97
vəsait, bir neçə milyon dollar özəl bankın hesabına köçürülmüş və ondan sonra da dağıdılmış, onların
cibinə
getmişdir. Biz isə Heydər Əliyevin rəhbərliyi altında neftin satışından və bonuslardan qısa müddət ərzində 1
milyard 400 milyon dollar vəsait əldə etmişik və o pullar şəffaf şəkildə Azərbaycan Dövlət Neft Fondunda
saxlanılır, belə gözəl işlərə xərclənir və gələcək nəsillər üçün də əmanət kimi saxlanılacaqdır.
Biz bu işləri davam etdirəcəyik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanda çətin vəziyyətdə yaşayan
insanlara – bacılara, qardaşlara imkan daxilində kömək edək. Bu kömək bundan sonra da göstəriləcəkdir. Amma
əlbəttə, məsələnin tam həlli ondan ibarətdir ki, qaçqınlar, məcburi köçkünlər öz doğma torpaqlarına qayıda
bilsinlər. Bu istiqamətdə böyük işlər aparılır. Bilirsiniz ki, cənab Prezident bir
neçə il ərzində çox gərgin
danışıqlar aparır, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycanın səsi beynəlxalq
təşkilatların tribunalarından gəlir. Avropa Şurasında ilk dəfə olaraq, bizim nümayəndə heyətinin fəaliyyəti
nəticəsində Ermənistan işğalçı dövlət kimi tanınıbdır. Bu, böyük hadisədir. Bu, gələcək danışıqlara çox müsbət
təsir edə bilər və edəcəkdir.
Avropa Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçi təyin etmişdir. Halbuki Ermənistan bunun
əleyhinə idi. Çünki
onlara sərf etmir ki, bu məsələ müzakirə obyektinə çevrilsin. İstəyirlər ki, bunu ört-basdır
eləsinlər və keçmişdə olduğu kimi, özlərinin təbliğatı vasitəsilə dünya ictimaiyyətinə yanlış məlumat versinlər.
Amma bizim fəaliyyətimizin nəticəsində bütün beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı fikir formalaşıbdır
və bu fikir bizim xeyrimizədir.
Biz çalışacağıq ki, bu məsələni sülh yolu ilə həll edək, çünki müharibə istəmirik. Amma eyni zamanda biz
heç vaxt barışmayacağıq ki, torpaqlarımız işğal altında qalsın. Nəyin bahasına olursa- olsun, torpaqlarımızı azad
edəcəyik.
İndi Ermənistan hesab edir ki, bu münaqişədə üstünlük əldə edibdir. Şəxsən mən bu fikirlə razı deyiləm.
Gəlin Ermənistanda və Azərbaycanda olan vəziyyətə baxaq. Bizim ölkələrimizin iqtisadi səviyyələri arasında
uçurum dərinləşir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Azərbaycan növbəti beş ildə Bakı–Tbilisi–Ceyhan
kəməri vasitəsilə təkcə neftin satışından 5 milyard dollar vəsait əldə edəcəkdir. Əlbəttə, bu vəsait Azərbaycanın
iqtisadi inkişafına, ordu quruculuğuna yönəldiləcəkdir. İnsanların rifahı yaxşılaşacaq, maaşlar,
təqaüdlər
artacaqdır. Əlbəttə, Azərbaycan iqtisadi cəhətdən daha da güclü olacaqdır.
Ermənistanda isə belə perspektivlər yoxdur. İndi Ermənistanda iqtisadi böhran yaşanır və heç bir perspektiv
yoxdur. Çünki biz onları bütün beynəlxalq regional layihələrdən təcrid etdik. Biz onlarla heç vaxt iqtisadi
əməkdaşlıq etməyəcəyik və belə olan halda onlar tənəzzülə daha çox uğrayacaqlar. Beləliklə, bir neçə ildən
sonra iqtisadi, siyasi,
ümumiyyətlə, hər cəhətdən güclü Azərbaycan zəif Ermənistanla üz-üzə qalsa, əlbəttə,
üstünlük bizim tərəfimizdə olacaqdır. Bu məqsədlə cənab Prezidentin göstərişləri əsasında ordu quruculuğunda
böyük işlər görülür və bundan sonra da görəcəyik. Mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan torpaqları
işğalçılardan azad olunacaq, qaçqın-köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bu gün buraya gələndə bir ailəyə qonaq oldum. Məni çox mehriban qarşıladılar. Mənim arzum var ki, –
hesab edirəm, bu hamımızın arzusudur – Cəbrayıla qonaq gəlim. Cəbrayıl işğaldan azad olunandan sonra orada
sizin üçün bundan da gözəl evlər tikəcəyik və mən də gəlib sizin qonağınız olacağam.
Əziz dostlar, bilin ki, bu siyasət davam etdiriləcəkdir. Heydər Əliyevin siyasi xətti davam etdiriləcəkdir.
Bizim başqa alternativimiz yoxdur. Azərbaycanın
gələcəyi üçün, Azərbaycanın çiçəklənməsi üçün yalnız bu
siyasət aparılmalıdır və xalqın dəstəyi ilə aparılacaqdır. O cümlədən, qaçqınların, məcburi köçkünlərin
problemləri daim diqqət mərkəzində olacaqdır.
Burada dedilər, bu qəsəbə deyil, şəhərdir. Həqiqətən belədir, görün burada nə qədər evlər,
məktəblər, tibb
məntəqələri, klublar tikilib, yollar salınıb, işıqlar çəkilibdir. Mənə Əli müəllim deyir ki, burada görülən işlər
keçmiş Sovet İttifaqı vaxtında bir beşillikdə görülən işlərə bərabərdir. Həqiqətən də belədir.
Mən sizi bu gözəl qəsəbənin istifadəyə verilməsi münasibətilə bir daha ürəkdən təbrik edirəm. İstəyirəm ki,
siz burada xoşbəxt yaşayasınız. Amma bilin, bu, yenə də müvəqqəti bir məkandır. Siz öz doğma torpaqlarınıza
qayıdacaqsınız. Biz bunu təmin edəcəyik. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Mən sizin hamınızı
öpürəm, qucaqlayıram. Sağ olun.
* * *
MƏRASİM BAŞA ÇATDIQDAN SONRA
JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ
S u a l: İlham müəllim, bu gün çoxsaylı müxtəlif görüşləriniz oldu. İlkin təəssüratlarınız necədir və
qarşıda hansı görüşləriniz var?
C a v a b: Təəssüratlar çox yaxşıdır, müsbətdir və gözləniləndir. Hər yerdə böyük ruh yüksəkliyi görürəm,
hörmət görürəm. İnsanların bu münasibəti məni çox sevindirir. Bu gözlənilən idi. Çünki mən bilirəm ki,
98
Azərbaycanda real vəziyyət necədir və bu görüşlər onu bir daha təsdiqlədi. Azərbaycanın bölgələri inkişaf edir.
İnsanların əhval-ruhiyyəsi yaxşıdır.
Bu gün çox sevindirici haldır ki, Azərbaycanda növbəti infrastruktur obyekti açılıbdır. Balıqartırma zavodu
istifadəyə verilibdir. Düzdür, oradan əldə olunan məhsul bilavasitə satışa çıxarılmır və onun qısa müddət ərzində
gəlir gətirməsi mümkün deyildir.
Amma Azərbaycanın gələcəyi üçün, Azərbaycanın təbiətinin qorunub saxlanılması üçün, Xəzər
dənizinin
bioresurslarının artırılması üçün mühüm layihədir. Bu onu göstərir ki, Azərbaycan hökuməti bütün sahələrdə
fəal iş aparır, bütün sahələri inkişaf etdirməyə çalışır. Ümumiyyətlə, keçirdiyim görüşlər məni çox sevindirir.
S u a l: Hörmətli Baş nazir, daha hansı rayonlara getməyiniz nəzərdə tutulmuşdur?
C a v a b: Müxtəlif rayonlarda olacağam. Sizə xəbər veriləcəkdir.
S u a l: İlham müəllim, seçki bülletenləri iki gündən sonra çap olunacaqdır. Bilmək istərdik ki, iqtidar
bu seçkilərə nəhayət, neçə namizədlə gedəcəkdir?
C a v a b: Hələ vaxt var, öyrənərsiniz.
S u a l: İlham müəllim, Prezident nə vaxt qayıdacaqdır?
C a v a b: İnşallah, yaxın günlərdə dönəcəkdir.
* * *
Həmin gün Baş nazir İlham Əliyev Bakıya qayıdarkən yolüstü Saatlıda dayandı. Rayonun minlərlə sakini
onu böyük hörmət və məhəbbətlə qarşıladılar.
Baş nazir ona göstərdikləri hərarətli münasibətə görə rayon sakinlərinə minnətdarlığını bildirərək dedi:
- Əziz saatlılılar, çox sağ olun. Mən də çox şadam ki, sizinlə görüşürəm, zəhmət çəkib gəlmisiniz. Bilin, biz
həmişə bir yerdə olacağıq. Həmişə hörmətli cənab Prezidentin siyasətini birlikdə davam etdirəcəyik.
Azərbaycan güclənəcək, çiçəklənəcək və möhkəmlənəcəkdir. Hamınızı öpürəm. Çox sağ olun.