İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə71/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

149 
 
 
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ, 
ƏDALƏT VƏ İNKİŞAF PARTİYASININ SƏDRİ 
ZATİ-ALİLƏRİ CƏNAB  
RƏCƏB TAYYİB ƏRDOĞANA 
 
Hörmətli cənab Baş nazir! 
Əziz dostum və qardaşım!  
Əsasını qoyduğunuz və hakimiyyətə  gətirdiyiniz  Ədalət və  İnkişaf Partiyasının birinci qurultayında 
yekdilliklə partiyanın sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.  
Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında tarixin sınaqlarından çıxmış möhkəm dostluq, sıx əməkdaşlıq, 
həqiqi tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda səylərimizi bundan 
sonra da əzmlə davam etdirəcəyik.  
Sizə möhkəm cansağlığı, işlərinizdə  uğurlar, qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq 
arzulayıram.  
 
Hörmətlə,  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Baş naziri 
 
Bakı şəhəri, 14 oktyabr 2003-cü il 


150 
 
 
SEÇKİ MƏNTƏQƏSİNDƏ YERLİ VƏ  
XARİCİ KÜTLƏVİ İNFORMASİYA  
VASİTƏLƏRİNİN ÇOXSAYLI  
MÜXBİRLƏRİNİN SUALLARINA CAVAB 
 
15 oktyabr 2003-cü il 
 
S u a l:  İlham müəllim, seçkilərlə  əlaqədar Sizin fikrinizi bilmək istərdik. Seçki kampaniyasına 
münasibətiniz necədir? 
C a v a b: Münasibətim çox müsbətdir. Seçki kampaniyası çox uğurla başa çatır. Əminəm ki, bu seçkilər 
Azərbaycanın xoşbəxt gələcəyi üçün mühüm bir addım olacaqdır. Mən arzu edirəm ki, ölkəmiz qüdrətli, zəngin 
dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir insan normal həyata layiq olsun. Əminəm ki, bu belə  də 
olacaqdır.  
S u a l: İlham müəllim, əhval-ruhiyyəniz necədir?  
C a v a b: Əhval-ruhiyyəm çox yaxşıdır, çox gözəl hisslər keçirirəm. Əminəm ki, bu seçkilər Azərbaycan 
cəmiyyətinin inkişafında, xalqımızın rifah halının yüksəlməsində  və dövlətçiliyimizin möhkəmlənməsində 
mühüm addım olacaqdır.  
S u a l: Cənab Baş nazir, Siz kimə səs verdiniz? 
C a v a b: Mən Azərbaycanın xoşbəxt gələcəyinə səs verdim.  
S u a l: İlham müəllim, seçkilərin gedişindən razısınızmı? 
C a v a b: Bəli, razıyam. 
S u a l: Bu gün səhər prezident Heydər Əliyevlə danışmısınızmı? 
C a v a b: Yox, bu gün hələ danışa bilməmişəm, çünki indi orada gecə vaxtıdır. Dünən cənab Prezidentlə 
danışmışam. Biz, demək olar ki, hər gün əlaqə saxlayırıq.  İndi orada gecə saat 3-dür. Bir azdan sonra əlaqə 
saxlayacağam.  
S u a l: O sizə məsləhət və yaxud xeyir-dua verdimi?     
C a v a b: Bundan  əvvəl məsləhətlərini vermişdi. Bu gün də yəqin ki, o  mənə uğurlar arzulayacaq.  
S u a l: Cənab Prezidentin bu seçki ilə bağlı hər hansı bir narahatlığı var idimi?  
C a v a b: Xeyr, heç bir narahatlığı yox idi. Mən bu barədə demişəm. O  burada gedən bütün prosesləri 
internet vasitəsilə izləyir, Azərbaycanın  televiziya kanallarına baxır və demək olar ki, onda tam mənada 
təəssürat vardır.  
S u a l: İlham müəllim, ilk addımlarınızı bilmək olarmı? 
C a v a b:  Əgər mənə etimad göstərilərsə, bütün addımlarım – istər ilk, istərsə  də sonrakı addımlarım 
Azərbaycanın dövlətçiliyinin, suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafa, sosial 
problemlərin həllinə, xüsusilə daha ağır  şəraitdə yaşayanların – qaçqınların, məcburi köçkünlərin həyat 
şəraitinin yaxşılaşdırılmasına, Dağlıq Qarabağ probleminin ədalətli və beynəlxalq hüquq normalarına uyğun 
şəkildə həllinə yönəldiləcəkdir.  
S u a l: Bu gün bəzi qəzetlərdə Prezidentin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılıb. Ümumiyyətlə, 
Prezidentin səhhəti necədir? 
C a v a b: Prezidentin səhhəti yaxşıdır. Onun müalicəsi davam edir. Yayılan məlumatlara fikir 
verməməyinizi məsləhət görürəm.     
S u a l: Andiçmə mərasiminə qədər Prezidentin qayıtması gözlənilirmi? 
C a v a b: Mən ümidvaram ki, cənab Prezident o vaxta qədər Azərbaycanda olacaqdır. Əlbəttə, hər şey onun 
müalicəsindən asılı olacaqdır.  
S u a l: İlham müəllim, seçkilərdə əhalinin fəallığı Sizi razı salırmı? 
C a v a b:  Bəli. Mənə verilən məlumatlara görə, o cümlədən televiziya kanallarından verilən reportajlara 
əsasən deyə bilərəm ki, fəallıq çox yüksək səviyyədədir, artıq səhər saatlarında  əhalinin böyük bir hissəsi öz 
münasibətini bildiribdir. Bu təbiidir. Çünki bu gün Azərbaycanın gələcək inkişafı, hansı yolla irəliləyəcəyi 
müəyyən olunur. Əlbəttə, insanlarımızın fəallığı başa düşüləndir və təbiidir.  
 
S u a l: Azərbaycan mətbuatı ilə bağlı hansı addımları atacaqsınız? 
C a v a b: Atılacaq bütün addımlar Azərbaycanda söz azadlığının, demokratiyanın daha da inkişafına 
yönəldiləcəkdir. Bu, mətbuata da aiddir. İndi mən hansısa konkret söz deyə bilmərəm və heç bir vəd vermək 
istəmirəm. Amma əminəm ki, görüləcək bütün tədbirlər Azərbaycanın milli maraqlarının daha da ciddi şəkildə 
qorunmasına yönəldiləcəkdir.  
S u a l: Cənab Əliyev, Siz ilk turda qalib gələcəyinizə əminsinizmi? 


151 
 
C a v a b:  Mən özümün və yaxud digər namizədlərin  şansını  əvvəlcədən  qiymətləndirmək istəmirəm və 
hesab edirəm ki, bu, düzgün deyildir. Heç kimə qabaqcadan nəticələr çıxarmağı  məsləhət görmürəm. Lakin 
demək istəyirəm ki, keçirilmiş seçkiqabağı kampaniya və Azərbaycan  vətəndaşlarının mənə göstərdiyi 
münasibət belə bir əminlik yaratmışdır ki, onlar öz seçimlərini etmişlər və bu seçim seçkilərin nəticələrində öz 
əksini tapacaqdır. Azərbaycana sülh, sabitlik, iqtisadi inkişaf, beynəlxalq aləmə inteqrasiya lazımdır. Ölkəmizə 
vətəndaş müharibəsinə, xaosa, anarxiyaya və  cəhalətə qayıtmaq lazım deyildir. Azərbaycan  əhalisinin böyük 
əksəriyyəti bunu çox gözəl başa düşür. 
S u a l:  Cənab Baş nazir, Gürcüstanda da Sizin seçkilərdə qalib gəlməyinizi arzulayırlar. Bununla 
bağlı nə deyərdiniz?  
C a v a b:  Təşəkkür edirəm, Gürcüstan vətəndaşlarına öz minnətdarlığımı bildirirəm. Bizim ölkələrimiz 
arasında münasibətlər qarşılıqlı anlaşma və dostluq əsasında, xalqlarımızın mənafeyi naminə daha da 
möhkəmlənməlidir. 
S u a l: Seçkilərin bu günədək gedişi haqqında fikrinizi öyrənmək istərdik? 
C a v a b: Seçkiqabağı kampaniya azad və  şəffaf  şəraitdə keçirilib, hər bir kəs bütün məsələlərə öz 
münasibətini bildirmək imkanına malik idi. Əminəm ki, bugünkü seçkilər azad və demokratik şəraitdə keçəcək 
və Azərbaycan xalqı özü kimə səs verəcəyini sərbəst və açıq şəkildə müəyyən edəcəkdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə