İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə49/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   45   46   47   48   49   50   51   52   ...   86

107 
 
apardığı siyasətin nəticəsində çox gözəl perspektivlər yaranıbdır. Növbəti beş il ərzində Azərbaycana ancaq neft 
və qaz sektorunun fəaliyyəti nəticəsində 5 milyard dollar vəsait daxil olacaqdır. Əlbəttə ki, bu vəsait səmərəli 
şəkildə istifadə olunacaq və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcəkdir.  
Eyni zamanda, növbəti beş ildə Azərbaycanda 600 min yeni iş yeri açılacaq və bu da, öz növbəsində, işsizlik 
probleminin aradan qaldırılmasına böyük kömək göstərəcəkdir. Son iyirmi gün ərzində bəlkə də iki-üç min yeni 
iş yeri açılıbdır. Mən Baş nazir kimi, bütün yeni yaradılan müəssisələrin açılışında iştirak etmişəm və çox 
məmnunluq hissi ilə deyə bilərəm ki, onlar bütün dünya standartlarına cavab verir. Bizim məqsədimiz budur ki, 
Azərbaycan müasirləşsin, Azərbaycan yeniləşsin, Azərbaycan zəngin, qüdrətli dövlətə çevrilsin. 
Bütün Azərbaycan xalqı ölkəmizdə son on il ərzində aparılan siyasəti dəstəkləyir və bəyənir. 1993-cü ildə 
Azərbaycan böhran içində idi, xaos, anarxiya içində idi. Azərbaycan o vaxtkı  səviyyəsiz, səriştəsiz rəhbərlik 
tərəfindən uçurum kənarında qalmışdı. Məhz onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadiyyatı 
dağılmışdı, respublikamız böhran içində idi. Əgər 1993-cü ildə Heydər  Əliyev xalqın tələbi ilə yenidən 
rəhbərliyə  gəlməsəydi, Azərbaycanın gələcəyi çox pis ola bilərdi. Amma xalq öz müdrikliyini göstərdi, xalq 
milli liderini dəvət etdi və əminəm ki, bundan sonra da onun siyasətini daim dəstəkləyəcəkdir.  
O vaxt Azərbaycanı bərbad vəziyyətə salan, vətəndaş müharibəsini başlayan insanlar, Gəncəni bombalamaq 
istəyən  İsa Qəmbərov və onun kimiləri yenidən baş qaldırır, xalqdan səs istəyir. Amma Azərbaycan xalqı 
Heydər Əliyevin siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.  
On il ərzində Heydər Əliyev Azərbaycanı anarxiyadan, xaosdan, böhrandan ictimai-siyasi sabitliyə, inkişafa 
gətirdi.  
Yaşasın Heydər Əliyev!  
Biz hamımız – bütün Azərbaycan xalqı çox istəyirdik ki, bu seçkilərdə möhtərəm cənab Prezident iştirak 
etsin, ancaq onun səhhətində yaranan problemlər buna imkan vermədi. Mən onunla daim telefon əlaqəsi 
saxlayıram, Azərbaycanda baş verən hadisələr haqqında məlumat verirəm, ondan məsləhətlərimi alıram. Sizi 
əmin etmək istəyirəm ki, yaxın vaxtlarda o, səhhətini bərpa edəcək və yenidən Azərbaycan xalqı ilə birlikdə 
olacaqdır. 
O bu seçkilərdə iştirak etmədiyinə görə bu seçkilərdə mən iştirak edəcəyəm və söz verirəm ki, Azərbaycan 
xalqı ilə birlikdə onun siyasətini davam etdirəcəyəm. Xalqın problemləri ilə maraqlanmayan, bu problemlərə 
biganə olan, beş ildə bir dəfə xalqın qarşısına çıxan müxalifət indi ağzına gələni danışır, iqtidara böhtan atır, 
yalan vədlər verir, fantaziyalar danışır və s. Buna əhəmiyyət vermək lazım deyildir. Mən bilirəm, Azərbaycan 
xalqında onlara qarşı o qədər mənfi münasibət var ki, onların bəzi tədbirlərində öz hisslərini cilovlaya bilmir və 
onlara çox kəskin reaksiya verir. Mən Azərbaycan xalqından xahiş edərdim ki, onlara əhəmiyyət verməsin. Qoy 
haraya gedirlər-getsinlər, nə danışırlar-danışsınlar. Onsuz da onların sözünə baxan yoxdur. Nə  qədər çox 
danışsalar, bir o qədər də özlərini biabır edəcəklər. 
O vaxt Azərbaycan dövlətçiliyinə xəyanət edən, sonra əsir düşüb oraya gətirilən, eşitdiyimə görə, Gəncənin 
küçələrini süpürən  İsa Qəmbərov  əgər o işlə  məşğul olsaydı, Azərbaycana daha da çox fayda gətirərdi. 
Azərbaycan xalqı onları 1993-cü ildə görüb və onların bir daha hakimiyyətə gəlməsi imkansızdır. 
Bizim planlarımız çoxdur. Azərbaycanı  hər cəhətdən inkişaf etdirəcəyik. Azərbaycanın iqtisadiyyatı 
möhkəmlənəcəkdir. Heydər Əliyevin neft strategiyası davam etdiriləcəkdir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft 
kəməri 2005-ci ildə istismara veriləcəkdir. Ondan sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac edəcəkdir. Bu 
da ölkəyə milyardlarla dollar valyuta gətirəcəkdir. Bu vəsaitlə Azərbaycanın hər bölgəsi, iqtisadiyyatın hər bir 
sahəsi inkişaf edəcəkdir. Yeni iş yerləri yaradılacaq, zavodlar, fabriklər, məktəblər, səhiyyə obyekləri tikiləcək, 
Azərbaycan güclənəcəkdir. Eyni zamanda, sosial məsələlər öz həllini tapacaqdır.  
Azərbaycanda idman daha da inkişaf etdiriləcəkdir. Mən çox şadam ki, bizim təşəbbüsümüzlə ilk olimpiya 
komplekslərindən biri də Gəncə şəhərində tikilib istifadəyə verilmişdir. İndi mən eşidəndə ki, uşaqlar, cavanlar, 
gənclər orada məşq edir, ürəyim fərəhlə dolur. Mən buna çox sevinirəm.  
Əziz gəncəlilər, siz bilirsiniz ki, Gəncə Heydər  Əliyev üçün çox doğma,  əziz  şəhərdir. Yəqin onu da 
bilirsiniz ki, mənim üçün də çox doğma, əziz şəhərdir. İstəyirəm biləsiniz ki, gələcəkdə öz fəaliyyətimdə daim 
Gəncəyə, gəncəlilərə diqqət göstərəcəyəm, bütün problemləri biz bir yerdə  həll edəcəyik, Heydər  Əliyevin 
siyasətini birlikdə davam etdirəcəyik. 
Mən sizin hamınızı bir daha salamlayıram. Bu görüşə gəldiyinizə görə minnətdarlığımı bildirirəm. Bu xoş, 
səmimi münasibətinizə görə sizi qucaqlayıram, öpürəm, bağrıma basıram. Gələcək bizimlədir.  
Yaşasın Heydər Əliyev! 
Yaşasın müstəqil Azərbaycan Respublikası! 
 
*** 
Görüş başa çatdıqdan sonra Baş nazir İlham Əliyev şəhərin mərkəzində yerləşən Şah Abbas məscidinə gəldi 
və onun yaxınlığında Cavad xanın məzarını ziyarət etdi.  


108 
 
Baş nazir İlham Əliyev toplaşanlara müraciətlə dedi:  
-  Əziz bacılar və qardaşlar, bu xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, möhtərəm 
cənab Prezident Gəncəyə  həmişə qayğı göstərmişdir. Bu diqqətin və qayğının nəticəsində uzun illər  ərzində 
yaranmış  çətinliklər, ilk növbədə sosial problemlər öz həllini tapır. Bir az bundan əvvəl Gəncə gil-torpaq 
zavodunda böyük bir mərasim keçirilmişdir və  mən zavodla tanış oldum. Çox sevindim ki, artıq 2700 insan 
orada işlə  təmin olunmuşdur. Digər müəssisələrdə – qənnadı fabrikində,  şərab zavodunda, əlvan metallar 
zavodunda yeni iş yerləri açılıb və gələcəkdə də bu proses davam edəcəkdir. Azərbaycanda minlərlə, on minlər-
lə, yüz minlərlə iş yerləri açılacaqdır. Gəncədə işıq təminatı sahəsində, qazın verilməsində böyük problemlər var 
idi. Mən 2000-ci ildə burada olarkən çox narahat oldum ki, Gəncə kimi Azərbaycanın qədim və ikinci 
əhəmiyyətli şəhəri belə problemlərlə üzləşibdir. Sizin də bildiyiniz kimi, görülən tədbirlərin nəticəsində şəhər, 
demək olar ki, tamamilə qazla, işıqla təmin olunmuşdur.  
Bilməlisiniz ki, ancaq qazın alınması üçün Azərbaycan hökuməti hər il Rusiyaya 210 milyon dollar ödəyir. 
Biz bunu edirik ki, insanlarımız qazdan korluq çəkməsinlər. Əgər Bakıda qaz, işıq varsa, Gəncədə də olmalıdır. 
Su təminatı məsələsi də həllini tapacaqdır. Bu sahədə işlər görülür, kreditlər ayrılmışdır, nəticədə verilən suyun 
həcmi də, keyfiyyəti də artırılacaqdır. Digər məsələlər də öz həllini tapacaqdır. Mən sizi əmin etmək istəyirəm 
ki, Azərbaycan prezidenti Heydər  Əliyevin siyasəti davam edəcəkdir. Gəncə  şəhərinə  və  əhalisinə keçmişdə 
göstərilən diqqət və məhəbbət bundan sonra  da göstəriləcəkdir.  
Mən daim sizinlə birlikdə olacağam və sizin problemlərlə məşğul olacağam. Bütün problemləri biz birlikdə 
həll edəcəyik, Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirəcəyik. Bu işləri görmək üçün gəncəlilərin dəstəyinə 
ehtiyac vardır. Mən bu dəstəyi duyuram, hiss edirəm. Olimpiya Komitəsi tərəfindən Gəncədə tikilmiş idman 
kompleksi fəaliyyət göstərir. Bu gün bu barədə mənə məlumat verildi və çox sevindim ki, artıq uşaqlar, gənclər 
öz asudə vaxtlarını orada keçirirlər. Bu onların həm fiziki cəhətdən sağlamlığı, həm də mənəvi cəhətdən saflığı 
üçün çox vacibdir. Əminəm ki, Azərbaycanda möhkəm, sağlam gənc nəsil yetişəcəkdir və bizim torpaqlarımızı 
qoruyacaqdır.   
Azərbaycan artıq bütün beynəlxalq təşkilatlarda öz sözünü deyir. Avropa Şurası kimi mötəbər beynəlxalq 
təşkilat Ermənistanı işğalçı dövlət kimi tanıyır. Birləşmiş Millətlər Təşkilatının tribunasından Ermənistanı ifşa 
edən nitqlər söylənibdir. Bu fəaliyyət davam etdiriləcəkdir. Əlbəttə, biz çalışacağıq ki, problemi sülh yolu ilə 
həll edək. Amma bizim səbrimiz də tükənməz deyildir. Azərbaycanın güclü ordusu, cəsarətli xalqı vardır. Biz 
hər an torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Beləliklə, çalışaraq Azərbaycanı qüdrətli, zəngin dövlətə 
çevirməliyik.  
Bir daha təşəkkür edirəm. Siz məni çox səmimiyyətlə qarşıladınız və bilməlisiniz ki, mənim də sizə 
münasibətim çox səmimidir.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə