İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 96
təşkil edildi. Bəzi respublika elmi-texniki kitabxanaları isə bu məqsədlə müx-
təlif iri müəssisə və idarələrin hesablama mərkəzlərindən istifadə edirdilər. Bu 
texniki bazalar əsasında kompleks avtomatlaşdırılmış kitabxana – informasiya 
sistemi yaradılırdı. Məsələn, Azərbaycan Respublika Elmi-Texnika Kitabxa-
nasında 7 altsistemdən ibarət olan avtomatlaşdırılmış inteqral kitabxana-
informasiya sistemi layihələşdirilmiş, onun «sənəd – məlumat bazası», 
«kitabxana xidməti» altsistemləri tətbiq edilmişdi. Digər altsistemlərin tətbiqi 
SSRİ-nin süqutu ilə  əlaqədar olaraq dayandırıldı. Bu sistemə dair SSRİ  və 
xarici ölkə elmi mətbuatında xeyli sayda (28 adda) məqalə, konfrans 
materialları və monoqrafiyalar (2 adda) çap edilmişdir.  
Kitabxanaçılıq təhsili baxımından da XX əsrin 70-ci illəri keyfiyyətcə 
yeni mərhələ hesab edilə bilər. Belə ki, həmin illərin  əvvəllərində o dövrdə 
kitabxanaçılıq fakültəsinin dekanı olan prof.A.A.Xələfov SSRİ-nin bir neçə 
respublikasının əlaqədar ali məktəblərinə ezamiyyətə getmiş və onların tədris 
planı ilə tanış olmuşdu. Litva respublikası Vilnyus Universitetinin kitabxa-
naçılıq fakültəsinin tədris planı öz müasirliyinə  və dolğunluğuna görə onun 
diqqətini cəlb etmişdir. Prof.A.A.Xələfov həmin tədris planını konkret şərait 
uyğunlaşdıraraq Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsin-
də istifadəsini təşkil etmişdir. Həmin tədris planında bir neçə informatika 
yönümlü fənn olmuşdur ki, bunlar da tədrisə daxil edilmişdi. Ümumiyyətlə, 
SSRİ-nin ümumorta və ali ixtisas təhsili verən məktəblərində ilk dəfə kitab-
xanaçılıq fakültələri  İnformatika yönümlü fənnlərin tədrisinə başlamışdır. 
Azərbaycanda isə  hələ o dövrdə heç bir təhsil müəsissəsində informatika 
tədris edilmirdi. Ali məktəblərdə  nə informatika kafedraları, nə informatika 
fənni yox idi. Bu işə yalnız kitabxanaçılıq fakültəsində informatika fənnlərin 
tədrisindən 8-10 il sonra, yəni 80-cı illərin əvvəllərindən başlanmışdır. Belə-
liklə, informatikanın bir elm kimi qəbul edilməsi və kitabxanaçılıq fakül-
təsində tədrisə daxil edilməsi arasındakı vaxt fərqi, zaman fərqi 3-4 ilə bəra-
bərdir. Əlbəttə, bu böyük tarixi hadisə prof.A.A.Xələfovun nəinki universitet, 
həm də respublika ali təhsil sistemində böyük xidmətlərindən biridir. Bu 
xidmətin bəhrələrini biz hələ 80-ci illərin sonlarında görməyə başladıq. Yeni 
tədris planı  əsasında təhsil almış kitabxanaşünas – biblioqraflar respublika 
kitabxanalarında avtomatlaşdırma istiqamətində müvəffəqiyyətlə  işləməyə 
başladılar. 
Prof.A.A.Xəlofovun rəhbərliyi ilə  tədrisə daxil edilmiş yeni tədris pla-
nında informatika yönümlü bir sonra sıra fənnlər vardı. Bunlar «Ali riyaziy-
yatı», «Kitabxana işinin riyazi metodları», «Elektron hesablama maşınları», 
«Proqramlaşdırma», «Elmi-texniki informasiya», «Kitabxana işinin təşkilat 
texnikası vasitələri», «Patent informasiyası  və standartlaşdırma» fənnləri idi. 
Bu fənnləri tədris edən müəllimlər lazım idi. Prof.A.A.Xələfovun axtarışları və 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 97
gərgin  əməyi nəticəsində müəllimlərin bir neçəsi universitetin mexanika-
riyaziyyat fakültəsindən və hesablama mərkəzindən, digərləri isə başqa 
yerlərdən seçildi. Bu sətrlərin müəllifi də onlardan biridir. 
Sovet imperiyası dağıldıqdan sonra respublika kitabxanaları bir tərəfdən  
demokratikləşmə, beynəlxalq aləmə müstəqil çıxış imkanları qazandı, digər 
tərəfdən onların maliyyə imkanları  zəiflədi. Fərdi kompüterlərin, kommuni-
kasiya vasitələrinin və disk qurğularının geniş imkanları və ucuzluğu, İnternet 
texnologiyalarının Azərbaycan Respublikasının müxtəlif idarə  və müəssisə-
lərində  tətbiqi, standart proqram təminatı sahəsindəki nailiyyətlər kitabxana-
ların yeni iqtisadi şəraitə uyğun olaraq inkişafını  tələb edirdi. Respublikanın 
iri kitabxanaları  və bir sıra MKS-ləri Soros fondunun, bir sıra humanitar 
təşkilatların, respublikada fəaliyyət göstərən xarici firma və kompaniyaların 
maliyyə  dəstəyi ilə  fərdi kompüterlə  və kommunikasiya avadanlıqları  təchiz 
edilmiş lokal kompüter şəbəkələri yaratdılar və  ən müasir səviyyəyə cavab 
verən avtomatlaşdırılmış  şəbəkə kitabxana-informasiya sistemlərini alıb, 
tətbiqinə başladılar. Rayon MKS-lərində internet-resurs mərkəzləri və 
elektron kitabxanalar yaradıldı. Bu proses indi də davam etməkdədir. Deyilən 
sistemlərin və resurs mərkəzlərinin  əksəriyyətində  işləyən kadrlar 80-90-cı 
illərdən sonra kitabxanaçılıq fakültəsini qurtarmış məzunlardır.  
Sosial informatikanın 60-cı illərdən başlanan son 30-40 illik tarixi 
inkişafında toplanan və sürətlə artan nəzəri və  təcrübi elmi nailiyyətlər XXI 
əsrin əvvəllərində onun differensasiyasına, nisbi – müstəqil sahəvi informatika 
elmlərinin yaranmasına səbəb oldu. Bunun nəticəsində  tədris baxımından 
riyazi informatika, hüquq informatikası, iqtisadi informatika, geoinformatika, 
texniki informatika və digər sahəvi informatika fənnləri yaradıldı, onlara dair 
fənn proqramları, dərsliklər və  dərs vəsaitləri hazırlanıb nəşr edildi. İnfor-
matikanın differensiyası indi də davam edir. Bununla əlaqədar olaraq kitabxa-
naçılıq – informasiya fakültəsində prof.A.A.Xələfovun təklifi və  rəhbərliyi 
altında bu sətirlərin müəllifi «Kitabxanaçılıq informatikası» adlanan tədris 
konsepsiyası  işləyib hazırladı. Bu konsepsiya dünya kitabxanaçılıq tədris 
sistemində ilk elmi – tədris konsepsiyası hesab edilə bilər. Bu konsepsiyaya 
görə «Kitabxanaçılıq informatikası» kompleks sahəvi informatika fənnlə-
rindən ibarət olub, kitabxana – informasiya proseslərinin avtomatlaşdırılmış 
metod, vasitə  və texnologiyalarını öyrədən fənnlərdir. Bu istiqamətdə  fənn 
proqramları, bəzi dərsliklər (məs.: «Kitabxanaçılıq informatikası» (ümumi 
kurs), «Kitabxana informasiya texnologiyaları», «Kitabxanaların kompüter-
ləşdirilməsi» və s.), dərs vəsaitləri hazırlanıb nəşr edilmişdir. Bu istiqamətdə 
işlər davam etdirilir.  
Qeyd etməliyik ki, Azərbaycan Respublikasında kitabxana-informasiya 
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramında irəli sürülən 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə