İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə54/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

117 
 
 
AZƏRBAYCANDA ƏN MÜASİR 
STANDARTLARA CAVAB VERƏN İLK ATICILIQ STENDİNİN İSTİFADƏYƏ 
VERİLMƏSİNƏ HƏSR OLUNMUŞ  
TƏNTƏNƏLİ MƏRASİMDƏ ÇIXIŞ 
 
Bakı, Binəqədi rayonu 
 
8 oktyabr 2003-cü il 
 
Hörmətli xanımlar və cənablar!  
Əziz idmançılar! 
Əziz dostlar! 
Bu gözəl kompleksin açılışı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Azərbaycanda idman 
inkişaf edir. İdmana göstərilən qayğı yüksək səviyyədədir. Bu qayğının nəticəsində idmançılarımız beynəlxalq 
yarışlarda Azərbaycanı  ləyaqətlə  təmsil edirlər. Azərbaycan idmançıları dünya, Avropa çempionatlarında, 
olimpiya oyunlarında yüksək nəticələr göstərərək, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırlar. O cümlədən 
stend atıcılığı idman növündə Azərbaycanın çox gözəl nəticələri vardır.  
Zemfira Meftahəddinova 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya oyunlarında çempion olubdur. Bundan 
əlavə, o, Dünya kubokunun sahibidir və dünya rekordçusudur. Biz əminik ki, 2004-cü ildə Afinada keçiriləcək 
Yay Olimpiya oyunlarında da Zemfira Azərbaycanı ləyaqətlə təmsil edəcəkdir.  
Uzun illərdir ki, stend atıcılığı ilə məşğul olan idmançılarımızın Azərbaycanda məşq etmək üçün imkanları 
olmamışdır. Buna görə  də onlar məcbur olub təlim-məşq toplanışlarını xaricdə keçiriblər.  Əlbəttə, bu, əlavə 
əziyyət idi, əlavə  çətinliklər yaradırdı. Ona görə Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə belə bir gözəl 
kompleks yarandı. Bu kompleks həm idmançılarımıza xidmət edəcək, eyni zamanda Bakı  şəhərinin sakinləri 
üçün də açıq olacaqdır. Burada sərbəst şəkildə hər bir vətəndaş öz asudə vaxtını keçirə bilər.  
Bu gün Azərbaycanda idman qurğularının sayı getdikcə artır. Azərbaycanın müxtəlif bölgələrində idmanın 
maddi-texniki bazası yaradılır. Eyni zamanda Bakı  şəhərində  də idman komplekslərinin sayı artır. Çox 
məmnunam ki, Milli Olimpiya Komitəsinin təşəbbüsünə qoşularaq, federasiyalar da müvafiq idman qurğuları 
yaradırlar. Ağırlıqqaldırma Federasiyası, Voleybol Federasiyası, Həndbol Federasiyası, Otüstü Xokkey 
Federasiyası, Taekvondo Federasiyası özləri üçün Bakıda müvafiq qurğular, komplekslər yaradırlar. Çox 
müsbət haldır ki, bütün yeni yaradılan idman obyektləri ən yüksək standartlara cavab verir. O cümlədən, bu gün 
açdığımız bu kompleks. 
Bunun inşasında yerli mütəxəssislər,  şirkətlər iştirak ediblər. Bu da çox sevindirici haldır. Azərbaycanın 
tikinti sahəsində  də gözəl təcrübə toplanır, bizim inşaatçılarımız belə komplekslərin yüksək səviyyədə 
tikilməsini təmin edirlər.  
Bu kompleks Milli Olimpiya Komitəsinin və  Gənclər,  İdman və Turizm Nazirliyinin birgə  əsəridir.  İşin 
inşaat tərəfinə nazirlik cavabdehlik daşıyıb, avadanlığın alınmasını isə Milli Olimpiya Komitəsi təmin edibdir. 
Deyə bilərəm ki, hər iki sahədə yaxşı işlər görülübdür. Bu, həm memarlıq baxımından çox gözəl binadır, eyni 
zamanda ən müasir avadanlıqla təchiz olunubdur. Bu bir daha onu göstərir ki, Azərbaycanda idmana rəhbərlik 
edən qurumların arasında işbirliyi var, əməkdaşlıq var. Milli Olimpiya Komitəsi, Gənclər,  İdman və Turizm 
Nazirliyi, federasiyalar, idman cəmiyyətləri – biz hamımız vahid bir komanda kimi fəaliyyət göstəririk. Mən 
əminəm ki, məhz bu birgə fəaliyyətin nəticəsində Azərbaycan idmanda böyük uğurlar əldə edə bilibdir.  
Biz çox maraqlıyıq ki, Azərbaycanda  beynəlxalq yarışlar keçirilsin. Artıq bir neçə mötəbər yarış keçirilibdir. 
Dünya, Avropa çempionatları, Afina Olimpiadasına hazırlıq mərhələsində seçmə turnirləri də Azərbaycanda 
keçiriləcəkdir. Azərbaycanda üç lisenziya turniri olacaqdır. Deyə bilərəm ki, respublikamız yeganə ölkədir ki, 
burada üç lisenziya turniri keçiriləcəkdir. Bunlar boks, voleybol və taekvondo üzrə turnirlərdir. Biz müvafiq 
beynəlxalq federasiyalara bu barədə təkliflərlə  müraciət etmişdik və çox şadıq ki, bizim müraciətimiz cavabsız 
qalmadı. Məhz ona görə cavabsız qalmadı ki, biz beynəlxalq idman qurumları ilə çox sıx  əlaqələr yarada 
bilmişik. Əlbəttə, Azərbaycan idmanında əldə olunan nailiyyətlər, yüksək səviyyədə keçirilən beynəlxalq yarış-
lar, beynəlxalq idman təşkilatları üçün də sirr deyil və onlar bütün bu amilləri nəzərə alaraq, bu turnirlərin məhz 
ölkəmizdə keçirilməsi haqqında qərar qəbul etdilər. Şübhəsiz ki, bizim idmançılarımıza burada çıxış etmək daha 
da  əlverişli olacaqdır. Mən  əminəm ki, 2004-cü ildə keçiriləcək Afina Yay Olimpiya Oyunlarında da 
idmançılarımız doğma Azərbaycanımızı layiqincə təmsil edəcəklər.  
İdman cəmiyyətimizin ayrılmaz hissəsidir.  İdman o ölkədə inkişaf edir ki, orada sabitlik, iqtisadi inkişaf, 
əmin-amanlıq var. Bütün bu amillər Azərbaycanda mövcuddur. Bunların Azərbaycanda mövcud olmasının 
səbəbkarı möhtərəm cənab prezident Heydər Əliyevdir. Məhz onun Azərbaycanda apardığı siyasətin nəticəsində 


118 
 
sabitlik yaranıb, ölkəmiz iqtisadi cəhətdən inkişaf edir və bu bizə imkan verir ki, bütün sahələrdə  uğurlar 
qazanaq. Əlbəttə, cənab Prezident tərəfindən idmançılarımıza, ümumiyyətlə, idmanın inkişafına bu qayğı, diqqət 
göstərilməsəydi, biz bu uğurları əldə edə bilməzdik. Bütün bu amillər – həm dövlət tərəfindən göstərilən diqqət, 
həm idmançılarımıza yaradılan  gözəl  şərait, məşqçilərimizin məqsədyönlü, peşəkar fəaliyyəti  sayəsində    bu 
uğurları  qazanmışıq. 
Bu da böyük bir hadisədir. İdman, sadəcə olaraq, idman deyildir. Bu, hər bir ölkə üçün çox önəmli amildir, 
önəmli bir atributdur. Müstəqilliyimizi  əks etdirən bir sahədir. Çünki ölkələr ancaq idman yarışlarında bir-
biriləri ilə mübarizə aparırlar. Məsələn, Sidney Olimpiya oyunlarının nəticələri bizi ona görə sevindirir ki, 
Azərbaycan 199 ölkə arasında 34-cü yeri tuta bilibdir. Mən gələcəyə çox nikbinliklə baxıram və  əminəm ki, 
qarşıdan gələn olimpiadada Azərbaycanın reytinqi daha yüksək ola bilər. Bunu deməyə əsas da var. Çünki ötən 
olimpiadadan keçən üç ildə bir neçə idman növündə böyüklər arasında bizim dünya çempionlarımız vardır. 
Əlbəttə, onlar olimpiya oyunlarında da medallar uğrunda mübarizə aparacaqlar. 
Azərbaycan gələcəkdə idman sahəsində daha da sürətlə inkişaf edəcəkdir. Biz bir məsələyə də daim diqqət 
göstəririk. Bu da uşaqların, yeniyetmələrin idmanla məşğul olmasıdır. Bu, həm onların fiziki sağlamlığı nöqteyi-
nəzərindən önəmlidir, eyni zamanda idmanın davamlı inkişafını təmin etmək üçün yeni gənc nəsil yetişməlidir. 
Azərbaycan o ölkələrdəndir ki, məhz yerli kadrlara arxalanır.  İndi bizdə yeniyetmələr, gənclər arasında çox 
güclü idmançılar var. Onlar 4-5 ildən sonra Azərbaycanın idman şərəfini dünyada qoruyacaqlar.  
Bir sözlə, bu proses gedir. İdman Azərbaycanda kütləvi xarakter alır.  İdmanla məşğul olmaq istəyənlərin sayı 
artır. Bunu Bakıda müşahidə edirik. Ən önəmlisi isə odur ki, Azərbaycanın müxtəlif bölgələrində də müşahidə edirik. 
Çünki keçmişdə Bakıda kifayət qədər idman obyektləri var idi. Amma rayonlarda olan obyektlərin  əksər hissəsi 
dağıdılmışdı. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi məhz rayonlarda yeni, müasir idman bazalarını yaradır. 
Çünki idmanla məşğul olmaq üçün Bakıda şərait varsa, deməli, Azərbaycanın hər bir bölgəsində bu şərait olmalıdır. 
Azərbaycan hərtərəfli, dinamik inkişaf etməlidir. Azərbaycanın bölgələri inkişaf etməlidir və bu da bizim ölkəmizi 
gücləndirəcəkdir.  
Mən əminəm ki, burada məşq edəcək idmançılarımız Zemfiranın yolunu təkrarlamaq istəyəcəklər. Zemfira, 
doğrudan da, çox görkəmli idmançıdır. Sözün əsl mənasında, idmançıdır. Həm idmançı kimi çox güclüdür, həm 
də insan kimi çox yaxşı insandır. Mənim ona çox böyük hörmətim var. Onun məşqçisi Hafiz Cəfərov da 
keçmişdə SSRİ milli komandasının baş məşqçisi idi. Mən eşitmişdim ki, bir müddət Azərbaycanda bu idman 
növünə biganə münasibət olan zaman Hafiz müəllimə xaricdən təkliflər gəlmişdi. Onu dəvət edirdilər. Çünki o, 
dünya səviyyəli mütəxəssisdir. 
Amma çox şadam ki, Hafiz müəllim Azərbaycanda qaldı. Onun Azərbaycanda qalması ona gətirib çıxardı ki, 
ölkəmiz Sidney Yay Olimpiya oyunlarında ilk qızıl medalı məhz bu idman növündə qazandı. Mən bilirəm ki, 
indi yeni nəsil yetişir.  Əminəm ki, bu stend fəaliyyətə başlayandan sonra bu idman növü ilə  məşğul olmaq 
istəyənlərin sayı artacaqdır. Bu da öz növbəsində Azərbaycanda yeni istedadları üzə çıxaracaqdır. Mən əminəm 
ki, burada məşq edən gənclər Azərbaycanın idman şöhrətini daim uca tutacaq, doğma Vətənimizə yeni qələbələr 
gətirəcəklər.  
Ümumiyyətlə, idmançılarımıza minnətdaram ki, onlar Azərbaycanın Milli Olimpiya Komitəsi tərəfindən 
həyata keçirilən siyasəti dəstəkləyirlər. Bu bizim üçün çox vacibdir. Çünki biz ümumi iş görürük. Bu işdə təkcə 
rəhbərlik nailiyyətlər  əldə edə bilməz. Rəhbərliyin vəzifəsi ondan ibarətdir ki, idmançılara  şərait yaratsın, 
onların beynəlxalq yarışlarda iştirakını təmin etsin. İdmançıların isə vəzifəsi odur ki, məşqlərə, yarışlara ciddi 
yanaşsınlar, ölkəmizi ləyaqətlə təmsil etsinlər. Bu iki amil Azərbaycanda var və bizim uğurlarımızın əsl səbəbi 
də bunların olmasıdır. 
Əziz idmançılar! 
Əziz Binəqədi rayonu sakinləri! 
Mən sizin hamınızı bu gözəl,  əzəmətli, dünya standartlarına cavab verən yeni idman kompleksinin açılışı 
münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə