İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 69
olanlar, hərbi xidmət keçənlər, kollecdə oxuyanlar və s. kimi bölgülər  əsa-
sında müəyyənləşdirmək olar. 
Hazırda hər il orta məktəb məzunlarının çox böyük hissəsi öz gələcək 
talelərini ali məktəblə bağlayır, ali təhsil almağı özlərinin  ən böyük arzusu 
hesab edirlər. Lakin ali məktəbdə təhsil illərində məlum olur ki, onların çoxu 
ixtisası təsadüfən seçib, seçdikləri ixtisas onları qane etmir. Nəticədə düşün-
mədən seçilən ixtisas ali məktəbdən axına səbəb olur. Uşaq və  gənclər ali 
məktəbə qədər kitabxanadan istifadə edirlər. Kitabxana öz fəaliyyətində uşaq 
və gənclərə peşə seçimində düzgün istiqamət verməlidir. Bu işdə peşə oriyen-
tasiyasının rolu çox böyükdür. Kitabxanada uşaq və  gənclərin, peşə oriyen-
tasiyası deyərkən cəmiyyətin tələblərinə, dövlətin mənafeyinə, oxucunun 
qabiliyyətinə uyğun olaraq peşə və ixtisasın müəyyənləşdirilməsinə təsir edən 
kitabxana-informasiya prosesi başa düşülür. Uşaq və  gənclərin peşə oriyen-
tasiyası uşaq və gənclər kitabxanasının fəaliyyətinin bu sahədə demək olar ki, 
ilk pilləsidir. Bu istiqamətdə  uşaq və  gənclərə xidmət edən kitabxanalar öz 
işini üç istiqamətdə qurmalıdır.  
 -  müxtəlif peşələr haqqında informasiyanın kitabxanada əyani və  şifahi 
yayılması; 
 -  müxtəlif peşə və ixtisaslara maraq yaradılması; 
 - oxucunu öyrənərkən və ya oxuculara iş prosesində uşaq və gənclərin seçdiyi 
peşənin və ya ixtisasın onların marağına və qabiliyyət göstəricisinə yararlılı-
ğının müəyyənləşdirilməsi. 
Bunun üçün uşaq və  gənclərə xidmət edən kitabxanalar ümumtəhsil 
məktəbləri ilə əməkdaşlıq etməli, ali və orta ixtisas müəssisələrində kitabxa-
na-informasiya prosesləri vasitəsilə  şagirdlərin, tələbələrin ümumiyyətlə 
oxucuların peşə oriyentasiyasını peşə  tərbiyyəsini öyrədən biliklər (məsələn: 
“gənc biznesmen”, “kitabxana mühəndisi”, “kitabxana dizayneri”, “kitabxana 
arxitektoru”, “neft kəşfiyyatçısı”, “gənc təbiətşünas”, “gənc fermer”) aşılayan 
iş metodlarını tətbiq etməlidir.  
Qeyd etmək lazımdır ki, peşənin, ixtisasın öyrədilməsi təkcə ali mək-
təbin üzərinə düşməməlidir. Ali və orta ixtisas məktəbləri peşənin, ixtisasın ali 
dərəcələrini müəyyən edir və bu istiqamətdə  tədris gedir. Nəzərə alsaq ki, 
respublikada ali təhsil müəssisələrinin sayı  həddən çoxdur, özəl ali məktəb 
müəssisələrinə daxil olmaq çox da çətin deyil və nəticədə yeniyetmə gənclərin 
əksəriyyəti ali təhsil alır. Bəs onda müxtəlif peşələri ibtidai səviyyədə kim 
öyrənməlidir və necə öyrənməlidir? Müasir gəncliyin qarşısında duran əsas 
problemlərdən biri məhz budur. Yaxın keçmişdə ali məktəblərə həvəs göstə-
rən abutiruyentlər seçdiyi ixtisas üzrə minimal fəaliyyət göstərir və bunun 
göstəricisini təqdim edirdi. Məsələn, Bakı Dövlət Universitetinin jurnalistika 
fakültəsinə daxil olmaq istəyən abituriyent jurnalist fəaliyyəti haqqında, 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 70
kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmaq istəyən abituriyent kitab-
xanaçılıq fəaliyyəti haqqında sənəd təqdim edirdi. Təbii ki, peşə oriyen-
tasiyasının formalaşmasına təsir edən bu amillər bu gün də aktual olmalıdır. 
Uşaq və gənclərə xidmət edən kitabxanalar müasir cəmiyyətin tələblərinə 
uyğun olaraq ənənəvi metodlardan istifadə edərək peşəyönümlü fəaliyyət 
göstərməlidir. Uşaqların yaş qrupları üzrə peşə yönümlü işdə  əyani formada 
daha çox əhəmiyyət kəsb edir. F.Köçərli adına Respubllika Gənclər Kitab-
xanasının iş  təcrübəsində peşə oriyentasiyası istiqamətində qurulan iş  uşaq və 
gənclərin peşə secməyinə müəyyən qədər istiqamət verir. Uşaq və  gənclərə 
xidmət edən kitabxanaların peşə seciminə maraq yaratma metodu səciyyəvi 
olur. Müxtəlif peşələrlə, alətlərlə, peşə avadanlıqları ilə bağlı  əyani və  şifahi 
təbliğat kitabxanalarda daim təşkil olunur. Bu istiqamətdə aparılan sistemli iş 
gənclərə  təlim marağını, qabiliyyət marağı  və meyllərini cəmiyyətin tələbinə 
uyğun surətdə qurmağa, peşə seçimində daha diqqətli olmağa kömək edir. 
Peşə-ixtisas  əmək fəaliyyətinin elə bir növüdür ki, onun icrası üçün 
insan xüsusi qabiliyyətlərə, bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Odur 
ki, peşə oriyentasiyası və peşə seçimi ilə əlaqədar bütün fəaliyyət professiyaya 
əsaslanmalıdır. Bunun davamı kimi uşaq və  gənclər kitabxanaları peşə 
yönümilə bağlı aşağdakı iki istiqaməti əsas meyar kimi nəzərdə tutulmalıdır. 
        - hər bir oxucunun peşə yönümünə istiqamət vermək; 
        - oxucuya öz “mən” ini daha qabarıq təzahür etdirməyə, şəxsi ləyaqətini 
daha artıq inkişaf etdirməyə ruhlandıran peşəni seçməsinə kömək etmək. 
Göstərdiyimiz bu meyarları  təmin etmək baxımından uşaq və  gənclər 
kitabxanaları səmərəli iş görməlidir. 
Uşaq və  gənclər kitabxanaları  hər  şeydən  əvvəl öz oxucularını müasir 
dövrün tələblərinə uyğun  ən yeni peşələr və ixtisaslarla tanış etməli, onların 
gələcəkdə  fəaliyyət göstərəcəkləri peşə, ixtisas sahəsində “özünü” tapmağı, 
peşəyə  səmimi münasibət bildirməyi formalaşdırmalıdır. Bu çox vacibdir. 
Çünki bəzən gəncin kütləvi motivlər əsasında seçdiyi peşə sonralar onu qane 
etmir, o peşmançılıq hissi keçirir, gec də olsa seçiminin düzgün olmadığını 
başa düşür,  ən dəhşətlisi isə budur ki, həyatda öz yerini tapa bilmir. Bu ne-
qativ halların aradan qaldırılması üçün kitabxanının bütün daxili iş prosesində 
peşə oriyentasiyasının nəzərə alınması özünü büruzə verməlidir. İlk növbədə 
oxucunun peşə marağının öyrənilməsi, sonra peşə və ixtisasla bağlı kitabxana 
təbliğatının təşkili və s. məsələlər. Uşaq və  gənclərə xidmət edən kitabxa-
nalarda bu istiqamətdə aparılan təcrübi iş müəyyən nəticələr verir. F.Köçərli 
adına Respublika Uşaq Kitabxanasında təşkil edilmiş “Bacarıqlı əllər” klubu, 
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yaradılan “Pakizə 
qızlar” klubu və s. bu kimi uşaq və gənclər birliklərinə kitabxana təbliğatı va-
sitəsilə müxtəlif peşələrə dair əyani və şifahi informasiya verilir. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə