İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə36/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   32   33   34   35   36   37   38   39   ...   86

77 
 
 
AVSTRİYA RESPUBLİKASININ  
FEDERAL ƏDLİYYƏ NAZİRİ  
DİTER BÖHMDORFERİN BAŞÇILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
20 sentyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab nazir! Hörmətli qonaqlar!  
Mən sizi salamlayıram, Azərbaycana xoş  gəlmisiniz. Avstriya ilə Azərbaycan arasında münasibətlər 
inkişaf edir. Biz ölkələrimiz arasında bütün sahələrdə  əlaqələrin möhkəmlənməsində  və genişlənməsində çox 
maraqlıyıq. Öz tərəfimizdən çalışacağıq ki, gələcəkdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə  əlaqələrimiz 
yeni pilləyə qalxsın.  
Azərbaycan Respublikasının prezidenti cənab Heydər  Əliyevin Avstriyaya səfərindən sonra biz ikitərəfli 
münasibətlərimizin inkişafında nəzərəçarpacaq dərəcədə addım atıldığını hiss etdik. Əlbəttə, biz ümidvarıq ki, 
ilk növbədə, iqtisadi sahədə mövcud olan ikitərəfli faydalı əməkdaşlıq öz nəticələrini verəcəkdir.  
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz üç ildir Avropa Şurasının üzvüyük və bu təşkilatda çox fəal 
iştirak edirik. Eyni zamanda, ölkəmiz iqtisadi sahədə böyük uğurlar əldə etmişdir, Azərbaycana böyük həcmdə 
xarici sərmayə qoyulur, ümumi daxili məhsul sürətlə artır. 
Avropa  ailəsinə inteqrasiya istiqamətində bütün sahələrdə – həm siyasi müstəvidə, həm də iqtisadi baxımdan 
dinamik addımlar atılır. Bizim siyasətimiz məhz bundan ibarətdir. Adambaşına düşən xarici sərmayələrin 
həcminə görə, Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerdədir. Bu onu göstərir ki, ölkəmizdə 
xarici sərmayədarlar üçün çox geniş şərait yaradılmışdır. Çox istərdik ki, Avstriyanın şirkətləri də Azərbaycana 
gəlsin, sərmayə qoysun və beləliklə, iki ölkə arasında münasibətlər daha da güclənsin və genişlənsin.  
Bilirik ki, ölkələrimizin  ədliyyə nazirlikləri arasında da gözəl münasibətlər qurulmuşdur.  İmzalanmış 
sənədlər onu göstərir ki, bu münasibətlər gələcəkdə də yüksək səviyyədə olacaqdır.  
Sizi bir daha salamlayıram, əminəm ki, səfəriniz uğurlu olacaqdır.  
D i t e r   B ö h m d o r f e e r: Cənab Baş nazir, Sizə  və  əməkdaşlarınıza minnətdarlığımı  bildirmək 
istəyirəm. Biz bilirik ki, Sizin iş cədvəliniz çox sıxdır. Lakin buna baxmayaraq, vaxt ayırıb bizi qəbul etdiyinizə 
görə Sizə təşəkkürümü bildirirəm.  
Bizim bu görüşümüz sizin ölkənin Ədliyyə nazirinin şəxsi təşəbbüsü ilə baş tutmuşdur. Buna görə mən 
ona da öz minnətdarlığımı bildirərək, ümidvar olduğumu ifadə etmək istəyirəm ki, nazirliklər arasında 
əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcəkdir. Mən öz tərəfimdən çalışacağam ki, Azərbaycana 
Avstriya iş adamlarının sərmayəsi cəlb olunsun.  
Biz onu da bilirik ki, müstəqillik  əldə etdikdən sonra ölkənizin keçdiyi yol çox ağır olmuşdur. Lakin 
Azərbaycanda Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğv olunması  və Avropa Şurasına üzv 
olmağınız məhz ölkənizin prezidenti cənab Heydər  Əliyevin böyük xidmətləridir. Biz bu işlərin onun 
fəaliyyəti nəticəsində gerçəkləşdiyini bilirik. 
Mən Avstriya Prezidentinin də salamlarını Sizə çatdırıram. Ölkənizdə gedən proseslər haqqında dəqiq 
məlumata malik olduğumuzu bildirmək istəyirəm. Eyni zamanda, bizə  məlumdur ki, Siz Azərbaycanın 
bugünkü siyasətində müstəsna rola malik bir insansınız. Qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə 
Azərbaycana və Sizə uğurlar arzulayıram.  
Biz Avstriyaya dönərkən Azərbaycanda olan qonaqpərvərlikdən  ətraflı  bəhs edəcəyik və çalışacağıq ki, 
ölkənizin sənayesinə sərmayə qoyuluşu geniş vüsət alsın.  
Qonaqpərvərliyə görə nümayəndə heyətinin üzvləri adından və  şəxsən öz adımdan Sizə bir daha 
minnətdarlığımı bildirmək istəyirəm. 
 


78 
 
  
AZƏRBAYCAN HÖKUMƏTİ ADINDAN  
RUS MƏTBUATININ V ÜMUMDÜNYA  
KONQRESİ İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ  
TƏŞKİL EDİLMİŞ QƏBULDA NİTQ

 
 
20 sentyabr 2003-cü il 
 
Hörmətli konqres iştirakçıları!  
Hörmətli Lyudmila Aleksandrovna! 
Xanımlar və cənablar! 
İcazə verin, sizi Azərbaycan Respublikası hökuməti adından salamlayım və bu gün Azərbaycanda 
olduğunuza görə sizə təşəkkür edim. Biz çox şadıq ki, Rusiya Federasiyasının hörmətli prezidenti, Azərbaycan 
xalqının böyük dostu Vladimir Vladimiroviç Putinin xanımı bu gün Vətənimizin paytaxtına təşrif gətirmişdir. Bu, 
ölkələrimiz arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri daşıdığını bir daha nəzərə çarpdırır. Rusiya prezidenti 
Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfərindən, prezident  Heydər  Əlirza oğlu  Əliyev ilə keçirdiyi 
danışıqlardan, görüşlərdən sonra münasibətlərimizin inkişafına güclü təkan verilmişdir. Onların arasındakı dostluq, 
qarşılıqlı anlaşma, dərin şəxsi rəğbət ölkələrimizin münasibətlərinin son üç ildə müşahidə etdiyimiz sürətli inkişafını 
əvvəlcədən bir çox cəhətdən müəyyənləşdirmişdir. Ümidvaram ki, gələcəkdə ölkələrimiz arasında münasibətlər ancaq 
yüksələn xətlə inkişaf edəcəkdir.  
Mən dünən və srağagün, iki gün ərzində Yaltada MDB ölkələri dövlət başçılarının görüşündə oldum və mənə 
prezident Vladimir Putin tərəfindən rəsmən qəbul edilmək  şərəfi nəsib oldu. Bizim çox yaxşı, konstruktiv 
söhbətimiz oldu, qarşılıqlı  fəaliyyətin bütün istiqamətlərində münasibətlərin daha da dərinləşdirilməsinə 
ölkələrimizin sadiq qaldığını bir daha təsdiqlədik. Odur ki, bu fürsətdən istifadə edərək mənə çox səmimi, xoş 
münasibət göstərdiyinə görə Vladimir Vladimiroviçə  dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən belə 
görüşlərdə ilk dəfə iştirak edirdim və təbii ki, onun mehribanlığı, dəstəyi, xoş sözləri, ümumən, sammitin uğurla 
başa çatması üçün, habelə bizim münasibətlərimiz üçün, zənnimcə, çox mühüm rol oynadı.  
Mən bu gün Rus Mətbuatının Ümumdünya Konqresinin iştirakçılarını da ürəkdən salamlamaq istərdim. 
Azərbaycanın konqresin keçiriləcəyi yer seçilməsi bizim üçün böyük şərəfdir. Lakin hesab edirəm ki, bu, 
təsadüfi deyildir. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, mətbuatına olan münasibət, zənnimcə, dünyanın 
bir çox digər ölkələri üçün də keçmişimizə qayğıkeşliklə yanaşmağın, qarşılıqlı mehriban münasibətlərimizin, 
əlaqələrimizin qayğı ilə qorunub saxlanması və möhkəmləndirilməsi üçün örnək olmalıdır.  
Bu gün  dünyada rus mətbuatını irəliyə aparan və onu inkişaf etdirən qonaqlarımızla, müxtəlif ölkələrin 
nümayəndələri ilə dostcasına görüşdə dedim ki, müstəqillik  əldə edildikdən sonra Azərbaycanda rus dilində 
nəşrlərin sayı azalmamış, əksinə, artmışdır. Bu, prezidentimiz Heydər Əlirza oğlu Əliyevin ölkələrimiz arasında 
daha sıx inteqrasiyaya yönəlmiş strateji xəttinin daha bir sübutudur. Biz xalqlarımızı və ölkələrimizi birləşdirən 
yaxşı nə varsa, hamısını qoruyub saxlamalı və artırmalıyıq.  
Mən ölkələrimizin  şərəfinə, Rusiyanın və Azərbaycanın  şərəfinə, onların keçmişi, bu günü və  gələcəyi 
şərəfinə badə qaldırmaq istəyirəm. Əminəm ki, bütün istiqamətlərdə münasibətlərimizin möhkəmləndirilməsi və 
inkişafı ölkələrimizin mənafeyinə uyğundur.  
Azərbaycan hökuməti adından sizi əmin edə bilərəm ki, biz münasibətlərimizin inkişafı və möhkəmlənməsi, 
bu münasibətlərin ölkələrimizə və xalqlarımıza xeyir gətirməsi üçün əlimizdən gələni edəcəyik.  
Sizin sağlığınıza!  
 
 
                                                 

 Qəbulda Rusiya Federasiyası Prezidentinin xanımı Lyudmila Putina nitq söyləmişdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə