İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə44/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

95 
 
sıx əməkdaşlıq edirik və çalışırıq ki, bu məsələ də aradan qalxsın. Əminəm ki, bu, belə də olacaqdır.  
Azərbaycanda bu zavodun tikilib istifadəyə verilməsi bir də ona görə önəmlidir ki, iqtisadiyyatımızın təkcə 
neft və qaz üzərində qurulmadığını bir daha göstərir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, qeyri-neft 
sektoru inkişaf etdirilsin. Neft sektorunda hər şey yerindədir. 9 il ərzində Heydər Əliyevin neft strategiyasının 
həyata keçirilməsi nəticəsində Azərbaycan böyük uğurlar  əldə etmişdir. Azərbaycan nefti dünya bazarlarına 
çıxarılmışdır və ölkəmiz bundan böyük gəlirlər  əldə edir. Biz qeyri-neft sektoruna da eyni meyarlarla 
yanaşmalıyıq. Orada da böyük dönüş gözlənilir və əminəm ki, bu, yaxın gələcəkdə baş verəcəkdir.  
Beləliklə, Azərbaycan hərtərəfli inkişaf edəcəkdir. Ölkəmizin iqtisadiyyatı, bölgələri hərtərəfli inkişaf 
edəcəkdir. Biz bunu istəyirik və əminəm ki, buna nail olacağıq.  
Əziz dostlar!  
Mən bir daha sizin hamınızı bu gözəl müəssisənin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə uğurlar, 
cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.  
 
 
 


96 
 
 
BİLƏSUVAR RAYONUNDA MƏCBURİ  
KÖÇKÜNLƏR ÜÇÜN YENİ İNŞA EDİLMİŞ  
QƏSƏBƏNİN TƏNTƏNƏLİ AÇILIŞ  
MƏRASİMİNDƏ ÇIXIŞ  
 
1 oktyabr 2003-cü il 
 
Əziz bacılar və qardaşlar! 
Əziz cəbrayıllılar! 
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl qəsəbənin istifadəyə verilməsi münasibətilə 
ürəkdən təbrik edirəm.  
Burada qeyd olundu ki, bu qəsəbə Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər  Əliyevin 
fərmanı, göstərişi  əsasında yaradılıbdır. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondundan vəsait ayrılıb və o 
vəsait hesabına bu qəsəbə yaradılıb, tikilibdir. Bu bir daha onu göstərir ki, 1994-cü ildə  "Əsrin müqaviləsi" 
imzalananda cənab Prezident tərəfindən nə qədər düzgün, nə qədər müdrik addım atılmışdı. Əgər o müqavilə 
imzalanmasaydı, Azərbaycan öz neftini dünya bazarlarına çıxara bilməsəydi, Neft Fondu yaradılmasaydı, 
əlbəttə, imkanımız olmayacaqdı ki, belə gözəl evləri tikək və bizim bacılara, qardaşlara hədiyyə edək.  
Buraya gələndə yolda çadır düşərgəsinin qalıqlarına baxdım və o günləri xatırladım. Cənab Prezidentlə 
birlikdə buraya gələrkən məcburi köçkünlərlə görüşlərimiz olmuşdu. Onların nə qədər ağır şəraitdə yaşadıqlarını 
görəndə cənab Prezident çox məyus olmuşdu. O mənzərələr ona çox təsir etmişdi. Ona görə imkan düşən kimi, 
Neft Fondu yaranandan sonra birinci vəsait məhz buraya, Biləsuvar rayonuna yönəldildi ki, o çadır düşərgələri 
dağıdılsın, yeni evlər, binalar, məktəblər, klublar tikilsin. Belə də oldu. Beş çadır düşərgəsi tamamilə dağıdılıb 
və  əvəzində bu gözəl qəsəbə yaradılıbdır. Burada 2560 ev tikilibdir. Nəzərə alsaq ki, bundan əvvəl çadır 
düşərgəsində yaşayan Füzuli camaatı üçün də Haramı  ərazisində müasir evlər tikilibdir, onda deyə bilərik ki, 
burada keçmişdə yaşayan bütün məcburi köçkünlər evlə təmin olunubdur. Bu siyasət bundan sonra da davam 
etdiriləcəkdir.  
Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər, 
qaçqınlar lazımi şəraitlə təmin olunacaqlar. Azərbaycan artıq iqtisadi cəhətdən güclənir, ayağa durur. Keçirilən 
iqtisadi islahatların nəticəsində böyük iqtisadi potensial yaradılıb və bundan sonra da yaradılacaqdır. 
Bakı–Tbilisi–Ceyhan kimi nəhəng neft kəməri tikilir. 2005-ci ilin sonunda o, istismara veriləcəkdir. Ondan 
sonra Azərbaycana daha böyük həcmdə, indikindən bir neçə  dəfə çox vəsait daxil olacaqdır. Həmin vəsaitlə 
Azərbaycanın bütün sosial problemləri həll ediləcəkdir. O cümlədən, qaçqın-köçkünlərin vəziyyətinin 
yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görüləcəkdir. 
Mən bu gün Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənovla bu barədə söhbət etdim. 
Bizim planlarımızda var ki, bu siyasəti davam etdirək. Hələlik digər bölgələrdə  çətin vəziyyətdə yaşayan 
qaçqın-köçkünlər üçün buna bənzər  şərait yaradaq. Bu bizim borcumuzdur və  bunu edəcəyik. Bu, Heydər 
Əliyevin siyasətidir və biz bu siyasəti davam etdirəcəyik.  
Bu gün burada çıxış edən bacılar, qardaşlar müxalifət haqqında öz fikirlərini söylədilər. Ümumiyyətlə, mən 
onların haqqında bir şey demək istəmirdim. Amma bir halda ki, siz bunu qeyd etdiniz, istəyirəm öz fikirlərimi 
sizə bildirəm. Müxalifət xalqın qarşısına beş ildə bir dəfə çıxır. Özü də o məqsədlə ki, xalqdan səs alsın. Son beş 
il  ərzində heç vaxt olmayıb ki, müxalifət gəlib hansısa qaçqının problemi ilə maraqlansın, ona əl tutsun, ona 
kömək etsin. Yox, bu heç vaxt olmayıbdır. Yalnız beş ildə bir dəfə, seçkilər  ərəfəsində televiziya ekranına 
çıxırlar, yürüşlərə, mitinqlərə çıxırlar, yalan vədlər verirlər, özlərini təqdim etmək, tərifləmək istəyirlər. Halbuki 
buna ehtiyac yoxdur, xalq onları yaxşı tanıyır.  
Məhz bu adamlar 1992-ci ildə hakimiyyətdə olan zaman Azərbaycanı bəlaya saldılar. Azərbaycanı uçurum 
kənarında qoydular. Vətəndaş müharibəsini başladılar. Azərbaycanın torpaqlarının itirilməsi də onların yarıtmaz 
fəaliyyəti nəticəsində olubdur. Heç nə unudulmur. Xalq hər  şeyi yaxşı yadda saxlayır.  Əlbəttə, özünü biabır 
edən, Azərbaycanı dağıdan, Azərbaycanın milli sərvətlərini talayan insanlara xalqımız heç vaxt səs 
verməyəcəkdir. Qoy, onlar bunu gözləməsinlər. 
Mən dedim ki, Azərbaycanın çox gözəl perspektivləri vardır. Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. 
Əlbəttə, burada aparıcı rolu neft sektorunda görülən işlər tutur və bu da təbiidir. Çünki bu, Azərbaycanın əsas 
sərvətidir və ondan da çox səmərəli istifadə olunur. Heydər Əliyevin neft strategiyasının təntənəsi məhz bu gün 
burada görünür. Bu evlərin tikilməsində görünür. Bəzən müxalifət deyir ki, neftdən  əldə olunan gəlirlər hara 
gedir.   
Budur, neftdən əldə olunan gəlirlər Azərbaycan xalqına verilir.  
Onların hakimiyyətdə olduğu ildə Azərbaycana birinci neft bonusu ödənilmişdi. Üç-dörd gün ərzində o 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə