103
buna imkan vermir. Buna baxmayaraq–biz daim əlaqə saxlayırıq–bərpa prosesi uğurla davam edir və yaxın
gələcəkdə o,
Vətənə dönəcəkdir, sizinlə bir yerdə olacaqdır. Amma onun siyasəti davam etdiriləcəkdir. Bu gün
seçkilərdə mən iştirak edirəm və ümidvaram ki, xalqın dəstəyinə arxalanaraq, Azərbaycanı parlaq gələcəyə bir
yerdə aparacağıq.
Əziz dostlar!
Əziz bacılar, qardaşlar!
Əziz ismayıllılar!
Mən sizi bu gözəl binanın açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hamınıza uğurlar, cansağlığı,
xoşbəxtlik arzulayıram. Çox sağ olun.
104
QƏBƏLƏ RAYONUNDAKI QARAÇAY ÜZƏRİNDƏ İNŞA EDİLMİŞ KÖRPÜNÜN
TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ
3 oktyabr 2003-cü il
Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı bu körpünün tikilib istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Qısa
müddət ərzində tikilib istifadəyə verilən bu körpü xalq üçün, millət üçün yaradılıbdır. Bu vaxta qədər əziyyət
çəkən insanlar üçün yaradılıbdır. İndi 10 kəndin sakinləri rahat, sərbəst şəkildə bu körpüdən istifadə edib, başqa
kəndlərlə, rayonun mərkəzi ilə, Azərbaycanın digər rayonları ilə əlaqə saxlamaq imkanı əldə ediblər.
Bu bir daha onu göstərir ki,
siyasi iradə, peşəkarlıq, istək və ən önəmlisi, xalqa diqqət, qayğı olan yerdə
bütün məsələlər öz həllini tapır və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Bu siyasət Heydər Əliyevin
quruculuq, abadlıq siyasətidir. Təkcə Qəbələ rayonunda qısa müddət ərzində 20-dən çox məktəb əsaslı təmir
olunmuş, körpülər salınmış, digər infrastruktur obyektləri yaradılmışdır. Böyük stadion bərpa olunmuşdur və bu
gün biz orada yığışacaq, bir yerdə olacağıq.
Azərbaycanın digər bölgələrində də buna oxşar proseslər gedir. Bu gün Şamaxı rayonunda olarkən orada inşa
edilən yeni Olimpiya kompleksinin qarşısında seçicilərlə görüşüm olubdur. Ondan sonra İsmayıllıda Qarabağ
əlilləri, şəhid ailələri üçün istifadəyə verilən binanın qarşısında seçicilərlə görüşüm olubdur. Bundan əvvəl
Biləsuvar rayonunda cənab Prezidentin fərmanı əsasında məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin
açılışında iştirak etmişdim.
Neftçalada balıqartırma zavodunun, Şirvan Milli Parkının, Xaçmaz konserv zavodunun açılışında iştirak
etmişəm. Baxın, qısa müddət ərzində Azərbaycanda nə qədər işlər görülübdür.
Yeni müəssisələr, iş yerləri açılıb, binalar tikilir, infrastruktur yaradılır.
Körpü müəssisə deyil, körpü fabrik
deyil ki, burda hansısa məhsul istehsal olunsun və satışa çıxarılsın. Bu, yalnız və yalnız insanlara diqqət əlaməti
olaraq, onların rahatlığı üçün yaradılıbdır və mən sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezidentin
qoyduğu yol gələcəkdə də davam etdiriləcəkdir. Biz hamımız bu yolla birlikdə gedəcək və Azərbaycanı parlaq
gələcəyə aparacağıq.
Bizim iqtisadiyyatımız güclənir, möhkəmlənir, Azərbaycan qüdrətli ölkəyə çevrilir. Gələcəkdə planlarımızda
böyük işlər var. Azərbaycanda yeni iş yerləri açılacaq, yeni zavodlar və fabriklər tikiləcəkdir. Bütün bunları biz
edəcəyik. Bütün bunları etmək üçün də gözəl imkanlarımız var. Heydər Əliyevin həyata keçirdiyi neft
strategiyası sayəsində Azərbaycana külli miqdarda sərmayə gəlir və bundan sonra da gələcəkdir. İlk növbədə,
çətin vəziyyətdə yaşayanlar üçün bu vəsaitdən istifadə olunacaq, qaçqınların, məcburi köçkünlərin vəziyyəti
yaxşılaşdırılacaqdır. Azərbaycanın bütün sərvətləri sosial problemlərin həllinə yönəldiləcəkdir. Əmək haqları,
pensiyalar, müavinətlər artırılacaq və digər məsələlər öz həllini tapacaqdır. Mən əminəm ki, Azərbaycan xalqı
Heydər Əliyevin
siyasətinə, görülən işlərə sadiq qalacaqdır. Müxalifətdən fərqli olaraq, biz nə yalan vəd
veririk, nə boş söz danışırıq, nə də başqa xoşagəlməz işlər görürük. Biz real iş görürük və gələcəkdə də
Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsi üçün yaradılacaq yeni-yeni müəssisələrin açılışında iştirak
edəcəyik. Doğma Vətənimizi hərtərəfli inkişaf etdirəcəyik.
Bir daha sizin hamınızı bu körpünün açılışı münasibətilə ürəkdən təbrik edirəm. Xeyirli, uğurlu olsun. Sağ
olun.
105
AZƏRBAYCAN ŞAİRİ NİZAMİ GƏNCƏVİNİN
MƏQBƏRƏSİNİ ZİYARƏTDƏN SONRA
JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ
5 oktyabr 2003-cü il
S u a l: Cənab Baş nazir, Gəncədə Sizi hansı görüşlər gözləyir?
C a v a b: Gəncədə çox mühüm və böyük işlər görülür. Müəssisələr bərpa olunub işə salınır, abadlıq işləri
aparılır. Məqsədimiz budur ki, burada yeni iş yerləri açılması prosesi daha sürətlə getsin. Biz yenicə işə salınmış
gil-torpaq zavodunda olacağıq. Orada 2 mindən artıq gəncəli işlə təmin edilmişdir. Məqsəd bundan ibarətdir ki,
Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, insanlar işlə təmin olunmalıdırlar. Hökumət bu sahədə öz
fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Görülən
işlər deməyə əsas verir ki, biz buna nail olacağıq.
S u a l: Bölgələrdə vəziyyət barədə nə deyə bilərsiniz?
C a v a b: Bölgələrdə xalqın əhval-ruhiyyəsi çox yüksəkdir. İnsanlar məni çox səmimi və hərarətlə
qarşılayırlar. Əlbəttə, Azərbaycanın hər bir bölgəsində problemlər mövcuddur. Buna baxmayaraq, insanlarda
nikbinlik hissi var. Buna əsas Heydər Əliyevin Azərbaycanda apardığı siyasətdir və bu siyasət davam
etdirilməlidir. Azərbaycan xalqı bundan da yaxşı yaşamalıdır.
106
GƏNCƏ ŞƏHƏR SAKİNLƏRİ
QARŞISINDA ÇIXIŞ
5 oktyabr 2003-cü il
Əziz gəncəlilər!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı
bildirmək istəyirəm.
Azərbaycanın qədim torpağı olan Gəncə – dahi Nizaminin Vətəni olan Gəncə daim cənab Prezidentin diqqət
mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacaqdır.
Siz bilirsiniz ki, mən dəfələrlə Gəncədə olmuşam, sizin yanınıza gəlmişəm, sizinlə bir yerdə olmuşam.
Müxtəlif məsələləri bir yerdə müzakirə edib həll etmişik. Sizə səmimi deyə bilərəm ki, bu dəfəki gəlişim məni
çox sevindirir.
Mən görəndə ki, Gəncə yeniləşir, abadlaşır, yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır,
insanların əhval-ruhiyyəsi yuksəlir, bu məni çox sevindirir. Mən çox şadam ki, bu gözəl gündə sizinlə bir
yerdəyəm və sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz daim bir yerdə olacağıq.
Burada deyildi ki, qısa müddət ərzində möhtərəm cənab Prezidentin göstərişləri əsasında Gəncədə böyük
işlər görülübdür. Fəaliyyətini dayandırmış müəssisələr öz işlərini bərpa ediblər. Bu gün gil-torpaq zavodunda
2700 adam işləyir, əməkhaqqı alır. Bu çox böyük göstəricidir, çox sevindirici haldır. Bu onu göstərir ki,
Azərbaycanda iş yerlərinin açılması istiqamətində çox böyük işlər görülür. Çox böyük sevindirici haldır ki, bu
işlər təkcə Bakıda yox, Azərbaycanın müxtəlif bölgələrində də görülür.
İqtisadi İnkişaf
naziri məlumat verdi ki, Gəncədə nə qədər müəssisə fəaliyyətini bərpa edib, gil-torpaq
zavodunda nə qədər məhsul istehsal olunur və ixrac edilir. Bu proses gələcəkdə də davam edəcəkdir. Məndə
olan məlumata görə, artıq bu müəssisəyə 6 milyon dollar sərmayə qoyulubdur, gələcəkdə fəaliyyətini
genişləndirəcək və yeni iş yerlərinin açılması üçün gözəl şərait yaranacaqdır.
Eyni zamanda, Gəncədə sosial problemlər öz həllini tapır. Azərbaycan Respublikasının prezidenti möhtərəm
Heydər Əliyevin siyasəti ondan ibarətdir ki, biz həm iqtisadi inkişafa nail olmalıyıq, həm də sosial məsələlərə
böyük əhəmiyyət verməliyik. Bu məqsədlə bu yaxınlarda cənab Prezidentin sərəncamları ilə insanların böyük
bir qrupunun əməkhaqları, təqaüdləri qaldırılıbdır. Bu proses bundan sonra da davam edəcəkdir. Azərbaycanın
iqtisadiyyatı gücləndikcə maaşların, təqaüdlərin həcmi daha da artırılacaqdır. Gəncədə də sosial məsələlərin
həllinə böyük əhəmiyyət verilir.
Burada yeni yollar, parklar salınır, şəhər abadlaşır, gözəlləşir. Əlbəttə, biz çalışacağıq ki, yerli orqanlara bu
istiqamətdə daim kömək göstərək. Qeyd olundu ki, Gəncədə işıq və qaz sarıdan heç bir problem yoxdur. Amma
mən yaxşı xatırlayıram və siz də məndən yaxşı bilirsiniz ki, iki il bundan əvvəl şəhərdə bu problem çox ciddi
xarakter almışdı.
Mən xatırlayıram, 2001-ci ildə Gəncəyə gələndə buradakı vəziyyətlə maraqlandım. Məni əmin
etdilər ki,
vəziyyət yaxşıdır. Amma Bakıya qayıtdıqdan sonra mənə məlumat verildi ki, mən orada olan müddət ərzində
işıq verilirdi, ancaq gedəndən sonra işıq kəsilmişdir. Əlbəttə, bu məni çox narahat elədi və müvafiq orqanlardan
xahiş etdim ki, tezliklə bu məsələ öz həllini tapsın. İndi mən çox şadam ki, Gəncəyə işıq fasiləsiz verilir və
demək olar, bütün şəhər qazla təmin olunubdur.
Su təchizatı ilə bağlı işlər görüləcəkdir. Bu barədə məlumat verildi. Böyük məbləğdə alınan kreditlər
hesabına Gəncəyə verilən suyun həcmi də artırılacaq, keyfiyyəti də yaxşılaşdırılacaqdır. Bu onu göstərir ki,
bizim hökumətimiz məhz sosial problemlərin həllinə böyük əhəmiyyət verir və bu siyasət bundan sonra da
davam etdiriləcəkdir. Əlbəttə, bütün bu problemlərin həllinə nail olmaq üçün,
ilk növbədə, gərək Azərbaycanın
iqtisadiyyatı güclü olsun. Azərbaycanda iqtisadi inkişaf getsin. Çox sevindirici haldır ki, biz bunu görürük.
Azərbaycan qısa müddət ərzində, ölkədə aparılan iqtisadi islahatların nəticəsində, Heydər Əliyevin yeni neft
strategiyası nəticəsində öz iqtisadi potensialını gücləndiribdir.
Azərbaycanda çox böyük həcmdə valyuta ehtiyatları yaradılıbdır. Bu ehtiyatlar yenə də, ilk növbədə,
əhalinin sosial problemlərinin həllinə yönəldilibdir. İlk növbədə Azərbaycanda ən ağır vəziyyətdə yaşayan
qaçqınların və məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün sərf olunur. Bu günlərdə Biləsuvar
rayonunda məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılışında iştirak edirdim. Bu proses davam
edəcəkdir. Məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda heç bir çadır düşərgəsi olmasın, bütün qaçqınlar,
məcburi köçkünlər yeni müasir evlərə köçürülsünlər.
Məqsədimiz budur ki, Azərbaycanda insanlar yaxşı yaşasınlar. Əgər Bakıda işıq varsa, qaz varsa,
Gəncədə
də işıq, qaz olmalıdır. Biləsuvarda da, Yardımlıda da olmalıdır, Azərbaycanın bütün bölgələrində olmalıdır.
Planlarımız böyükdür, artıq açıq-aydın görürük ki, bizi nələr gözləyir. Azərbaycanda Heydər Əliyevin