113
Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi
inkişaf bizə imkan verəcək ki, həm iqtisadi
cəhətdən möhkəmlənək, həm də ordu quruculuğuna daha böyük diqqət göstərək.
Bu diqqət göstərilir. Azərbaycanda qüdrətli ordu yaradılıbdır. Bizim məqsədimiz ondan ibarətdir ki,
Azərbaycanın iqtisadi potensialından istifadə edərək ordunu daha da gücləndirək. Bu istiqamətdə işlər
aparılacaq. Eyni zamanda, bütün bu görülən işlər, Heydər Əliyev tərəfindən on il ərzində aparılan iqtisadi
siyasət,
ilk növbədə, neft strategiyasının həyata keçirilməsi bizə imkan verəcək ki, Azərbaycanın sosial
problemlərini də uğurla həll edək. İnsanların həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab Pre-
zidentin son sərəncamları ilə məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədəniyyət işçilərinin maaşları,
pensiyalar artırılıb və bu proses bundan sonra da davam edəcəkdir.
Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə də elektrik enerjisi və qaz təminatı yaxşılaşır.
Düzdür, bütün rayon əhalisinə qazın verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük
sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz biləsiniz ki,
bu məqsədlər üçün
Azərbaycan dövləti Rusiyadan alınan qazın haqqının ödənilməsinə hər il 200 milyon dollardan çox vəsait
xərcləyir. Bu bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət yetirilir və bundan
sonra da yetiriləcəkdir. Mən böyük məmnuniyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar
Bərdə şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar salınıbdır, yeni məktəblər tikilibdir.
İnsanlara qayğı çox artıbdır. Bu, sevindirici haldır və mən çox istərdim ki, bu qayğı,
diqqət bundan sonra da
artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan xalqı, o cümlədən
Bərdə camaatı daim Heydər Əliyevin siyasətini dəstəkləyib və mən əminəm ki, bundan sonra da
dəstəkləyəcəkdir.
Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qarabağ torpağında gözəl Olimpiya
Kompleksi açılır. Milli Olimpiya Komitəsinin prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən
inanıram və əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlamlıqlarını möhkəmləndirəcəklər. Amma
bütün bu görülən işlərlə yanaşı, istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı,
burada gözəl
bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edəcəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri
tikməyə başlayanda üzgüçülük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə durmur, daim
inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə yanaşı, hovuzlar da tikilmişdir. Ona görə mən buraya
gələrkən
dedim ki, bir halda o biri rayonlarda bu hovuzlar tikilir, Bərdədə də mütləq tikilməlidir və tikiləcəkdir.
Mənə verilən
məlumata görə, son vaxtlar rayonlarda, kəndlərdə yeni məktəblər tikilibdir. Çox sevindirici
haldır ki, buna diqqət göstərilir. Mən də öz tərəfimdən sizə demək istəyirəm ki, ən müasir standartlara cavab
verən, ən müasir avadanlıqla təchiz edilən, 800 şagird yeri olan bir yeni məktəb də burada tikiləcəkdir. Bu da
bizim sizə hədiyyəmizdir.
Mən qeyd etdim ki, bərdəlilər Heydər Əliyevə daim böyük hörmətlə, məhəbbətlə yanaşmışlar. Ona çox gözəl
münasibət göstərmişlər və indi də göstərirlər.
Onun siyasətini daim, 1970–1980-ci illərdə də dəstəkləyiblər, son
on ildə də dəstəkləyirlər. Təəssüflər olsun ki, Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı seçkilərdə
iştirak edə bilməyəcəkdir. Bu seçkilərdə mən iştirak edəcəyəm. Mən əminəm ki, bərdəlilər həmişə olduğu kimi,
Heydər Əliyev siyasətinə səs verəcəkdir.
Əziz bərdəlilər!
Əziz bacılar və qardaşlar!
Mənə göstərdiyiniz çox hərarətli, xoş, səmimi münasibətinizə görə sizin hamınıza bir daha öz təşəkkürümü
bildirmək istəyirəm. Sizə söz verirəm ki, həmişə sizinlə birlikdə olacaq,
problemlərinizlə daim məşğul
olacağam. Biz sizinlə birlikdə Azərbaycanı iqtisadi, siyasi cəhətdən inkişaf etdirəcək, dövlət müstəqilliyimizi
möhkəmləndirəcəyik.
Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir. Bu siyasət yaşayacaqdır. Azərbaycan yaşayacaqdır.
Heydər Əliyev yaşayacaqdır və daim yaşayacaqdır. Sağ olun.
* * *
Bərdədə müvəqqəti məskunlaşmış gənclərin – Ağdamdan və Kəlbəcərdən olan məcburi köçkünlər Emin və
Mirvarinin toy məclisində yeni ailə quranlara, toy şənliyinə toplaşanlara müraciət:
Hörmətli xanımlar və cənablar!
Mənim bu gün buraya gəlişim bu gözəl toyla bir vaxta təsadüf edir. Bu gün burada iştirak etməyim məni
sevindirir. Arzu edirəm ki, Azərbaycan xalqı daim sevinsin, daim toy-bayram olsun, gənclərimiz, uşaqlarımız
böyüsün, gözəl tərbiyə alsınlar. Azərbaycanın gəncləri hamısı gözəl, qüdrətli, həm fiziki,
həm də mənəvi cəhətdən
sağlam böyüsünlər, yetişsinlər.
Mən buraya Bərdədə yeni açılmış Olimpiya İdman Kompleksindən gəlirəm. O kompleks mənim