İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 78
yazılmaq namizədliyi qazanır. Şübhəsiz ki, tədrisin aparılması və yazılan elmi 
işlərin tələbi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşdıqca informasiyaya 
olan tələbat artacaq və bununla bərabər üzvlərin sayı da ildən-ilə artacaq. 
 Azərbaycanda elmi məlumatın İnternet vasitəsi ilə əldə olunması üçün 
bir sıra məlumat bazaları mövcuddur. Bu məlumat bazalardan ancaq EBSCO 
Host ödənişlidir, ödənişsiz digər məlumat bazalarda olan informasiyadan isə 
bütövlükdə deyil qismən istifadəsi 
mümkündür. 
   
 
EBSCO HOST (buraya daxildir: 7000-dən artıq ictimai, humanitar, 
komyuter, tibb, biologiya, fizika, kimya, riyaziyyat və s. sahələri əhatə edən 
jurnalların yerləşdiyi verilənlər bazası  və onların seçilmiş sayına CD/DVD 
formatında təminatı  və 2500-dən artıq tam mətnlikitab və broşuralar) 
http://search.epnet.comÖdənişsiz məlumat bazalarına aşağıdakılar daxildir:          
            IOP publishing BioOne Cambridge University Press Journals 
 
Oxford Reference Online/ Oxford English Dictionary Online 
 Nature-Branded 
Journals 
     
 
Nature and Palgrave Academic Journals   
 
 
 2003-cü 
ildə Cergenie Corporation of New York fondu tərəfindən 
dəstəklənən Amerika kitabxana Assosasiyası, Azərbaycan kitabxana Asso-
sasiyası və BDU-nun Elmi kitabxanası arasında gerçəkləşən grant layihəsi ilə 
25000 dollar həcmində 400 kitab, kitabxana və fakültələr üçün elektron 
ləvazimat, Ariel proqram, “Hinari” məlumat bazası və 2 dəfə Tbilisi  Dövlət 
Universitetinə treyninq məqsədli səfər qrantı əldə olunmuşdur. 
İntas proqramı  çərçivəsində Almaniyanın Hanover Universiteti ilə 
birlikdə  işlənən layihə  əsasında bu Universitetin elektron jurnallarında, 
sənədlərində və “Springer” verilənlər bazalarında istifadəsinə kitabxana icazə 
almışdır. Kitabxanaya “Relief İnternational”  hunanitar yardım təşkilatının 
köməyi ilə ingilis dilində çox sayda bədii  ədəbiyyat, elmi kitablar, jurnallar, 
ensklopediyalar, siyasi mövzuda kitablar alınmışdır.    
 Bu 
ildə Beynəlxalq kitab mübadiləsi bölməsində xarici universitet-
lərindən və  elmi müəssisələrdən alınmış 56 adda  136 ədəd CD-ROM, 20 
ədəd DVD-ROM, 30 ədəd disket, 2 ədəd kaset olmuşdur. Onların kataloqu 
tərtib edilərək oxucuların istifadəsinə verilmişdir. Bu ildə hədiyyə yolu ilə 183 
nüsxə jurnal alınmışdır. Bunlardan nəzarət vəsiqəsi ilə 30 jurnal və 15 qəzet 
şərq fonduna verilmişdir. Journal Donation Proqram vasitəsilə təşkil olunmuş 
siyahılar əsasında ixtisasa uyğun seçilmiş Avropa dillərində alınan jurnalların 
sayı 195 nüsxə olmuşdur.    
 
2005-ci ildə Elmi Kitabxananın Beynəlxalq Kitab Mübadiləsi bölməsi 
öz fəaliyyətini uğurla davam etdirmiş dünyanın bir çox ali məktəbləri ilə əlaqə 
saxlamış, ABŞ, Türkiyə, Almaniya, Yaponiya, Koreya və digər ölkələrlə 
yaradıcılıq əlaqələri aparmışdır. 
 
 
 
 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 79
 2005-ci 
ildə internetlə bütün il ərzində 2240 oxucuya xidmət  göstə-
rilmiş, həmçinin çap formasında olan ədəbiyyatla 740 oxucuya xidmət 
göstərilmişdir.    Bu  ildə müxtəlif beynəlxalq bazalarda yerləşən 34604 adda 
elektron jurnallar oxucuların istifadəsinə verilmişdir. Hesabat ilində  hədiyyə 
yolu ilə 22 adda 65 nüsxə jurnal alınaraq fonda daxil edilmişdir. Kitabxana 
JOURNAL DONATİON PROGRAM vasitəsi ilə  təklif olunmuş siyahılar 
əsasında profilə uyğun seçilmiş avropa dillərində alınan jurnalların sayı 35 
adda (115 nüsxə) olmuşdur. Onlardan 105 nüsxəsi ingilis dilində, 10 nüsxəsi 
alman dilində olmuşdur. 
 
    
2006-ci ildə Elmi Kitabxana 14 ölkənin 25 universiteti ilə elmi müba-
dilə (kitab, jurnal, qəzet) aparmışdır. Bu ildə kitabxana dünyanın bir sıra ölkə-
lərində çap məhsulları almışdır. Bu ildə, həmçinin respublikamızda fəaliyyət 
göstərən bir sıra xarici ölkə  səfirlik və  cəmiyyətlərlə  əlaqə yaradılmış  və 
onların köməkliyi ilə çoxlu miqdarda kitab və jurnal alınaraq fonda daxil 
edilmişdir.  
2004-cü ildə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının nəz-
dində  fəaliyyət göstərən Azərbaycan kitabxana informasiya konsorsiumu 
2006-cı ildə fəaliyyətini daha da genişləndirmiş və bu ildə daha iki layihənin 
icrasına başlamışdır. Layihələrdən biri Bakı Dövlət Universitetinin nəşriyya-
tında çap olunan “Bakı Universiteti xəbərləri” və Universitetin ayrı-ayrı 
fakültələri tərəfindən nəşr etdikləri jurnalların beynəlxalq “Google scholar” 
adlanan saytında yerləşdirilməsidir.  İkinci layihə isə beynəlxalq “Union 
Cataloq” adlanan kataloqda kitabxananın elektron kataloqunun daxil olma-
sıdır. Beynəlxalq məlumat bazalarında  əsasən ayrı-ayrı institutlar üçün trey-
ninqlər keçirilmişdir. EBSCO məlumat bazasında axtarış aparmaq məqsədi ilə 
konsorsiuma üzv olan universitetlər və elmi institutlar üçün çoxlu sayda 
treyninqlər keçirilmişdir. Buna misal olaraq Azərbaycan Milli Elmlər Aka-
demiyasının Fizika institutunu, Azərbaycan Tibb Universiteti, Qafqaz Uni-
versiteti, Sumqayıt Dövlət Universitetinin və s. göstərmək olar. Bu institutun 
kitabxanasında EBSCO verilənlər bazasında axtarış aparmaq təcrübəsinə aid 
təqdimat və treyninqlər keçirilmişdir. 
 
 
 
 
2006-cı ilin may ayında ödənişli olan EBSCO verilənlər bazasında 
axtarış dayandırılmışdır. Oxuculara ödənişsiz verilən bazaları  və Hanover 
texniki Universitetinin elektron ədəbiyyat və  sənədlərindən, Blackvell və 
Springer kimi məlumat bazaları ilə xidmət göstərilmişdir.  İNTAS proqramı 
çərçivəsində Almaniyanın Hanover Universiteti ilə birgə hazırlanmış layihə 
əsasında 2006-cı il may ayının 2-də Elmi kitabxananın  əməkdaşları  və 
Hanover Universitetinin işçilərinin iştirakı ilə seminar keçirilmişdir. 
Seminarda istifadəsinə icazə verilmiş bazalara əlavə olunmuş yeni elektron 
ədəbiyyat haqqında məlumat verilmiş, müzakirələr aparılmış  və  təcrübəli 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə