İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə34/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

73 
 
 
UKRAYNANIN ƏMƏK VƏ SOSİAL SİYASƏT NAZİRİ MİXAİL PAPİYEV  İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
16 sentyabr 2003-cü il 
  
İ l h a m   Ə l i y e v: Hörmətli cənab nazir!  
Əziz qonaqlar!  
Mən sizi salamlayıram, Azərbaycana xoş  gəlmisiniz. Eşitmişdim ki, Bakıya gəlməyə hazırlaşırdınız, 
bizim nazirlə razılaşmışdınız. Buraya səfərinizdən çox şadıq.  
Ölkələrimiz arasında siyasi sahədə  də, iqtisadi sahədə  də, mədəni sahədə  də  səmimi münasibətlər, dostluq 
əlaqələri mövcuddur. Ona görə də Ukraynanın belə səviyyədə nümayəndəsinin hər bir səfəri əlaqələrimizin daha 
da möhkəmlənməsinə kömək edəcəkdir. Prezidentlərimiz arasında çox yaxşı  şəxsi dostluq münasibətləri var. 
Dövlət başçılarımızın dəfələrlə  həyata keçirdikləri qarşılıqlı  səfərlər müstəqillik dövründə ölkələrimizin necə 
yaxınlaşdığını nümayiş etdirmişdir. Keçmişdə bir ölkədə – Sovet İttifaqında yaşadığımız dövrdə  də belə 
olmuşdur. Əlbəttə, indi bu münasibətlər tamamilə yeni səviyyəyə qalxmışdır.  
GUÖAM kimi regional təşkilatlar çərçivəsində çox yaxşı  əməkdaşlığımız var. Ukrayna ilə Azərbaycan 
arasında iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bir çox Ukrayna şirkətləri ölkəmizdə həyata keçirilən 
layihələrdə iştirak edir, öz məhsullarını göndərirlər. Biz bunda çox maraqlıyıq.  
Ölkələrimizin, xalqlarımızın həmişə bir-birinə rəğbət, dostluq hissləri bəslədiyi hamıya məlumdur. Bu gün 
də beynəlxalq aləmdə bir çox məsələlərdə mövqelərimiz uyğun gəlir. Ona görə də sizə xoş hisslərimizi və bütün 
istiqamətlərdə əməkdaşlığı davam etdirmək arzusunda olduğumuzu bildirmək istərdim.  
Bilirəm ki, nazirliklərimiz arasında səmimi münasibətlər yaranmışdır, təcrübə mübadiləsi aparılır. Son illər 
Azərbaycanda bu sahədə böyük iş görülmüşdür. Cənab Nağıyevin, onun rəhbərlik etdiyi nazirliyin fəaliyyəti 
nəticəsində insanlara, ehtiyacı olanlara böyük qayğı göstərilir. Bu, ölkəmizdə xüsusilə aktualdır, çünki bizdə 
erməni təcavüzündən zərər çəkmiş çoxlu insan, çoxlu yaralı və müharibədə sağlamlığını itirmiş adamlar, əlillər 
var. Dövlət onların güzəranının yaxşılaşdırılması üçün mümkün olan bütün işləri görür. Nazirliyin xətti ilə evlər, 
reabilitasiya mərkəzləri, obyektlər tikilir və bunlar, ilk növbədə, döyüşlərdə sağlamlığını itirmiş insanlara kömək 
edir. Bu insanlara maddi yardım  göstərilməsi, onların minik avtomobilləri ilə təmin olunması baxımından da çox 
işlər görülür və sair. Bütün bu konkret nəticələr və konkret işlər hökumətin sosial siyasəti ilə bağlıdır. Real nailiy-
yətlərə əsaslanmayan siyasət, bir qayda olaraq, səmərəli olmur.  
Eşitmişəm ki, Ukrayna bu istiqamətdə müsbət təcrübəyə malikdir. Odur ki, qarşılıqlı  əlaqələr və  təcrübə 
mübadiləsi faydalı olacaqdır.  
Mən sizi bir daha salamlamaq və arzu etmək istəyirəm ki, Azərbaycana səfəriniz uğurlu olsun, Vətənə ən xoş 
təəssüratlarla qayıdasınız. Ümidvaram ki, hər  şeyin məhz belə olması üçün yoldaşlarımız  əllərindən gələni 
əsirgəməyəcəklər.  
M i x a i l   P a p i y e v: Cənab Baş nazir, çox sağ olun. Əvvəlcə Ukraynanın Baş naziri Viktor Fyodoroviç 
Yanukoviçin ən səmimi sözlərini Sizə yetirmək istərdim.  
Xalqlarımızı çoxdan dostluq telləri bağlayır. Mən Bakıya birinci dəfə  gəlirəm, düzünü deyəcəyəm, dərhal 
hiss etdim ki, münasibətlərimiz protokol çərçivəsindən kənara çıxmışdır. Bəli, sən bir nazir kimi dövlət işlərini 
həll etməyə gəlirsən. Lakin bu zaman nəinki, sadəcə olaraq, dostluq münasibətləri ilə, hətta deyərdim, qardaşlıq 
münasibətləri ilə qarşılaşırsan. Mən təəssüratlarımızı Sizinlə bölüşmək istərdim. 
Bakıda geniş tikinti işləri aparılır, insanlar öz mənzil  şəraitini yaxşılaşdırırlar. Onların həyatı daha firavan 
olur. Müəssisələr işləyir. Mən sizin iqtisadi göstəricilərinizlə tanış oldum. Çox gözəldir – istehsalın artım həcmi 
10 faizdir! Siz 10 ildə istehsalın həcmini iki dəfə artırmısınız. Bu onun sayəsində əldə edilmişdir ki, ölkənizin 
prezidenti Heydər Əliyeviç Əliyev əhalinin həyat səviyyəsinin daim yaxşılaşmasına yönəldilmiş dəqiq siyasət 
aparır. Mən bunu düzgün hesab edirəm.  Əmək və sosial siyasət naziri kimi demək istərdim ki, Ukrayna 
prezidenti Leonid Daniloviç Kuçma mənim təyinatım haqqında fərman imzalayarkən adi sözlər söylədi. Amma 
mən bu sözləri həmişəlik yadımda saxlamışam. O dedi ki, ümumən hökumətin işi sizin nazirliyinizin işi əsasın-
da qiymətləndiriləcəkdir. Yəni nazirlik demoqrafik proseslərdən tutmuş əmək, peşə təlimi məsələlərinədək tam 
bir sıra məsələlər üzrə  iş aparan nazirliyin fəaliyyəti  əsasında qiymətləndiriləcəkdir.  İnsan  əmək fəaliyyətini 
başa çatdırdıqdan sonra sosial təminatı bizim nazirliyimiz həyata keçirir. Bir sözlə, insanın bütün həyat yolu, 
demək olar, nazirliyimizin himayəsi altındadır.  
Dünən biz Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinin tibbi xidmət almaq, müalicə olunmaq 
imkanı əldə etdikləri Bərpa Mərkəzinə getmişdik. Mən bu mərkəzə, sadəcə olaraq, heyran qaldım. Biz protez 
zavodunda da olduq. Sadəcə olaraq, nadir bir müəssisədir. Bizə bildirdilər ki, siz ehtiyacı olanları protezlə 100 
faiz təmin edirsiniz. Bu o deməkdir ki, fiziki qüsurları olan adamlar indi dövlətdən pulsuz tibbi yardım ala 


74 
 
bilərlər, üstəlik, işləmək imkanına malikdirlər. Zənnimcə, sizdə ən mühüm məsələ, yəni, insanın əmək hüququ 
təmin edilir. Mən  əlillər üçün mənzil tikintisi proqramı ilə tanış oldum. Düşünürəm ki, bu proqramı da 
Ukraynada tətbiq edəcəyik. Mənzillər dövlət tərəfindən tikilir və pulsuz verilir. Görünür ki, Azərbaycan iqtisadi 
cəhətdən inkişaf edərək  ən başlıca məsələni unutmur, buna görə  də insanlar özlərinə, hökumətə inanmağa 
başlayırlar.  İnsanların etimadı hökumət üçün çox vacibdir. Əslinə qalsa, hökumət də elə bunun üçün 
mövcuddur. 
Bilirəm ki, oktyabrın 15-də Azərbaycanda çox mühüm hadisə baş verəcək – ölkə prezidentinin demokratik 
seçkiləri keçiriləcəkdir. Açığını deyim ki, mən Siz sarıdan arxayınam. O qədər çox iş görürsünüz ki, indi mən 
Sizə müxalif ola biləcək adamlar görmürəm. 
İ l h a m   Ə l i y e v: Biz də görmürük. 
M i x a i l   P a p i y e v:  İlk növbədə, hörmətli Heydər  Əliyeviçə cansağlığı arzulamaq istərdim. Arzu 
edirəm ki, Sizin bütün ideyalarınız həyata keçsin. Ən başlıcası budur ki, bütün bu işlərdə Siz Ukraynanın, 
Ukrayna xalqının simasında dəstəyə, arxa-dayağa və qardaşlıq yardımına malik olacaqsınız. 
İ l h a m   Ə l i y e v: Cənab nazir, çox sağ olun. Səmimi sözlərə görə sizə təşəkkür etmək istəyirəm. Xahiş 
edirəm, belə  səmimi münasibətə görə  ən xoş diləklərimi Ukrayna prezidenti hörmətli Leonid Daniloviç 
Kuçmaya və Baş nazirə yetirəsiniz. Siz çox düzgün qeyd etdiniz ki, ehtiyacı olanlara dövlət qayğısı və bazar 
iqtisadiyyatı  şəraitində iqtisadi inkişaf Azərbaycanda olduqca yaxşı uyğunlaşdırılır. Son 10 ildə bizdə bu 
istiqamətdə böyük müsbət dəyişikliklər baş vermişdir. Təxminən 6-7 ildir ümumi daxili məhsulun artımı 10 
faiz, inflyasiyanın səviyyəsi isə, təxminən 2 faiz həddində qalmaqdadır. Bu isə əmək haqqını vaxtaşırı qaldır-
mağa imkan verir. Bu yaxınlarda insanların böyük bir qrupunun – tibb işçilərinin, müəllimlərin, mədəniyyət 
xadimlərinin və başqalarının əmək haqqı, pensiyalar artırılmışdır.   
İqtisadiyyat inkişaf edir, ölkə möhkəmlənir, büdcə genişlənir, valyuta yığımları çoxalır. Sizə deyim ki, 
valyuta ehtiyatları  təqribən 1 milyard 400 milyon dollara çatmışdır. Halbuki 10 il əvvəl valyuta ehtiyatları, 
ümumiyyətlə, yox idi. Demək istəyirəm ki, bütün bunlar məhz prezidentimiz Heydər Əliyevin iqtisadi sahədə 
apardığı düşünülmüş siyasətin nəticəsidir.  
Əlbəttə, iqtisadi inkişaf  əsasən özəl sektorun iştirakı ilə bağlıdır. Bizdə torpaq özəlləşdirilib kəndlilərə 
paylanmışdır, iqtisadiyyatın bütün sahələrində geniş özəlləşdirmə aparılır. Nəzarət paketlərində özəl sektorun 
payı dövlət sektorunun  payından çoxdur. Lakin dövlətin vəzifəsi də  məhz öz ehtiyatlarından istifadə edərək 
sahibkarlıq, iqtisadi inkişaf üçün yaxşı    şərait yaratmaqdan, ehtiyacı olanlara kömək etməkdən ibarətdir. Siz 
qeyd etdiniz, mən  də demək istəyirəm ki, Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 
Azərbaycanda ehtiyacı olanların sosial müdafiəsi sahəsində çox böyük iş aparılır. Əminəm ki, bu proses bundan 
sonra da davam etdiriləcəkdir. Bir sözlə, bu gün nə yaradılmışdırsa, onların hamısı  real işlərdir. 
Bizdə qaçqın-köçkünlərin çox vacib və ciddi problemlərinin həllində də bu cür proseslər gedir. Ermənistanın 
təcavüzü və  ərazilərimizin 20 faizinin işğal edilməsi nəticəsində bir milyonadək vətəndaşımız qaçqın  və 
məcburi köçkün vəziyyətindədir. Onların  əksəriyyəti çox ağır  şəraitdə yaşayır. Ona görə  də dövlət neft 
sektorunun inkişafından ilk real gəlir götürən kimi, Neft Fondu yaradıldı. Neft Fondundan elə ilk ayırmalar 
məhz onların ehtiyaclarına yönəldildi. Prezidentin fərmanı ilə üst-üstə 70 milyon dollar ayrılmış, bu pulun hesa-
bına tamamilə yeni şəhərciklər, qəsəbələr tikilmişdir, çadır  şəhərcikləri sökülüb yığışdırılır, qaçqın-köçkünlər 
torpaq sahələri ilə, lazımi infrastrukturla təmin edilirlər. Bu şəhərciklərə köçənlər müasir evlərdə, çox yaxşı 
şəraitdə yaşayırlar. Odur ki, prezidentimiz Heydər  Əliyevin iqtisadi inkişaf siyasətinin  əsas cəhəti məhz bu 
istiqamətə – bazar münasibətlərinin insana daimi qayğı ilə uyğunlaşdırılmasına yönəldilmişdir. Bəzən  elə olur 
ki, bu iki istiqamət bir-biri ilə uyğun gəlmir. Ya bazar münasibətləri olmur,  – belə cəmiyyətdə biz də yaşamışıq, 
– ya da əksinə olur. Yəni bazar münasibətlərinin həddindən artıq inkişaf etdiyi yerdə insana qayğı arxa plana 
keçir. Biz bunu insanın taleyinin ümidinə buraxıldığı bəzi ölkələrin təcrübəsindən bilirik. O mənada ki, get, necə 
istəyirsən, elə də yaşa. Ona görə də bu iki istiqamətin uyğunlaşdırılması, zənnimcə, çox vacibdir. 
Azərbaycan çox yaxşı iqtisadi inkişaf perspektivlərinə malikdir. Bizdə neft, kommunikasiya layihələri həyata 
keçirildikdən sonra böyük məbləğdə valyuta əldə ediləcəyi gözlənilir. Bu, sonrakı 2-3 il ərzində baş verəcəkdir.  
Əlbəttə, siyasətimiz, ilk növbədə, insana qayğıdan ibarətdir. Bunu nəzərə alaraq, neft layihələrimizin 
gerçəkləşdirilməsi sayəsində 2-3 il ərzində həyat səviyyəsinin nə qədər yüksələcəyini təsəvvür etmək olar. Bunu 
sizdən eşitmək mənim üçün çox xoşdur. Biz burada yaşayırıq, necə deyərlər, adət edirik və bizə elə gəlir ki, belə 
də olmalıdır. Bunu buraya yenicə gəlmiş, xüsusən də belə yüksək vəzifə tutan adamdan eşitmək ikiqat xoşdur. 
Ona görə  də  əminik ki, Prezidentin siyasəti bundan sonra da davam edəcəkdir.  İstər dövlətin müstəqilliyinin 
möhkəmlənməsi baxımından, istərsə  də Azərbaycanın dünyada layiqli yer və regionda lider mövqeyi tutması 
baxımından bu siyasətin alternativi yoxdur. Biz bütün istiqamətlərdə müsbət irəliləyiş görürük.  
Səmimi sözlərə görə sizə bir daha təşəkkür edirəm. Düşünürəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz 
və hökumətlərimiz  bu istiqamətdə bundan sonra da işləyəcəklər. 
B o r i s   A l e k s e n k o (Ukraynanın Azərbaycandakı  səfiri): Hörmətli cənab Baş nazir! 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə