İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə67/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   63   64   65   66   67   68   69   70   ...   86

143 
 
yolu ilə həll etməyə imkan verəcəkdir. Ancaq eyni zamanda biz başqa yolları da istisna etməməliyik və hər şeyə 
hazır olmalıyıq.  
S u a l: Türkiyədə çıxan "Hürriyyət" qəzeti. Cənab Baş nazir, mənim sualım belədir: təsəvvür edək ki, 
bu gün oktyabrın 16-dır və Siz seçkilərdə qalib gəlmisiniz. Prezident vəzifəsində Sizin ilk qərarınız nə 
olacaqdır? İkinci sual: biz bilirik ki, Azərbaycanda seçkiqabağı kampaniya uğurla keçmişdir. Lakin bu 
kampaniya həm də gərgin olmuşdur. Əgər Siz seçilsəniz, indi əleyhinizə çıxış edən hər hansı bir müxalifət 
partiyası ilə  əməkdaşlıq edəcəksinizmi? 
C a v a b:  İcazə versəniz, birinci suala cavab verməzdim. Həyata keçməsi mümkün olmayan bütün 
vədlərinin öz əksini tapdığı  fərmanlarını, qərarlarını artıq çap etdirmiş müxalifətdən olan bəzi namizədlərə 
oxşamaq istəmirəm. Buna görə də, hər halda, təvazökar olmaq və indidən heç nə demək istəməzdim. Oktyabrın 
15-də Azərbaycan xalqı kimə  səs verəcəyini özü həll edəcəkdir.  Əlbəttə,  əgər mənə  səs versələr, bütün 
qərarlarım, həm ilk, həm də sonrakı  qərarlarım məhz Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsinə, sosial 
məsələlərin həll olunmasına yönəldiləcəkdir ki, ölkə öz dövlətçiliyini və suverenliyini möhkəmlətsin. 
Seçkiqabağı kampaniyaya gəldikdə isə, buna baxışlar müxtəlif cür ola bilər. Bəlkə də müəyyən bir gərginlik 
olmuşdur, lakin bu gərginliyə biz rəvac verməmişik. Görünür, bu, müxalifət partiyalarının bir hissəsinin 
nümayəndələrinin daxili gərginliyinin nəticəsi olmuşdur. Onlar yaxşı başa düşürlər ki, ədalətli seçki 
kampaniyası keçiriləcəyi təqdirdə seçicilərin rəğbətini qazanmaq onlar üçün çox çətin olacaqdır. Odur ki, 
onlardan bəziləri çirkin üsullara –  şantaja, böhtana, yalana əl atmışlar. Lakin biz artıq çoxdandır ki, belə 
şeylərlə üzləşmişik, bir çox müxalifət qəzetlərində  hər gün prezident, prezidentliyə namizədlər və istənilən 
normal insan barədə təhqiramiz, böhtan dolu məqalələr çap olunur. Ona görə də bütün bunlara vərdiş etmişik və 
daha fikir vermirik. Hörmətli Prezident müxalifəti dəfələrlə dialoqa, əməkdaşlığa dəvət etmişdir. Onlar geniş 
məsələlərə dair əməkdaşlığa hazır olmasalar da, Prezident müxalifətə, heç olmazsa, Ermənistan–Azərbaycan 
münaqişəsinin həlli yollarının axtarılıb tapılması  çərçivəsində  əməkdaşlığı  təklif etmişdir. Bu məqsədlə 
parlamentdə bir neçə gün dinləmələr keçirilmiş, Prezident çıxış edəndə isə bütün siyasi qüvvələr dəvət 
olunmuşdu. Lakin təəssüf ki, hətta o zaman, söhbət Azərbaycanın hər vətəndaşını narahat edən həyati əhəmiy-
yətli məsələlərdən gedəndə də müxalifət həmin dəvətə məhəl qoymadı. 
Bilirsiniz, daim dəvət etmək olmaz. Bir dəfə dəvət etmək olar. Əgər sənin dəvətin cavabsız qalırsa, özünə 
əziyyət verməyə dəyməz. Azərbaycan cəmiyyəti müxalifətin ekstremist əhval-ruhiyyəli xadimlərinin yaymağa 
cəhd göstərdikləri ideyalardan tamamilə uzaqdır. Onlar iki istiqamətdə  fəaliyyət göstərirlər. Ya qəzet 
səhifələrində, ya da küçələrdə təhqir edir və yalanlar yayırlar. Onlarda konstruktivizm anlayışı yoxdur. Bununla 
belə, biz on ildən çoxdur ki, özlərini göstərmək istəyən müxalifət xadimlərinə müəyyən dərəcədə xoş məram, 
ürək açıqlığı nümayiş etdirərək, əlbəttə, bunun köməyi olarsa, bir daha onlara dialoq təklif etməyə hazırıq. Biz 
dialoqa hazırıq, amma mən əminəm ki, onlar bundan istifadə etməyəcəklər. 
Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti birləşməlidir. Biz ərazicə kiçik, əhalisi az olan ölkəyik. Biz 
ölkəmizin qarşısında duran əsas problemi – münaqişəni ədalətlə, Azərbaycanın mənafeyinə uyğun şəkildə sülh 
yolu ilə  həll etmək üçün bir olmalıyıq. Bu məsələdə bizim mənafeyimiz beynəlxalq hüquq normalarına 
əsaslanır. Bir daha demək istəyirəm ki, digər tərəf arzu edərsə, biz dialoqa hazırıq. 
S u a l:  Mən "Döyçland Saytunq" qəzetini təmsil edirəm. Cənab Baş nazir, mən indicə ATƏT-in 
müşahidəçilər qrupunun başçısı Piter Aykerlə söhbət etdim. O, seçkilərin gedişində müxalifət tərəfindən 
fitnəkarlıq törədilməsi və hüquq pozuntularına yol verilməsi ehtimalının mümkünlüyündən danışdı. Bu 
barədə Sizin fikriniz necədir? İkinci sualım: Prezidentin səhhəti haqqında yayılan şayiələr barədə Siz nə 
deyə bilərsiniz? 
C a v a b: Azərbaycanda seçkiqabağı kampaniyanı cürbəcür qiymətləndirirlər. Mən ATƏT-in, Avropa 
Şurasının nümayəndələri ilə görüşmüşəm. Namizədlərin seçkiqabağı kampaniyası vaxtı hər hansı bir nöqsanlara 
yol verilməsi barədə bəzi fikirlərlə tamamilə razı deyiləm. Hər bir namizədə hər həftə dövlət telekanalında 10 
dəqiqə efir vaxtı  təqdim edilmişdir. Yeddi həftə  ərzində bütün namizədlər,  o cümlədən mən də,  70 dəqiqə 
seçicilərlə birbaşa əlaqədə olmaq imkanı əldə etmişdir.  
Baş nazir kimi, vəzifəm üzərimə əlavə məsuliyyət qoymuşdur. Mən dövlət başçıları ilə bir neçə qeyri-rəsmi 
görüş keçirmişəm və bunlar mətbuatda geniş  işıqlandırılmışdır. Lakin bunlar seçkiqabağı kampaniyaya aid 
deyildir. Əgər hansısa pozuntular olmuşdursa, bunlara, əsasən, müxalifət tərəfindən yol verilmişdir. Yaxud da, 
bu kampaniyanın gedişini izləmiş adamlar çox da səmimi danışmırlar. Bu pozuntulara görə hökumət məsuliyyət 
daşımır. Görünür, bunlar həm də keçid dövrü ilə bağlıdır. Şəxsən mən belə faktlara görə təəssüflənirəm. O ki 
qaldı beynəlxalq təşkilatlarla əməkdaşlığa, bu, ölkəmizin mənafelərinə uyğundur. Azərbaycan Avropa Şurasında 
layiqli yer tutur. Bu təşkilatın rəhbərliyi qanunvericiliyimizin təkmilləşdirilməsində ölkəmizə kömək 
göstərmişdir. Ona görə də əminəm ki, Azərbaycan bu təşkilatlarla əməkdaşlığı davam etdirməlidir.  
Azərbaycan Prezidenti müalicədədir, səhhəti normaldır. Tibbi mənbələr onun səhhəti barədə müntəzəm 
olaraq məlumat yayırlar. Mən onunla daim əlaqə saxlayıram və o, seçkiqabağı kampaniyanın gedişini internet 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə