İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə39/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   35   36   37   38   39   40   41   42   ...   86

83 
 
heyətinin üzvləri Bakıda açılmış yeni sinaqoqda oldular. Bu, dini dözümlüyə, həqiqətən, nadir nümunədir. 
Əvvəla, bizim dostluğumuz uzun tarix ərzində formalaşmışdır. Qafqaz Müsəlmanları  İdarəsi başçısının 
sinaqoqun tikintisinə şəxsi vəsait verməsi faktı konfessiyaların qarşılıqlı fəaliyyətinə dair çox nadir nümunədir. 
Buna görə Sizə xalqımız adından təşəkkür etmək istəyirəm. 
O ki qaldı ikitərəfli münasibətlərə, burada çox böyük perspektivlər var. Bu perspektivlər, ilk növbədə, onunla 
bağlıdır ki, İsraildəki, Kanadadakı Bakı icmaları xüsusi həmrəyliyi, səmimiliyi ilə  fərqlənir. Mən Bakıya bol 
söhbətlərlə  və ümidlərlə  gəlmişəm, çünki elə bir bakılı yoxdur ki, öz doğma  şəhərini vəsf etməsin. Bu, 
şəhərsevərliklə yanaşı, həm də qarşılıqlı fəaliyyət üçün çox ciddi ehtiyatdır. Burada rus dilində keçirilən konqres 
də belə ehtiyatdır. Bu ehtiyat ölkələrimizin hamısında mövcuddur və onu inkişaf etdirmək üçün Azərbaycanda 
da böyük imkanlar var. Sizə böyük uğurlar arzulayıram. 
İ l h a m   Ə l i y e v: Sağ olun. Əlbəttə, biz bununla ciddi məşğul olacağıq. Siz çox düzgün bir mövzuya – 
Azərbaycanda dini dözümlüyə toxundunuz. Bəli, bizdə müxtəlif dinlərə dözümlü, təmkinli münasibət göstərilir. 
Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər. Hətta keçmişdə, o keşməkeşli günlərdə 
də özlərini rahat hiss etmişlər. Bu gün müsəlman, xristian və yəhudi dinləri nümayəndələrinin birlikdə olması, 
bütün dövlət tədbirlərində birlikdə iştirak etməsi diqqətəlayiqdir. Bu, həmin dinlərə etiqad edənlərə necə birgə 
yaşamağa nümunədir. Dövlətimiz kiçikdir, çoxmillətlidir. Ona görə  də sülh, həmrəylik bizim üçün, sadəcə 
olaraq, mücərrəd sözlər deyildir. Bu bizim üçün dövlətimizin təşəkkülü, mədəniyyətlərin qarşılıqlı ünsiyyət 
formasıdır. Biz Azərbaycanda milli, dini həmrəyliyi çox əziz tuturuq. Təəssüf ki, müstəqilliyimizin ilk 
vaxtlarında, səriştəsiz, ekstremist əhval-ruhiyyəli adamların hakimiyyətdə olduğu vaxtlarda on illiklərlə 
yaradılanları dağıtmağa cəhdlər göstərilmişdir.  
Lakin Azərbaycan xalqı müdrik xalqdır. Hay-küylə meydandan  hakimiyyətə gələnlər bir il keçməmiş xalq 
tərəfindən qovuldu. Belə aqibətin  əsas amillərindən biri məhz millətçilik toxumu səpməyə  cəhd göstərilməsi 
olmuşdur. Azərbaycan xalqı bunu qəbul etmədi, tarix də bunu sübut etdi. Ona görə  də  ən başlıcası  həmin 
istiqamətdə işin formalarını daim təkmilləşdirmək və bunu diqqət mərkəzində saxlamaqdır. Mən hesab edirəm 
ki, bu gün biz qarşılıqlı  fəaliyyətin inkişafında, mədəniyyətlərin qarşılıqlı  zənginləşməsində nümunə sayıla 
bilərdik. Ola bilər Strasburqda az-az görüşəcəyik. Lakin siz tez-tez bizə gələ bilərsiniz.  
A l e k s e y   Ş e y n i n (Latviyadakı “Petit” nəşriyyat evinin prezidenti): Hörmətli Baş nazir, mən qəribə 
hisslər keçirirəm. Mən mehribanlıq və səmimilik şəraitində keçən görüşdə iştirak edirəm, gözlərim qarşısında 
isə Baltiki xatırladan tanış  mənzərə – dəniz və  gəmilər canlanır. Biz neft hasil edən ölkə deyilik. Lakin mən 
başqa  şeyi müqayisə edirəm. Siz deyirsiniz ki, burada rus məktəbləri ixtisar olunmur, bizdə isə  əksinədir. 
Rusdilli KİV-lərə gəldikdə isə, bu, özəl əsasdadır. Mən bilmirəm, Siz bunu necə edirsiniz. Bəlkə öz siyasətinizi 
aparmaqda və uyğunlaşdırmaqda xüsusi üslubunuz var. Mən bu təcrübəni böyük məmnuniyyətlə özümlə apara-
ram və bunu böyük auditoriya qarşısında danışacağam.   
Vitali Nikitiç artıq dedi ki, iki il bundan əvvəl Heydər  Əliyeviçlə görüşümüzdən danışdı. Həmin görüşdə 
iştirak etmək, bu ölçülüb-biçilmiş siyasətin qətiliyini və  dərindən dərk olunmasını hiss etmək mənə  də  nəsib 
olub. Hər halda, Sizə böyük məmnuniyyətlə bir daha təşəkkürümü bildirir və bu siyasətin möhkəm varisliyini 
arzulayıram. 
İ l h a m   Ə l i y e v: Çox sağ olun. Sözsüz ki, prezident Heydər  Əlirza oğlu Əliyevin yeritdiyi siyasət 
davam etdirilməlidir. Bu, ölkələrimizin təkcə iqtisadi sahədə deyil, həm də bütün sahələrdə  uğurla inkişaf 
etməsinin yeganə zəmanətidir. Əlbəttə, iqtisadiyyat hər bir dövlətin həyat fəaliyyətinin mühüm komponentidir
lakin cəmiyyətdə  həmrəylik ayrı-ayrı milli qruplar arasındakı əmin-amanlıqdan asılıdır. Ölkə nə qədər zəngin 
olsa da bunsuz onun problemləri həmişə olacaqdır. Mən hesab edirəm ki, Azərbaycanda hansısa firavanlıq 
formulu müəyyənləşdirmək çətindir, lakin ən əsas amillərdən biri sənin ölkəndə yaşayan ayrı-ayrı millətlərdən 
olan insanlar arasındakı münasibətlərə mümkün qədər az müdaxilə etməkdir.  Əgər müdaxilə edirsənsə, bunu 
qarşılıqlı anlaşmaya kömək baxımından etməlisən. Kiminsə buna zərər yetirəcəyi qorxusu yaranmağa 
başlayanda bu, əsl fəlakət doğurur. Mən elə indi dedim ki, biz bunu artıq Azərbaycanda müşahidə etmişik. 
Milli ədavəti qızışdırmağa şərəfsizcəsinə cəhdlər göstərilirdi. Lakin bu cəhdlər boşa çıxdı. Odur ki, nə üçün 
belə olduğunu tezis şəklində izah etmək çətindir. Ancaq biz bugünkü vəziyyəti çox əziz tuturuq. Bunun çox böyük 
tarixi kökləri – sovetlərə qədərki dövrdən başlayan, sovet dövründə və sovetlərdən sonra olan kökləri var. Bu artıq 
milli ənənədir. 
Mən deyəndə ki, Rusiyadakı Azərbaycan diasporunun ən görkəmli nümayəndələrindən biri də Mixail 
Qusmandır, bunu tam səmimi deyirəm. Bizdə millətlər arasında, Azərbaycanın övladları arasında heç bir fərq 
yoxdur. Prezidentimiz deyir ki, milliyyətindən asılı olmayaraq, biz hamımız ölkəmizin oğul və  qızlarıyıq. 
Zənnimcə, bu onun rəhnidir ki, cəmiyyət sağlam olacaq və millətçilik, ekstremizm, milli əlahiddəlik 
xəstəliklərinə mübtəla olmayacaqdır. Hesab edirəm, biz bununla çox zənginləşmişik ki, Azərbaycanda müxtəlif 
millətlərin nümayəndələri yaşamışlar və yaşayırlar. Bu bizdə şəhərimizi, ölkəmizi səciyyələndirən gözəl şərait 
yaratmışdır. Biz bunu çox əziz tuturuq. Təcrübəmizi bölüşmək lazım gələrsə, biz buna məmnuniyyətlə hazırıq. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə