KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
76
İngiltərə, Fransa səfirliklərinin köməyi ilə bir çox
xarici kitab və jurnallara
abunə yazılmışdır.
2000-ci ildə “Açıq Cəmiyyət İnstitutu” Yardım Fondu tərəfindən
keçirilən ən yaxşı “Web-page” müsabiqəsində Elmi kitabxana iştirak edərək
qrantlar qazanılmışdır. Həmçinin 9-14 oktyabr 2000-ci ildə Moskva şəhərində
keçirilən hüquq kitabxanaçıları üçün seminarda iştirak edərək qrant qaza-
nılmışdır. Amerikanın Çikaqo Universiteti ilə 2001-ci il üçün Online vasi-
təsilə 2: “Astronomical” və “Astrophysical” jurnallarını almaq
üçün müqavilə
əldə olunmuşdur.
Elmi kitabxana bu ildə ABŞ, Türkiyə, Almaniya, Fransa və s.
ölkələrdən çoxlu miqdarda kitab və jurnallar almışdır.
2001-ci
ildə “Açıq Cəmiyyət İnistitutu” Yardım Fondu ilə dörd
proqram əsasında müqavilələr bağlanmış və bu ildə onlar tərəfindən çoxlu
sayda ədəbiyyat alınmışdır. “Law Books Donation Proqram”, “Journal
Donation Proqram” və “Science Journal Donation Proqram”-ları vasitəsilə
2001-ci ildə 494 sayda jurnal, “Puşkin kitabxanası” proqramı ilə 190 sayda
kitab alınmışdır. 2000-ci il oktyarb ayının 9-dan 14-ə kimi Moskva şəhərinin
“Xarici ədəbiyyat” kitabxanasında keçirilən hüquq kitabxanaçıları üçün
təşkil
olunmuş konfransda bölmənin müdiri Cəmilə Yusifova iştirak etmiş və bu
ezamiyyə xərcləri SOROS fondu tərəfindən maliyyələşdirilmişdir. Seminarda
Cəmilə xanım konfransın hüquq kitabxanaçısı sertifikatını almışdır. Kon-
fransın mövzusuna əsasən 2000-ci ildə layihə yazılmış və “Açıq Cəmiyyət
İnistitutu” Yardım Fonduna təqdim olunmuşdur. 2001-ci ildə isə bu layihə
yenidən nəzərdən keçirilmiş və onun əsasında Hüquq İnformasiya Mərkəzi
yaradılmışdır. Kitabxan 2001-ci ilin axırında EBSCO elektron nəşriyyatının
bəzi jurnallarının pulsuz istifadəsinə icazə almış və 2002-ci
il üçün isə həmin
nəşriyyatın 3500 adda jurnalları ilə işləmək üçün icazəsin alınmasına da nail
olmuşdur. Əvəzində BDU tərəfindən həmin nəşriyyata 2000 ABŞ dolları
həcmində pul köçürülmüşdür. EIFL proqramı ilə işləmək üçün AÇİ tərəfindən
keçirilmiş treyninqdə bölmənin əməkdaşları iştirak etmiş və proqramla işlə-
mək üçün bütün hazırlıqlar görülmüşdür. Bu ildə Beynəlxalq kitab müba-
diləsi bölməsində xarici Universitetlərdən alınmış 40 adda, 87 ədəd disket
olmuşdur.
2001-ci ildə bölmənin 525 oxucusu olmuşdur. Mübadilə yolu ilə bu il
263 nüsxə jurnal alınmışdır. Journal Donation
Proqram vasitəsilə Avropa
dillərindən alınan jurnalların sayı 494 nüsxə olmuşdur.
Bunlardan:
İngilis dilində ----------------------- 486 nüsxə
Alman
dilində ---------------------- 4 nüsxə
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
77
Türk
dilində ------------------------ 4 nüsxə
Avropa
dillərində alınan kitablar 378 nüsxə olmuşdur.
Bunlardan:
İngilis dilində ----------------------- 338 nüsxə
Alman
dilində ---------------------- 1 nüsxə
Türk
dilində ------------------------ 39 nüsxə
2002-ci ildə İNTERNET-də BDU-nun saytında Elmi Kitabxananın
“Web səhifəsi” açılmışdır. Bu isə Elmi Kitabxananın dünya kitabxanaları
səviyyəsinə çıxışı və əlaqələrin genişlənməsi deməkdir. Bu ildə mübadilə yolu
ilə xaricə 119 nüsxə ədəbiyyat
göndərilmişdir, onlardan 30 nüsxə ədəbiyyat
Kiyev Dövlət Universitetinə, 89 nüsxə ədəbiyyat isə Respublika ali məktəb
kitabxanalarına göndərilmişdir. Bu ildə Elmi Kitabxana 131 nüsxə ədəbiyyat
almışdır ki, onlardan 78 nüsxə kitab, 53 nüsxə jurnal olmuşdur.
Bu ildə
beynəlxalq kitabxana mübadiləsi 18 ölkənin 50 universiteti ilə aparılmışdır.
Tempus Tacis proqramı ilə bağlanmış müqavilə əsasında kitabxananın 2 nəfər
əməkdaşı 2002-ci il noyabrın 9-dan 30-dək Fransanın Lion şəhərinə “Kitab-
xanaların avtomatlaşdırılması, elektron kataloqların yaradılması” ilə əlaqədar
təcrübə mübadiləsi keçmək üçün 3 həftəlik ezamiyyədə olmuşlar. Bu
proqramda məqsəd BDU-nun idarə olunmasının yeniləşməsi və müasirləşməsi
üçün GİFAM mərkəzi yaratmaq olmuşdur.
2003-cü ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi Kitabxa-
nasının nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu yaradılmış
(AzKİK) və 2004-cü ilin fevralında fəaliyyətə başlamışdır. Konsorsiumun
məqsədi təhsil və tədqiqat üçün əsas amil olan və cəmiyyətin inkişafına
birbaşa təsir göstərən elektron mənbələrin sərbəst istifadəsini təmin etmək,
təlimlər keçirmək və yerli elektron mənbələrin gücləndirilməsindən ibarətdir.
Respublikada fəaliyyət göstərən kitabxanaların
informasiya və proqram
təminatı konsorsiumun əsas iş prinsipidir. Bu təşəbbüs ölkəmizin ən aparıcı
universitetləri – Bakı Dövlət Universiteti, Tibb Universiteti və Xəzər Uni-
versiteti tərəfindən həyata keçirilərək Açıq Cəmiyyət İnistitutu tərəfindən
dəstəklənmişdir.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu EIFL.net Beynəlxalq
Konsorsiumun üzvüdür. Bu konsorsium 55-dən artıq üzvü olan ölkələrdə
kitabxana istifadəçilərinə informasiya əldə etməyə geniş imkan
yaratmaq üçün
danışıqlar aparır, dəstəkləyir və hüquqlarını qoruyur. AzKİK-in artıq on doq-
quz üzvü var. Bunlardan on iki təşkilat abunə haqqını keçirməklə konsor-
siumun üzvləridirlər, digər üzvləri isə pulsuz konsorsiuma təklif olunan
məlumat bazalarından istifadə edərək gələcəkdə bu bazalarla işləyərək
elektron resurslarla işləmək təcrübəsinə yiyələnir və konsorsiuma abunə