KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
64
fiziki və intellektual inkişafına,
zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam
həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşma-
sına, milli və dünyəvi dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaş-
masına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiy-
yət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən
edilməsinə imkan yaradır.”[1,...]
Böyük razılıq hissi yaradan cəhət odur ki, bizim Təhsil Qanunumuzda
yuxarıda deyildiyi kimi uşaqların və gənclərin inkişafı ilə əlaqədar qarşıya
qoyulan vəzifələr İFLA-nın adı çəkilən Baş konfransında irəli
sürülən
vəzifələrlə həmahəng səslənir.
Bu cəhətdən uşaqların və gənclərin təhsili və tərbiyəsi ilə əlaqədar
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində məktəblərlə bərabər uşaq,
məktəb və gənclər kitabxanaları səfərbər olunmalıdır. Çünki bu işdə onların
böyük imkanları vardır. Məhz kitabxanaların köməyi ilə uşaqlar və gənclər
millətin mənəvi inkişaf mənbələrini özündə əks etdirən kitablara müraciət
etməklə özlərinin intellektual imkanlarını formalaşdırırlar. Təsadüfi deyildir
ki, “İnkişaf etmiş ölkələrdə uşaqlar və gənclərlə iş aparan, onların mütaliəsinə
rəhbərlik edən kitabxanaçılar, böyük peşəkarlığı ilə seçilən sosial mütəxəs-
sislər qrupu kimi qəbul edilir.” [2]
Məlum həqiqətdir ki, öz peşəkarlığı ilə seçilən
həmin sosial mütəxəs-
sislər qrupu müvafiq təhsil müəssisələrində yüksək ixtisas biliyinə yiyələnə
bilmiş, kitabxanalarda uşaqlarla və gənclərlə işləməyin elmi-nəzəri əsaslarını
məhz həmin təhsil müəssisələrində oxunan mühazirələrin köməyi ilə mənim-
səmişlər.
İqtisadiyyat və təhsil, eləcə də elmi potensial baxımından inkişaf etmiş
ölkələrdə uşaqların və gənclərin mütaliəsinin elmi əsaslar üzrə təşkilinə,
uşaqların və gənclərin mütaliəsinə pedaqoji baxımdan rəhbərlik etməyi, bu
mütaliəni istiqamətləndirməyi və inkişaf etdirməyi bacaran ixtisaslaşmış
mütəxəssis kitabxanaçılar hazırlanmasına ciddi əhəmiyyət verildiyi,
bu sahədə
silsilə fənlər keçirildiyi bir zamanda, respublikamızda ali təhsilli kitabxanaçı
hazırlayan yeganə fakültəmizdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır.
Beləki, bu fənnə ayrılan saatların miqdarı da azdır.
Adı çəkilən fənnin “Uşaqların və gənclərin mütaliəsinə rəhbərlik” adı
altında keçirilməsinin elmi cəhətdən başqa əsasları da vardır. Məlumdur ki,
uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik işi yalnız kitabxanalarda deyil,
onların kiçik yaşlarından başlayaraq məktəbi bitirənə qədər birinci növbədə
ailədə, sonra məktəbdə və kitabxanalarda həyata keçirilir. Yuxarıda adını
çəkdiyimiz fənn üzrə oxunan mühazirələrin məzmunu da uşaq və gənclərin
mütaliəsinə rəhbərliklə əlaqədar həmin üçlüyün - ailə,
məktəb və kitabxana-
ların özünəməxsus əlbir fəaliyyətinin şərhinə yönəldilir.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
65
Amerika Birləşmiş Ştatlarında uşaqların və gənclərin mütaliəsinə
rəhbərlik işi ilə əlaqədar ailə, məktəb və kitabxanaların əlbir fəaliyyəti üzrə
model fəaliyyət göstərir ki, həmin model bir sıra Avropa ölkələrində və
Yaponiyada da tətbiq edilməyə başlamışdır.
Bu modelə əsasən Amerikada uşaqlar 4 yaşından valideynlərinin şəx-
siyyət vəsiqəsi ilə kitabxanalara oxucu kimi qəbul edilir.
Onlara oxucu
vəsiqəsi verilir. Həmin vəsiqələr ölkədə “uşaqlar üçün mühüm hədiyyə” kimi
qiymətləndirilir. Dörd yaşlı uşaqlar altı yaşına qədər gələcəyin məktəblisi
kimi hazırlanır. Valideynlərin və yeri gəldikcə müvafiq müəllimlərin də
iştirakı ilə kitabxanaçılar uşaqlara oxumaq, yazmaq və kitablarla davranmaq
vərdişləri aşılayırlar. Altı yaşında hər bir uşağın məktəbə şagird kimi qəbul
edilməsi üçün oxucusu olduğu kitabxanadan rəsmi sənəd qəbul edilir.
Əlbəttə, bu sahədə qarşıya qoyulan vəzifələrin lazımınca yerinə yetiril-
məsi işində kitabxanaların imkanları böyükdür. Belə ki,
kitabxanalarda
uşaqların mütaliə xüsusiyyətlərini yaxşı bilən, onların mütaliəsini pedoqoji
baxımdan istiqamətləndirən və mütaliə maraqlarını inkişaf etdirməyi bacaran
mütəxəssis kitabxanaçılar çalışır, eyni zamanda kitabxanalarda məktəblinin
hər üç yaş qrupu üzrə mütaliə sorğularını ödəməyə imkan verən müvafiq kitab
fondu və məlumat aparatı mövcuddur.
Madam ki, inkişafı gələcəyə yönəlmiş uşaqların və gənclərin intellektual
tələbatını inkişaf etdirmək və ödəmək, onların mütaliə marağını genişlən-
dirmək imkanı daha çox kitabxanaçıların fəlaiyyəti ilə bağlıdır,
onda başqa
ölkələrdə olduğu kimi bizim respublikamızda da uşaq və gənc oxucularla
işləməyi bacaran mütəxəssis kitabxanaçı kadrların hazırlanması diqqət
mərkəzində olmalıdır.
Bu təkliflər onunla izah edilir ki, məktəblilərin hər üç yaş qrupuna daxil
olan – yəni kiçik məktəbyaşlılar (I-IV siniflər), orta məktəbyaşlılar – yeni-
yetmələr (V-IX siniflər) və böyük məktəbyaşlılar – ilk gənclik (X-XI siniflər)
mütaliə təcrübəsi olmayan ən çətin oxucu qruplarıdır.
Onların mütaliə maraqları hələ formalaşmadığı üçün kitabxanaya
müəyyən sorğu ilə deyil, əsasən qeyri-müəyyən sorğu ilə gəlirlər. “nəyi oxu-
maq, necə oxumaq və oxumaq istədiklərini necə əldə etmək” sualı qarşısında
aciz qaldıqları üçün onlar savadlı, pedoqoji bacarığı olan məsləhətçiyə ehtiyac
duyurlar. Onların qeyri-müəyyən sorğularını müəyyən sorğuya çevirmək,
müəyyənləşən
sorğunu tam və dolğun ödəmək, həm də yalnız ödəmək deyil,
hər bir məktəbli oxucuda yeni-yeni sorğular yaratmaq kitabxanaçıların peşə
borcudur. Kitabxanaçıların bu sahədə səmərəli fəaliyyəti sözün həqiqi
mənasında millətin gələcək taleyi üçün olduqca xeyirxah əməldir.
Uşaqların və bütövlükdə cəmiyyətin gələcəyi ilə əlaqədar həyata keçi-
rilməli olan bu tədbirlərin mahiyyətini dərindən açmaq istəyən professor