilmişdi. Bu nəşrin əsasında L.M.Penkovski onun rus dilinə tərcüməsini 
hazırlayır və 1943-cü ildə Moskvada çap etdirir.  
“Alpamış” dastanının oğuz versiyası “Bamsı Beyrək” haqqında dastan 
adlanır. Tədqiqatçılar həm sujetdə  həm də digər  əlamətlərinə görə onu 
“Alpamış” dastanının anadolu versiyası kimi qəbul edir (6, 155) 
Dastanın aşağıdakı versiyaları mövcuddur. 
Kunqrat versiyası - “Alpamış” dastanının özbək, Qarakalpak, Qazax 
redaktəsilə. 
Oğuz versiyası – “Kitabi – Dədə Qorqud” da Bamsı Beyrək və müasir 
anadoluda xalq nağılları formasında. 
Qıpçaq versiyası – Başqırd xalq nağılı “Alpamış  və Barsınxulu” və 
Kazan tatarlarının “Alpamşa” dastanı. 
Altay versiyası – Altay qəhrəmanlıq nağılı “Alıp – Manaş”. (6. 584 səh.)    
    Tədqiqatçılar hesab edir ki, bu dastanın  ən qədim versiyası altay 
oğuzlarına VI – VIII əsrlərdə Türk xaqanları dövrünə aiddir (6, 585) 
Qəhrəmanlıq dastanlarını araşdıran V.Jirmunski “Koroğlu” dastanının 
Qırğız, Özbək, Türkmən, Azərbaycan folklorunda rast gəlindiyini qeyd 
etməklə yanaşı onun tacik versiyasının da olduğunu qeyd edir (6, 18) 
Türkmən folklorunda “Yusif və Əhməd”, “Koroğlu”, “Gül və bülbül”, 
“Gül və  Sənubər”, “Şahsənəm və  Qərib” (Aşıq Qəribin türkmən versiyası, 
Tiflisdə Lermentovun 1831-ci ildə tanış olduğu), “Tahir və Zöhrə”, “Seyfəl – 
Məlik”, “Xurmukca və Xəmrə”, “Sayat və Xəmrə”, “Əsli və Kərəm” və başqa 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 88
dastanları yazıya köçürülmüşdü. Bu dastanların əksəriyyəti müxtəlif versiyalarda 
bütün türk xalqlarında məşhur olmuşdur. Bu dastanların kitab variantı orta 
asiyaya, əvvəlcə Xarəzmə, sonra isə Qazaxıstan və qırğızıstana yayılmışdı. 
Başqırdıstanda və Volqa sahili türklərin qəhrəmanlıq dastanları xalq 
nağılları  şəklində  şifahi qorunub saxlanılmışdı. Bunlar A.Kireyev tərəfindən 
Ufada, X.Yarmuxammedov tərəfindən Kazanda çap edilmişdir. 
Cənubi sibir türkləri, yeni Tobolsk tatarları, Ob və İrtış çayı vadisində 
yaşayan altaylılar, Şorlar, Xakaslar və Tuvalılar, Yeniseyin sahilində yaşayan 
Yakutlar son dövrə  qədər köçəri və yarım köçəri yaşamış, ovçuluq və hey-
vandarlıqla məşğul olmuş  və geniş Türk sivilizaiyasından qismən uzağa 
düşmüş  və müsəlman mədəniyyəti təsirlərindən kənarda qalmışdır. Odur ki, 
onlar daha orjinal mifologiyasını qoruyub saxlamışdır. Bu dastanları Peter-
burq elmlər akademiyasının üzvü Anton Antonoviç Şifner (1817 - 1879) “Si-
bir tatarlarının qəhrəmanlıq dastanları” adı ilə alman dilində poetik tərcü-
məsini 1859 – cu ildə çap etmişdi. 
Altay folklor nümunələrinin Rusiyada ilk toplayanı V.İ.Verbidski 
(1828 - 1890) olmuşdu. O rus əlifbası əsasında ilk Altay əlifbasının da yara-
dıcısı idi. Altay dilinin qrammatikasınıda V.İ.Verbidski tərtib edir. Bundan bir 
qədər sonra N.Y.Nikiforov (altaylı) altay qəhrəmanlıq nağıllarının rus tərcü-
məsini çap etdirir. 1935-ci ildə N.K.Dimitriyevanın çapa hazırladığı 
“Koqutay” dastanının da rus dilində tərcüməsi işıq üzü görür.  
II dünya müharibəsinin başlanmasına az qalmış SSRİ – elmlər aka-
demiyasının elmi əsərlərinin etnoqrafiya seriyasında  Şorların epik dastan və 
nəğmələri N.P.Direnkov tərəfindən tərcümələri ilə birlikdə çap edilir. Hal – 
hazırda bu tədqiqatlar Altayda, Abakanda (Xakasiyada), Kızılda (Tuvada) 
davam etdirilir.  
Yakutiya Rusiya imperiyasında siyasi sürgünlər yeri idi. İlk tədqiqat-
çılarda sürgünə  gələnlər olmuşdur.  İ.A.Xudakaov “Cöğrafiya cəmiyyətinin” 
dərgisində Q.N.Potaninin redaktəsi ilə yakut qəhrəmanlıq nağıllarını rus dilində 
tərcüməsini çap etdirdi. Polyak E.Pekarski yakut – rus lüğətinin zəngin folklor 
nümunələrinə istinadlarla hazırlayıb çap etdirmişdir. Eləcə  də sürgündə olmuş 
polyak S.B.Yastremski yakut mətnlərinin dəqiq tərcümələrini hazırlamış  və 
yalnız türkoloq S.E.Malovun redaktəsi ilə 1929-cu ildə çap etdirmişdi. “Olonxo” 
geniş  həcmli poetik formada deyilmiş,  şamanizmin təsiri ilə mifologiyaya 
söykənən qəhrəmanlıq dastanlarıdır. Rusiya elmlər akademiyası sibir şöbəsinin 
Yakutiya filialının dil, ədəbiyyat və tarix institutunda bu dastanın çoxsaylı qədim 
və yeni yazıya köçürülmüş müxtəlif versiyaları mövcuddur.  
1890 – 1900-ci illərdə Taşkənd tədqiqatçısı, milliyyətcə Başqır olan 
Əbubəkir Divaev (1856 - 1932) uzun müddət qazaxlar arasında yaşamış  və 
toplamış olduğu nadir əlyazmalardan  əldə etdiyi qəhrəmanlıq dastanlarının 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə