İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


İSMAYILLI RAYONUNDA ŞƏHİD AİLƏLƏRİ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə47/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   43   44   45   46   47   48   49   50   ...   86

101 
 
 
İSMAYILLI RAYONUNDA ŞƏHİD AİLƏLƏRİ  
VƏ QARABAĞ ƏLİLLƏRİ ÜÇÜN  
İNŞA EDİLMİŞ BİNANIN İSTİFADƏYƏ  
VERİLMƏSİNƏ HƏSR OLUNMUŞ  
MƏRASİMDƏ ÇIXIŞ 
 
3 oktyabr 2003-cü il  
 
Hörmətli ismayıllılar! 
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün bu görüşə  gəldiyinizə görə  və  mənə göstərdiyiniz 
hərarətli münasibətə, mehribanlığa görə sizlərə öz təşəkkürümü bildirirəm. 
Bu gün Azərbaycanda bayramdır. Bu gün Azərbaycanın gözəl guşəsində,  İsmayıllıda hörmətli cənab 
prezident Heydər  Əliyevin göstərişi  əsasında  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilib 
istifadəyə verilmiş evin açılışını qeyd edirik. Bu evdə Qarabağ müharibəsində öz fiziki sağlamlığını itirmiş 
insanlar yaşayacaq, şəhid ailələri yaşayacaqlar. Bu münasibətlə mən sizin hamınızı bir daha təbrik edirəm.  
Azərbaycanda sosial məsələlərin həllinə daim diqqət göstərilir. Cənab Prezidentin göstərişləri əsasında bütün 
müvafiq qurumlar əlindən gələni edir ki, çətin vəziyyətdə yaşayan insanlara kömək göstərilsin. Bu açılış mənim 
iştirak etdiyim birinci mərasim deyildir. Bundan bir neçə il əvvəl, cənab Prezidentlə birlikdə biz Qaradağ 
rayonunda məskunlaşmış qaçqınlar və  məcburi köçkünlər,  şəhid ailələri, Qarabağ müharibəsi  əlilləri üçün 
tikilmiş və hərəsi 50 mənzildən ibarət iki evin açılışını etmişdik. Yəni, bu ənənə, bu siyasət davam edir. Sizi 
əmin etmək istəyirəm ki, gələcəkdə  də Azərbaycan hökuməti bu məsələyə daim diqqət göstərəcək, Qarabağ 
müharibəsi əlilləri, şəhid ailələri üçün eyni şəraitli yeni-yeni evlər tikiləcəkdir.  
Bütün bu məsələləri həll etmək üçün, ümumiyyətlə, Azərbaycanda bütün sosial məsələləri həll etmək üçün, 
əlbəttə, iqtisadiyyatımız güclü olmalıdır. Heydər Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar, aparılan 
neft strategiyası bizə imkan verir ki, ölkəmizin valyuta ehtiyatları artsın, Azərbaycan zəngin dövlətə çevrilsin. 
Azərbaycan dövləti, hökuməti bu imkanlardan istifadə edib belə gözəl binalar tikir, qaçqınlar, məcburi 
köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır.  
İki gün bundan əvvəl, mən Biləsuvar rayonunda məskunlaşmış  məcburi köçkünlərlə görüşmüşdüm. Orada 
böyük qəsəbələr tikilib istifadəyə verilibdir. 2500-dən artıq ailə yeni, müasir, yaxşı  şəraiti olan evlərə 
köçürülübdür. Onlar əvvəllər çadır düşərgələrində yaşayırdılar. Yenə  də deyirəm, bu siyasət davam etdirilir, 
Azərbaycan iqtisadi cəhətdən güclənir, ayağa qalxır. Əlbəttə ki, bizim imkanlarımız artdıqca, ilk növbədə, sosial 
məsələlər öz həllini tapacaqdır.  
Azərbaycanın çox gözəl perspektivləri, çox gözəl gələcəyi var. İslahatlar aparılır. O cümlədən torpaq islahatı 
aparılıb və sizlər, İsmayıllı rayonunda yaşayan, kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu yaxşı bilirsiniz və 
görürsünüz.  
Torpaq vergisindən savayı, kəndlilər bütün vergilərdən azad olunublar. Başqa yardımlar da edilir. 
Azərbaycan MDB dövlətləri arasında birinci ölkədir ki, bütün torpağı kəndlilərin mülkiyyətinə verib və onlar da 
bundan çox səmərəli istifadə edirlər.  
Bizi gələcəkdə  nələr gözləyir? Gələcəkdə, Azərbaycanda Heydər  Əliyevin neft strategiyası  həyata 
keçiriləndən, qarşımızda duran bütün irimiqyaslı layihələr başa çatdırılandan sonra Azərbaycana milyardlarla 
dollar vəsait daxil olacaqdır. O vəsaitin hesabına Azərbaycan yenidən qurulacaq, yeni iş yerləri yaradılacaq, 
yeni binalar, qəsəbələr, səhiyyə, təhsil ocaqları – bunların hamısı olacaqdır. Artıq bunlar baş verir. Apardığımız 
işlərin nəticəsində son 20 gündə açdığımız müəssisələr, qəsəbələr bir daha onu göstərir ki, Azərbaycanda 
aparılan siyasət  ən düzgün siyasətdir. Bu siyasəti 1993-cü ildə Heydər  Əliyev başladı  və biz onu davam 
etdirəcəyik. Heydər Əliyevin siyasətini biz hamımız birlikdə davam etdirəcəyik. 
İqtisadiyyatda  əldə olunan və  gələcəkdə  də  əldə ediləcək nəticələr bizə imkan verəcək ki, müharibədən 
əziyyət çəkmiş insanların həyat  şəraitini yaxşılaşdıraq. Müharibə Azərbaycana böyük ziyan vurub, böyük 
bəlalar gətiribdir. Azərbaycan  şəhidlər verib, müharibədən qayıdan insanlar öz fiziki sağlamlığını itiriblər. 
Əlbəttə, bu insanlara qayğı göstəriləcək, diqqət göstəriləcək və onların həyat şəraiti yaxşılaşdırılacaqdır. Amma 
əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğaldan azad olsun.  
Bilirsiniz ki, bu istiqamətdə  işlər görülür, danışıqlar gedir. Biz çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda 
Ermənistan işğalçı dövlət kimi tanınsın. Biz Avropa Şurasında buna nail ola bildik. Baxmayaraq ki, Ermənistan 
tərəfi çox güclü müqavimət göstərirdi. Baxmayaraq ki, onları dünyada dəstəkləyən dairələr həddindən artıq 
çoxdur, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində Avropa Şurası dünyada ilk dəfə Ermənistanı 
işğalçı dövlət kimi tanıdıb və onun siyasətini pisləyibdir. Bu bizim böyük qələbəmizdir və gələcəkdə danışıqlar 
prosesində müsbət rol oynayacaqdır.  


102 
 
Əgər Ermənistanda fikirləşirlərsə ki, bizim torpaqlarımızı  işğal edib və bundan da hansısa üstünlük əldə 
ediblər – onlar səhv edirlər. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaz, nəyin bahasına olursa-olsun, öz 
doğma torpaqlarını azad edəcəkdir.   
Biz istəyirik bunu sülh yolu ilə həll edək. Amma görsək ki, sülh yolu ilə  mümkün deyil, onda bizim güclü 
ordumuz var, güclü xalqımız var, iradəmiz, cəsarətimiz var. Torpaqlar azad olunacaqdır.  
İndi baxın və Ermənistanda olan vəziyyəti və Azərbaycanda olan vəziyyəti müqayisə edin. Ermənistan 
tamamilə böhran içindədir. Hər şey dağıdılıbdır. Ölkə borc içindədir. Qalan müəssisələrini  də borcun əvəzinə 
başqa ölkələrə təhvil verir. İşsizlikdir, iqtisadi inkişaf yoxdur, bir dənə də daş-daş üstə qoyulmur. Azərbaycan 
isə inkişaf edir. Azərbaycanın valyuta ehtiyatları 1 milyard 400 milyon dollar səviyyəsindədir.  Əlbəttə, 
Ermənistanda belə imkanlar yoxdur. Onlar sadəcə olaraq, xaricdə yaşayan ermənilərin və  bəzi ölkələrin 
hesabına yaşayırlar.  Gələcəkdə bu, özünü daha açıq-aydın büruzə verəcəkdir. Azərbaycan iqtisadi cəhətdən 
güclü dövlətə çevriləcəkdir, Ermənistan isə tənəzzülə uğrayacaqdır. 
Orada, təxminən Azərbaycanda 1992–1993-cü illərdə olan vəziyyət yaranmışdır. O vaxt Azərbaycan böhran 
içində idi. Azərbaycana rəhbərlik edən səviyyəsiz, səriştəsiz  şəxslər, indiki müxalifət ölkəyə böyük bəlalar 
gətirmişdilər, Azərbaycan uçurum kənarında idi. Azərbaycanda anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. 
Quldur dəstələri meydan sulayırdı. Azərbaycan parçalanırdı, iqtisadiyyat tamamilə dağıdılmışdı. Belə olan 
vəziyyətdə hakimiyyətdəkilər öz canlarından qorxaraq, Heydər  Əliyevə müraciət etdilər. Azərbaycan xalqı da 
Heydər Əliyevə müraciət etdi, Heydər Əliyevi dəvət etdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycana gəldi, onu 
xaosdan, anarxiyadan qurtardı. Azərbaycanda sabitlik yarandı, iqtisadi inkişaf başladı. İndi Azərbaycan yaşayır 
və bundan sonra da yaşayacaqdır.  
O vaxt Azərbaycanı bu çətin vəziyyətə salan insanlarda mənəvi haqq olmamalıdır ki, yenidən xalqın 
qarşısına çıxsınlar, öz fikirlərini söyləsinlər. Amma mən hesab edirəm ki, onların bu seçkiqabağı kampaniyada 
iştirakı Azərbaycan xalqı üçün çox lazımdır. Ona görə ki, onlar bir daha özlərini xalqın qarşısında biabır edirlər. 
Bir daha göstərirlər ki, xalq üçün heç nə etməyiblər və etmək fikrində də deyillər. 
Xalq hər şeyi görür. Hər kəsə də gördüyü işlərə görə qiymət verir.   
Müxalifətə sual vermək lazımdır ki, bu on ildə onlar nə ediblər? Öz kabinetlərində oturublar, öz çirkin 
qəzetlərində iqtidara, cənab Prezidentə, Azərbaycan xalqına böhtan yağdırırlar, təhqir edirlər. Bu on il ərzində 
ancaq böhtan, yalanla məşğul olublar. Bir dəfə də olsun gəlib soruşublar, sizinlə bir dəfə görüşüblər?!  
Y e r d ə n   s ə s l ə r: Xeyr. 
İ l h a m   Ə l i y e v:  Bəli, bu onları maraqlandırmır. Belə olan halda hansı üzlə gəlib xalqdan səs istəyirlər? 
Azərbaycan xalqı onları 1993-cü ildə bir dəfə qovub və bir də heç vaxt hakimiyyətə  gələn deyillər. 
Azərbaycanda onlar kimi qorxaqlardan heç vaxt prezident olmaz.  
Qarşımızda duran bəzi problemlər də  gələcəkdə  həll olunacaqdır. Mən dedim ki, Azərbaycan hərtərəfli 
inkişaf edir. Beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanla hesablaşırlar, hörmət edirlər. Son 
həftələr  ərzində  mən müxtəlif ölkələrdə olarkən, dövlət və hökumət başçıları ilə görüşərkən bir daha əmin 
oldum ki, Azərbaycana, Heydər Əliyev siyasətinə böyük hörmət və rəğbət vardır.  
Azərbaycan iqtisadi baxımdan bütün keçmiş sovet respublikaları arasında birinci yeri tutur. Ölkəmizdə sosial 
məsələlər həll olunur, işsizlik aradan qaldırılır. Ehtiyac içində yaşayanlar üçün gözəl binalar, qəsəbələr salınır. 
Amma problemlərin həllinə yönəlmiş  səylər gələcəkdə daha da artırılmalıdır. Azərbaycanda işsizlik tamamilə 
aradan qaldırılmalıdır və bu istiqamətdə hökumət öz tədbirlərini görəcəkdir. Xüsusi bir proqram hazırlanır. O 
proqram çərçivəsində Azərbaycanda 600 min yeni iş yeri açılacaqdır. Yoxsulluqla mübarizə aparılır. Düzdür, 
Azərbaycanda prezident Heydər  Əliyevin fərmanları  əsasında insanların böyük bir qrupunun maaşları, 
təqaüdləri artırılıbdır. 40–50 faiz artım olubdur. Amma bu, yenə də kifayət etmir. Biz bilirik ki, bu da azdır və 
bu istiqamətdə də gələcəkdə gözəl şərait yaradılacaqdır. Bizə bunu etmək üçün gərək vəsait daxil olsun. Vəsait 
də Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçiriləndən sonra daxil olacaqdır. 
2005-ci ildə Bakı–Tbilisi–Ceyhan neft kəməri tikilib istifadəyə veriləndən sonra Azərbaycanda həyat 
səviyyəsi qat-qat yüksələcəkdir. Məhz ona görə ermənilər bu neft kəmərinin əleyhinə kampaniya aparırlar. Biz 
onları başa düşə bilərik. Onlar bizim düşmənlərimizdir. Təbiidir, onlar qorxurlar ki, Azərbaycan neft kəmərləri 
vasitəsilə güclü iqtisadiyyat yaradıb, münaqişə məsələsini ədalətli şəkildə öz xeyrinə həll edəcəkdir.  
Mən müxalifəti başa düşmürəm. Onlar da bu neft kəmərinin tikilməsinin əleyhinədirlər. Nəyə görə? Çünki 
bilirlər ki, o, tikilib istismara veriləndən sonra Azərbaycanda həyat səviyyəsi qalxacaq, Azərbaycan xalqı daha 
da yaxşı yaşayacaq və heç onların üzünə  də baxmayacaqdır. Belə olan halda, biz bir daha əmin oluruq ki, 
ermənilərin və bizim müxalifətin maraqları üst-üstə düşür. Nəzərə alsaq ki, onların qohumları da ermənilərdir, 
onda təəccüblənməli bir şey yoxdur. Ona görə mən bir daha demək istəyirəm ki, Azərbaycanda Heydər Əliyevin 
siyasətinə alternativ siyasət ola bilməz və yoxdur. Azərbaycan xalqı heç bir başqa siyasəti qəbul etməyəcəkdir.  
Azərbaycan Respublikasının Prezidenti dünən xalqa müraciət edibdir. Sizin bundan xəbəriniz var. Biz 
hamımız çox istəyirdik ki, cənab Prezident bu seçkilərdə  iştirak etsin. Amma səhhətində yaranan problemlər 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə