İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

141 
 
vətəndaş müharibəsi həddinə  gəlib çıxmışdı, Ermənistan silahlı qüvvələri tərəfindən  ərazilərimizin işğalına 
şərait yaradılmışdı. İnsanlar qorxur və o hadisələrin təkrarlanmasını istəmirlər. Hər bir kəs bilir ki, müxalifətin 
hakimiyyətə  gəlməsi yenə  də  vətəndaş  iğtişaşlarına, digər xoşagəlməz hadisələrə  gətirib çıxara bilər. Bir 
vətəndaş kimi, mən bunların hamısını görmüşəm və o hadisələrin təkrar edilməsini heç vaxt istəmərəm. 
İndi Azərbaycan uğurla inkişaf edir. Xarici sərmayələrin həcminə görə ölkəmiz təkcə keçmiş Sovet İttifaqı 
məkanında deyil, həm də  Şərqi Avropa ölkələri arasında öncül mövqe tutur. Əgər insanlar yaxşı yaşamağa 
başlamışlarsa, bu vəziyyət niyə  dəyişməlidir?  İndi inflyasiyanın səviyyəsi 2 faizə enmişdir. Belə siyasəti 
dəyişdirməyə  əsas varmı?  Əksinə, bu siyasət davam etdirilməlidir və  əminəm ki, insanlar düzgün seçim 
edəcəklər. 
S u a l: Cənab Baş nazir, mən Gürcüstanın "Rustavi-2" telekanalını təmsil edirəm. İlham Heydəroviç, 
Sizin qələbəniz təqdirində müxalifət aksiyalar, mitinqlər keçirəcəkdir. Bunu onların liderləri demişlər. 
Siz iğtişaşların qarşısının alınması üçün nə kimi tədbirlər görəcəksiniz? 
C a v a b: Bu gün üçün seçkilərdə 8 namizəd iştirak edir. Onları dinləsəniz görərsiniz ki, müxalifətin 
namizədlərindən hər biri bildirir ki, ikinci tura çıxmasa, seçkiləri tanımayacaqdır. Bəri başdan məlumdur ki, 
ikinci turda 7 namizəd ola bilməz. Yəni indidən aydındır ki, müxalifət məğlubiyyətlə barışmaq istəmir. Çünki 
on ildən çoxdur ki, eyni şeyi deyən, yerinə yetirilməsi mümkün olmayan eyni vədlər verən müxalifət liderləri 
məğlubiyyətlə barışsalar, siyasət meydanından getməli olacaqlar. Ona görə  də onların  ən düzgün və  ədalətli 
seçkiləri şübhə altına almasında təəccüblü bir şey yoxdur. Əgər hər hansı xoşagəlməz hadisələr baş versə, qanun 
çərçivəsində müvafiq tədbirlər görüləcəkdir. 
S u a l:  Günaydın, cənab Baş nazir, mən  İTAR-TASS agentliyini təmsil edirəm. Sizdən qələbəniz 
təqdirində Azərbaycanın beynəlxalq  əlaqələri barədə soruşmaq istərdim. Siz münasibətlərinizi kiminlə 
daha artıq dərəcədə və daha intensiv və dərindən inkişaf etdirəcəksiniz?  
C a v a b:  Mən dəfələrlə  bəyan etmişəm ki, Azərbaycan tamamilə müstəqil dövlətdir. Müstəqillik nəinki 
atributdur, həm də azad, heç kimdən asılı olmayan siyasətdir. Kimlərinsə  mənafelərindən asılı olmayan, öz 
mənafelərinin gözlənilməsinə əsaslanan siyasətdir. On il ərzində Azərbaycanda məhz belə siyasət aparılmışdır 
və onun uğurları göz qabağındadır. 
Bu gün Azərbaycan aparıcı ölkələrlə  həm regional miqyasda, həm də dünya miqyasında bir çox 
istiqamətlərdə – iqtisadi istiqamətdə  də, siyasi istiqamətdə  də  uğurla  əməkdaşlıq edir. İstəyirik ki, ölkəmiz 
rəqabət meydanına çevrilməsin. İstəyirik ki, Azərbaycan əməkdaşlıq məkanı olsun.  
Bu, milli mənafelərimizə uyğundur. Ona görə  də digər ölkələrlə, qonşularımızla və dostlarımızla 
münasibətlərimizi bunu nəzərə alaraq quracağıq. Bu siyasət uğurludur, artıq təcrübədə yoxlanılmışdır. Ona görə 
də bu fikirdəyəm ki, Azərbaycanın xarici siyasəti davam etdirilməlidir.  İstəmirəm ki, Azərbaycanın xarici 
siyasət xəttinə qiymət verilərkən hansısa meyllərə istinad edilməsin. Bizim istiqamətimiz öz xarici siyasət 
fəaliyyətimizlə qarşıya qoyulan məqsədlərə, Azərbaycanın dünyada yerinin möhkəmlənməsinə, habelə dünya 
ölkələri ilə qarşılıqlı surətdə faydalı  əməkdaşlıq vasitəsilə iqtisadi inkişafımıza nail olmağa kömək etməyə  
əsaslanır. Bu siyasət indiyədək aparılmışdır və davam etdiriləcəkdir. 
S u a l: Mən Gürcüstan teleşirkətini təmsil edirəm. Cənab Baş nazir, oktyabrın 15-dən sonra 
Azərbaycanda vəziyyət sabit olacaqmı? 
C a v a b: Əminəm ki, sabitlik olacaqdır. Çünki Azərbaycan bir dövlət kimi formalaşmışdır, biz heç kimə 
qanunları pozmağa imkan verməyəcəyik. Dediyim kimi, seçkilər  ədalətli və açıq  şəraitdə keçiriləcəkdir. 
Müntəzəm olaraq müxtəlif ictimai rəy sorğuları aparılır.  Əgər seçkiləri işıqlandırmağa gələn jurnalistlər 
seçicilərin əhval-ruhiyyəsi ilə maraqlansalar, Azərbaycan vətəndaşlarının nəyə üstünlük verdiyi onlara da aydın 
olar. Odur ki, seçkilərin şəffaflığını şübhə altına almağa heç bir əsas yoxdur.  
Yeni demokratik Seçki Məcəlləsinin bütün cəhətləri nəzərə alınmışdır, bunlar həm də  məsələnin texniki 
tərəfinə, yəni  şəffaf qutuların olması, bülletenlərin çap edilməsi və s. aiddir, mən təfsilata varmaq istəmirəm, 
maraqlananlar bunu öyrənə bilərlər. Ona görə  də buna şübhə etməyə heç bir əsas yoxdur. Seçkilərədək nə 
olmuşdusa, yəni seçki kampaniyası da çox demokratik keçmişdir. Odur ki, əgər kimsə Azərbaycanda vəziyyətin 
sabitliyini pozmaq istəsə, əlbəttə, qətiyyətlə dəf ediləcəkdir.  
Təəssüf ki, müstəqillik illərində ölkəmiz hərbi və dövləti çevriliş, vətəndaş qarşıdurması yaratmaq cəhdləri 
kimi sınaqlara məruz qalmışdır. Lakin Azərbaycanda dövlətçilik kamillik imtahanından uğurla çıxmışdır. Ona 
görə də sabitliyi pozmaq üçün göstərilən hər hansı cəhdlərin qarşısı alınacaqdır. 
S u a l: Cənab Baş nazir, Azərbaycanda hicablı qadınların səs verməsi problemi həll olunubmu? İkinci 
sualım ondan ibarətdir ki, son illər Azərbaycanla İran arasında münasibətlər çox uğurlu olmuşdur. Siz 
atanızın bu yolunu davam edəcəksinizmi? 
C a v a b: İlk növbədə qeyd etmək istərdim ki, seçkilər günü hər bir vətəndaş seçki məntəqəsinə gələrək 
sərbəst və azad şəkildə istədiyi namizədə  səs verə bilər. Bu barədə heç bir məhdudiyyət qoyulmur və 
Azərbaycanın bütün vətəndaşları eyni hüquqa malikdirlər. 


142 
 
Azərbaycanla İran arasında münasibətlər inkişaf edir. Azərbaycan Respublikasının prezidenti cənab Heydər 
Əliyevin  İrana son səfəri nəticəsində iki ölkə arasında münasibətlər yeni pilləyə qalxmışdır.  İran bizim 
qonşumuzdur və çox maraqlıyıq ki, bu ölkə ilə münasibətlərimiz yüksək səviyyədə olsun. Bildiyiniz kimi, 
həmin səfərdən sonra ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin həyata keçirilməsinə başlanmışdır. Biz 
artıq bir neçə istiqamətdə  uğurlu əməkdaşlıq edirik. Hesab edirəm ki, bu əməkdaşlıq bundan sonra da davam 
edəcəkdir.  
Mən dəfələrlə bildirmişəm ki, əgər Azərbaycan xalqı  mənə etimad göstərərsə, Heydər  Əliyevin siyasətini 
davam etdirəcəyəm. O cümlədən, Azərbaycanla  İran arasında olan münasibətlər də öz gələcək inkişafını 
tapacaqdır. Eyni zamanda, bildirmişəm ki, Azərbaycan öz xarici siyasətini müstəqil  şəkildə aparır və bundan 
sonra da aparacaqdır. Ölkəmizin milli maraqlarına cavab verən bütün tədbirlər görüləcəkdir. Biz istərdik ki, 
İranla münasibətlərimiz bundan sonra da inkişaf etsin və hər iki tərəfə fayda versin.  
S u a l:  Mən Frans Press Agentliyini təmsil edirəm.  İlham müəllim, Siz öz qələbə imkanınızı necə 
qiymətləndirirsiniz və müxalifətin seçkiqabağı  vəziyyətin qeyri-demokratik şəraitdə keçdiyi barədə 
dediklərinə necə baxırsınız?  
C a v a b: Öz imkanlarımdan danışmaq təvazökarlıqdan uzaq olardı, bu barədə danışmayacağam. Hərçənd 
deməliyəm ki, özümü kifayət qədər inamlı hiss edirəm. Məndə bu inamı təkcə keçirilmiş seçkiqabağı kampaniya 
və seçicilərlə görüşlər deyil, həm də, ümumən, seçki prosesi yaradır. Azərbaycan xalqı insanları seçkilərə iki 
həftə qalmış deyilən sözlər  əsasında deyil, real işlər  əsasında qiymətləndirir. Mən demokratik Azərbaycanın 
inkişafına verdiyim töhfəmlə fəxr edə bilərəm. Mənə tapşırılmış bütün sahələrdə, bütün bu istiqamətlərdə – neft 
strategiyasının həyata keçirilməsində  də, idmanın inkişafında da, Azərbaycanın nümayəndə heyətinə başçılıq 
etdiyim Avropa Şurası kimi beynəlxalq təşkilatların fəaliyyəti çərçivəsində  də Azərbaycan böyük uğurlar 
qazanmışdır. Ona görə  də  mən bu seçkilərə boş sözlərlə  və  vədlərlə deyil, hamının gözləri qarşısında olan 
konkret işlərlə və nəticələrlə gedirəm. Yəqin ki, hər hansı namizədin imkanı qiymətləndirilərkən məhz bunları 
nəzərə almaq lazımdır. Kiminsə boş vədlərə inandığı vaxtlar artıq keçib getmişdir. Bir, yaxud iki aya əhalinin 
yaşayışını yaxşılaşdırmaq, əmək haqqını artırmaq kimi fantastik vədlərə, bütün Azərbaycan xalqı kimi, mən də 
istehza ilə yanaşıram. Biri əməkhaqqını beş dəfə artıracağını vəd edir, digəri isə bunu eşidən kimi söz verir ki
on dəfə artıracaqdır. Belə getsə, iyirmi dəfə  də artıracaqlar. Odur ki, bütün bunlar artıq keçib getmişdir və 
cəmiyyət boş vədləri daha qəbul etmir. Qiymət ancaq konkret işlərin nəticələrinə əsasən verilir. 
Seçkiqabağı kampaniyaya gəldikdə, o, demokratik şəraitdə keçmişdir. Mən artıq bu barədə danışdım, 
müxalifətdə olanlar, istənilən halda, özlərini günahsız qurbanlar kimi qələmə verməyə çalışacaqlar. Lakin bunun 
əsası yoxdur. Azərbaycanda seçkiqabağı kampaniyanın gedişini izləməyə imkanı olanlar gördülər ki, bütün 
namizədlərin dövlət televiziyasında efir vaxtından istifadə edilməsində də, seçicilərlə görüşlər keçirilməsində də 
tamamilə  bərabər  şəraiti vardı. Heç kim heç kimi sıxışdırmırdı.  Əminəm ki, seçkiqabağı kampaniya sakit və 
uğurlu keçdiyinə görə, seçkilər də belə keçəcəkdir. 
S u a l:  "Amerikanın səsi" radiosu. İlham müəllim, Siz prezident seçilərsinizsə, biz Amerika – 
Azərbaycan münasibətlərində hansı inkişafı görə bilərik?  İkinci sualım belədir. Dağlıq Qarabağ 
münaqişəsinin həlli yollarında danışıqlar prosesinə üstünlük verəcəksiniz, yoxsa prezidentliyiniz 
dövründə bu danışıqların başqa metod və üsullarından da istifadə edəcəksiniz? 
C a v a b: Amerika ilə Azərbaycan arasında olan münasibətlər uğurla inkişaf edir. Biz artıq 10 ilə yaxındır 
ki, müxtəlif sahələrdə  əməkdaşlıq edirik. Həm siyasi müstəvidə  əlaqələr çox intensivləşib, həm də iqtisadi 
sahədə Amerika hökumətinin dəstəyi ilə Azərbaycanda bütün region və dünya üçün, ilk növbədə, ölkəmiz üçün 
önəmli olan beynəlxalq layihələr həyata keçirilir. Biz bu münasibətlərimizdən çox razıyıq və ümidvarıq ki, 
gələcəkdə  əlaqələrimiz daha da inkişaf edəcək və  hər iki dövlətə, xalqa fayda verəcəkdir. Bu siyasi xətt 
dəyişməz olaraq qalacaqdır. Arzumuz budur ki, bu münasibətlər daha da intensivləşsin və bütün sahələrə öz 
təsirini göstərsin. 
Dağlıq Qarabağ münaqişəsinə  gəldikdə isə, biz sülh siyasətimizə sadiqik və hesab edirik ki, hələlik 
danışıqların potensialı tükənməyibdir. Eşitdiyimizə görə, həmsədr dövlətlər bu istiqamətdə müəyyən addımlar 
atır və ola bilsin ki, gələcəkdə bizə yeni təkliflər təqdim olunsun. Heç kim, o cümlədən Azərbaycan xalqı da 
müharibə istəmir. Biz istəyirik ölkəmiz sülh şəraitində yaşasın, inkişaf etsin, iqtisadiyyatımız güclənsin, mövcud 
olan sosial problemlər – işsizlik, yoxsulluq aradan qaldırılsın.  Əlbəttə, bunları etmək üçün gərək sülh olsun. 
Ancaq eyni zamanda Azərbaycan xalqı  və hökuməti torpaqlarımızın işğal altında qalması ilə heç zaman 
barışmayacaqdır.  Əvvəlcədən bir şey deyə bilmərəm. Amma hər  şey danışıqlardan asılı olacaqdır.  Əgər biz 
görsək ki, sülh danışıqlarının heç bir əhəmiyyəti yoxdur, onlar formal xarakter daşıyır və heç bir nəticə vermir, 
onda Azərbaycanın tam haqqı var ki, bütün vasitələrdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etsin. 
Ölkəmiz iqtisadi cəhətdən güclənir, bizim güclü ordumuz vardır və ordu quruculuğu prosesi davam edir. Mən 
əminəm ki, Azərbaycanın möhkəmlənmiş mövqeləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin  ədalətli 
mövqeyi, beynəlxalq ictimaiyyətin bu məsələdə birmənalı mövqe nümayiş etdirməsi bizə bu münaqişəni sülh 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə